Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 

-

24



-

Xızır. Azərbaycan mifik təfəkküründə Xızırın (xalq arasında işlənən bir neçə 

addan ən dəqiqidir) islamaqədərki cizgilərlə yaddaşlara həkk olunmasını göstərən, 

ümumşərq düşüncəsinin məhsulu kimi tanınan obrazdan – Xıdırdan fərqli 

nişanələrinə diqqət çəkək: 1) Xızır taleyi müəyyənləşdirən tanrı elçisidir. 2) Xızır 

insanı yenidən həyata qaytaran, bəlalardan qurtaran ruhdur. 3) Möcüzəli doğuşa 

səbəb olan dərvişdir. 4) İki gənc (qız və oğlana) bir-birilərini tanımadıqları və biri 

digərindən çox uzaqda yaşadığı halda, onlara yuxuda buta verən, iki qəlbi eşq 

atəşinə  qərq edib həqiqi aşiqlərə çevirən, həm də onları haqqa tapındıran, sevən 

insana birdən-birə qeyri-adi istedad verən (məlahətli səs, musiqi bəstələyib sazda 

ifa etmək və şeir düzüb-qoşmaq) məhəbbət və sənət hamisidir. 5) Bir illik yolu bir 

göz qırpımında qət edən, dara düşmüş  qəriblərə  əl tutan, oğul həsrətindən kor 

olmuşların gözünü açan peyğəmbərdir. 6) Dirilik suyunu əldə edib ölümsüzlük 

qazanan, bitkilərə, heyvanlara, quşlara, eləcə  də insana yeni həyat bəxş edən 

tanrıdır, yaxud Allahın köməkçisidir. 7) Xızır da Osiris və Dionis kimi zoomorfik 

şəklə düşür.  

İlaxır çərşənbələr Yer üzündə analoqu olmayan rituallar silsiləsidir ki, ilkin 

təsəvvürlər toplu halında bütün xalq tərəfindən gen yaddaşında yaşadılır. Həmin 

rituallar sisteminin ümumi məzmunu ondan ibarətdir ki, Allah ilk olaraq, 

qarmaqarışıq xaosdan suyu ayırır. Başlanğıcda kürreyi–aləm ancaq sudan ibarət 

olur. Sonra odun köməyi ilə suyun xassələrini dəyişdirir və günəşin  şüaları ilə 

suyun müəyyən hissəsini qurudub torpağı üzə çıxardır. Torpaq meydana gəlməklə 

dünyanın bir çox elementlərinin doğuşuna  şərait yaranır. Çünki bir sıra işlər 

paralel  şəkildə aparılır.  İlk insan suyun dibindəki gildən, yaxud Allahın gərgin 

zəhmət çəkdiyi anlarda alnından düşən tərdən yaranır (ümumiyyətlə, ilk insanın 

doğulmasına aid təsəvvürlər çoxvariantlığına görə mifik dünya modelinin başqa 

elementlərindən tamamilə  fərqlənir) və s. Ulu Allah Yel vasitəsi ilə ilkin yara-

nışları bir məkandan, başqa məkana aparır (göydən yerə endirməklə) və hava, 

nəfəs verməklə (yenə də yel vasitəsi ilə) ruhu meydana gətirir. Onu da qeyd edək 

ki,  əski görüşlərdə bir-birinin əksini təşkil edən bütün varlıqlar kişi və qadınla 

müqayisədə verilir. Maddi, bərk, soyuq, gecə, Ay, qaranlaq - qadındır,  əksinə, 

mənəvi-ruhi, isti, gündüz, Günəş  və  işıq kişidir. Bu, xaosdan ayrılan ilkin dörd 

ünsürün (su, od, torpaq, hava) xarakteri ilə  əlaqədardır. Ünsürlərdən kişi  

başlanğıclar «müsbət» {+}, qadın başlanğıclar isə «mənfi»dir  {-}.  Dörd ünsürün 

qədim  Şərq təqvimlərində  qəzalar kimi xarakterizə edilməsinin  əsasında onların 

ikili mahiyyətinə (həm yaradılışa, həm də məhvə xidmət etmələri) inam dayanır. 

Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək göstərilməklə yanaşı, 

həm də yarananları yandırıb kül edir, fəlakətlərin mənbəyinə çevrilir. 



Su çərşənbəsi, yaxud əzəl çərşənbə. Ulu babalarımız haqlı olaraq belə 

qənaətə  gəlmişlər ki, «Sulu ev abad, susuz ev bərbad olar». Təsadüfi deyil ki, 

müqəddəs İlaxır çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın, canlılığın, 

yaşamağın əsas mənbəyidir.  




 

-

25



-

Od çərşənbəsi. Mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən 

ikinci mühüm amil oddur. Əski inanışlarda odu günəşlə, işıqla, gündüzlə 

əlaqələndirirdilər. Ulularımız ona Dan («dan yeri sökülür» deyimində indi də 

işlədilir) da deyirdilər.  



Torpaq çərşənbəsi. Yazqabağı  çərşənbələrin üçüncüsü torpağa həsr olunur. 

Dünyamızın yaranmasının mühüm amillərindən biri kimi götürülən torpaq sudan 

sonra ikinci maddi başlanğıcdır.  Əski təsəvvürlərdə qadın cildində  təsəvvürə 

gətirilir. Dildən düşməyən «Ana torpaqana Vətən» ifadələri buradan doğmuşdur.  



Yel çərşənbəsi.

 

Dünyanın yaranmasında iştirak edən sonuncu ünsür havadır. 



Azərbaycan xalqının yazqabağı mərasimlərində Yel çərşənbəsi adı ilə qeyd olunur. 

Odla birlikdə yel də  mənəvi-ruhi (kişi) başlanğıc hesab edilir və maddi (qadın) 

başlanğıc - torpağa, suya əks cəbhədə durur. Canlılara nəfəs verməklə öz 

hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı  və suyu 

durğunluqdan çıxardır. Məhz bu xüsusiyyətinə görə yel ruhla eyniləşdirilir.  

Dissertasiyanın üçüncü fəsli «Mifoloji dünya modelinin təkamülünün 



struktur mərhələləri»  adlanır, mifin genezisini təşkil edən üç əsas amilin: 

totemizm və totem miflərinin;  şamanizm və qam-şaman miflərinin, dual 

təsəvvürlərin tarixi köklərinin və əkizlərə aid miflərin şərhinə həsr olunur

«Totem dünya modeli və totem mifləri» adlanan bölmədə göstərilir ki, totem 

insanları, həm də həmin nəslə məxsus hər şeyi törədən və himayə edəndir.  



Totem. Ümumiyyətlə, totemlər iki halda özünü göstərirdi: 1) Eyni gündə, 

ayda, ildə doğulanlar həmin zaman bölgülərinə hamilik edən heyvan, quş, yaxud 

bitkinin övladları sayılırdı; 2) Totem tayfa birliyi və qan qohumluğu prinsipi ilə 

müəyyənləşirdi. Bu zaman bütün icmanın, cəmiyyətin başında duran törədici idi.  



Tabu. Totemizmin əsas atributu - ayini tabudur və bir inanc sistemi kimi onun 

mahiyyəti məhz tabu ilə müəyyənləşir. Doğrudur, totemizmdə ciddi şəkildə 

qorunan tabulardan - yasaqlardan biri kimi «öz soyu ilə evlənməməyin» ən ibtidai 

baxışda yerləşməsi indiyədək mübahisə obyektinə çevrilmişdir.  

Totemizm Azərbaycan türklərinin mənəvi mədəniyyətində, xüsusilə folklor 

qaynaqlarında dərin izlər buraxmışdır. Lakin İ.Qəfəsoğlu totemizmin türklərdə 

olmadığını iddia edir, başqırdlardakı qurdun fin-uqorlardan, oğuzlardakı quş 

onqomlarının, ümumiyyətlə, maral, ilan, inək və b. totemlərin monqollardan 

alındığını bildirir. Məsələnin bu şəkildə qoyuluşu özünü doğrultmur. Birincisi, ona 

görə ki, totemizm inkişafın lap əvvəlində meydana gələn dünyagörüşüdür və 

sistemli din səviyyəsinə qalxa bilməmişdir.  İ.Qəfəsoğlu mülahizələrini onunla 

əsaslandırmağa çalışır ki, guya F.Rəşidəddindən  əvvəlki mənbələrdə  oğuzların 

totemçiliklə bağlı  təsəvvürləri özünə yer almır və «Tarix»dəki faktlar isə 

monqolların hücumları zamanı  mənimsədilmişdir. Bu qənaətlərin elmi əsası ona 

görə yoxdur ki, oğuz və hun tayfaları monqol-tatar yürüşlərinədək totemizmdən 

qat-qat yüksəkdə duran dinlərə (şamanizmə, atəşpərəstliyə, xristianlığa və islama) 

keçmişdilər. Birdən-birə təkallahlı (Allah, yaxud dual yaradıcılar – Ahur-Məzd və 

Anhro-Manyu, Baş Ruh, ya da Göy Tanrısı) inanc sistemindən dönüb barbarlıq 

dövrünün  əqidəsinə qayıtmaları  ağlabatan deyil və onlar heç vaxt monqolların 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə