Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 

-

30



-

                                        

ilkin nəslin-ulu  əcdadın yaddaşına da nüfuz etmişdir»

1

. Davamlı  və mütəşəkkil 



dinlərə ötürülən ilkin inanc sistemi kimi şamanizmin tanrılar, sakral məxluqlarla 

zənginləşmiş xüsusi, universal mifoloji modelləri, simvolizmi və kosmologiyası 

vardır. Onlar bəzi ümumi xarakterə malik olsalar da, yarandığı məkan və etnosla 

bağlı müxtəlif formalara düşmüşdür. Simvollar, talismanlar, rəqs və mahnıların 

köməyi ilə  şamanlar kosmik coğrafiyanın mahiyyətini insanlara çatdırır, özlərini 

ruhlar aləminə  səyahətə  və onalırın bir varlıqdan başqasına köçürülməsinə  həsr 

edirdilər. Təsadüfi olaraq şamanları  «rəqs edən canlı miflər» adlandırmamışlar. 

Çünki onlar çoxcəhətli daxili aləmin içərisində yaşamaqla o biri dünyalarla 

gerçəklik arasında körpü yaradırlar.  

Şaman tanrı panteonu.  Şamanizmin hansı etnosun təcrübəsinə  əsas-

lanmasına baxmayaraq mifologemi tamamilə müəyyəndir və «kosmik» səviyyəli 

məlum sakral arxetiplər toplusuna malikdir. Şaman təsəvvürlərində Göy tanrılarına 

üstünlük verilir. Başqa Sibir xalqları, o cümlədən Altay türkləri də  qədimlərdə 

«dincələn» Böyük Yaradıcıya inanırdılar. O, Tenqri adlanır və «göy» anlamını 

verirdi. Azərbaycanlıların dilində «tanrı» şəklində indi də işlənir. Təsadüfi deyil ki, 

samoyedlərin  Num, tunqusların  Buqa, monqolların  Tenqri, buryatların  Tenqeri, 

volqaboyu tatarların  Tenqere, baltirlərin  Tinqir, yakutların  Tanqara adlarında 

birbaşa «göy» mənalı kəlmə  iştirak edir.  

Göy (Günəş, Göy Qurşağı) Tanrısından sonra sakrallığına görə ikinci tanınmış 

yaradıcı Yer (Yerlik) xandır. O, türklərin  ən ibtidai ilahiləşdirilən qüvvələrindən 

biridir. Dünyanın  əsas maddi, əks, qadın başlanğıcı kimi götürülən torpaq Yer 

xanın canıdır, bütün maddi varlıqlar və  təbiət hadisələri onun qoynunda yaranıb 

məskunlaşmışdır. İkili xarakterə malikdir. Dünya xalqlarının mifologiyasında göy-

yer qarşılaşmasına həsr olunan süjetlərdə yerdəyişmə hadisəsinə rast gəlirik. Göy 

(Günəş) kimi Yer də gah qadın, gah da kişi şəklində şərh olunur. 



Çadır (otaq, yurt) dünya. Göy türk qamlarının təsəvvüründə dünya yurt 

(çadır)  şəklindədir. Kosmosdakı  Ağ yol (Süd yolu, Kəhkəşan) çadırın tikişləri, 

ulduzlar isə  işıq üçün açılan dəliklərdir. Tanrılar hərdən çadırı açırlar ki, yerə 

tamaşa etsinlər. «Kitabi-Dədə Qorqud» eposunun finalında oğuz-türk elinin iki 

qanadı bir-birinə asi düşüb vuruşur, nəticədə şər məğlub olur. Qələbədən sonra elin 

başçısının gördüyü ilk iş bundan ibarətdər ki, «Qazan gög alan çəmənə çadır 



dikdirdi»

2

Göründüyü kimi, burada qurulan çadır göylə əlaqələndirilir. Məhz qam 

inamında göstərilir ki, dünyanın bütövlüyünə qarşı yönələn təhlükələr aradan 

qaldırılanda el Göy Tanrının  şərəfinə göy altında mifik dünya modelini 

simvollaşdıran göy rəngli, başı göyə çatan çadır qurmalıdır.  

Göyü qapaq və sacla da (sacın altı aşağı dünyadır, ona görə də həmişə hisli və 

qaradır; yuxarı dünya isə üst tərəfdir - gündüzlər sacın üzərinə  ağ undan 

hazırlanmış yuxa sərilir) əlaqələndirirdilər. Azərbaycan türklərinin tapmacalarının 

 

1

Мэттьюс  Дж.  Кельтский  шаман. /Пер.  с  англ.  Е.Мирошниченко/. – М.:  София,  ИД  «Гелиос», 



2002, с. 27. 

2

Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri – B., Elm, 1988, s. 126. 




 

-

31



-

                                        

birində qam-şaman inancında olduğu kimi gecə ilə gündüz sacın üstü və altı ilə 

müəyyənləşir:  «Bir sacım var, bir üzü ağ, bir üzü qaradır». Yaxud ulularımız 

başqa variantda sacla əlaqələnən qam mifik dünya modelini belə  təsəvvürə 

gətirirdilər: «Qara sacın altı qara. Dur üstündə, ocaq qala (Gecə)»

1

.  

Şamanlar belə zənn edirdilər ki, Göy qapağı, yaxud Göy sacı yerin dağlı-təpəli 

hissəsində tam torpağa oturmağa imkan tapmır, o biri dünyalarla gerçək aləm 

arasında azacıq ara yaranır. Küləklər həmin aradan içəri keçib bərk  əsir. Qamlar 

oranı «Dünya yarığı» adlandırırlar. Mədəni qəhrəmanlar və seçilmiş insanlar bu 

yarıqdan keçib göyə qalxırlar. «Kitabi-Dədə Qorqud»da sacın mifik dünya 

modelini bildirməsini göstərən fikirlər var. Belə ki, itkin düşmüş qardaşın 

həsrətindən qara geyinən bacıları «Dəli ozan» (16 illik əsirlikdən qurtarıb vətəninə 

dönən Beyrək) ona görə töhmətləndirir ki, onlar diri ikən özlərini Yeraltı aləmin 

şər ruhlarına təslim etmişdilər. O, deyir ki, «Qara saqac altında köməcdən nə var? 



Ətməkdən nə var?». /Qara sac altında köməciniz (çörəyin bir növüdür) varmı? 

Tabağınızda çörəyiniz varmı?». Əski çağlarda el arasında belə bir məsəl işlənirdi: 

«Sac altında güməc olmaz», yəni o biri dünyada çörək tapılmaz. 

Azərbaycan türklərinin qam görüşlərində bütöv kainat üç çadırdan ibarətdir: 



ağ, qırmızı və qara. Çadırların birincisində Günəş tanrı, ikincisində insanlar – oğuz 

tayfaları, üçüncüsündə isə günaha batanlar məskunlaşırlar. «Kitabi-Dədə 

Qorqud»da həmin təsəvvürlərə söykənən mifik dünya modelinin tam təsvirinə rast 

gəlirik.  İlk olaraq onu vurğulamaq lazımdır ki, Azərbaycanda yazıya alınan 

Drezden nüsxəsinin on iki boylu mətnində eposun hadisələri yer üzündə üç çadırın 

(ağ, qırmızı, qara) dikəlməsi ilə başlayır və başı göyə toxunan bir göy çadırın 

qurulması ilə tamamlanır. Eposda ümumiyyətlə, qam görüşlərindən gələn bir 

qanunauyğunluq özünü göstərir. Əksər boylar çadır və evin qurulmasının təsviri ilə 

açılır, dini əqidəcə başqa tayfaların evlərinin dağılıb yeni tanrı evlərinin 

yaradılması ilə tamamlanır. Bu hal çox yerlərdə  əski strukturlara uyğunluğunu 

olduğu kimi qoruyub saxlayır, bəzən də dövrün tələblərinə cavab verən  şəklə 

salınır.  Əsas məsələ odur ki, oğuz-türk miflərinin mifik dünya modeli bütün 

əlamətləri ilə təsəvvürə gətirilir. İlk boyda göstərilir ki: «Bayındır xan «bir yerə ağ 

otağ, bir yerə qızıl otağ, bir yerə qara otağ qurdırmışdı. «Kimün ki, oqlı-qızı yoq, 

qara otaqa qondurın, qara keçə altına döşən, qara qoyun yəxnisindən öginə gətirün. 

Yersə, yesün, yeməzsə, tursun-getsün» – demişdi. «Oğlı olanı ağ otağa, qızı olanı 

qızıl otağa qondurın. Oğlı-qızı olmayanı allah-təala qarğıyıbdır, biz dəxi qarğarız, 

bəllü, bilsün» - demiş idi». Otaq burada «Dünya Çadırı» mənasındadır. Diqqət 

yetirin, kişi başlanğıc ağ rənglə, qadın başlanğıc isə qırmızı rənglə əlaqələndirilir. 

Ağ - işıq, aydınlıq, müdriklik demək idi və tanrının  ən başlıca nişanəsi sayılırdı. 

Və bütün rənglərin ağ rəngdən yarandığı ehtimal olunurdu. Ağ otaq (çadır) işıqlı – 

Yuxarı dünyanın modeli idi. Qırmızı qanın dəyişməzliyini, bolluğu, bərəkəti və 

torpağı  mənalandırırdı. Bu, orta dünyanın işarəsi idi. Qara ölümü, fəlakəti,  şəri 

ifadə edirdi. Qara çadır Yeraltı aləmin nişanəsiydi. Üçqatlı dünyanı  əks etdirən 

 

1

Tapmacalar. Toplayıb tərtib edəni N.Seyidov. – B., Elm, 1977, s. 45. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə