Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 

-

34



-

                                        

ikisinin canını alsın. Tanrının (Yer xanın) cavanlara rəhmi gəlir və  Əzrayıla 

(Üzənə) tapşırır ki, gənc ər-arvadın canlarının əvəzinə qoca ata-ananın canını alsın. 



«Mifoloji dünya modelinin dualistik strukturu və  əkizlər mifi» bölməsində 

atəşpərəstlik görüşləri - dual təsəvvürlər nağıllarımız  əsasında bərpa edilir. Dünya 

bir-birinə qarşı dayanan ilkin əkiz yaranışların  əbədi mübarizəsi üzərində 

formalaşır. Mübarizənin mayasında kosmik güclər, planetlər, insanlar və tanrıların 

təkamülü dayanır. Belə bir qənaət irəli sürülür ki, kosmosda qarşıdurma  İşıq və 

Qaranlıq (Gecə-gündüz, Günəş-Ay), yer üzərində  Həyat və Ölüm, insanın öz 

daxilində isə Həqiqət və Yalan arasında həmişə davam edəcəkdir. Atəşpərəstlərə 

görə, kainatdakı varlıqlar yalnız bir-birinə qarşı mübarizə aparmaq nəticəsində 

həqiqi məzmununu qoruyub saxlayır.  

Mifoloji model və strukturlar. Atəşpərəstlik görüşlərinin  əsasını dualizm 

təşkil edir. Dünya bir-birinə qarşı dayanan ilkin əkiz yaranışların əbədi mübarizəsi 

üzərində formalaşır. Mübarizənin mayasında kosmik güclər, planetlər, insanlar və 

tanrıların təkamülü dayanır. Belə bir qənaət irəli sürülür ki, kosmosda qarşıdurma 

İşıq və Qaranlıq (Gecə-gündüz, Günəş-Ay), yer üzərində Həyat və Ölüm, insanın 

öz daxilində  Həqiqət və Yalan arasında həmişə davam edəcəkdir. Atəşpərəstlərə 

görə, kainatdakı varlıqlar yalnız bir-birinə qarşı durub mübarizə aparmaq 

nəticəsində həqiqi məzmununu qoruyub saxlayır.  



Atəşpərəstlik tanrı panteonu. İşıqlı aləmin təmsilçiləri. Ahur-Məzd dünyanı 

ağlın köməyi ilə yaradıb, işığa, yanar oda ibadət tələb etmişdir. O, ilk olaraq 

kosmik cisimləri meydana gətirmişdir. «Avesta»da Ahur-Məzd Zaratuştrun  əsas 

ilhamvericisi, hamisi və həmsöhbətidir. Ahur-Məzd – atəşpərəstliyin baş tanrısıdır, 

sözün hərfi mənası «müdrik yaradıcı» deməkdir. Müraciətlərdə  qısa  şəkildə  də 

yazılır:  Məzda. «Müqəddəs ruh» mənasını verən  «Manyu-Spenişt»  də onun 

adlarından biridir. Çox-çox sonrakı dövrlərdə klassik fars epik şeirində 

«Ormuzd/Hörmüz»  şəklinə düşmüşdür. Onu dünyanın vahid yaradıcısı  və 

insanlığın qoruyucusu hesab edirlər. N.V.Porublev yazır ki, «Zaratuştrun 

görüşlərini hansı  şəkildə yozsaq da, monoteizmi göz qabağındadır; o, bir Xeyir 

Allahının mövcudluğuna inanır və  əmindir ki, Ahur-Məzd gec-tez Şəri də öz 

iradəsinə tabe edəcək»

1

. Peyğəmbərin təsdiqinə görə, bir əsas həqiqi tanrı 



mövcuddur, o da ədalətin, xeyirxahlığın keşiyində duran Ahur-Məzddir. Lakin 

atəşpərəstlər bel bağlamasalar da, şər ruhların mənbəyi Anhro-Manyunun da 

gücünə inanırlar. Buna baxmayaraq, P.Bentli yazırdı ki, «atəşpərəstliyin banisi 

peyğəmbər Zoroastr (Zaratuştr) yerin-göyün yaradıcısı, qanuniliyin, dünya 

hakimliyinin, ictimai əxlaqın mənbəyi Ahur-Məzdi düzlüyün, ədalətin etalonu 

kimi vahid Allah elan etmişdi»

2

. Ümumiyyətlə, tanrıların və bütün varlıqların 



 

1

Порублев  Н.В.  Зороастризм:  религия  космологического  дуализма.  В  кн.:  Культы  и  мировые 



религии. - М., Наука, 1994, с. 18. 

2

Словарь античности. Перевод с немецкого. – М., Издательство «Прогресс», 1989, с. 43. 




 

-

35



-

                                        

yaradıcısı Ahur-Məzdin  ətrafında toplaşan ilahi qüvvələri üç qrupda 

sistemləşdirirlər: 

Göy qatı ilə bağlanan birinci tanrılar qrupu Ameşa-Spentadır (Ölümsüz 

müqəddəslər). Bu, «Avesta»da Ahur-Məzdin - Müqəddəs ruhun (Spenta-Maiyu) 

köməkliyi ilə bütün varlıqlardan öncə yaratdığı altı şüasının – köməkçisinin özü ilə 

birliyinə (yeddilik) verilən ümumi addır. Ali ilahi yeddilik Zaratuştrun yozumunda 

sadəcə olaraq yeddi «Ölümsüz Müqəddəslər» – «Ameşa Spenta» deyildi, həm də 

Ahur-Məzdin xeyirxah xüsusiyyətlərinin alleqorikləşdirilməsi idi. Onun 

keyfiyyətinin altı  şöləsi – gətirən düşüncələr, həqiqət (düzlük), hökmranlıq, 

hakimiyyət (ilahi), möminlik, bütövlük (sağlamlıq, rifah) və ölümsüzlük - uyğun 

olaraq altı əsas ilkin varlıqlarla (ünsürlərlə) əlaqələndirilirdi: mal-qara, od, metal, 

torpaq, su və bitki.  

Struktur baxımından eyni halla Oğuz-türk tanrı panteonunda da rastlaşırıq. 

Ahur-Məzd 6 şüası ilə birlikdə dünyanın bütün maddi tərəflərini – formalaşdırdığı 

kimi Oğuz da 6 oğlu ilə eyni funksiyanı (göyün və yerin əsas elementlərini 

yaradır) yerinə yetirir. Hər iki mifik dünya modelinin başlanğıc mərhələsinin 

sxeminə nəzər salsaq görərik ki, onların kökü eynidir. 

İkinci qrup tanrılar  yazatlar  silsiləsidir. Bunların sırasında  ən hörmətlisi və 

ehtiram bəsləniləni  Mitrdir (orta fars dilində  «Mihr»  şəklinə düşmüşdür). Ona 

həsr olunan yəştlər (himnlər) əsasında mövqeyini müəyyənləşdirmək mümkündür. 

Məsələn, «Avesta»nın 10.1 yəştində göstərilir.  «Ahur-Məzd Spitam-Zaratuştra 

dedi: «Mən geniş otlaqların sahibi Mitri yaradanda elə etdim ki, özüm tək tərifə və 

ehrama layiq tutulsun»

1

.  



Qaranlıq aləmin təmsilçiləri.  Anhro-Manyu - hərfi tərcüməsi «şər ruh» 

deməkdir, Ahur-Məzdin qardaşı,  əbədi rəqibidir, həqiqətin və dünyadakı bütün 

uğurların, xöşbəxtliklərin düşməni, soyuğun, zülmətin təmsilçisidir. Daim Xeyirlə 

mübarizə mövqeyində durur və böyük orduya, Ahur-Məzdin gücünə  bərabər 

tutulan tərəfdarlara malikdir. Atəşpərəstlik inancında hər bir şər ruhun dəqiq yeri 

müəyyənləşmiş  və müvafiq xeyir varlıqla qarşı-qarşıya qoyulmuşdur. Onlar 

xeyirin təmsilçilərinə üstün də  gəlmiş, hətta bəzilərini aradan götürə (ilk insan 

Kəymərdin ölümünə  səbəb olduqları kimi) bilmişlər. Müharibənin qanunlarına 

uyğun şəkildə özləri də həlak edilmişlər.  

Dev,  əjdaha  və  pəri Azərbaycan folklorunun epik ənənəsində  işlənən  ən 

aparıcı antoqonist mifoloji obrazlardır. Nəhəng, qüvvətli, eybəcər və insanabənzər 

məxluqlar yeraltı aləmin sakinləri kimi göstərilirlər. Onlar «Avesta» 

təsəvvürlərində olduğu tək dərin quyuların dibindəki üç otaqlı («Avesta»da yeraltı 

üç qatda) mağaralarda yaşayırlar. Yeraltı mağaralar Anhro-Manyunun yaratdığı 

yer qatlarına uyğun  şəkildə elə qurulur ki, zəncirvari formada bir-biri ilə  sıx 

əlaqələnə bilsin. Birinci və ikinciyə baş vurmadan birbaşa üçüncüyə, yaxud 

sonuncu - qaranlıq aləmə keçmək mümkünsüzdür. Yalnız ilk otağın sakini – «şər 

 

1

Авеста: Избранные гимны; Из Видевдата/Пер. с авест. И.Стеблин-Каменского. М, Наука, 1993, 



с. 180. 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə