Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 

-

40



-

varlıqların anası Gülənbərə müraciətlə söylənən duaya işarədir. Türk kosmoqonik 

miflərinin Çin mənbələrinə düşmüş  ən qədim yazılı  mətnində - «Ulu Toyun» 

söyləməsində isə,  əksinə, Günəş Ay Toyunun qızıdır. Ulu Toyun ona aşiq olub 

anasını Ay Toyunun göyünə elçi göndərir. Lakin Günəşlə evlənməsi üçün ondan 

bir şərti yerinə yetirmək tələb olunur: Ulu Toyun «dalğa-göl incisini və sərab–çöl 

incisini» nişan əvəzi ödəməli idi. Yer övladı Ulu Toyun «nişanları» tapmadığından 

göy qızı Günəşlə evlənə bilmir. 



Humay  qadın tanrılardan biridir. A.Nəbiyevin A.Şükürova istinadən verdiyi 

mifdə maraqlı  təsvirlə rastlaşırıq. Dünyanın yaranması haqqındakı  həmin mif 

mətnində göstərilir ki, yer üzünün tamam suya qərq olduğu, sudan başqa heç nəyin 

görünmədiyi zamanda Allah-təala çox da böyük olmayan, ancaq qıvraq, sağlam, 

ağıllı bir quş yaratdı. Ona bakirə  qız gözəlliyi verdi. Adını Humay qoydu. Allah 

təala Humaya tapşırdı ki, ərzi örtən su üzərində gecə-gündüz qanad çalıb dünyanı 

dolaşsın. Suyun harda azaldığını, harda durulduğunu, harda bulandığını gəlib ayda 

bir dəfə ona xəbər versin. O gündən nə  qədər keçdi, bilmirəm, bir gün Humay 

Allah-təalanın hüzuruna çox yorğun, əldən düşmüş halda gəlib çatdı. Harda nə baş 

verdiyini Allah-təalaya danışdı. Ancaq yorulub əldən düşməsindən bir kəlmə söz 

açmadı. Humayın üzülməsini duyan Allah-təala onu götürüb çiyninə qoydu. Dedi 

ki, çox yorulub əldən düşmüsən, otur, bir az dincini al. Humay burada oturub 

yuxuya getdi. Nə  qədər yatdığını deyə bilmərəm, gözünü açanda Allah-təalanın 

qabağında üç dənə noxud boyda ləl gördü. Allah-təala Humaya buyurdu ki, bu 

ləlləri dilinin altında gizlədib uçub getsin. Hər gün birini dəryaya atsın, sonra 

qayıdıb onun yanına gəlsin. 

Humay buyurulan kimi də elədi. Ləlləri dəryaya atıb, üçüncü gün uçub 

Allahın yanına gəldi. Doqquz gün Allahın evində qonaq qaldı. Onuncu gün yola 

düşəndə Allah-təala ona dedi ki, ləli saldığın yerlərə qayıdarsan. Orada gözəl, yaşıl 

bir torpaq, torpaq üstündə nəhəng bir ağac görəcəksən. Ağacın başında özünə bir 

yuva qurarsan. Yorulub əldən düşəndə orda oturub dincələrsən… Üçüncü ləli 

atdığın dəryada o qədər balıq olacaq ki, hansını istəsən baş vurub tutarsan və 

aclığın nə olduğunu bilməzsən. 

Humay ləlləri atdığı yerlərə qayıdanda gözlərinə inanmadı. Suların düz 

ortasında, yaşıl otların bitdiyi, uca, möhtəşəm bir ağacın ucaldığı böyük bir torpaq 

gördü. Torpaqdan göylərə baş alıb gedən nəhəng ağaca yanaşdı. Onun üstündəki 

budaqlardan birində özünə bir yuva tikdi. Buradakı balıqlardan birini tutub yedi və 

özünə gəldi. 

Humay  ərzdəki ilk torpağı, ilk ağacı  və  dəryadakı  balıqları  belə yaratdı. 

Humayın yaratdığı  həmin dünya bu gün gördüyümüz gözəl və böyük torpaqdır» 



(söyləyəni: Əfruz xanım Seyfəlcamal qızı Durdiyeva, Dərbənd, 1983-cü il). Mifdə 

yaratmaq Allaha xas xüsusiyyət kimi təqdim olunsa da, hadisələrin yekununda yer, 

bitki və balıqları meydana gətirən qüvvə Humay sayılır.  

Dan (Tan) tanrı. Ulduzlardan sakral anlamda ən çox işlənəni Sirius (Tiştir) 

və yaxud Dan ulduzudur. Birinci «Avesta»dan keçmiş, yağışların və 

məhsuldarlığın təminatçısıdır.  İkincinin insanlara yaxınlığı ön plana çəkilir. 



 

-

41



-

                                        

Ulularımızın qənaətinə görə: «Dan ulduzu «Nəsir adında bir adama köməy 

eliyibmiş. Ona görə adına Nəsir ulduzu  deyillər... «Dan ulduzu həmişə tez çıxır ki, 

camaatın nə yeyib-içdiyini görsün. Gec yatır ki, nə etdiklərinə baxsın». «Dan» 

həm də günəşin – səhər tanrısının adlarından biri idi. 

II.

 

Dünyanın dağdan idarə olunması. Bu ideyanın XII yüzillikdə yazıya 



alınan («Munisnamə»də) mifik modeli göstərir ki, azərbaycanlılarda Dünya 

Dağına inam çox güclü olmuşdur. Xalq arasında dillər  əzbəri olan bir silsilə 

bayatıların bu gün də dağlara müraciətlə (A dağlar, ulu dağlar...) başlanması, 

insanların dərdlərini ulu dağlarla bölüşməsi həmin inancdan doğur: 



 

Dağların qarı dərman, 

Yarama sarı dərman... 

 

Hərkayıl-Herakl-Koroqlu mifində dağ kultu. Azərbaycanın Eldəgizlər 

sülaləsinin vəliəhdlərinin böyük müəllimi, gəncəli  əl-Ustadın «Munisnamə» (XII 

əsrdə yazılmışdır, kitabın  əlyazması 1920-ci ildə  Gəncədən Londona aparılmış, 

hal-hazırda əsərin yeganə nüsxəsi «Britaniya» muzeyində saxlanılır) əsərində Qaf 

dağı haqqında yazılanlar atəşpərəstlərin Alburuz Dünya Dağına aid təsəvvürlərini 

tamamlayır. Kainatın başlanğıcı, çoxsaylı başqa dünyalara gedən yollar da Qaf 

dağında göstərilir. Yer üzünün bütün torpaqları ora bağlanır. Kainatın düz 

ortasında yerləşdiyi üçün dünya onun zirvəsindən noxud boyda görünür. Qaf mavi 

zümrüddən yaradılmışdır.  Əl-Ustad yazır: «Əsatir qoruyucularının bəziləri 

söyləyirlər ki, Qaf ancaq xrizolitdən (qızılaçalar yaşılımtıl-sarı rəngli qiymətli daş) 

ibarətdir və dünya üzərindəki göy ona görə mavidir ki, onda xrizolit-dağ  əks 

olunur»

1

. Dünyanın bütün damarları Qaf dağının hamisi - qoruyucusu Hərkayılın 



əlində  cəmləşirdi. Dünyada elə bir şəhər, kənd, vilayət, ölkə, guşə yox idi ki

yeraltı damarları ilə Qaf dağlarına bağlanmasın. Allahın hansı ölkəyə qəzəbi tutsa, 

Hərkayıl onun su damarlarını kəsirdi, nəmliyin qarşısı alınırdı, orada quraqlıq və 

fəlakət baş alıb gedirdi; bütün bulaqlar, arxlar, çaylar quruyur, bitkilər, otlar 

susuzluqdan məhv olurdu. Zəlzələnin də baş verməsinə  səbəb tanrının insanlara 

qəzəbidir. Hərkayıl ulu Allahdan əmr alan kimi, adamları qorxutmaq məqsədilə o 

diyarın Qafdakı damarlarını bərk-bərk silkələyir, nəticədə yerin altı üstünə çevrilir, 

ya da yer yarılıb, bütün canlıları udur. Hərkayıl deyirdi: «Tanrının buyruğu olsa, 

Qaf dağından keçən bütün damarlara küy vuraram, dünya cəhənnəm tək canlıların 

başına daralar. Lakin Yaradanın qayğısı ilə çoxlarının qulluğunda dururam, böyük 

günah işlədənlərin isə yaşadıqları  ərazilərin damarlarını burub, onları min cür 

əziyyətə düçar edirəm». Dünyanı idarə edən Qaf dağı nəhəng öküzün başındakı 2 



buynuzunun arasında yerləşir. Bu öküzün böyüklüyü 1000-illik yol məsafəsinə 

bərabərdir.  

 

1

Абу-Бакр ибн Хосров ал-Устад. Мунис-наме / пер. и примеч. Р.М.Алиева. – Б., Язычы, 1991, с. 



562. 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə