Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   19   20   21   22   23   24   25   26   27

 

-

44



-

                                        

olmuşdur. Belə sistemlərdə dünyanın başlanğıcı dumanlı təsvir edilir və insanların 

sitayiş etdiyi əsas yaradıcılar onlaradək qurulan dünya modelində restavrasiya 

(köklü dəyişikliklər) edirlər, bir növ onu durğunluqdan çıxardıb hərəkətə gətirirlər

tamamlayırlar. Yaradıcının mütləqliyi, daimiliyi, vahidliyi, birinciliyi, ilkinlərin 

ilkini olması ideyası Azərbaycan mifik görüşlərinin müxtəlif qaynaqlarında (arxaik 

nağıl, qəhrəmanlıq eposu, klassik ədəbiyyatdan başlamış son zamanlarda xalqın 

dilindən yazıya alınan inanclara, mif mətnlərinə  qədər) özünə geniş yer tapır. 

Məsələn, «Lap qabaxlar allahdan başqa heç kim yoxuymuş. Yer üzü də başdan-

ayağa suyumuş. Allah bu suyu lil eliyir. Sonra bu lili qurudup torpax eliyir. Sora 

torpaxdan bitkiləri cücərdir. Onnan sora da torpaqdan palçıx qəyirip insannarı 

yaradır, onnara uruh verir».  

Dünyayaratma. «Dünya haqqında mif modeli müxtəlif xalqların erkən 

düşüncəsində özünəməxsusluqlarla  şərtlənsə  də onun bədii təfəkkür üçün ümumi 

olan cəhətləri və xüsusiyyətləri də vardır. Erkən mədəniyyətlərin  müxtəlif etnik-

mədəni sistemlərini bərpa etmək, hər bir xalqın ümumdünya mədəniyyətindəki 

yerini və onun yaranmasındakı rolunu müəyyənləşdirmək, tarix səhifəsində hər bir 

xalqın yaradıcılıq ənənələrinin meyl və istiqamətlərini öyrənmək üçün mifologiya 

ən mötəbər mənbələrdəndir»

1

. Bu mənada «Munisnamə»ni XII yüzilliyə aid 



Azərbaycan mifologiyasının məlumat kitabı adlandırmaq olar. Burada dünyanın 

əsas elementlərinin həmin dövrə  qədərki görüş sistemlərindən (animizm, 

antropomorfizm, totemizm, dualizm, şamanizm və monoteizm) götürülüb islam 

prizmasından keçirilən modelinə rast gəlirik. Həmin modelə görə, Yüksəklərdən 

yüksək olan Allah hər şeydən əvvəl yeddi qapılı cəhənnəmi yaratmışdır. Sonra o, 

oddan iki məxluq düzəldib, şir cildində olanı Halid, dişi canavar cildində olanı isə 

Salit adlandırmışdır. Onlar nəhənglərin nəhəngi idilər. Şir-Halidin quyruğu əqrəb, 

canavar-Salitin quyruğu isə ilan quyruğu kimi idi. Allah bir dəfə  hər ikisinə 

silkələnməyi  əmr edir, onların üstündən saysız-hesabsız  əqrəblər, ilanlar tökülür. 

Cəhənnəm ildə iki dəfə (istidən və soyuqdan) qaynayır və püskürüb nərildəyir. 

Qaynamadan bərk həyəcanlanan cəhənnəm dəniz suları kimi coşub-daşır, onun 

dalğaları ilanlardan bəzilərini götürüb yer üzərinə atır. Yayda bərk istilərin və 

qışda isə şaxtaların düşməsinin səbəbi cəhənnəmin qaynamasıdır (bir qədər sonra 

isə bunun səbəbi başqa cür izah olunur). Allahın əmri ilə Halid Salitlə evlənir. Salit 

hamilə olur, vaxt çatanda yeddi ərkəc, yeddi dişi uşaq doğulur. Böyüyəndən sonra 

Allah  ərkəcləri dişilərlə evləndirir. Sonra Allah ilk insanı - Adəmi yaradır, 

ərkəclərin altısı Adəmə boyun əyir, İblis adlanan yeddincisi isə imtina edir. Allah 

İblisi lənətləyir. Altı qardaş - Haris, Yaksak, Müzir, Əbuməza, Rəviyə və Sarisdən 

olan övladlar xeyirxah ruhlardı, gözəl pərilərdi,  İblisdən doğulanlar isə divlər, 

cinlər, şər ruhlardı.  

İşığın və qaranlığın qoruyucusu Bərhayıl sağ əlində Günəşi, sol əlində isə Ayı 

tutur. Onun sağ əli gündüzü, sol əli isə gecəni yaradır. Gündüzü yaradan əl Şərqə, 

 

1

Nəbiyev A. Azərbaycan mifologiyası. «Folklorşünaslıq məsələləri» məcmuəsi, Beşinci kitab. – Bakı 



Universiteti Nəşriyyatı, 2002, s. 129-130. 


 

-

45



-

gecəni yaradan əl Qərbə doğru uzanır. Əgər Bəhrayıl yorulub Şərqə doğru uzanan 

əlini göydən çəksə, bütün kainat zülmətə bürünər və heç vaxt səhər açılmaz. 

Bəhrayılın göyə uzanan qolları arasında üstünə  ağ  və qara xətt cızılmış lövhə 

qoyulmuşdur. Bu lövhə ilin hər fəslinə uyğun olaraq gecə-gündüz mütənasibliyini 

qorumağa xidmət edir. Belə ki, Bəhrayılın gözləri həmişə lövhəyə dikili qalır. O, 

gündüzlərin və gecələrin qısalıb-uzanmasını uyğun xətlərin uzanıb-qısalması ilə 

tarazlayır. 

Bir  əlini yerə dirəyən, digərini isə göyə dikən  Səhayıl (qədim külək tanrısı 

Səbayel bəlkə  də bu inancdan yaranmışdır) dəniz suyunun və küləklərin 

qoruyucusudur. O, göyə yüksələn əli ilə sərt küləklərin, qasırğanın, yerə dikilən əli 

iləsə coşub-daşan dəniz sularının qarşısını alır.  Əgər Səhayıl sol əlini yerdən 

götürsə, dəniz suyu kükrəyib bütün çölləri, düzləri basar, insanlar sulara qərq olar, 

boğulub ölər, sağ əlini aşağı salsa tufan, qasırğa qopar, dünya üzünü silib aparar, 

canlı varlıqlardan əsər-əlamət qalmaz. 

Allahın yerdə yaratdığı varlıqlar dörd qrupda cəmləşir: birincisiinsanlardır 

ki, insan başlı, ikincisi, yırtıcı, vəhşi heyvanlardır ki, şir başlı, üçüncüsü, ev və 

yük daşıyan heyvanlardır ki, inək başlıdördüncüsü isə yerdə qalan heyvanlar, 

quşlar və başqa zəif məxluqlardır ki, qırğı başlı dörd nəhəng mələyin himayəsi 

ilə  təbii fəlakətlərdən, istilərdən, sərt  şaxtalardan, lənətlərdən,  əzab-əziyyətlərdən 

mühafizə olunurlar. Qeyd etmişdik ki, «Munisnamə»də dünyanın başlanğıcı bütün 

torpaqlara bağlanan böyük Qaf  dağı nişan verilir. Mərkəzdə yerləşdiyi üçün dünya 

onun zirvəsindən noxud boyda görünür. Qaf mavi zümrüddən qurulmuşdu… 

(Hərkayıl haqqında mif əvvəlki bölmədə şərh olunmuşdur). 

Dünyanı idarə edən Qaf dağı  nəhəng öküzün başındakı iki buynuzun 

arasında yerləşir. Bu öküzün böyüklüyü minillik yol məsafəsinə  bərabərdir. 

Mövcud dünyanın torpağı yeddi qatdır, dənizləri də yeddi nəhəng su məkanından, 

sahəsindən ibarətdir. Qaf dağından sonra 40 dünya təsvir edilir. Bu dünyaların hər 

biri mövcud dünyadan 40 dəfə böyükdür və 400 hissəyə parçalanır. Parçalanan 

hissələrin hər biri insanların yaşadıqları ölkələrdən 400 dəfə böyükdür. O 

dünyalarda zülmət yoxdur (Atəşpərəstlik təsəvvürlərində də dünya qızıl dövründə 

gecələrsiz təsvir olunur). Heç vaxt qaranlıq gecələr olmur, oralarda həmişəlik gur 

işıq məskən salmışdır. Bütün torpaqlar təmiz qızıldan, əksər əşya və predmetlər isə 

işıqdan əmələ gəlmişdir. O dünyaların sakinləri mələklərdir. Onlar nə insanları, nə 

də  İblis kimi məxluqları tanımaq istəyir, nə  cənnətdən, nə  də  cəhənnəmdən 

xəbərləri var. O 40 dünyadan o yana nəyinsə mövcud olub-olmaması isə bir 

Tanrıya məlumdur. Məxluqları dünyanın bir qatından o biri qatına aparan vasitələr 

müxtəlifdir: a) Qanadlı at, ona minən düşməməlidir, yoxsa ikinci dəfə belinə qalxa 

bilməz. Koroğlu otuz doqquzuncu gün tövlənin çardağından deşik açıb 

baxmasaydı, Qırat da həmin ata çevriləcəkdi; b) Mənzil başına on, doqquz və bir 



günə çatan sehirli nəhəng quşlar -  Məlikməmmədi qaranlıq dünyadan işıqlı 

dünyaya qırx günə  gətirən Simurq quşu onlardan biridir; v) Quş cildində olan 



Xızır, bir göz qırpımında Qəribi doğma yurduna gətirir. 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə