Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 

-

18



-

                                        

sözünün hərfi mənası «zaman-məkan» deməkdir) bədii yaradıcılığa tətbiq edən 

M.M.Baxtin zamanla məkan arasındakı qarşılıqlı  əlaqənin fikrin obrazlı  əksində 

oynadığı rolu göstərmişdir. Onun təlimində zamanın məkandan ayrılmazlığı bədii 

mətnlərin şərti-məzmun kateqoriyası hesab edilir. Ümumiyyətlə, insanın metaforik 

düşüncəsində zaman və məkan əlamətləri iki halda bir-birinə qarışır, daha doğrusu, 

biri digərini tamamlayır.  Birinci halda, insanın iradəsindən asılı olmayaraq baş 

verir, zaman yığcamlaşdırılır, «bədii görüntülü olur; məkan isə intensivləşir, 

zamanı  hərəkətə  gətirir, süjetin, hadisənin inkişafı ilə genişlənir. Zamanın 

əlamətləri məkanla açıqlanır, məkan isə zamanın ölçülməsi ilə  dərk olunur»

1



İkinci halda düşünülmüş  şəkildə insanların özləri tərəfindən zaman məkanla 

birləşdirilir. 

Zaman-məkan vəhdətinin mifoloji görüşlərdə  əksinin iki forması 

müəyyənləşdirilmişdir:  

1)

 

 Mifoloji və bədii düşüncədə sosial-ədalət kateqoriyalarının (məqsədəçatma, 



haqq-ədalət, bütövləşmə, cəmiyyətin və insanların harmonik vəziyyətləri və s.) 

məhdudlaşdırılması keçmişlə  gələcəyin eyniləşdirilməsindən irəli gəlir. Məsələn, 

cənnət, Qızıl dövr, qəhrəmanlıq  əsri, qədim həqiqətlər zamanı kimi ideyaların 

yaranması  və yeri keçmişlə  əlaqələndirildiyi halda arzulanan gələcək  şəklində 

çatdırılır. «Biri var idi, biri yox idi» mifik qənaətində dünyada hələ heç nəyin start 

götürmədiyi məqamlarda zamanla məkanın bünövrəsinin vəhdətdə qoyulmasından 

bəhs olunur. Kainatda durğunluq hökm sürür. Xaos hələ parçalanmamış, ünsürlərə 

ayrılmamışdır. Çünki «zamanın hərəkəti başlamayıbsa, deməli, məkan və zamanın 

anı da yoxdur» (M.M.Baxtin). Misalda «var olmaq» gələcəyə, «yox olmaq» isə 

keçmişə  işarədir. «Bir diyarda bir padşah var idi» təsdiqi ilə  hərəkət meydana 

gətirilir və zamanla məkanın vəhdəti baş tutur, durğunluq aradan götürülür. 

Bundan sonra isə arzulanan gələcəyə çatma yolları axtarılır.  

2)

 

Məkanla zamanın vəhdəti esxatologizmə  əsaslanır. Zamanla-məkan 



vəhdətinin mifoloji dərkinin bu formasında gələcək işıqlı deyil, hər  şeyin sona 

çatması, məhvi şəklində təsəvvürə gətirilir.  

Türk-oğuz eposunda zaman və  məkan. Bir çox tədqiqatçılar (Y.Konuş, 

B.A.Karrıyev və b.) türk eposunun mənbəyindən və tarixi köklərindən danışanda 

təsdiqləmişlər ki, «əcər dil və mövzusündan çıxış edilsə, onda bu dastanların ilkin 

yarandığı yer türklərin əzəli vətəni Azərbaycandır, eləcə də İranın türklər yaşayan 

əraziləridir»

2



«Kitabi-Dədə Qorqud» eposunun boylarında zaman və  məkan anlayışlarına 

münasibət bir daha təsdiqləyir ki, Azərbaycan Dədə Qorqud qəhrəmanlarının 

doğma yurdudur. Onlar nə köçəri-gəlmədirlər, nə də ötüb-gedəndirlər. Dədə-baba 

kurqanları da, öz qəbirləri də buralarda yerləşir. Qonşularına – Qara dəniz  ətrafı 

gürcülərə, Xəzərüstü qıpçaqlara və Trabzon içi yunanlara münasibətdən hiss 

 

1



Бахтин М.М. Формы времени и хронотопы. В кн.: «Эпос и роман». – СП б.: Издательство «Аз-

бука», 2000, c. 10. 

2

Boratav P.N. Halk hikayeleri ve halk hikayeçiliyi. - Ankara, Milli Egitim Basımevi, 1946, s. 31. 




 

-

19



-

                                        

olunur ki, Qafqaz oğuzları turukların, sakların, midiyalılaran, massagetlərin, 

albanların varisləridirlər. Ümumiyyətlə, arxaik qəhrəmanlıq və tarixi qəhrəmanlıq 

dastanlarında zamanın əsas çıxış fərqləri, tədqiqatçılar tərəfindən aşağıdakı şəkildə 

müəyyənləşdirilmişdir: 

1.

 

Eposlarda zamanın ilkin mühüm əlaməti ondan ibarətdir ki, təsvir 



«başlanğıc»la – «dünyanın uşaqlıq» çağlarıyla və  hər hansı bir etnosun əsasını 

qoyan ilk nümayəndə ilə  əlaqəli  şəkildə – sonrakı inkişaf mərhələlərində 

təbəqələşərkən yaranan bütün müxtəlifliklər nəzərə alınmaqla verilir (V.Y.Propp, 

S.Ö.Neklyudov, X.Q.Koroğlı, N.O.Şarakşinova, A.V.Kudiyarov). Bu dövrü 

ümumiləşmiş halda «mifik zaman» kimi aadlandırmaq daha düzgündür. «Oğuz 

kağan» dastanında zamanın çıxışı məhz bu şəkildədir. 

2.

 

Zamanın eposlarda ikinci xarakterik epik şəraiti onunla şərtlənir ki, 



birincinin  əksinə olaraq hadisələr fantastik yozumda deyil, həqiqətən baş vermiş 

kimi qəbul edilir. Dinləyənlər onlara müəyyən tarixi dövrün ciddi qaynaqları  tək 

yanaşırlar. Bu, eposlarda «emprik zaman»ın  əksi hesab edilir. «Kitabi Dədə 

Qorqud»da rastlaşdığımız ilk təsvirə diqqət yetirək: «Rəsul əleyhissəlam zəmanına 

yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir ər qopdı. Oğuzın, ol kişi təmam 

bilicisiydi, - nə diyərsə, olurdı.  Ğaibdən dürlü xəbər söylərdi. Həq təala anın 

könlinə ilham edərdi...»

1

  



 «Kitabi-Dədə Qorqud» oğuznamələrinin spesifikliyini şərtləndirən amillər 

əsas hadisələrə – boylara keçməzdən  əvvəl özünü göstərir. Ancaq bu təkcə 

arxaikliklə (mifikliklə) tarixiliyin eyniləşdirilməsi ilə bağlı deyildi. Əslində mifik 

zamanı emprik zamanın içərisində  əridən ozanlar türkün kökünün uzaqlığını, 

ilkinliyini təsdiqləyirdilər. Bu, şifahi epik ənənədə nadir hal kimi nəzərə çarpır. 

Doğrudur, eposda birbaşa hansı zamandan bəhs açıldığı qeyd edilmir. Lakin poetik 

ifadələrin arxasında gizlənən anlamlardan anlaşılır ki, yazın gəlişindən söhbət 

gedir.  


Eposun uzunluq «topos»ları, yaxud «xronoakt»ları müəyyənləşdirilərkən 

onun yarandığı dövrə aid əlamətlər – dünyagörüşü sistemləri, adət-ənənələr, tarixi 

şərait nəzərə alınmalıdır. Ümumiyyətlə, tədqiqatçılar epik ənənədə, xüsusilə 

eposlarda işlənən zaman uzunluğunu – hadisələr başlayıb bitənədək olan dövrü 

«topos», yaxud «xronoakt» (vaxt ardıcıllığı aktı) adlandırırlar.  

Epik  ənənədə tam zamanın təsviri tərkib hissələrinə, mərhələlərə ayrılaraq 

həyata keçirilir və çoxsaylı zaman hədlərini iki bölmədə sistemləşdirmək məqsədə 

uyğun sayılır: 



A. Sadə  və  qısa zaman həddi. Hadisənin başvermə müddəti, davamlılığı 

uzun çəkmir. Qəhrəman üç, yaxud beş gün möhlət alır. Bu qrupda ən böyük hədd 

bir ilin tamamıdır.. 

B. Mürəkkəb və uzunmüddətli hədd.  İnsan ömrünün əsas mərhələləri ilə 

(doğulub-evlənməsi, böyüyüb taxt-taca sahib olması, uşaqlığını, yaxud gəncliyini, 

 

1

Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri – B., Elm, 1988, s. 31. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə