Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   2   3   4   5   6   7   8   9   ...   27

 

-

12



-

aq, damcı-damcı 

da o

zərbaycan mifoloji 



təsə

Azə



, burada elmiliklə yanaşı, elm donuna 

geyd


                                        

bu zaman ancaq yadların özlərinə  sərf edən hissələr perqamentlərdən,  əlyazma 

kitablardan götürülmüş, orijinal mətnlər isə oda qalanmışdır. Məsələn, ilkin olaraq 

on iki min inək dərisi üzərində  qızıl hərflərlə Azərbaycan  ərazisində yerləşən 

qədim Midiyada madayların (qədim türk etnosudur) dilində yazıya alınan 

«Avesta» makedoniyalı  İsgəndər tərəfindən Yunanıstana göndərilmiş

avropalıların ürəklərinə yatan hissələr yunan dilinə çevrildikdən sonra orijinal 

mətn məhv edilmişdir. Sonradan midiyalılara məxsus bu nəhəng abidənin cüzi 

hissəsi ancaq qədim pəhləvi və sindi dillərində  bərpa edilmişdir. Bununla 

xalqımızın neçə min illik tarixinə kölgə salınmışdır. Ona görə  də yurdumuzun 

qədim tarixi, etnoqrafiyası, mədəniyyətinə aid məlumatları yunan, Ərəbistan, İran, 

Hindistan, Çin və b. ölkələrin əski sənədlərinin arasından axtarm

lsa, tapıb illərlə boş qalan susuz gölləri doldurmaq lazımdır.  

Torpaqlarımız  Şərqlə  Qərbi birləşdirən karvan yolunun üstündə olduğundan 

tacirlər, səyyahlar, bilicilər,  şeir-sənət hamiləri Azərbaycanda yaşayan insanların 

adət-ənənələri, dünyagörüşü, yaratdıqları barədə  əldə etdiklərini də özləri ilə bir 

üzü  Şərqə, bir üzü Qərbə daşımışlar. Ona görə  də başqa xalqlara aid bir sıra 

mötəbər kitablarda yurdumuzla bağlı maraqlı yazılara rast gəlirik. Herodotun

Strabonun, Plutarkın və başqalarının qələmi ilə ulu babalarımızın həyatının  ən 

qədim çağlarına az da olsa, aydınlıq gətirilir. İlk «Tarix» (Herodot) kitabına düşən 

«Astiaq» və «Tomris» rəvayətləri ilə bir sıra mif sistemlərinin (xüsusilə tale mifi) 

ömrü uzadılır. Roma mifologiyasında ilkin dövlətçilik görüşləri  əks olunur ki, 

bunu mədəni həyatın başlanğıcı hesab edirlər. Romul və Rem Romanı düşmən 

hücumlarından və daxili xəyanətkarlardan qorumaq üçün xüsusi icra mexanizmi 

olan yeni birlik yaradırlar. Astiaqın ulu babası Deiyokun Midiya dövləti qurması 

haqqında Herodotun verdiyi məlumatlar göstərir ki, A

vvüründə dövlətin daha mükəmməl modeli qurulmuşdur. 

Şifahi xalq yaradıcılığının elə bir forması yoxdur ki, miflərdən mayalanmasın. 

Atalar sözündən tutmuş çoxşaxəli süjetə malik eposlaradək hər bir folklor 

nümunəsini diqqətlə saf-çürük etsək və  əski kitablardan («Avesta» və «Dədə 

Qorqud» kimi) bizə  məlum olan görüş sistemlərinin süzcəgindən keçirsə

rbaycan türklərinin mifoloji modelləri haqqında tam təsəvvürə malik olarıq.  

Miflərimizi özündə əks etdirib yaşadan «Kitabi-Dədə Qorqud» oğuznamələri 

ən gərəkli mənbədir. Həm ilkin türk təsəvvürləri, həm də Qafqaz mühitində 

formalaşıb yunan mifologiyasını belə qidalandıran  ən arxaik görüşlər onun 

içərisində sintez edilir. Bu mənada «Kitabi-Dədə Qorqud»u Azərbaycan-türk mifo-

logiyasının «İliada»sı, «Odisseya»sı, «Bilqamış»ı, «Riqveda»sı hesab etmək olar. 

Akademik İ.Həbibbəylinin yazdığı kimi, “Dədə Qorqud daha çox əsatiri-mifoloji 

varlıq kimi təqdim olunmuşdur. Şübhəsiz ki

irilmiş ideologiyanın da izləri vardır”

1



Klassik ədəbiyyatımızın qədim dövrlərinə nəzər salanda diqqətdən yayınan bir 



məsələyə heyran qalmamaq mümkün deyil. İndiyədək yazılı epik ənənədə «rəsmi 

 

1



 Həbibbəyli İ. Ədəbi-tarixi yaddaş və müasirlik. B., “Nurlan”, 2007, s. 12. 


 

-

13



-

hadisələrin də 

əksə

 ifadələrinin kökü 



C.F

bizd



bu bölmədə Azərbaycan xalqının etnik mədəniyyət tarixində baş verən hadisələrin 

                                        

hissə» kimi qəbul edilən (minacat, tovhid, nət, sitayiş, yaradan haqqında) poema, 

dastan başlanğıclarına dini don geyindirib təhlildən kənarda qoymuşduq. Lakin 

Qətran Təbrizi, Xaqani, Nizami, Əvhədi, Füzuli kimi klassik söz sənətkarlarının 

poetik irsinin həmin hissəsində islam mifoloji görüşləri ilə yanaşı, dünyanın 

yaranması haqqında xalqımızın daha qədim spesifik inamlarına rast gəlirik. 

Onların  əsərlərinin süjetində mühüm əhəmiyyət kəsb edən 

riyyətinin miflərdən yoğrulduğunu görməmək mümkün deyil. 

Maraqlıdır ki, antik yunan tarixçiləri və mifologiyanı dünya miqyasında 

araşdıran Avropa tədqiqatçıları da öz əsərlərində cüzi də olsa, azərbaycanlıların 

ibtidai görüşlərinə yer ayırmışlar. C.Frezer «ikinci doğuşdan» danışanda bildirirdi 

ki, «Qafqaz türklərində oğulluğa götürmə adi hadisədir, mərasim ondan ibarətdir 

ki, oğulluğa götürülən yeni ananın köynəyindən keçirilir, ona görə  də türkcə 

«adamı köynəyindən keçir» anlayışı «oğulluğa götür» mənasını verir». Məgər bu, 

«Koroğlu» eposundakı Nigarın Eyvazı  oğulluğa götürməsinin analoqu deyilmi? 

Alim daha sonra nağıllarımızda tez-tez rastlaşdığımız «kiçik qardaşa üstünlük 

verilməsi» məsələsinə aydınlıq gətirən orijinal fikirlər söyləyir və yas mərasimi 

haqqında yazır ki, «qədimlərdə türklər ölüləri üçün ağlayanda üzlərini bıçaqla elə 

kəsirdilər ki, qan damcıları yanaqlarında göz yaşları ilə yanaşı axırdı»

1



Azərbaycanlıların qamlara aid mifik görüşlərində göstərilir ki, insanın ruhu 



bədənindən ayrılıb yeraltı dünyaya gedir və orada şər qüvvələr ona olmazın əzab-

əziyyət verir. Yer üzündə qalan qohumları ağlayıb üz-gözlərini dırnaqları ilə, ya da 

iti bıçaqla yaralayırdılar. Duzlu göz yaşlarını qana qarışıb onların üz-gözünə 

yayılır və torpağın üstünə axırdı. Bununla elə zənn edirdilər ki, isti qanlarını qara 

yerdəki şər qüvvələrin üstünə səpirlər. Xalq arasında indi də geniş işlənən «gözdən 

qan çıxartmaq», «gözü qanlı», «gözlərindən qan damar»

rezerin nişan verdiyi adətlə və mifik təsəvvürlə bağlıdır.  

Keçən əsrin ikinci yarısında xalq yaradıcılığına böyük marağın oyanması ilə 

külli miqdarda mif mətnləri yazıya alınmış, etnoqrafik və folklor materialları ilə 

bir sırada rusdilli SMOMPK və b. məcmuələrdə nəşr olunmuşdur. O dövrdə bu iş 

ənənəvi xarakter daşıyırdı, ona görə də miflərin digər mətbuat orqanı səhifələrinə 

də yol tapması təbiidir. Adı çəkilən və yüzlərlə hələ araşdırılıb üzə çıxarılmayan 

qaynaqlara baş vurulsa, Azərbaycan türklərinin mifologiyasının bərpasına tam nail 

olmaq mümkündür. Və  qəribədir ki, təxminən 150-180 il bundan qabaq Qrim 

qardaşları, E.Teylor, F.Dits, C.Frezer və A.Düma kimi dünya şöhrətli tədqiqat-

çılar, yazıçılar Avropada əyləşib Azərbaycan xalqının etnik tərkibinə daxil olan 

əsas etnosun adət-ənənələrini, ilkin dünyagörüşlərini, miflərini araşdırdığı hald

ə bəziləri mifologiyamızın olmadığını elan etməyə özlərində cəsarət tapırlar. 

Dissertasiyanın  «Mif və Azərbaycan-türk etnik-mədəni gerçəkliyi» adlanan 

bölməsinin baxış bucağını mif və gerçəklik münasibətləri sistemi təşkil edir. Yəni 

 

1

Фрэзер  Дж.  Золотая  ветвь.  Исследование  магии  и  религии.  Пер.  с  англ.  М.К.Рыклина. – М.: 



Политиздат, 1980, с. 450. 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə