-
16
-
Magiya – ilkin görüşlərin elə formasıdır ki, insanlar fövqəltəbii
qüvvələrin
gücü ilə dünyaya (təbiət hadisələrinə, ruhlara, adamların əhval-ruhiyyəsinə,
sağlamlığına) təsir etməyin yolunun tapılmasına inanırlar. Bu, Azərbaycanda
əfsun, cadu, sehir, tilsim, fal və duaların toplusu şəklində anılır. Magiya hərəkətlə
bağlıdır, xüsusi ayinlər şəklində yerinə yetirilir. Azərbaycanda qorxunu
götürməkdən ötrü (bəzi kəndlərdə indi də icra olunur) cəftə suyu verirdilər. Keçi
piyini bədəninə sürtməklə xəstənin sağalacağına ümid bəsləyirdilər. Şər işlərin baş
tutması üçün isə qurd yağından və ilan qabığından istifadə edirdilər. Kollu, tikanlı
ağacların budaqlarını və üzərlik bitkisini qapıların üstündən asırdılar ki, pis
nəzərləri içəri buraxmasın. Bağ-bağata ziyan dəyməsin deyə itin kəllə sümüyünü
çəpərin üstünə sancırdılar.
Fetişizm – maddi əşyalara itaətə əsaslanan dünyagörüşüdür. Belə ki, magiya
mərhələsindən sonra fövqəltəbiiliyin xüsusi predmetlər vasitəsi ilə həyata tətbiqinə
inam yaranır. Dua və əfsunlarla təbiətə təsir etməyin mümkünlüyü ilə razılaşan ulu
əcdad işini daha sistemli qurmaq məqsədilə xüsusi sehirli vasitələr düşünməyə
başlayır. Türk təfəkküründə fetişləşən varlıqlardan ilkini odun əldə edilməsi ilə
yaranmışdır. Mağaralarda qalanan ocaqlar müqəddəsləşdirilərək nəslin davam-
lılığını bildirmişdir. Təsadüfi deyil ki, dilimizin məhsulu olan «ocaq» sözü arxe-
tipik simvola çevrilərək əksər xalqlara keçmiş və eyni mənada işlənmişdir.
Ümumiyyətlə, Azərbaycan xalqının nəzərində kiçik məişət əşyalarından tutmuş
silahlara (ox, yay, qılınc), bulaqlara, təpələrə, qayalara kimi hamısı ilahiləşdirilib
tarixin müxtəlif dönəmlərində insanların ümid yerinə çevrilmişdir. Nağıl və
eposlarımızda bir silsilə sehirli əşyalar və vasitələr təsvir edilir ki, bunlar qeyri-adi
işləri yerinə yetirir, möcüzələr törədir. Əvvəllər onların fetiş şəklində xalq arasında
qəbul edildiyi şübhəsizdir.
Kult – allahların, mədəni qəhrəmanların, nəslin ilk nümayəndəsinin,
ilahiləşdirilmiş bütün varlıqların icmadakı müqəddəslik mövqeyinə ehtiram
göstərilməsi, çətin anlarda onlardan kömək istənilməsi və xatirələrinin əbədi-
ləşdirilməsinə yönələn kollektiv və fərdi davranış növüdür, kultun daşıyıcısının
fövqəltəbiiliyinə olan inama əsaslanır. Kult ənənələri miflər vasitəsi ilə bir
nəsildən başqasına ötürülmüşdür. Azərbaycan mifoloji sistemində və inanclarında
ağac (ağac pirlərinə bu gün də paltarlarından bir hissə qoparıb asanlar var), dağ,
qaya, su, bulaq, ilan (ilan pirləri), öküz, inək, at, ocaq, ata, ana, baba (Şəkidə
Babaratma piri, Ağdaşda Gündoğdu baba ziyarətgahı) kultlarının izlərinə rast
gəlirik.
Bütün bu təsəvvürlərin ümumiləşməsindən mifologiya (mifoloji modellər,
strukturlar) və rituallar formalaşmışdır. Deyilənlərdən belə bir qənaət çıxır ki,
mifoloji sistemlər ulu əcdadın dünyagörüşünün ibtidai formalarının əsasında
qurulmuşdur. Çünki hələ mədəniyyətin və inkişafın göstəriciləri mövcud olmayan
çağlarda insanların həyat, zaman və məkanla bağlı görüşlərinin özülünü təbiət
obrazları təşkil edirdi.
«Sakrallaşdırma mifoloji düşüncənin başlıca atributu kimi» bölməsində
mifik düşüncənin əsasında duran əsas amillərdən biri – qeyri-adilik, fövqəltəbiilik,
-
17
-
müqəddəslik təhlil olunur. Müxtəlif predmetlər
, əşyalar, hadisələr və insanlar
müqəddəsləşdirilərək hər hansı bir əlaməti, keyfiyyəti və fəaliyyəti ilə
Yaradıcıya bağlanır. Sakrallaşan varlıqlar və hadisələr cazibə qüvvəsinə
malik olduğundan etalonlaşıb kütlələri arxasınca aparır. Sakrallıq dini
ideyaların formalaşmasına da təkan vermişdir. Hətta müəyyən çağlarda
cəmiyyətin siyasi və ictimai institutları, sosial və elmi düşüncəsi,
mədəniyyət və incəsənəti də müqəddəsləşmənin (sakrallığın) təsiri altına
düşmüşdür. İnkişafın başlanğıc mərhələsində insan təfəkküründə sakral-
laşan ilkin varlıqlar zaman, məkan və rəqəmlərdir. Bu anlayışlar mifik
düşüncənin əzəli məhsulları kimi qəbul edilir. Çünki məkansız heç nə
yarana bilməz. Eləcə də zaman hərəkətə gəlməsə, yerində donub qalsa,
doğum, inkişaf olmaz.
Məkan. Nyutonun klassik mexanikasında əsaslandırılır ki,
məkan sonsuzdur,
uzunluğu bütün istiqamətlərdə bircinslidir, hər hansı bir nöqtəsində həmişə eyni
universal qanunlar mövcuddur. Dünyanı dərk etmək təşəbbüsündə olan qədim
insanlar isə məkanı tamamilə əks şəkildə təsəvvürə gətirib daha çox abstraktlıqla
bağlamışlar. Doğrudur, lap başlanğıcda mücərrəd anlamda deyil, konkret gerçəklik
kimi yanaşmışlar. Ona görə ki, ulu əcdad gördüklərinin mahiyyətini öyrənmək
barədə düşünmüşdür. Dünya, ilk növbədə, onun özünün doğulub məskən saldığı,
oturub-durduğu, qidasını tapdığı, əyləndiyi, üstündə gəzdiyi ərazi, soyuqdan,
yağışdan qorunduğu mağaralar idi. Buna uyğun olaraq məkan landşafdan – dağ,
çay, düz, meşə, göl, dəniz, çöldən kənarda ağla gətirilə bilməzdi. Lakin insanların
toplum halında sakin olduğu ərazilərdə torpaq sahələrinin keyfiyyəti müxtəlif idi:
bir hissəsi məhsuldar, təbii şəraitinə görə münbit, yaşamaq üçün tam yararlı idi,
digər hissəsi, əksinə, bərəkətsiz, şoran, sərt soyuqlu, yaxud daim quraqlıq idi,
oralardan vaz keçmək lazım gəlirdi. Məkanın ayrı-ayrı bölgələr üzrə xarak-
terindəki əkslikləri izaha gələndə məsələnin əsil səbəbini anlamaqdan hələ onlar
çox uzaq idilər. Ona görə də əsas meyar kimi məhz yerin fiziki xüsusiyyətləri,
maddi ünsürlərin çatışmazlığı deyil, kənar abstrakt qüvvələrin mövcudluğu, təsiri
götürülür və məkanın özünün də fövqəltəbiiliyi, qeyri-adi qüvvələr – xeyir, yaxud
şər ruhlar tərəfindən idarə olunduğu qənaəti irəli sürülürdü.
Zaman barədə müasir və arxaik təsəvvürlər də bir-birindən əsaslı şəkildə
fərqlənir. Ümumiyyətlə, zamanın anılmasında elmi, gerçək, real amillərdən çox,
ilahi, kənar qüvvələrin yardımına arxalanırdılar. Zaman keyfiyyətə, əlamətə malik
- ya yaxşı, ya pis, ya da yaxşılığı-pisliyi duyulmaz halda düşünülürdü. Hansısa
vacib və əhəmiyyətli işə başlamazdan qabaq kahinlərə, cadugərlərə, falçılara,
qamlara, şamanlara üz tutur, uğurlu günü soraqlaşardılar. Uğur gətirən günü müəy-
yənləşdirmədən nə bir evin bünövrəsi qoyulur, nə uzaq səfərə çıxılır, nə də ailə
qurulurdu. Xoş, xeyirxah günün «uzaq səfərdən» gec qayıdacağını biləndə
müxtəlif mərasimlər keçirir, onu səsləyən mahnılar oxuyurdular.
Zaman-məkan vəhdəti. «Xronotoplar nəzəriyyəsi»ndə zamanla məkan
vəhdətdə götürülür. İlk dəfə Eynşteynin işlətdiyi termini (yunan mənşəli xronotop