-
14
-
mifoloji strukturlarla, başqa sözlə, Azərbaycan türklərinin şüurunda yaşayan
mifoloji davranış arxetipləri ilə əlaqəsi nəzərdən keçirilmişdir.
Mif və tarix bir araya gətirilə bilərmi? Əgər xatırlasaq ki, tarix gerçəkliyə,
dünyada baş vermiş real hadisələrə əsaslandığı halda mifin əsas funksiyası dün-
yadakı bütün yaranışları fövqəltəbii, qeyri-adi, fantastik şəklə salmaqdır, onda
mifin tarixlə bağlılığı ancaq meydana gəldiyi dövrün inanış faktoru olması ilə
məhdudlaşır. Lakin mif təkcə uydurma obrazlar silsiləsi deyil, gerçəkliyi
dərketməyə doğru atılan ilkin mühüm addımlardan biridir. Mifin müasir
müəyyənləşməsi, anlam dairəsi o qədər genişdir ki, izahını başa çatdırmaq,
cəmiyyətin formalaşmasındakı və inkişafındakı rolunu dəqiq üzə çıxarmaq üçün
hələ də axtarışlar aparılır. Eləcə də tarix geniş və dar mənada götürülür. Əslində
bütün yaranışların doğulma, meydana gəlmə tarixi var.
Məsələni başqa şəkildə qoyaq: mif hər hansı bir formada tarixdirmi? Aristotel
Herodotu tarixçi deyil, mifoloq kimi təqdim edirdi. Qədim yunanların qənaətində
mif dünya tarixinin başlanğıcını özündə əks etdirən ən dolğun mənbə sayılırdı. Bu
günədək tarixçilər Troya müharibəsi haqqında həqiqətləri öyrənmək üçün antik
miflərə (yeganə mötəbər mənbə kimi) müraciət edirlər. Sonralar dənizin
dərinliklərində aparılan arxeoloji axtarışların nəticəsində miflərdə göstərilən şəhər,
saray və qalaların qalıqları üzə çıxdı, mifoloji təsvirlərin çoxunun gerçəkliyi
təsdiqləndi. Antik dövrün mütəfəkkirləri allahlarla bağlı qəribə əhvalatların
işığında insanın və cəmiyyətin səlnaməsini yaradırdılar. Başqa bölgələrdə də belə
olmuşdur. Uzağa getməyək, eramızın XIII yüzilliyinin II yarısı və XIV yüzilliyinin
əvvəllərində yaşamış tarixçi F.Rəşidəddin (1313-ci ildə ölmüşdür) özünün məşhur
«Cami ət-təvarix» («Səlnamələr toplusu») əsərində
1
türklərin tarixini miflərlə
(mifik mədəni qəhrəman kimi tanınan Oğuz xanın doğulması,
Qərbə yürüşləri
şəklində) əks etdirmişdir. Təsadüfi deyil ki, onun çoxcildlik tarixində
Azərbaycanla bağlı hadisələr də özünə yer almışdır.
Dissertasiyanın ikinci fəsli Mifoloji düşüncənin genetik strukturuna həsr
olunmuşdur. Burada mifoloji dərketmənin ilkin mərhələləri, arxetipik simvollar,
sakrallaşdırılmanın yolları, zaman və məkan vəhdəti, müqəddəs rəqəmlərin
funksiyaları, ənənəvi təqvim (yazqabağı) rituallarının mifik düşüncə ilə qarşılıqlı
əlaqəsindən bəhs açılır.
Fəslin «Mifoloji düşüncənin struktur səviyyələri» adlanan bölməsində ilkin
şüur formalarının folklor qaynaqlarında izləri müəyyənləşdirilir. Mif çağında ulu
əcdad, ilk növbədə, yaşayış tərzi ilə təbiət hadisələri və heyvanlar aləmi arasında
oxşarlıq görmüş (qidalanmada, doğumda, hərəkət və davranışda, eləcə də digər
zahiri əlamətlərdə), həmin aləmlərlə özü arasındakı qeyri-adi əlaqəyə təsir göstər-
məyə çalışmış, bununla da nəhəng vəhşi canlılar tərəfindən gələn təhlükələrə qarşı
nikbinliklərini qoruya bilmişdir. Onların yaşamaq uğrunda mübarizəsindən və
topladıqları təcrübədən doğan inanışlar «sınaqlardan çıxarılaraq» yaddaşlarında
1
Rəşidəddin F. Oğuznamə. Fars dilindən tərcümə R.M.Şükürovanındır. – B., Azərbaycan Dövlət
Nəşriyyat-poliqrafiya Birliyi, 1992, s. 9-46.
-
15
-
möhkəmləndikcə təsəvvürlərə çevrilmişdir. Ulu əcdad dünyaya həmin təsəvvür-
lərin baxış bucağından, yaxud pəncərəsindən baxmışdır və onlar sistemləş-
dirildikcə totemizm, animizm, animatizm, magiya və kult münasibətləri şəklini
almışdır. Təbiət varlıqlarının fetişləşdirilməsi isə müxtəlif ayin və mərasimlərin
keçirilməsinə meydan açmışdır. Ovçuluq, maldarlıq və əkinçilikdə qazanılan
uğurların da səbəbini həmin təsəvvürlərin doğurduğu qeyri-adi məxluqlarla
əlaqələndirmişlər. Mifoloji anlayışlar bu təsəvvürlərin içərisindən keçərək öz
model və strukturlarını qurmuşdur və yuxular ibtidai görüşlərə təkan verən əsas
vasitələrdən biri olmuşdur.
İnsanların ilkin təsəvvürləri inkişafın aşağı pilləsində bir neçə mərhələdə və
başqa-başqa formalarda təzahür etmişdir:
Totemizm – ayrı-ayrı insan dəstələrinin elə bir inanc formasındır ki, icma
üzvlərinin hər hansı bir heyvan, yaxud bitki ilə qan qohumluğunun olmasına
əsaslanır.
Animizm – ilkin dini təsəvvürlərin əsasında duran elə bir inkişaf mərhələsidir
ki, bütün varlıqlarda ruhun mövcudluğuna inanışa əsaslanır. Animizmin ilk elmi
təhlilini verən E.Teylor təlim kimi götürəndə onun nəzəri əsasında iki ehkamın
durduğunu vurğulayırdı: birincidə ruh varlığın məhvindən, daha doğrusu, daşıdığı
cismin ölümündən sonra da maddi həyatda fəaliyyətini davam etdirir, ikincidə isə
bədəndən ayrılıb gerçək dünyanı tərk edir və ilahi aləmin yüksəkliyinə qalxır.
Animizmdə təbiət qüvvələri, bitkilər, bir çox cansız predmetlər, heyvanlar şüurlu
başlanğıca malik hesab edilir və fövqəltəbii xüsusiyyətlərin icraçılarına çevrilir.
Animistik görüşlər Azərbaycanda hər sahədə özünə geniş yer almışdır. Folklorun
epik, lirik ənənəsində, mərasimlərdə, oyun və tamaşalarda, canlı danışıqda, eləcə
də mədəniyyətin bütün formalarına aid nümunələrdə cansız varlıqların şüurlu
başlanğıca malikliyi ideyasına təsadüf edilir. Məsələn, əncir ağacını kəsəndə
«Ruhu səni tutacaq» qənaətinə gəlirlər. Gecə yerə qaynar su atanda
«Torpağın
ruhunu incitdin» deyirlər. Quşa daş atanda «Onun r
uhundan qorx!..»
xəbərdarlığını edirlər.
Animatizm – elə bir inama əsaslanır ki, insanın, xüsusilə ölünün ruhunun
əbədilik mövcudluğu ön plana çəkilir və zənn edilir ki, cismən bədən fəaliyyətini
dayandırsa da, ruh real dünyada yaşamaqda davam edir, lakin məhsuldarlığını
itirmiş olur. Azərbaycan xalqını formalaşdıran bəzi etnik qrupların Tanrıçılığa və
İslama qədərki dini dəfn adətlərində həyatın o biri dünyada davam etdirilməsinə
güclü inam var idi. «Kitabi-Dədə Qorqud»da (XI boyda) Qazan xanı əsir alıb
quyuya salan türk tayfasının inamına görə, yeraltı aləmdə günlərini daha xoş
keçirmələri üçün ölülər gerçək dünyanın nemətləri ilə təmin olunurdular.
Antropomorfizm – elə bir dünyagörüşüdür ki, insana xas xüsusiyyətlərin
əşyalara, təbiət hadisələri və qüvvələrinə, cansız varlıqlara, göy cisimlərinə,
heyvan və quşlara aidliyinə inamdan doğmuşdur. Mədəniyyətin inkişafının
müəyyən pilləsində dildə alleqorik ifadə vasitəsinə çevrilmiş və bədii yaradıcılıqda
geniş istifadə edilərək insanlığın əlamətlərinin digər varlıqların üzərinə
köçürülməsi ilə şərtlənmişdir.