Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

 

49

kimi qiymətləndirilməsi,  işğalçı çar Rusiyası ilə Iranın eyniləşdirilməsi 



kökündən səhvdir. Əvvəllər nəşr olunmuş kitablardan fərqli olaraq 1994 – 

cü ildə nəşr olunmuş "Azərbaycan tarixi" kitabında "Gülüstan müqaviləsi 

Azərbaycanın Rusiya tərəfindən iki yerə bölünməsinin başlanğıcı oldu" 

(s.577) fikirini yenilik kimi qəbul etmək mümkün olsa da yeni nəşr 

olunan tarix kitablarında  ədalətin bərpa olunduğunu demək hələ ki, 

mümkün deyil. 

Qafqazın ruslar tərəfindən işğalı ilə barışmayan Iran bu ərazilərin 

Rusiyanın  əsarətindən qurtarmaq üçün əlveişli  şəraitin yetişməsini 

gözləyir və müharibəyə hazırlaşırdı. Bu işdə bağlanmış müqavilə 

əsasında Ingiltərə Irana köməklik göstərir, Təbriz və digər  şəhərlərdə 

silah zavodlarının tikilməsinə yardım edirdi. Iranla yanaşı Rusiyanın 

Qafqazda möhkəmləməsinin  Ingiltərə və Türkiyənin də maraqlarına zidd 

olması bu dövlətləri yaxınlaşdırırdı. 1818 – ci ildə Iran höküməti Türkiyə 

ilə danışıqlara başladı  və  Fətəli  şah öz nümayəndəsini Sultan sarayına 

göndərdi. Rusiyanın işğal etdiyi xanlıqların müsəlman  əhalisinin yoxsul 

kütlələri ilə yanaşı ali zümrəsinin əksəriyyəti də rus hərbi müstəmləkəçi 

rejiminə düşmən münasibət bəsləyirdi ki, bu da Iranın şanslarını artırırdı. 

Rusiyanın paytaxtı Peterburqda 1825 – ci ilin dekabrında baş 

vermiş dekabristlər üsyanı adlanan zədagan inqilabının xəbəri Irana 1826 

– cı ilin əvvəllərində çatdı.  Şah Rusiya ilə müharibə başlaması 

məqamının yetişdiyni zənn edərək hərbi  əməliyyatlara hazırlaşmağa 

başladı. 1826 – cı ilin iyununda Iranın ali müsəlman ruhaniləri Rusiyaya 

qarşı "müqəddəs müharibəyə" başlamaq haqqında qərar qəbul etdilər. 

Iyulun 13 – də Abbas Mirzənin 60 minlik ordusu Cavad xanın oğlu 

Uğurlu xan, Bakılı Hüseynqulu xan, Qarabağlı Mehdiqulu xan, Şəkili 

Səlim xanın oğlu Hüseyn xan, Şirvanlı Mustafa xan və başqaları ilə 

birlikdə Arazı keçərək  rus işğalçılarına qarşı müharibəyə başladılar. 

Əhali Abbas Mirzənin qoşunlarını  və onunla gələn xanları özlərinin 

xilaskarı hesab edərək demək olar ki, bütün ərazilərdə onlara yardım edir, 

rusların  əleyhinə üsyana başlayırdılar. "Ümum müsəlman üsyanının" 

genişlənməsi  çar hökümətini təşvişə salmışdı.  

Qarabağda bəylərdən ibarət silahlı  dəstə ruslarla toqquşaraq, 

Yermolovun əlaltısı, müsəlman əhalinin dərin nifrətini qazanmış erməni  

R. Q. Mədatovun malikanəsini yandırdı. Şirvanda yerli əhalinin köməyi 

ilə Mustafa xan öz hakimiyyətini bərpa etdi. Bundan başqa Mirhəsən xan 

Talış,  Əhməd xan Quba, Hüseyn xan Şəki  əyalətində hakimiyyətlərini 

bərpa edə bildilər. 

Lakin tezliklə Rusiyanın mərkəzindən kömək alan Yermolov 

qüvələr nisbətində üstünlüyü ələ aldı. Yenidən xanlıqların əraziləri işğal 

olunmağa başladı  və xanlar Irana qayıtmağa məcbur oldular. Ruslar 

üsyanları qan içində boğur,  ələ keçən üsyançılara qarşı  ən amansız 

tədbirlərə  əl atırdılar. Quba əyalətində 1826 – 1827 – ci illərdə  həbs 




 

50

edilmiş 57 nəfərdən 3 xan və 7 bəy haqqında ölüm hökmü çıxarıldı, 



qalanları isə uzun müddətə  həbsxanalara salındılar. Müsəlman 

əyalətlərinin rəisi fon – Krabbe Quba, Şirvan və Bakı  əyalətlərinin 

komendatlarına göndərdiyi 16 dekabr 1826 – cı il tarixli təlimatda həbsə 

alınan bütün bəyləri filiz mədənlərində ağır işlərə sürgün etməyi, onların 

yetkinlik yaşına çatmış kişi övladlarını isə  Həştərxana hərbi – yetim 

şöbəsinə göndərməyi qəti surətdə tapşırmışdı. Təlimatda Rusiya 

hökümətinə düşmən  mövqe tutan bütün bəylərin daşınmaz və daşınan 

əmlakı Rusiya dövlətinin xəzinəsinə verilməsi irəli sürülürdü. Buna 

uyğun olaraq Əhməd xanla Irana getmiş 342 kişinin, o cümlədən 81 bəy 

və ağanın, Bakı əyalətindən Hüseynqulu xanla getmiş 40 - dan çox bəyin, 

Qarabağ əyalətindən getmiş 43 bəy və ağanın bütün kəndlərini müsadirə 

edilməsi haqqında höküm verildi. Şirvan  əyalətindən 1477 həyətdən 

ibarət 49 kənd, 125 meyvə və üzüm bağı müsadirə edilib çar xəzinəsinə 

verildi. Onlara məxsus olan 5139 baş iri buynuzlu mal, 24322 baş davar 

sürsat idarəsinin ixtiyarına verildi. Talış xanlığından Irana keçmiş bəylər 

1550 kəndli ailəsini də özləri ilə aparmışdılar. Onlara məxsus 3301 kəndli 

həyəti də xəzinənin xeyrinə müsadirə olundu. 

Rus qoşunları Irəvan və Naxçıvan xanlıqlarını işğal edib, 1827 – ci 

ilin sonlarında Araz çayını keçərək cənub torpaqlarına soxuldular. 

Bundan sonra hər iki tərəf danışıqlara başladılar. Danışıqların nəticəsində 

1828 – ci il fevralın 10 – da Təbrizdən bir qədər cənubda yerləşən 

Türkmənçay kəndində 16 maddədn ibarət Rusiya – Iran müqaviləsi 

imzalandı.  

Türkmənçay   müqaviləsi ilə II Rusiya – Iran müharibəsi başa çatdı. 

Müqaviləyə görə çar Rusiyasının qoşunları Arazdan cənubdakı 

torpaqlardan çıxarıldı. Gülüstan müqaviləsindəki torpaqlara əlavə olaraq 

yenicə  işğal olunmuş Irəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə 

qatıldı (III maddə). Bundan başqa Iran Rusiyaya 20 milyon gümüş rubl 

təzminat verməli idi (II maddə). Təzminat verilənə  qədər zəbt edilmiş 

cənub vilayətləri Rusiyanın himayəsində qalacaqdı. Xəzər dənizində 

yalnız Rusiya hərbi donanma saxlamaq hüquq təsdiq edildi (VIII maddə). 

X maddə ticarət konsulluğunun açılmasından, XI maddə qarşılıqlı olaraq 

müharibə ilə dayandırılmış işlərin bərpasından bəhs edirdi. XII, XIV, XI 

maddələr iki ölkə arasında əhəlinin hərəkəti və başqa məsələlərə toxunur. 

XV maddə ermənilərin Irandan cənubi Qafqaza köçürülməsi ilə bağl idi. 

(52)  


Iran qoşunlarının komandanı Abbas Mirzə haqqında sovet 

tarixşünaslığında olan düşmən, saxta fikirlər  şüurlarda hələ  də qalsa da 

son illər nəşr olunmuş  bəzi kitablar bu çatışmazlıqları müəyyən qədər 

aradan qaldırılmasına kömək edir. Fikrimizcə 15 yaşından Iran ordusuna 

rəhbərlik edərək 12 ildən artıq işğalçı çar qoşunlarına qarşı qəhrəmanlıqla 

döyüşmüş, cəsur sərkədə  Abbas Mirzəni bir şəxsiyyət kimi 13 yaşından 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə