• Bütün türkl
ərin tərcümanı
~
97
~
Sudan, Əlcəzair, Tunis) səfərlərinin nəticəsi kimi «Firəngistan
m
əktubları», «Darrürrahat müsəlmanları», «Sudan məktubları»,
«Qadınlar ölkəsi» və s. kimi bədii əsərləri – roman və hekayələri
q
ələmə alan İ.Qaspiralı Şərq ölkələrinə səyahətindən sonra «Bir-iki
gün İstanbulda», «Qafqazda üç-beş gün», «Zaqafqaziya boyu»,
«Baxçasaraydan
Daşkəndə səyahət», «İslam ölkələrinin məişəti»,
«Buxarada n
ə gördüm», «Misirdən məktub», «Maarif yolunda»,
«Hind yolundan», «Hindd
ən dönərkən» və s. bədii-publisistik
əsərləri – səyahət oçerklərini yazmışdır.
Heç şübhəsiz ki, İ.Qaspiralının səyahət oçerklərində hər bir
ölk
ə, bölgənin tarix, mədəniyyət abidələri, xalqların məişəti,
m
əşğuliyyəti, ayrı-ayrı insan obrazları, xarakterlər, təbiət
lövh
ələri… ilə bağlı maraqlı, yaddaqalan məqamlar çox, lap çoxdur.
Lakin ölk
ədən, şəhərdən asılı olmayaraq, bütün oçerkləri birləşdirən
v
ə İ.Qaspiralının səyahətlərinin əsas məqsədini əks etdirən başlıca
x
ətt islam, o cümlədən və xüsusi ilə türk xalqlarının mədəniyyətləri,
maarifi, elmi, t
əhsili ilə tanışlıq, Şərq xalqlarını bürümüş qatı
c
əhalət dumanından xilas yollarını, nadanlıq mərəzinin çarəsini
axtarmaqdır.
Qeyd etmişdik ki, İ.Qaspiralı yaradıcılığında Azərbaycan və
Az
ərbaycan türkləri mövzusu aparıcı yerlərdən birini tutur. Bu,
mü
əllifin səyahət oçerklərində də öz əksini tapmışdır. Maraqlıdır ki,
dig
ər ölkələrə səfərlərindən bəhs edərkən də, yeri düşdükcə
İ.Qaspiralı Qafqazı, Azərbaycan türklərini xatırlayır, xatırladır.
Türkl
ərin kitab mağazalarına, nəşriyyat işlərinə biganə
münasib
ətini düşünə-düşünə, pərişan halda İstanbul küçələrində
müşahidə etdiyi acı mənzərədən bəhs edərkən İ.Qaspiralı yazır: «Bu
s
əhnələr Qafqaza səyahətimi xatırlatdı, o zaman bir məclisdə
içimd
ən qopan sualları təkrar qışqırmaq istəyirdim: ey türklər, nədir
• Abid Tahirli
~
98
~
bizd
ə bu hallar? Tiflisdə «Elmi-hal» nəşr edirik Qaraqaşyan
m
ətbəəsində,
Bakıda
«Koroğlu»
buraxırıq
«Adamyan»
m
ətbəəsində, Qarabağda şeir, ya mərsiyə çap edirik Vanlıyan
m
ətbəəsində… Belə ki, Qaraqaşyan, Vanlıyan cənabları bizim
gör
əcəyimiz işi həyata keçirməsəydilər, o bizim «Koroğlu» dünya
üzünü görm
əyəcəkdimi? Eləmi? Bizlər haradayıq, hara baxırıq –
dem
əyə haqqım yoxdumu?» (İslam ölkəsinin məişəti, «Tərcüman»
№ 29, 6 avqust 1895).
«Baxçasaraydan Daşkəndə səyahət» oçerkində də İ.Qaspiralı
qürur hissi il
ə «hüquq elmində və siyasətdə mahir Əhməd bəy
Ağaoğlu», doktor Məhəmməd, mühəndis Səlim, hərbi məktəb zabiti
Əli, təhsil və tərbiyə işləri üzrə tanınmış mütəxəssis Həsən bəylə bir
mahalda, bir m
əclisdə görüşməyi, söhbət etməyi özü üçün böyük
l
əzzət olduğunu yazır. Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbov,
şeyxülislam Mirzə Həsən Tahirovun Tiflisdəki müsəlman həyatına
bir parlaqlıq, rövnəqlik verdiyini qeyd edir və göstərir ki, bakılı
qardaşlarımız bir çox sahələrdə Rusiyanın digər müsəlmanlarına
nisb
ətən irəli getmişlər, bu mənada H.Tağıyev (H.Tağıyevin
mesenat f
əaliyyətindən ayrıca, geniş bəhs edir – T.A.), M.Nağıyev
v
ə Ş.Əsədullayev xüsusi örnəkdirlər. Bakının xeyli tərəqqi etdiyini,
m
əktəblərin, şagirdlərin sayının artdığını məhəbbətlə qeyd edir.
Oçerkd
ə müəllif onunla birgə səyahət etmək üçün Orta Asiyaya –
S
əmərqəndə gələn «Bakılı dostlarından müəllim Məcid əfəndi
Q
ənizadənin» adını böyük ehtiramla çəkir.
«Buxarada n
ə gördüm» (27 iyun 1908, № 47, 8 iyul 1908,
№ 50, 1 avqust 1908, № 57, 5 avqust 1908, № 58, 12 avqust 1908,
№ 60, 22 avqust 1908, № 63, 26 avqust 1908, № 64, 22 sentyabr
1908,
№ 68, 5 dekabr 1908, № 78) adlı oçerkində də Azərbaycan
türkl
ərinin həyatına xeyli yer ayrılmışdır, müəllif Bakıdan keçərkən
• Bütün türkl
ərin tərcümanı
~
99
~
Əli Mərdan bəy Topçubaşovu xatırlayır, bir şamaxılı ilə həmsöhbət
olur, Buxaradakı pambıq emalı fabrikinin Bakıda H.Z.Tağıyevin
mü
əssisəsi qədər böyük olduğunu qeyd edir.
«S
ərgidə mən nə gördüm» səyahət oçerkində Nijni-
Novqoroda s
əfərindən, orada təşkil olunan Ümumrusiya
s
ərgisindən, onun eksponatlarından bəhs edərkən «Qarabağdan,
Şəkidən, Şirvandan» da bir xeyli əşyanın nümayiş etdirildiyini yazır
«Misird
ən məktub»da da (23 oktyabr 1907, № 69, 2 noyabr 1907,
№ 70, 6 noyabr 1907, № 71, 13 noyabr 1907, № 73, 20 noyabr
1907, № 75, 23 noyabr 1907, № 76, 4 dekabr 1907, № 79, 8 yanvar
1908, № 1, 28 mart 1908, № 24, 18 aprel 1908, № 29).
İ.Qaspiralının yadından Azərbaycan türkləri çıxmır. O, Qahirədə bir
görüşü zamanı söylədiyi xütbədə Rusiya müsəlmanlarının fəaliyyəti
il
ə bağlı danışanda H.Z.Tağıyevin xidmətlərini ayrıca vurğulayır.
Bundan t
əsirlənən məclis iştirakçılarının H.Z.Tağıyevin ünvanına
h
ər tərəfdən yüksələn «sağ olsun, yaşasın», «yaşasın, yaşasın»
s
ədaları, duaları «salonu titrətdi».
Qafqaza Az
ərbaycanla bağlı səyahətlərinə dair İ.Qaspiralı
ayrıca məqalələr də həsr etmişdir. «Ədəbi məclis» (10 avqust 1886,
№ 37), «Qafqazda üç-beş gün» (26 oktyabr 1886, № 44), «Yolda
rastlaşma» (20 yanvar 1895, № 3), «Zaqafqaziya boyu» (23 dekabr
1901, № 47) kimi oçerklər bu qəbildədir.
Qeyd etdiyimiz kimi, bütün s
əfərlərində və bunun nəticəsi
kimi bütün s
əyahət oçerklərində mədəniyyət, maarif, təhsil və
t
ərəqqi problemləri ilə maraqlanan, onları ön plana çəkən
İ.Qaspiralının Qafqaza səyahətləri üçün də bu cəhət xarakterikdir.
Yerli ictimaiyy
ət, ziyalılar, mətbuat da öz növbəsində İ.Qaspiralı
şəxsiyyətinə, ideallarına böyük maraq, diqqət göstərir, onunla
görüşə can atırdılar. Rus dilində Tiflisdə çıxan məşhur «Kafkaz»
Dostları ilə paylaş: |