Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə173/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   169   170   171   172   173   174   175   176   ...   185

 502

daha uğurlu formalar tapır.  

Poeziya necə yaransın? Nədən yazsın? Faciə gözümüzün 

qabağında baş verir. Hansı  bədii  əsər o faciəni həmin faciənin özü 

qədər təsirli verə bilər? Ən böyük əsər o faciəni çox solğun əks etdirə 

bilər. Ona görə  də  əsər yaranmır. Cəmiyyət özü elə  dəhşətli ”şah 

əsərlər” yaradır ki, ayrı-ayrı  sənətkarların heç biri belə  əsər yarada 

bilməz. Ona görə  qələm sahibi susur. Yalnız bu bəlalardan keçə 

bilsək, bu bəlaların əsl törədiciləri müəyyənləşməklə bu günü gələcək 

nəslə çatdıra bilərik.  

Biz o qədər mehriban xalqıq ki, dost yolunda var-yoxdan 

çıxmağa, ev-eşiyimizi silib-süpürüb dosta verməyə, hətta 

atalarımızdan, babalarımızdan və onların məsləkindən ”keçməyə” 

hazırıq. Budur, şair misrası: ”Şah  İsmayıl olan yerdə Sultan Səlimə 



nə yağı?” (Akif Səməd) Belə çıxır ki, Şah İsmayıl 60 minlik qoşunla, 

topla-tüfənglə Sultan Səlimin üzərinə getmiş imiş, Sultan Səlim gəlib 

Təbrizin qapısını kəsməmiş imiş. Biz həmişə Şah İsmayılın - o ülvi və 

yüksək  şəxsiyyətin nəvələri olmaqla fəxr etmişik. Sultan Səlimin öz 

nəvələri var. Danışan  şəxs həddini bilməlidir. Müstəqillik birindən 

qopub, başqasına calaq olmaq deyil. Müstəqillik müstəqil olmaq, öz 

yurdunu, öz tarixini, öz babalarını, öz dilini, öz əxlaqını, öz 

mədəniyyətini sevməkdir, qorumaqdır.  

Əgər XX əsrin  əvvəllərinə, yəni sovet dövrünə  qədərki 

ədəbiyyatımıza nəzər salsaq, görərik ki, orada ”şimal”, ”cənub” 

söhbətləri yoxdur. Ədəbi faktın doğulduğu ərazi var, onun ümumxalq 

mədəniyyətinə xidməti var. Eyni dərəcədə Sabiri də öyrənmişik, 

Möcüzü də. Klassik ədəbiyyat nümayəndələrinin bir çoxu Təbriz 

məktəbinə məxsusdur.  

İlk dəfə Sovet dövləti belə bir sərhəd yaratmağa çalışdı. Lakin 

əlaqələr qırılmadı, kəsilmədi. II Dünya müharibəsi dövründə Azər-

baycan ziyalılarının, alim və yazıçılarımızın Təbriz görüşü, bu 

görüşlərdən sonra sərhədlərin daha möhkəm qapanması ilə alovlanan 

”iki sahil” rəmzi cənubu unutmağa imkan vermədi, daim qəlbimizdə 

ağır bir yük kimi yaşatdı. 

60-cı illərdə Qulamhüseyn Beqdeli böyük sənət ustadı 

Məhəmmədhüseyn  Şəhriyarı Azərbaycanda tanıtdı, sevdirdi. 

Ziyalılarımızın, sənət ustalarının  Şəhriyarla, Səhənd və başqaları ilə 

məktublaşmaları, əlaqələri başlandı.  

Müharibədən sonrakı ilk illərdə İranda irticanın dəhşətli şəkil 

alması ilə bir qrup Cənubi Azərbaycan ziyalıları, xüsusilə istedadlı 

gənclər Şimala pənah gətirdi. Onların içərisindən Balaş Azəroğlu, Əli 



 503

Tudə, Fəthi Xoşginabi, Söhrab Tahir, Mədinə Gülgün kimi görkəmli 

alimlər, şair və yazıçılar yetişdi.  

Onların hamısının yaradıcılığı bütövlükdə Azərbaycan 

ədəbiyyatının tərkib hissəsinə daxildir, ona görə  də onlar ali məktəb 

proqramlarında öz təbii yerlərini tutmalı idilər. Bu gün müasir 

Azərbaycan  ədəbiyyatını  Şəhriyarsız təsəvvür etmək qeyri-

mümkündür.  

Vaxtilə xalq şairi S.Rüstəm Təbrizi onun üstünü alan 

dumandan qorumağa çağırırdı:  

 

Qoymaram yadları girsin qoynuna,  



İzin ver qolumu salım boynuna...  

 

Şair Zəlimxan Yaqub isə uzun illərin ayrılığından sonra Təbri-



zə bir qonaq kimi gəlməyindən, bir qonaq kimi ondan tez ayrılma-

ğından hədsiz kədərlidir:  

 

Yenə gözündə yaş, qəlbində kədər,  



Gəlişin hədərmiş, gedişin hədər.  

Sənin ki dərdin var bir Təbriz qədər,  

Niyə yaşayırsan, öl, ay Zəlimxan! 

 

Bu, qısa müddətli vüsal şirinliyi və ayrılıq acılarından doğan 



bir həyəcandır.  Şair sərhəd dirəkləri basdıranların  əməllərindən 

dəhşətə gəlir: ”O tay nədir, bu tay nədir, ilahi?” Bunları kim kəşf edib, 

”o tay, bu tayı” kim yaradıb? 

Eyni həsrət, eyni istək, eyni ehtiras daim cənubun vətənpərvər 

sənət adamlarını da coşdurmuşdur. ”Ulduzlar arasına sərhəd qoymaq 

olar, ürəklər arasına yox”, - deyən şair Dadiman Qocabəyli də həm o 

tayın, həm bu tayın dərd yükünü çəkir:  

 

Donub niyə daş olmadı bu varlığım,  



Canım burda, ruhum orda düşdü dara...  

 

Bu gün - 17 sentyabr 1992-ci il xoş bir gündür. Cənubi 



Azərbaycanın Muğan  şairləri adlanan bir qrup şairi qonağımızdır: 

Cəfər Muğanlı, Dadiman Qocabəyli, Hacı Malik Rəhnüma, Seyid 

Cəlil Hüseyni, İbrahim Teymurpur!  

Muğan  şairləri! Vətən necə  dəhşətlə parçalanıbsa, biz 

Muğanın böyük bir parçasının Cənubda olduğunu da unutmuşuq.  



 504

Bu günlərdə keçirdiyimiz görüşlərdən birində  şair Savalanın 

”Qarabağ” sözünə verdiyi məna mənə xoş  gəldi: ”Qarabağ” - böyük 

allah deməkdir, - deyirdi, bu qədim  ərazinin adını ”bağ” sözü ilə – 

allah sözü ilə bağlayırdı.  

Əslində, Qarabağ  qədər qədim olan ”Muğan” sözü də ”bağ” 

sözündəndir: muğ//mağ - kahin mənasında işlənən bir söz olub (mağ-

lar ölkəsi mənasında), ”bağ” - allah sözündən ayrılmışdır.  

Muğan şairləri! Bağlar ölkəsinin şairləri! 

Zorla parçalanmış bir torpağın övladları! Xoş gəlmisiniz!  

 

Cəfər Muğanlı 40 il bundan əvvəl  Ərdəbil vilayətinin 

(ostanlığının) Parsabad şəhərində anadan olmuşdur.  

Kollec təhsili almışdır. İxtisasca mühasibdir.  

Cəfər Muğanlı İran inqilabından sonra Azərbaycan dilində çap 

olunan bütün qəzetlərdə, ”Varlıq”, ”Yol” jurnallarında ardıcıl çıxış 

edir. Bizim mərkəzi mətbuat orqanlarında da şerləri çap olunmuşdur.  

Cəfər Muğanlının şerlərində bir yanğı, bir od var. İllər keçmə-

sinə baxmayaraq, onun ”Ay ana” şerindəki xəfif və  qəhərli yalvarış 

qulaqlarımdan getmir:  

 

Qaldı həsrət neçə il yollara gözlər, ay ana,  



Saralıb soldu qərənfil kimi üzlər, ay ana.  

Gileyin dəftərini açmagilən, qoy mən açım,  

Oxuram çünki onu mən sənə əzbər, ay ana.  

 

Bu şeirdə:  



 

Şəhriyar həsrət olan şəhri deyib gəldim mən...  

Cənubun həsrəti dığlatdı Süleyman dədəni - 

 

kimi misralar hər iki tərəfin həsrətini əks etdirən misralardır:  



Bu həsrət, bu yanğı Dadimanın, Hacı Malikin, Seyid Cəlilin, 

İbrahimin poeziyasına da xasdır.  

Gənc Muğan şairləri Azərbaycana xoş gəlib! 

 

17. 09. 92  



 

 

 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə