Азярбайъанын илк


CAVAD HEYƏTLƏ  İKİNCİ GÖRÜŞ



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə174/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   170   171   172   173   174   175   176   177   ...   185

 505

CAVAD HEYƏTLƏ  İKİNCİ GÖRÜŞ 

 

Tarix öz işindədir. Dünyanın çərxi fırlanmaqdadır. Bu çərx 



gah yaxşılığa fırlanır, gah yamanlığa; bir tərəfdən, dünyaya sevinc qa-

pısı açmaq istəyir, o biri tərəfdən qara əllərlə insanın sevinc 

damarlarını ovub tökməyə çalışır; bir tərəfdən, insanı insana 

qovuşdurur, o biri tərəfdən insan qəlbini qırmızı gülləyə tuş  gətirir. 

Dünən köks ötürdüyümüzə bu gün sevinmək istəyirik, dünən qədrini 

bilmədiyimizi bu gün ümidsizliklə xatırlayırıq...  

Uzun illər keçmiş tariximizin bir çox səhifələrini, Xudafərin 

körpülərinin açıq olduğu günləri həsrətlə, köks ötürərək xatırlamışıq. 

İndi bu körpülər muzey kimi qorunur, yanında yeni körpülər tikmək 

istəyirlər. O taydan bu taya, bu taydan o taya gediş-gəliş artır. Hər ge-

diş ürəklərdə bir körpü yaradır. Biz iki il əvvəl böyük alim, görkəmli 

cərrah Cavad Heyəti bu gözəl zalda, bu işıqlı zalda hərarətlə 

alqışlamışdıq. O, onda da baharda, novruzda gəlmişdi, indi də 

bahardır, novruz sevinci hələ canımızdadır. Belə görünür ki, Cavad 

Heyət bahar adamıdır, hara gedirsə, özü ilə baharın ilıq nəfəsini, bahar 

çiçəklərini aparır. Onun gəlişi ilə hava da xoşdur, gün də gözəldir. 

Yenə bahardır. Bu gün biz yenə bu əziz qonağı baharın yaratdığı 

məhəbbətlə, hərarətlə, təmiz sevgi ilə salamlayırıq. Xoş  gəlmisiniz, 

əziz doktor! 

Cavad Heyət! - bu ad indi Avropanın və Asiyanın bir çox 

ölkələrində  məşhurdur. Bunu bizim əziz qonaq öz əməyi, zəhmət və 

istedadı ilə qazanıb.  

Cavad Heyət böyük həkimdir, görkəmli cərrahdır. Bizim də 

böyük tibb alimlərimiz, cərrahlarımız var. Lakin Cavad Heyət öz 

cərrahlıq şöhrəti ilə az qala Cənubdan Şimala meydan oxuyur. Keçmiş 

SSRİ-dən bu sahədə Fransa akademiyasının bir üzvü varsa, İrandan bu 

sahəni doktor Cavad Heyət təmsil edir. Bu günlərdə televiziya 

vasitəsilə onu İranda müalicə olunan Qarabağ yaralıları arasında 

gördükdə, onları öz əli ilə müalicə etdiyini bildikdə qəlbimiz iftixarla 

döyündü.  

Cavad Heyət görkəmli tibb alimidir. Onun əsərləri bir çox Av-

ropa dillərinə tərcümə olunub.  

Cavad Heyəti  şəxsən bizə sevdirən, daha çox bağlayan cəhət 

onun bir filoloq alim kimi fəaliyyətidir. O, görkəmli ədəbiyyatşünas, 

ədəbiyyat tarixçisidir. İki cildlik ”Azərbaycan ədəbiyyatı tarixi” kitabı, 

saysız məqalələri mədəniyyət tariximizə yadigardır.  

Cavad Heyət folklorumuzun gözəl bilicisi və  tədqiqatçısıdır. 



 506

Onun bu sahədə əsərləri burada da çap olunub yayılmışdır.  

Cavab Heyət həm də bir jurnalist kimi məşhurdur. Gözümü-

zün qabağında tarix yaradır. 15 ildir ki, nəfis şəkildə nəşr olunan ”Var-

lıq” jurnalına rəhbərlik edir. Bu jurnal Cənubi Azərbaycanda və İranda 

ən tutarlı və kütləvi mətbuat orqanlarındandır.  

Gərək ki, Antuan de-Sent Ekzüperinin fikridir ki, hələ  gənc 

yaşlarında söyləmişdir - insan öz təfəkkürünü daim zənginləşdirməyə, 

nitqini gözəlləşdirməyə çalışır, lakin təfəkkür mədəniyyəti barədə 

hamı düşünmür. Təfəkkür mədəniyyəti təfəkkürün müstəqilliyi, 

yaradıcı olması, özünəməxsusluğu, cəsarətli və dialektik olması ilə 

bağlıdır. Biz Cavab Heyətin yazılarında da, şifahi nitqində də həmişə 

bu cəhətlərin  şahidi olmuşuq. Bunun nəticəsidir ki, onun hər 

çıxışından mütləq bir detal yadda qalır. Hələ iki il əvvəl bizimlə 

görüşdə  və ondan bir neçə gün əvvəl Azərbaycan Yazıçılarının 

qurultayında demişdi ki, həkimlik, cərrahlıq onun ”sənət işi”, 

ədəbiyyat onun ”eşq işi”dir. Bu sözlər bu gün də yadımızdadır və 

onun eşq işi, məhəbbət işi bu gün də hərarətlə davam etməkdədir. Bu 

yaxın vaxtlarda, böyük Nizaminin yubileyi günlərində, Gəncə 

yaxınlığında şairin məqbərəsi önündə çox çıxışlar oldu. Lakin düzünü 

deyim ki, mənim yadımda qalan yalnız Cavad Heyətin sözləridir. O, 

Nizaminin xidmətlərini daha obrazlı, daha müstəqil, daha cəsarətlə və 

daha dialektik ümumiləşdirdi- ”Nizami bir adam, bir şəxs deyil, - dedi, 

- Nizami bir xalqdır, bir millətdir”.  

Keçən  əsrin ortalarında böyük fransız yazıçısı Jül Vern 

dalbadal o qədər romanlar yazırdı ki, Fransada bir çoxları Jül Vernin 

bir şəxs, vəkil P’er Vernin oğlu deyil, bir cəmiyyət olduğunu güman 

edirdilər. Bu hal böyük şəxsiyyətlərdə var və Cavad Heyət də bizim 

bu məsuliyyətsiz dünyada, əməyə,zəhmətə marağın, məhəbbətin son 

dərəcə azaldığı, saxtakarlığın, yalanın, hiylənin baş alıb getdiyi, 

qardaş qardaşın əlindəkini qapıb daha baha qiymətə satmaq istədiyi bir 

dövrdə həm cərrahlıq sahəsində, həm ədəbiyyat, filologiya sahəsində, 

həm də ictimai əlaqələr sahəsində elə böyük iş görür ki, bunu ancaq 

bir cəmiyyət görə bilər. Görünür, böyük adamlar öz adının mənasını 

qorumağa çalışır: Cavad - comərd, səxavətli deməkdir, Heyətin bir 

mənası görkəm, surət, daha geniş  mənası  cəmiyyət deməkdir. Bu 

gözəl görkəmlə, bu comərdliklə Cavad Heyət bir cəmiyyətin işini 

görür, tarixdə şəxsiyyətin xüsusi xəttini yaradır.  

Hörmətli qonağı universitetimizin professor-müəllim heyəti və 

tələbələrimiz bir daha hərarətlə salamlayır! Bayram hərarətli bu 

günlərdə onu öz aramızda görməyə çox şadıq!  



 507

30. 03. 93.  


 508

UHİVERSİTETİN İLK FƏXRİ PROFESSORU 

 

İran alimi Məhəmmədəli Qövsi Fərzanə!  



Dolu bədənli, nurani, səbr və təmkinlə dinləməyi bacaran, cə-

nub azərbaycanlılarının  şirin ləhcəsi ilə diqqəti cəlb edən bir 

möhtərəm şəxs!.  

Məni ilk dəfə onunla mərhum Abbas Zamanov tanış etmişdi.  

Söhbətlərindən dərhal aydın oldu ki, respublikamızın elm aləminə 

yaxşı  bələddir. Humanitar elmlərlə  məşğul olanların çoxunu tanıyır. 

Bu da aydın oldu ki, elə bizim hörmətli Abbas Zamanov tipli bir 

şəxsiyyətdir:  ədəbi və  mədəni  əlaqələrin inkişafında, Cənubi 

Azərbaycan mədəniyyətinin respublikamızda öyrənilməsində, 

respublikamızın elmi, mədəni nailiyyətlərinin Cənubi Azərbaycanda 

təbliği sahəsində böyük rolu var. Odur ki ikinci görüşümüzdə onu 

N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin filoloq müəllim və 

tələbələri ilə görüşə dəvət etdik.  

Fərzanə bizim klassik alimlər kimidir. Məhdud sahə 

mütəxəssisi deyil. Dilçi, ədəbiyyatşünas, folklor toplayıcı  və 

tədqiqatçısı, jurnalist kimi geniş fəaliyyət dairəsinə malikdir.  

Fərzanə görüşə professor Vaqif Aslanovla birlikdə  gəldi. 

Məruzəsi İranda və xüsusən Cənubi Azərbaycanda son 50 ildə elmin, 

mədəniyyətin, mətbuatın inkişafı  məsələlərinə  həsr olunmuşdu. 

Fərzanə özünəməxsus natiqlik məharəti ilə bizi Cənubun elm, sənət 

aləminə apardı, mədəni inkişafın, mətbuatın vəziyyəti ilə tanış etdi. 

Düzü, Sovet hakimiyyətinin verdiyi imkanlarla müqayisədə  təəssüf 

doğuran məsələlər çoxdur. Bu xalq hələ çox iş görməlidir. Fərzanə 

kimi elm və  mədəniyyət fədailərinə ehtiyac çoxdur. Cəmiyyət özü 

bunun üçün imkan və  şərait  əldə edə bilməlidir. Elmin, ana dilinin 

inkişafı uğrunda əməli iş dövlət qayğısı ilə əhatə olunmalıdır.  

Məhəmmədəli Qövsi Fərzanə 1923-cü ildə  Təbriz  şəhərində 

əməksevər bir ailədə anadan olmuşdur. Ana dilində  təhsil qadağan 

edilmiş olduğundan fars dilində orta təhsil alıb. Ailəyə yardım üçün 

müəllimliklə məşğul olub, eyni zamanda milli və mədəni problemlərlə 

maraqlanıb. 1941-ci ildə xarici qoşunların  İrana daxil olması ilə 

ölkədə demokratik qüvvələr fəallaşır, müvəqqəti olaraq istibdada son 

qoyulur. Azərbaycan Demokratik Firqəsi yaranır. Fərzanə bu firqəyə 

meyil edən, müsbət münasibət bəsləyənlərdən idi. Odur ki 

gəncliyindən xalq işi uğrunda mübarizəyə qoşulur.  

O, 1947-ci ildə Təbriz Universitetinə daxil olmuş, 1950-ci ildə 

oranı bitirmişdir. Bu dövrdən başlayaraq, ardıcıl olaraq xalq 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə