Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə64/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   60   61   62   63   64   65   66   67   ...   78
Flora-Namazova-Dissertasiya

Nargilə. Lazım deyil. Bir damçı tökülüb.

Nəzakət. Sən onun xasiyyətini bilirsən. Şoraba da yadımızdan çıxıb. (Tələsik mətbəxə gedir. Qız, anasının ardınca təngə gəlmiş adam kimi nəzər salır. Sonra dərindən nəfəs alaraq, yaxınlaşıb radionu açır. Otağa zəif bir müsiqi dolur. Nəzakət həyəcanla daxil olur, şorabanı stolun üzərinə qoyaraq radionu bağlayır) Nə qayırırsan?.. Bilmirsən o, ac olanda belə şeylərə dözmür?! (Bayırdan ayaq səsləri eşidilir) Gəlir... Yenə müəllif remarkası başlanır: Və yalvarıcı bir ifadə ilə qızına baxır. Nargilə onun nə demək istədiyini başa düşərək, səhnənin ikinci otağı əvəz edən hissəsinə keçir. Fərəc ağır addımlarla daxil olur. Nəzakət xanımın ona dikilən nəzərlərində bir vahimə vardır. Fərəc həsir şlapasını çıxarıb Nəzakətə verir və mətbəxə yönəlir...Nəzakət də onun ardınca gedir. Sonra Fərəcin fınxıra-fınxıra, suyu üzünə şappıldada-şappıldada necə yuyunduğunu eşidir və bütün bu səslərin Nargiləyə olduqca xoşagəlməz bir təsir bağışladığı, onu əsəbləşdirdiyi duyulur. Nəzakət yeməklə dolu boşqabı çox ehtiyatla gətirib stolun üstünə qoyur. Fərəc yaş əllərini havada tutaraq gəlir” [54, c.2, s.74].

Diskursiv təhlil dram əsərlərinə kompleks sosiolinqvistik yanaşma tələb edir. Bu yanaşma ilə mətndəki dil faktorlarının yeni antroposentrik paradiqmalarını aşkar etmək, əsərdəki bütün təfərrüatları (detalları) təhlil edib öyrənmək mümkündür.

Diskursda emosiya. Emosiya, hiss-həyəcan diskurs personajlarının nitqində geniş müşahidə olunur. Yəni dialoq şəraitində əksər nitqi həyəcansız təsəvvür etmək olmur. Məsələn, Xurşidbanunun Canişinlə söhbətində emosional durum göz qabağındadır:

Canişin (zarafatyana). Siz tək qızsınız, o qədər mülk nəyinizə lazımdır?

Xurşidbanu (həyəcanla). Mən tək deyiləm, knyaz həzrətləri! Mənim yaşadığım Şuşa şəhərinin əhalisi hələ də şor su içir! Kəndlərimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyüyürlər. Mən onlara heç bir kömək eləyə bilmirəm [54, c.2, s.184, 185].

Diskurs dialoqlarında paralinqvistik vasitələrdən istifadə. Diskursda paralinqvistik vasitələrdən (jest, mimika və s.) istifadə edilir. Paralinqvistik vasitələr nitqi müşayiət edir:



Anjel. Eşitdim sabah yox, birigün sənin toyundur? (Fəridə başı ilə təsdiq edir). Jenix bu cənabların hansıdır? [54, c.2, s. 138];

Sədaqət (Əlini yuxarı qaldıraraq). Bəs nişanlın soruşmadı niyə ağlayırsan [56, c.3 s.306].

İ.Əfəndiyev personajlarının bir-biri dərk etməsində, anlamasında paralinqvistik vasitələrin də öz rolu vardır. Məsələn, “Atayevlər ailəsi” dramında Reyhanın (zarafatyana). Yoxsa bu adama vurulub eləmisən? Sualına cavab kimi Mehrican “yox” mənasında başını tərpədir [54, c.2, s.7-8].

Diskurs təhlilində intonasiya. “Diskurs təhlilində intonasiya daha geniş mənada başa düşülməlidir. Diskurs təhlilində həmişə diskursu yaradan elementlər olur. Bu elementlərin başlanğıcı və sonu intonasiya əlamətlərilə daha qabarıq ifadə olunur. Bu əlamətlərə tonun hərəkəti, tonun gücü (intensivliyi) və səslənmə zamanı (tempi) aiddir” [152, s. 68].

İ.Əfəndiyevin dram diskurslarının intonasiyası həm qrammatik, həm də funksional xüsusiyyətinə görə zəngindir. Məsələn, təəccüb intonasiyası: Aynur. Bu ağaların öz xanımlarına hədiyyə etdikləri mavi brilyantdır, bibioğlu. İndi dəbdədir. Bayandur (təəccüblə). Ağaların? Haradadır o ağalar? Aynur. Bu cür büllur sarayda. [56, c.3, s.322].

Dialoji diskurs koqnitiv aspektdə. Dialoq diskursunda koqnitiv proseslər də baş verir. Nəzərə almaq lazımdır ki, dialoji nitq, dialoji diskurs koqnitiv prosesdə formalaşır. Müasir dilçilikdə “diskurs” termini nitqin dərk edilməsi prosesində cümlələrarası kompleks vahidlərin semantik əlaqəsi kimi də başa düşülür. Bu termin başlıca olaraq dialoq nitqi ilə verbal münasibətdə assosiasiya olunur. Ona görə də dialoq dram əsərlərində həm də ritmik proses sayılır. Bu prosesdə replikalar bir-birini əvəz edir, inkişaf boyu replikalar dolğunlaşır, fikrin yeni ifadəsi üçün canlı dil vasitələri müəllif tərəfindən dialoji mühitə gətirilir. Bu zaman dialoq məzmunca kamilləşir və oxucuya emosional reaksiya verir. Qarşı-qarşıya gələn personajların psixoloji əlaqəsi güclənir.

M.M.Musayev yazır ki, koqnitiv dilçilikdə insan faktoru çox vaxt çağdaş sosial elmlərin ümumi bir elmi araşdırma əsası səviyyəsində də irəli çıxarılmaqdadır. Belə bir araşdırma əsası isə insan intellektinə söykənən dil bağlılıqlarının bundan sonra dünyanın dərk edilməsində bir başlanğıc nöqtəsi yerində araşdırılacağının siqnallarını verməkdədir [113, s.24].

Biz koqnitiv funksiyanının insan faktoru ilə bağlılığını diqqətdə saxlamalıyıq. Əlbəttə, dil insan davranışına təsir göstərir. İnsanın fiziki həyatı üçün hava lazım olduğu kimi, mənəvi həyatı üçün dil mühiti zəruridir. Bununla əlaqədar dilin insan davranışına təsirinin müxtəlifliyi təbiidir. Əslində bu təsir tarixən müəyyən olunmuş və qədim insanlar bu təsirdən şüurlu şəkildə faydalanmışlar. Hətta bu problemin tədqiqi ilə üslubiyyat elmi də məşğul olmağa başlamışdır. Beləliklə, demək olar ki, əgər dildə koqnitv əsaslara görə təsiretmə keyfiyyəti olmasaydı, o zaman heç bədii ədəbiyyat da formalaşa bilməzdi. Ədəbiyyatda estetik təsirin gücünü heç kəs inkar edə bilməz. Bədii dil estetik funksiyanı yerinə yetirir və şübhəsiz ki, koqnitiv funksiya ilə estetik funksiya bu məqamda birləşir.

Koqnitivizmi “insan və dil” problemindən kənar təsəvvür etmək olmaz. İnsanın bütün başqa davranış növləri kimi, onun şüur fəaliyyəti də psixi qanunauyğunluqlara tabedir. Dərketmə prosesi davranışa müəyyən qədər təsir etmiş olur, bu xüsusda “insanın mental dünyası” formalaşır.

Koqnitiv əsaslara görə dram əsərlərində gerçəklik, maddi varlıq insanın şüurunda əks olunur və həmin inikas dil vasitəsilə gerçəkləşir, digərlərinə çatdırılır. Ə.Rəcəbli bu koqnitiv əsasları belə şərh edir: “Dil fikri oyadaraq, formalaşdıraraq, ifadə edərək insanın maddi aləmi, dünyanı, gerçəkliyi daha ətraflı, daha dərin başa düşməsinə, qavramasına kömək edir, gerçəklik haqqındakı informasiyanı tam və daha düzgün təhlil etməyə şərait yaradır. Bu vəzifədə dil dərketmə, qavrama aləti kimi çıxış edir. İnsan təfəkkürü ətraf mühiti qavradıqca əldə edilən biliklər verbal şəkildə, sözlər vasitəsilə dilə daxil olur” [132, s.271, 280].

Koqnitivizm, göründüyü kimi, dərketmə funksiyası (təfəkkür aləti olması) ilə bağlı məsələdir. Bu funksiya, ilk növbədə, dilin kommunikativ (ünsiyyət) funksiyası ilə bağlıdır. Əlbəttə, bunlar arasında olan qarşılıqlı əlaqə koqnitiv aspektlərə də öz təsirini göstərir.

Dram əsərlərində məcazlaşma hadisəsi koqnitiv əsaslara görə müəyyənləşdirilir. Məcazlaşma prosesi insan şüurunda hiss etmə vasitəsilə baş verir və sona yetir. Nəticədə həqiqi mənada yaranmış söz dərketmə vasitələri ilə yeni mənaları üzə çıxarır. Bu mənalar məcazi mənalar adlanır. Bu prosesə troplaşma, metaforikləşmə də deyilir. “Bütün bunlar insan şüurunda və təfəkkürdə ilk mərhələdə təhtəlşüur olaraq müəyyənləşir. Həmin obrazlarla dünyanın ümumi dil xəritəsi və konkret dil kateqoriyaları arasındakı iyerarxik əlaqələr isə günümüzdə koqnitiv dilçilikdə araşdırılır” [113, s. 23].

Kommunikativ vahid kimi mətn müəyyən koqnitiv informasiyaya malikdir. V.Borbotkovanın fikrincə, “diskurs mətndir, lakin dilin kommunikativ vahidlərindən - arasıkəsilməz məna əlaqəsində olan cümlələr və onların da böyük birləşmələrindən ibarət mətndir və bu da onu bitkin bir tamlıq kimi qavramağa imkan verir” [bax: 173]. Mətn diskursa nisbətən daha ümumi anlayışdır. Diskurs həmişə mətndir. Hər mətn diskurs deyil. Diskurs mətnin xüsusi halıdır.

Kommunikativ aktın funksiyaları. Dramaturji kommunikasiya özü bir sıra aspektlər doğurur: 1) müəllif kommunikasiyası; 2) oxucu kommunikasiyası. Müəllif kommunikasiyası koqnitiv fon yaradır. Hər bir dram əsərinin diskurs məkanı vardır. Dramın diskurs məkanı diskursu tam olaraq əhatə edir. Bu məkanda kommunikasiya prosesinin interaktiv təbiəti açılır. Dram diskursuna, həmçinin personajın interaktiv kommunikasiya prosesi də daxil edilir. Diskursiv təbəqələr personaj-oxucu cütlüyündən ibarətdir. Dinləyiciyə də diskursun tərkib elementi kimi baxılır.

Kommunikativ funksiyadan diqqəti məlumat üzərində toplamaq məqsədilə istifadə edilir. Dialoji diskursda adresantın və adresatın nitq aktları bir-birinə təsir və nüfuz edir. Nüfuzetmə birincinin nitqində işlətdiyi söz və ifadələrin ikincinin nitqinə keçməsini şərtləndirir. İki nitqdə eyni söz, ifadə, hətta cümlə təkrarlanır. Məs.:




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə