160
1.A.İsmayılov. Günüuzadılmış qruplarda tərbiyəçi işinin
məzmunu. Bakı, «Maarif» nəşriyyatı, 1975-ci il.
2.T.Abasov. İdman və mütəhərrik oyunlar. Bakı, «Maarif»
nəşriyyatı, 1987-ci il.
3.B.Quliyev. Tələbələrin orta məktəbin I-VIII siniflərində bədən
tərbiyəsi və kütləvi idman işlərinin təşkilinə hazırlanması məsələləri.
Bakı, 1994-cü il.
4.H.Ağayev, Ş.Hüseynov. Azərbaycan uşaq mütəhərrik oyunları.
Bakı, «Maarif» nəşriyyatı, 1989-cu il.
5.B.Dosenko. Uşaqlarla məktəbdənkənar iş.Bakı, «Maarif»
nəşriyyatı, 1973-cü il.
VI F Ə S İ L.
Fiziki tərbiyə-sağlamlıq və kütləvi idmanın
təşkili və keçirilməsi
Tədris gün rejimində keçirilən bədən tərbiyəsi tədbirləri
aşağıdakılardan ibarətdir: 1.Dərsəqədər səhər gigiyenik gimnastikası:
2.Bədən tərbiyəsi dəqiqələri: 3.Dərsarası fasilələrdə təşkil olunan
bədən tərbiyəsi tədbirləri.
Fiziki hərəkət məşğələlərinin həmin formalarda təşkili uşaqların
fiziki
inkişafına,
fiziki
hazırlığına
və
sağlamlığının
möhkəmləndirilməsinə müsbət təsir göstərməklə tədrisin keyfiyyətini
artırır, nizam-intizamı möhkəmləndirir, mütəşəkkilliyi, kollektivçilik
ruhunu və əhval-ruhiyyəsini yüksəldir.
Gün rejimi tədbirləri ümumməktəb və hər bir sinfin tədris
işlərinə, sinifdənxaric və məktəbdənkənar tədbirlərinə uyğun bir
şəkildə düşünülmüş, qabaqcadan müəyyənləşdirilmiş vaxtda, müvafiq
vaxt ərzində həyata keçirilməli, hər gün eyni vaxtda başlanmalı və
yekunlaşdırılmalıdır.
6.1.Tədris günü rejimində fiziki tərbiyə-sağlamlıq tədbirləri
1.1.İbtidai təhsil pilləsində fiziki tərbiyə-sağlamlıq işləri
Səhər gigiyenik gimnastikasının əhəmiyyəti
161
Ümumtəhsil məktəbləri şagirdləri ilə aparılan bədən tərbiyəsi və
kütləvi idman işlərinə səhər gimnastikası və məşğələyəqədər
gimnastika əsas yerlərdən birini tutur. Səhər gimnastikası şəxsiyyətin
hərtərəfli və ahəngdar inkişafında böyük əhəmiyyətə malikdir.
Klassiklər şagirdlərin fiziki tərbiyəsinə, müxtəlif növ gimnastika
hərəkətlərinə xüsusi əhəmiyyət verir və onları hər vasitə ilə müntəzəm
surətdə həyata keçirməyi tövsiyə edirlər. Vaxtilə bu münasibətlə
deyilmişdir: «… Bütün siniflərin şagirdlərinə əzaları öz elastiklik və
çevikliyini itirməmişkən, sərbəst gimnastikanı və gimnastika
alətlərində edilən hərəkətləri müntəzəm və əsaslı surətdə öyrənmək
daha yaxşı deyilmi?».
Təsadüfi deyildir ki, görkəmli alim və mütəxəssislər 12 bədən
tərbiyəsi hərəkətlərini və müntəzəm surətdə səhər gimnastikasını
yerinə yetirməyi zəruri hesab edir və gənc nəslin harmonik inkişafında,
cansağlığının
möhkəmləndirilməsində,
qarşıya
çıxan
bütün
çətinliklərin aradan qaldırılmasında mühüm vasitə sayırdı.
Səhər gimnastika şagirdlərin yuxu zamanı orqanizmdə yaranmış
passiv vəziyyəti tədricən aradan qaldırır və onları tədris gün rejimində
görüləcək tədbirlərə – fiziki və zehni əməyə hazırlayır.
Böyük rus fizioloqu, akademik İ.P.Pavlov səhər gimnastikasının
fizioloji əhəmiyyətini çox düzgün olaraq izah etmişdir. İ.P.Pavlov yuxu
haqqında öz təlimində qeyd etmişdir ki, baş-beyin fəaliyyətində iki
proses oyanma və tormozlanma cərəyan edir. Onlar bir-birilə daima
əlaqədar olaraq beyin nahiyyəsinin müxtəlif sahələrinə yayıla bilirlər.
Yuxu beynin ayrı-ayrı fəaliyyət sahələrinə, yarımkürələrinə, beynə
yayılmış tormozlanmadır. Daha sonra o, müəyyənləşdirilmişdir ki, bu
tormozlanma müxtəlif beyin nahiyyəsi sinir hüceyrələrinin yorulması
və onların, xüsusi hərəkət, görmə, eşitmə və dəri qıcıqlarını qəbul edən
zonaların oyanma qabiliyyətinin aşağı düşməsi ilə sıx bağlıdır.
Təcrübə göstərdi ki, uşaqlar səhər yuxudan durarkən özlərini
əzgin hiss edir, onlarda ruh düşkünlüyü əmələ gəlir, demək olar ki,
fəaliyyətsizlik hiss olunur. Gün rejimində qarşıya qoyulmuş vəzifələri
lazımi səviyyədə icra etmək imkanında olmurlar. Xüsusən şagirdlərin
əzələ iş qüvvəsi aşağı düşür, ürək fəaliyyəti zəifləyir, onlarda baş
ağrıları, huşsuzluq meydana çıxır. Bütün bu mənfi halları aradan
qaldırmaqla səhər gimnastikası çox böyük əhəmiyyətə malikdir. Səhər
gimnastikasının adi hərəkətləri nəbz vurğularını 50-60% sürətləndirir,
162
maksimum təzyiqi 5-20 millimetr çoxaldır, udulan oksigenin
miqdarını 10-30% artırır, mədə-bağırsaq və sinir sisteminin işi
yaxşılaşır, insanın bədən quruluşu – qaməti gözəlləşir.
Müşahidələr göstərir ki, bəzi məktəblərdə səhər gimnastikasının
və
dərsəqədər
gimnastikanın
əsil
mahiyyəti
lazımınca
qiymətləndirilmir. O, günün tələbləri baxımından lazımi səviyyədə
təşkil olunmur. Bunun bir səbəbi ibtidai sinif və ixtisaslı bədən
tərbiyəsi müəllimlərimizin səhər gimnastikasına lazımi əhəmiyyət
verməməsidirsə, digər səbəbi isə həmin işə məktəb rəhbərlərinin, xalq
təhsil işçilərinin zəif nəzarət etməsində, xüsusən müəllimlərin onun
səmərəli təşkilindən çətinlik çəkməsindədir.Tədris metodik ədəbiyyata,
həmçinin qabaqcıl iş təcrübəsinə istinad edilib səhər gimnastikası və
dərsəqədər gimnastikanın səmərəli təşkili və keçirilmə yollarının
öyrənib ümumiləşdirdik.
Dərsəqədər səhər gimnastikası
Dərsəqədər səhər gimnastikası müntəzəm olaraq tədris
fənlərindən əvvəl həyata keçirilir. Səhər gimnastikası orqanizmin daha
tez tədris fəaliyyətinə hazırlayır, sinir sisteminin funksiyasının normal
yerinə yetirilməsinə zəmin yaradır. O, 6-8 hərəkətdən ibarət olub, 10-
12 dəqiqə müddətində 4-6 dəfə təkrar edilməklə icra olunur.
Dərsəqədər səhər gimnastikası kompleks hərəkətləri əsasən qol, ayaq,
gövdə üçün hərəkətlərdən ibarət olur. Həmin gimnastika hərəkətləri
daha çox əzələ qruplarına təsir göstərməli və I-IV sinif şagirdlərinin
fiziki hazırlığına, inkişafına və sağlamlığına uyğun olmalıdır.
Dərsəəqədər səhər gimnastikası kompleks hərəkətlərini
seçərkən bədən tərbiyəsi proqramından baş, gövdə və qollar üçün
verilmiş əsas hərəkətlərdən istifadə etmək faydalıdır. Xüsusən qollar
yuxarı, irəli, yanlara, əllər boyun arxasında, başda, baş üzərində
olmaqla hərəkətlər icra olunmalıdır. Həmçinin əllər müxtəlif
vəziyyətlərdə barmaq və biləklər üçün hərəkətlər, ayaqların bükülüb-
açılması ilə hərəkətlərdən də istifadə etmək olar. Bundan əlavə, dairəvi
hərəkətləri, əyilmələri, dönmələr, əl, qıç, gövdə və başın bir-birilə
uyğunlaşması ilə hərəkətlərin əlaqədar şəkildə yerinə yetirilməsi zəruri
və daha əlverişlidir.
Dostları ilə paylaş: |