20
1. Sxemi tamamlayın.
2. Biologiya kabinetindә vә ya evinizdә olan otaq bitkilәrini nәzәrdәn keçirin. Onların yarpaqlarının forma
vә rәnginә diqqәt yetirin. Şәkildәn istifadә edәrәk bitkidә hansı elementin çatışmadığını tәyin edin.
3. Uyğunluğu müәyyәn edin:
A. Maqnezium ...
B. Sink ...
C. Kalsium ...
D. Yod ...
E. Dәmir ...
1) qanın laxtalanmasında iştirak edir.
2) xlorofilin struktur komponentidir .
3) hemoqlobinin struktur komponentidir.
4) insulinin tərkibinə daxildir.
5) tiroksin hormonunun əsas komponentlərindən biridir.
4. Düzgün cavabı seçin: a) Üzvi və qeyri-üzvi aləm arasında əsas fərqlər atom /molekul səviyyəsində
müşahidə olunur. b) Hüceyrədə olan mikroelementlərə J, F, Cu/O, H, C, N aiddir. c) Qalxanabәn-
zәr/Mәdәaltı vəzinin hormonu olan tiroksinin komponentlərindən biri yoddur. d) Zülalların/Yağların
tərkibində karbon, hidrogen və oksigenlə yanaşı, maqnezium kimi element də ola bilir.
Bəzi canlı orqanizmlər toxuma və orqanlarında müəyyən kimyəvi elementləri
topladığı üçün ətraf mühitin kimyəvi şəraitinin indikatoru rolunu oynayırlar.
Bәdәninә bәzi kimyәvi elementlәr
toplayan bitkilәr. Soldan-sağa:
yosun (yod), qaymaqçiçəyi (litium),
sugülü (radium)
Bәdәninә bәzi kimyәvi elementlәr
toplayan heyvanlar. Soldan-sağa:
şüalılar (kalsium, stronsium), kök-
ayaqlılar (barium və kalsium), as-
sidilər (vanadium)
!
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
LAYİHƏ
21
• I fəsil •
Canlı orqanizmlərin kimyəvi tərkibi
•
H
ÜCEYRƏNİN QEYRİ-ÜZVİ BİRLƏŞMƏLƏRİ
Hüceyrənin qeyri-üzvi birləşmələrinə su və mineral duzlar aiddir. Su – hücey-
rənin tərkibində ən çox olan maddədir. Onun hüceyrədə miqdarı orqanizmin növün-
dən, yaşayış şəraitindən, hüceyrənin tipindən və funksional fəaliyyətindən asılı ola-
raq müxtəlifdir. Məsələn, su insanın sümük toxumasının 20%-ni, baş-beyinin hücey-
rələrinin 85%-ni təşkil edir.
Hüceyrədə olan suyun miqdarı maddələr mübadiləsinin intensivliyinə təsir edir.
4
– Hüceyrənin hansı qeyri-
üzvi birləşmələrini tanı-
yırsınız?
– Onlardan hansılarına
canlı orqanizmlərdə rast
gəlmək olar?
Hüceyrənin həyat fəaliyyətində
onun tərkibində olan su, mineral
duzlar, zülallar, karbohidratlar,
yağlar və bu kimi birləşmələr xüsu-
si rol oynayır.
– Su hansı xassələrə malikdir?
Müzakirә üçün
Maddələrin suda həll olması.
Təchizat: içərisində otaq temperaturunda olan su ilə dolu 5 stəkan, xörək duzu, etil spirti,
şəkər tozu, bitki yağı, çiy yumurta ağı (zülalı).
İşin gedişi:
Təklif olunan maddələri su ilə dolu stəkanlara tökərək həll edin.
– Nə müşahidə edirsiniz? Suda həllolma qabiliyyətinə görə maddələri necə qruplaşdırmaq
olar? Nə üçün bəzi maddələr suda həll olur, bəziləri isə yox?
Fәaliyyәt
Praktik iş
Hüceyrə maddələri
– Nə üçün hüceyrədə suyun miqdarının azalması onun məhv olması ilə nəticə-
lənə bilər?
Müzakirә üçün
LAYİHƏ
22
Su hüceyrənin həcmini müəyyən edir və
ona möhkəmlik verir. Hüceyrədə baş verən
kimyəvi reaksiyalar su mühitində gedir. Su
hüceyrənin həyat proseslərinin gedişini və
mühitin sabit qalmasını təmin edir. Maddələr hüceyrəyə suda həll olunmuş
şəkildə daxil olur və ondan xaricə çıxarılır. Suda yaxşı həll olan maddələr
hidrofil (yun. “hidor” – su, “fileo” – sevirəm), suda həll olmayanlar isə hid-
rofob (yun. “hidor” – su, “fobos” – qorxu, nifrət) adlanır. Hidrofil maddәlәrә
– duzlar, sadə karbohidratlar, hidrofob maddәlәrә isə yağlar, mürəkkəb
karbohidratlar və bəzi zülallar aiddir.
Mineral duzlar. Hüceyrənin qeyri-üzvi maddələrinə mineral duzlar da
aiddir. Onlara hüceyrədə, adətən, ionlar (Na
+
, K
+
, Ca
2+
, Mg
2+
kationları və
HPO
4
2-
, H
2
PO
4
-
, Cl
-
, HCO
3
-
anionları) və ya birləşmələr şəklində rast gəlinir.
Bəzi bitkilərin məsələn, əncirin, beqoniyanın, soğanın hüceyrələrinə mikro-
skopla baxdıqda kristallar şəklində, bərk halda, suda həll olmayan kalsium
duzlarını görmək mümkündür.
Canlılarda rast gəlinən 4 əsas elementdən (О, С, Н, N) sonra beşinci
yeri kalsium tutur. Yaşlı insanda sutka ərzində sümük toxumasından 700
mq kalsium çıxarılır və bir o qədər də yenidən toplanır. Bu səbəbdən
sümük toxuması dayaq funksiyasından başqa, həm də kalsium və fosfor
deposu rolunu oynayır. Qidada bu elementlər çatışmadıqda orqanizm
həmin elementləri sümük toxumasından alır. Məsələn, atmosfer təzyiqi
aşağı düşdükdə orqanizmin öz müvazinətini saxlaması üçün adi hala
nisbətən daha çox kalsium tələb olunur. Qanda kifayət qədər kalsium
ehtiyatı olmadığından o daha çox sümüklərdən çıxarılır. Proses norma-
dan kənara çıxarsa, yaşlı insanlarda patologiya başlayır. Onlar mütəmadi
olaraq sümük ağrılarından şikayətlənir və bunu pis hava şəraiti ilə
əlaqələndirirlər.
Duz kristallarının toplanması
Əncir yarpağının
hüceyrələrində
Beqoniya yarpaqlarının
hüceyrələrində
Soğan qabığı
hüceyrələrində
•
hidrofil
•
hidrofob
A ç a r s ö z l ә r
LAYİHƏ
Dostları ilə paylaş: |