12
3. Çoxalma. Orqanizmlərin özünütörətmə qabiliyyəti nəticəsində Yer üzərində
həyat fasiləsiz olaraq mövcuddur. Valideynin özünəoxşar nəsil törətməsi
irsiyyәt sa-
yəsində mümkün olur. Lakin orqanizm daim mühitin təsirinə məruz qaldığı üçün bu
oxşarlıq
tam olmur, yəni
dәyişkәnlik yaranır.
4. Böyümә vә inkişaf. Böyümə orqanizmin kütlə və ölçülərinin artmasıdır. İnki-
şafla müşayiət olunan böyümə sayəsində orqanizmdə yeni keyfiyyət dəyişikliyi
yaranır.
5. Hәrәkәt. Canlıların xüsusiyyətlərindən biri onda hərəkətetmə, yəni fəzada yer-
dəyişmə qabiliyyətinin olmasıdır. İstənilən canlı orqanizmlərdə sitoplazmanın hərə-
kəti baş verir. Hətta müəyyən substrata yapışmış orqanizmlər də zəif hərəkətetmə
qabiliyyətinə malikdirlər. Orqanizmlərdə aktiv və ya passiv hərəkətlər müşahidə edi-
lir.
6. Qıcıqlanma. Canlının ən başlıca xüsusiyyəti olub xarici mühitin təsirinə qarşı
orqanizmin cavabvermə qabiliyyətidir. Məsələn, amöbün qidaya doğru hərəkəti və
ya duz kristalı qoyulmuş sahədən uzaqlaşması, bitkilərin günəş işığına, rütubətə qarşı
verdiyi cavab reaksiyası qıcıqlanmaya misaldır.
7. Yaşayış mühitinә uyğunlaşma. Həyat tərzi ilə əlaqədar orqanizmin qurulu-
şunda, funksiyalarında, davranışında dəyişikliklər baş verir. Nəticədə canlı sistem
müəyyən mühit şəraitində fəaliyyət göstərməyə uyğunlaşır.
8. Tarixi inkişaf xüsusiyyәti. Canlı aləmin sadədən mürəkkəbə doğru tarixi inki-
şafıdır. Belə inkişaf prosesi
tәkamül adlanır.
– Canlı orqanizmlər üçün səciyyəvi olan xüsusiyyətlərdən hansılarına cansız
təbiətdə rast gəlmək olar?
Müzakirә üçün
Məsələni həll edin. Adətən, Xəzər suitisinin yeni doğulan balasının kütləsi təxminən
4 kq olur. Balanın südlə bəslənmə dövründə kütləsi hər gün təqribən 0,5 kq artır.
30 gün davam edən bu müddətin sonunda Xəzər suitisinin kütləsi nə qədər olar?
Mәsәlә
LAYİHƏ
13
Giriş
1. Cәdvәli iş vәrәqinә çәkin vә tamamlayın.
Canlıların əsas
həyati xassələri
İzahı
Kimyəvi tərkibin xüsusiyyətləri
Maddələr və enerji mübadiləsi
Tarixi inkişaf xüsusiyyəti
Yaşayış mühitinə uyğunlaşma
2. Canlıların әsas xassәlәrinә görә, verilmiş orqanizmin canlı olduğunu sübut edin.
3. Canlıların әsas hәyati xassәlәri ilә onları sәciyyәlәndirәn xüsusiyyәtlәr arasında
uyğunluğu müәyyәn edin:
Canlı orqanizmlərin xassələri
Onların səciyyəvi xüsusiyyətləri
1. Maddələr və enerji
mübadiləsi
A. Xarici mühitin təsirinə
cavab vermək
2. Qıcıqlanma
B. Bədən ölçülərini böyütmək qabiliyyəti
3. Hərəkət
C. Tənəffüs, qidalanma,
ifrazat
4. Çoxalma
D. Öz növünə aid olan fərdlərin sayının
artırılması
5. Böyümə
E. Yerdəyişmə qabiliyyəti
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
inәk, palıd ağacı, kәrtәnkәlә, arı, milçәkqıran
LAYİHƏ
14
C
ANLILARIN QURULUŞ SƏVİYYƏLƏRİ
Canlıların öyrənilməsi aşağıdakı
quruluş sәviyyәlәrindә aparılır:
2
– Toxumalar nədən təşkil olunmuşdur?
–
İnsan orqanizmində hansı toxuma qrupları var?
Canlı təbiət bir-biri ilə əlaqədə olan müxtəlif
bioloji
sistemlərdən – hüceyrə, toxuma və s.-dən təşkil olun-
muşdur. Bu sistemlər bir-birindən ölçülərinə, quru-
luşlarına və digər xüsusiyyətlərinə görə fərqlənir.
A, B, C şəkillərində nəyin təsvir olunduğunu müəyyənləşdirin. Şəkildə göstərilən
obyektlərin xüsusiyyətlərini qeyd edin.
Fәaliyyәt
–
“
?
” işarəsinin yerində nə təsvir olunmalıdır?
– Təklif olunan sxemi necə davam etdirmək olar?
– Sxem nəyi göstərir?
?
A
B
C
Molekulyar sәviyyә. Quruluş dərəcəsindən asılı olmayaraq
bütün canlılar zülallardan, nuklein turşularından, polisa-
xaridlərdən və digər molekullardan təşkil olunmuşdur. Mə-
sələn, maddələr mübadiləsinin, irsi məlumatların ötürül-
məsi kimi bir çox bioloji proseslərin öyrənilməsi məhz
mo-
lekulyar sәviyyәdәn başlanır. Canlı orqanizmlərin kimyəvi
tərkibini və onların həyat fəaliyyətinin əsasında duran kim-
yəvi
prosesləri biokimya elmi öyrənir.
Hüceyrә sәviyyәsi. Canlının ən kiçik quruluş və inkişaf
vahidi hüceyrədir. Hüceyrənin quruluşunu, kimyəvi tərki-
bini, çoxalma və inkişafını
sitologiya elmi öyrənir.
1.
•
biosenoz
•
biosfer
•
populyasiya
•
histologiya
A ç a r s ö z l ә r
LAYİHƏ