B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə5/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

 
 
 
12 
 
 
 
3. Çoxalma. Orqanizmlərin özünütörətmə qabiliyyəti nəticəsində Yer üzərində 
həyat fasiləsiz olaraq mövcuddur. Valideynin özünəoxşar nəsil törətməsi irsiyyәt sa-
yəsində mümkün olur. Lakin orqanizm daim mühitin təsirinə məruz qaldığı üçün bu 
oxşarlıq tam olmur, yəni dәyişkәnlik yaranır. 
4. Böyümә vә inkişaf. Böyümə orqanizmin kütlə və ölçülərinin artmasıdır. İnki-
şafla  müşayiət  olunan  böyümə  sayəsində  orqanizmdə  yeni  keyfiyyət  dəyişikliyi 
yaranır.  
 
 
 
5. Hәrәkәt. Canlıların xüsusiyyətlərindən biri onda hərəkətetmə, yəni fəzada yer-
dəyişmə qabiliyyətinin olmasıdır. İstənilən canlı orqanizmlərdə sitoplazmanın hərə-
kəti baş verir. Hətta müəyyən substrata yapışmış orqanizmlər də zəif hərəkətetmə 
qabiliyyətinə malikdirlər. Orqanizmlərdə aktiv və ya passiv hərəkətlər müşahidə edi-
lir. 
6. Qıcıqlanma. Canlının ən başlıca xüsusiyyəti olub xarici mühitin təsirinə qarşı 
orqanizmin cavabvermə qabiliyyətidir. Məsələn, amöbün qidaya doğru hərəkəti və 
ya duz kristalı qoyulmuş sahədən uzaqlaşması, bitkilərin günəş işığına, rütubətə qarşı 
verdiyi cavab reaksiyası qıcıqlanmaya misaldır. 
7. Yaşayış mühitinә uyğunlaşma.  Həyat  tərzi  ilə  əlaqədar  orqanizmin  qurulu-
şunda, funksiyalarında, davranışında dəyişikliklər baş verir. Nəticədə canlı sistem 
müəyyən mühit şəraitində fəaliyyət göstərməyə uyğunlaşır.  
8. Tarixi inkişaf xüsusiyyәti. Canlı aləmin sadədən mürəkkəbə doğru tarixi inki-
şafıdır. Belə inkişaf prosesi tәkamül adlanır. 
 
– Canlı orqanizmlər üçün səciyyəvi olan xüsusiyyətlərdən hansılarına cansız 
təbiətdə rast gəlmək olar?  
 
 
Müzakirә üçün
Məsələni həll edin. Adətən, Xəzər suitisinin yeni doğulan balasının kütləsi təxminən 
4 kq olur. Balanın südlə bəslənmə dövründə kütləsi hər gün təqribən 0,5 kq artır.  
30 gün davam edən bu müddətin sonunda Xəzər suitisinin kütləsi nə qədər olar? 
 
 
 
Mәsәlә
LAYİHƏ


 
 
13 
 
Giriş
   
 
1.  Cәdvәli iş vәrәqinә çәkin vә tamamlayın. 
Canlıların əsas həyati xassələri    
İzahı 
Kimyəvi tərkibin xüsusiyyətləri 
 
Maddələr və enerji mübadiləsi 
 
Tarixi inkişaf xüsusiyyəti 
 
Yaşayış mühitinə uyğunlaşma 
 
 
2.  Canlıların әsas xassәlәrinә görә, verilmiş orqanizmin canlı olduğunu sübut edin. 
 
 
3.  Canlıların әsas hәyati xassәlәri ilә onları sәciyyәlәndirәn xüsusiyyәtlәr arasında 
uyğunluğu müәyyәn edin: 
Canlı orqanizmlərin xassələri 
Onların səciyyəvi xüsusiyyətləri 
1.  Maddələr və enerji 
mübadiləsi 
A.  Xarici mühitin təsirinə cavab vermək  
2.  Qıcıqlanma 
B.  Bədən ölçülərini böyütmək qabiliyyəti 
3.  Hərəkət 
C.  Tənəffüs, qidalanma, ifrazat 
4.  Çoxalma 
D. Öz növünə aid olan fərdlərin sayının 
artırılması 
5.  Böyümə 
E.  Yerdəyişmə qabiliyyəti 
 
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN 
inәk,  palıd ağacı,  kәrtәnkәlә,  arı,  milçәkqıran 
LAYİHƏ


 
 
 
14 
 
 
C
ANLILARIN QURULUŞ SƏVİYYƏLƏRİ 
 
 
   
 
 
Canlıların öyrənilməsi aşağıdakı quruluş sәviyyәlәrindә aparılır: 
 
 
 
 

– Toxumalar nədən təşkil olunmuşdur?

 
İnsan orqanizmində hansı toxuma qrupları var?  
Canlı təbiət bir-biri ilə əlaqədə olan müxtəlif bioloji 
sistemlərdən – hüceyrə, toxuma və s.-dən təşkil olun-
muşdur. Bu sistemlər bir-birindən ölçülərinə, quru-
luşlarına və digər xüsusiyyətlərinə görə fərqlənir.  
A, B, C şəkillərində nəyin təsvir olunduğunu müəyyənləşdirin. Şəkildə göstərilən 
obyektlərin xüsusiyyətlərini qeyd edin.  
 
Fәaliyyәt
 

 
 “
?
” işarəsinin yerində nə təsvir olunmalıdır?  
– Təklif olunan sxemi necə davam etdirmək olar?  
– Sxem nəyi göstərir? 
?
 



Molekulyar sәviyyә. Quruluş dərəcəsindən asılı olmayaraq 
bütün  canlılar  zülallardan,  nuklein  turşularından,  polisa-
xaridlərdən və digər molekullardan təşkil olunmuşdur. Mə-
sələn,  maddələr  mübadiləsinin,  irsi  məlumatların  ötürül-
məsi kimi bir çox bioloji proseslərin öyrənilməsi məhz mo-
lekulyar sәviyyәdәn başlanır. Canlı orqanizmlərin kimyəvi 
tərkibini və onların həyat fəaliyyətinin əsasında duran kim-
yəvi prosesləri biokimya  elmi öyrənir.  
Hüceyrә  sәviyyәsi.  Canlının  ən  kiçik  quruluş  və  inkişaf 
vahidi  hüceyrədir.  Hüceyrənin  quruluşunu,  kimyəvi  tərki-
bini, çoxalma və inkişafını sitologiya elmi öyrənir.  
1.  
• 
biosenoz 
• 
biosfer 
• 
populyasiya 
• 
histologiya 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


 
 
15 
 
Giriş
 
 
 
 
 
 
 
 
 
 
 
 
Toxuma  
 
orqan  sәviyyәsi.  Çoxhüceyrəli  orqanizmlərin 
mənşəcə eyni olan, oxşar quruluşlu və eyni funksiya yerinə 
yetirən hüceyrələr qrupu toxumaları əmələ gətirir. Toxuma 
səviyyəsində  canlıları histologiya  elmi  öyrənir.  Toxumalar 
birləşərək müəyyən quruluşlu olan və müəyyən funksiyaları 
yerinə yetirən orqanları əmələ gətirirlər.  
2.  
Orqanizm  sәviyyәsi.  Ayrı-ayrı  fərdlərin  quruluşu,  həyat 
fəaliyyəti və s. xüsusiyyətləri orqanizm səviyyəsində tədqiq 
olunur. Bu tədqiqatlar fərdlərin doğulan andan ölənə qədər 
olan inkişaf dövrünü əhatə edir. 
3.  
Populyasiya-növ sәviyyәsi. Tarixən müəyyən ərazidə ya-
şayan eyni növə aid olan fərdlər cəmi populyasiyalar yara-
dır. Növü təşkil edən ayrı-ayrı populyasiyalar qismən təcrid 
olunmuş ərazilərdə məskunlaşırlar. Populyasiya-növ səviy-
yəsində baş verən tarixi inkişaf prosesləri yeni növlərin ya-
ranmasına səbəb ola bilər.  
4.  
– Növün populyasiyaları arasında hansı qarşılıqlı münasibətlər mövcuddur?  
 
 
Müzakirә üçün
Biogeosenotik sәviyyә (biogeosenoz səviyyə-
si).  Müəyyən  ərazidə  birgə  yaşamağa  uyğun-
laşan müxtəlif canlı qrupları və onların yaşayış 
mühitinin birgə cəmi biogeosenoz əmələ gəti-
rir. Bu səviyyədə orqanizmlərin bir-biri ilə və 
ətraf mühitlə qarşılıqlı təsiri öyrənilir.  
5.  
Biosfer  sәviyyәsi.  Yer  üzərində  olan  bütün  biogeosenozlar  birləşərək  biosferi 
əmələ gətirir. Biosfer Yer kürəsinin canlılar yaşayan sahəsidir. Bu səviyyədə canlı 
orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar maddələr dövranı və enerji çevrilmələri 
öyrənilir. 
6.  
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə