B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə9/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

 
 
26 
 
Lipidlәr. Suda həll olmayan üzvi birləşmələrdir. Bütün heyvan və bitki hücey-
rələrinin tərkibinə daxildir.  
Lipidlərin ən geniş yayılanı yağlardır. Yağlar hüceyrədə quru kütlənin 5–15%-ni 
təşkil  edir.  Piy  toxuması  hüceyrəsində  onun  miqdarı  hətta  90%-ə  çatır.  Belə  hü-
ceyrələr heyvanlarda dəri altında, süd vəzilərində və piyliklərdə olur. Bütün məmə-
lilərin südündə yağ vardır. Bitkilərdə yağlar, əsasən, toxumlarda və meyvələrdə top-
lanır. Günəbaxanın, qozun, kətanın, kənafın, pambığın, zeytunun və başqa bitkilərin 
toxum və meyvələrində yağın miqdarı daha çoxdur.  
 
 
 
Yağların bioloji rolu. Yağların bioloji rolu çoxcəhətlidir. Onlar hər şeydən əvvəl 
enerji mәnbәyidir. 1 q yağ tam parçalanarkən 38,9 kC enerji ayrılır. Yağlar bәdәn 
temperaturunun tәnzimlәnmәsi prosesində iştirak edir. Quşlar və məməlilərdə dəri 
altında piy qatının olması onların bədən temperaturunun sabit saxlanılmasını təmin 
edir və bu heyvanların qış mövsümündə də  aktiv olmasına şərait yaradır.  
Yağlar həm də ehtiyat su mәnbәyi rolunu oynayır: 1 kq yağ oksidləşərkən, adətən, 
1,1 kq su alınır. Yağlar inşaat funksiyasını da yerinə yetirir. Onlar hidrofob xassəli 
olmasına görə, membranın tərkibinə daxil olmaqla maddələrin bir çoxunun hüceyrə 
daxilinə keçməsinin qarşısını alır.  
Bəzi yağlar böhran temperaturunda parçalanaraq özlərindən bəzi zəhərli maddələr 
ayırır ki,  bu da ilk növbədə qaraciyəri zədələyir.   
Bəzi yağların böhran temperaturu 
İstilik və işığın təsirinə həssas 
yağlar 
Qarğıdalı yağı – 140°C  
Küncüt yağı – 150°C  
Üzüm toxumundan alınan yağ – 150°C 
Günəbaxan yağı – 170°C 
Zeytun yağı – 210°C 
Kətan yağı 
Balqabaq  toxumu yağı 
Qoz yağı  
 
LAYİHƏ


 
 
27 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
 
1. Cәdvәli tamamlayın: 
Karbohidrat qrupları 
Misallar 
Harada rast gəlinir 
Xassələri 
Monosaxaridlər  
 
 
 
 
Disaxaridlər 
 
 
 
 
Polisaxaridlər 
 
 
 
 
 
2. Düzgün cavabları qeyd edin. 
 
(1) 
(2) 
• Karbohidratların 
orqanizmdә yerinә 
yetirdiyi 2 funksiyanı 
seçin: 
 
a) katalitik  
b) inşaat    
c) nəqliyyat   
d) müdafiə   
e) siqnal   
f) energetik 
• Lipidlәrin 
orqanizmdә 
yerinә yetirdiyi 3 
funksiyanı seçin: 
a) inşaat    
b) fermentativ   
c) energetik   
d) siqnal  
e) ehtiyat toplayıcı   
f) nəqliyyat 
 
3. Mәsәlәni hәll edin. 
• Yağın oksidləşməsi zamanı 5,5 q su alınmışdır. Oksidləşmədən əvvəl bu yağın parçalan-
masından  alınan  enerji  neçə  qram  karbohidratın  parçalanmasından  alınan  enerjiyə  bəra-
bərdir? 
 
4. Lipidlәrә aid düzgün mülahizәlәri müәyyәn edin.  
– 1 q-nın tam parçalanması zamanı daha çox enerji ayrılır.  
– Heyvanlarda bədən istiliyinin tənzimində iştirak edən qat əmələ gətirir. 
– Bitki və heyvanlarda ehtiyat halında toplana bilir.  
– Bəzi heyvanlarda əlavə su ehtiyatı yaradır. 
– Həşəratların bədən örtüyünün tərkibinə daxildir. 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
LAYİHƏ


 
 
28 
 
 
 H
ÜCEYRƏNİN ÜZVİ BİRLƏŞMƏLƏRİ:  
ZÜLALLAR VƏ ONLARIN QURULUŞU 
 
 
 
 
 
Zülallar  mürəkkəb  üzvi  birləşmələr  –  biopolimerlәrdir.  Onların  monomerləri 
aminturşulardır. Təbiətdə 150-dən çox aminturşuları növü olsa da, onlardan yalnız 
20 növü zülalların tərkibinə daxildir.  
 
 
 
Aminturşular karboksil (– COOH) və amin qruplarının olmasına görə (NH
2
) bir-
birinə oxşasalar da, onlarda həm də oxşar olmayan radikallar vardır. Aminturşula-
rın ümumi formulu belədir: 
 
 

– Nə üçün zülalları biopolimerlərə aid edirlər? 
– Hansı zülalları tanıyırsınız?  
– Hansı qida maddələrində zülallar var?  
 
 
Valin (val)
 
Sistein (sis)
 
Tirozin (tir)
 
Bəzi aminturşuların quruluşuna diqqət yetirin. Suallara cavab 
verin. 
– Bu aminturşuların quruluşunda oxşar və fərqli cəhətlər nədir?  
– Hər aminturşunun nadir xassəyə malik olması tərkibindəki hansı 
qrupla müəyyən olunur? 
 
Fәaliyyәt
Amin  
qrupu  
Karboksil 
qrupu 
Radikal 
H
2

CH
C
R
O
OH 
LAYİHƏ


 
 
29 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
 
Zülal  molekulunun  quruluşu.  Aminturşu-
lar bir-biri ilə peptid rabitələri vasitəsilə birləş-
mə əmələ gətirə bilir. Bir-biri ilə birləşən amin-
turşu qalıqları polipeptid zәncir deyilən zülalın 
ilkin (birincili)  quruluşunu  yaradır.  Müxtəlif 
aminturşuların belə birləşmə ardıcıllığından ası-
lı  olaraq  zülalar  müəyyən  xüsusiyyətlərə  malik  olurlar.  Zülal  molekulları  təkcə 
birincili deyil, ikincili, üçüncülü və hətta dördüncülü quruluşu da əmələ gətirə bilir. 
Birincili quruluşlu zülal aminturşuların birləşmə ardıcıllığından ibarət uzun sap 
şəklində olur. Adətən, belə sap sonradan spiral halında burulur. Sapın spiral şəklində 
burulması zülalın ikincili quruluşu adlanır. Belə formanın meydana gəlməsinin əsas 
səbəbi spiralın hər burumları arasında hidrogen rabitәlәrinin yaranmasıdır. Yaranan 
spiral sap daha da sıx burularaq çox mürəkkəb fəza quruluşu (konfiqurasiya) yaradır. 
Belə çoxsaylı burulmalar nəticəsində zülal molekulu kürəcik və ya yumaq (qlobula)
 
şəklini alaraq daha da kiçilir. Bu, üçüncülü quruluş adlanır. Üçüncülü quruluşda olan 
zülal həm də bioloji cəhətdən aktivləşir. 
 
 
 
Beləliklə, zülalların  əksəriyyəti öz bioloji funksiyasını üçüncülü quruluşa malik 
olduqdan  sonra  yerinə  yetirir.  Bununla  yanaşı,  orqanizmdə  müəyyən  funksiyaları 
yerinə yetirmək üçün  daha yüksək quruluş səviyyəsinə malik zülallar tələb olunur. 
Belə quruluşlardan biri də  dördüncülü quruluşdur. Bu quruluş üçüncülü struktura 
malik bir neçə zülal zəncirinin birləşməsi hesabına yaranır. Dördüncülü quruluşlu 
zülalların tərkibinə, adətən, qeyri-zülali komponent də daxil ola bilir. Məsələn he-
moqlobin  4  qlobuladan  ibarət  olmaqla  yanaşı,  tərkibində  həm  də  “hem”  adlanan 
qeyri-zülali hissə vardır.   
 
– Zülalın quruluşu onun xassələri və funksiyaları ilə necə əlaqəli ola bilər?
 
 
 
Müzakirә üçün
Zülal molekullarından bir çoxu həm 
uzunluğuna, həm də molekul kütlə-
sinə görə böyük olur. Belə ki, insulin 
zülalının molekul kütləsi 5700, ribo-
nukleaza zülal-fermentinin 127000, 
albuminin (yumurta zülalı) 36000, 
hemoqlobində isə  65000 a.k.v.-dir. 
Müxtəlif zülalların tərkibinə müxtəlif 
sayda  aminturşu növləri daxildir;  
Məsələn, ribonukleaza fermentində 
19, insulində 18 növ aminturşu olur. 
 
!
• 
aminturşusu 
• 
radikal 
• 
polipeptid zəncir 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə