B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə8/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

 
 
23 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
Duz ionları orqanizmdə bir sıra vacib funksiyaları yerinə yetirir. Məsələn, 
kalium  və  natriumun  xlorid  duzları  insanın  sinir  və  əzələ  toxumalarında 
elektrik  impulslarının  yaranması  və  ötürülməsində  iştirak  edir.  Hüceyrənin 
həyat fəaliyyəti prosesində daim müxtəlif maddələr yaransa da, onun daxili 
mühiti, demək olar, sabit qalır. 
 
 
 
1. Düzgün cavabı seçin: 
1) Hüceyrənin tərkibində 27/80 növ kimyəvi elementə rast gəlinir. 
2) Suda yaxşı həll olan maddələr hidrofil/hidrofob maddələr adlanır. 
3) Hidrofob maddələrə duzları/yağları aid edirlər. 
4) Hüceyrədə su enerji mәnbәyidir/kimyәvi reaksiyalar üçün mühitdir.  
5) Su 0°С / 90°С temperaturda maksimal sıxlığa malikdir. 
 
2. Suallara cavab verin: 
1) Buxar halında olan suyun molekulyar kütləsi 18 q/mol-a bərabərdir. Maye halında 
olan suyun molekulyar kütləsi isə daha yüksəkdir. Bu nəyi göstərir?  
2) Bitkilər və heyvanlar suyun çatışmazlığına necə uyğunlaşırlar? 
 
3. Dәrslik vә әlavә mәnbәlәrdәn istifadә edәrәk su  vә digәr qeyri-üzvi birlәşmәlәr 
haqqında aşağıdakı mәlumatları toplayın: 
1) Suyun kimyəvi tərkibi (strukturu, rabitə növü və s.) haqqında. 
2) Suyun sıxlığı, istilik tutumu və istilik keçiriciliyi haqqında. 
3) “Canlıların həyatında qeyri-üzvi birləşmələrin rolu”  mövzusunda təqdimat 
hazırlanması üçün.  
 
 
4. Orqanizmdә mineral maddәlәrin çatışmazlığı ilә әlaqәdar bioloji proseslәrdә 
başverәn dәyişilmәlәrә aid tәqdimat hazırlayın. 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
LAYİHƏ


 
 
24 
 
  
H
ÜCEYRƏNİN ÜZVİ BİRLƏŞMƏLƏRİ.  
KARBOHİDRATLAR, LİPİDLƏR  
 
 
 
 
Canlı orqanizmlərin üzvi birləşmələrinə zülallar, yağlar, karbohidratlar, nuklein 
turşuları,  ATF  və  vitaminlər  aiddir.  Üzvi  birləşmələr  bəzən  kiçik,  bəzən  isə  iri 
molekul – polimer şəklində olur.  
Biopolimerlәr. Polimerlər çoxlu miqdarda kiçikmolekullu birləşmələrdən – mo-
nomerlәrdәn təşkil olunur. Əgər polimeri uzun bir zəncir kimi təsəvvür etsək, onun 
hər bir halqası monomer olar. Bəzi polimerlər eyni, digərləri isə müxtəlif monomer-
lərdən təşkil olunur. Canlı orqanizmin tərkibinə daxil olan polimerlər biopolimerlәr 
adlanır. Onlar bütün canlıların hüceyrələrinin əsas hissəsini təşkil edir. 
 
 
 
Karbohidratlar. Hüceyrənin əsas üzvi birləşmələrindən biridir. Bu birləşmələrin 
tərkibinə karbon, hidrogen və oksigen daxildir. Karbohidratlar sadə (monosaxaridlәr 
və disaxaridlәr) və mürəkkəb (polisaxaridlәr) quruluşda olur. 
 
 
 
Monosaxaridlәr  suda  asan  həll  olur  və  şirin  dada  malikdir.  Təbiətdə  ən  çox 
yayılan  monosaxaridlər  qlükoza,  fruktoza,  qalaktoza,  nuklein  turşuları  və  ATF-in 
tərkibinə daxil olan dezoksiriboza və ribozadır.  

– Hansı karbohidratları tanıyırsınız? 
– Canlı orqanizmlərdə karbohidratlar və yağların əhəmiyyəti nədən ibarətdir? 
 
 
Yağların və karbohidratların təyin edilməsi.
Tapşırıqlardan birini yerinə yetirin. 
Təchizat: bir parça ağ çörək, günəbaxan toxumları, yodun spirtdə məhlulu, filtr kağızı.
 
İşin gedişi: 1. Yod məhlulunu tünd çay rəngi alana qədər suda həll edin və çörəyi 
onunla isladın.
 
2. Günəbaxan toxumlarını kağızın arasına qoyub əzin. 3. Kağızı açın 
və işığa tutub baxın.
 
  
 
Təchizat: günəbaxan toxumu, kağız dəsmal, nişasta, şəkər tozu, 2 stəkan soyuq su,
 
spirt lampası. 
İşin gedişi: 1. İçərisində soyuq su olan stəkanın birinə 3 çay qaşığı nişasta, digərinə 
isə 3 çay qaşığı şəkər tozu tökərək qarışdırın. 2. Onların üzərinə bir damcı yod məh-
lulu əlavə edin. 3. İçərisində məhlul olan hər iki stəkanı qızdırın.
 
– Nə müşahidə etdiniz? Bu nəyi sübut edir?
 
 
Fәaliyyәt
 
Praktik iş
 
I
 
II
 
– Nə üçün hüceyrənin həyatında karbohidratlar mühüm rol oynayır?
 
 
 
Müzakirә üçün
LAYİHƏ


 
 
25 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
Monosaxaridlərin  ikisi  birləşərək  disaxaridlәr 
əmələ gətirir. Disaxaridlər də, xassələrinə görə 
monosaxaridlərə oxşar olub suda asan həll olur 
və şirin dada malikdir. Disaxaridlərə çuğundur 
və  ya  qamış  şəkəri  (saxaroza)  və  süd  şəkəri 
(laktoza) aiddir.  
Çoxsaylı monosaxaridlər birləşərək polisaxarid-
lər  əmələ  gətirir.  Polisaxaridlərdə  monomer  halqaların  sayı  artdıqca  onların  suda 
həllolma qabiliyyəti azalır və şirin dadı itir. Polisaxaridlərə bitki hüceyrəsində üstün-
lük təşkil edən nişastasellüloza, heyvan hüceyrəsində olan qlikogen, həşəratların 
xarici skeletini təşkil edən xitin və s. aiddir.
  
 
 
 
Karbohidratların bioloji rolu. Karbohidratlar orqanizmdə, əsasən, enerji mәn-
bәyi rolunu oynayır.  Hüceyrənin hərəkət, sekresiya, biosintez, işıqlanma və bu kimi 
hər hansı bir fəaliyyəti enerji hesabına baş verir. 
Bu enerjini əsasən karbohidratlar verir. Onlar hüceyrədə oksidləşərək karbon qazı 
və suya  qədər parçalanır. 1 q karbohidrat tam parçalanarkən 17,6 kC enerji ayrılır. 
Karbohidratlar həm də inşaat funksiyasını yerinə yetirir. Bitkilərdə hüceyrə diva-
rını, əsasən, sellüloza təşkil edir. Məsələn, pambıq lifi tamamilə sellülozadan iba-
rətdir. Göbələk və heyvan hüceyrələrində  xitinə rast gəlinir.  
 
  
Sellüloza
 ilə zəngin qidalar 
bağırsağın, öd yollarının işinə 
müsbət təsir göstərir, mədə-
bağırsaqda qida durğunluğu-
nun qarşısını alır. Belə qida-
lara kələm, çuğundur, noxud, 
kəpəkli un və s. aiddir. 
• Pektin maddəsi 
də polisa-
xariddir. O, meyvə lətinin
yarpaqların, bitkinin yaşıl 
hissələrinin tərkibində olur. 
Pektin maddəsi bəzi zəhərləri, 
o cümlədən ağır metalları 
özünə adsorbsiya edə bilir. Bu 
maddə ilə zəngin olan bitki 
balqabaqdır. 
!
 
– Nə üçün heyvan hüceyrələri ilə müqayisədə bitki hüceyrələrində karbohid-
ratların miqdarı daha çox olur? 
 
 
Müzakirә üçün
• 
biopolimer 
• 
monosaxarid 
• 
disaxarid 
• 
polisaxarid 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə