B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə16/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

 
 
48 
 
 C
ANLI ORQANİZMLƏRDƏ MADDƏLƏR MÜBADİLƏSİ                         
VƏ ENERJİ ÇEVRİLMƏLƏRİ  
 
 
Ətraf  mühitdən  hüceyrəyə  daim  maddələr  daxil  olur  və  son  parçalanma  məh-
sulları kənar edilir. Bu, maddәlәr mübadilәsi və ya metabolizm (yun. “metabole” –  
çevrilmə) adlanır. Bütün bu proseslər zamanı enerji sərf olunur.  
 
 
 
Maddələr mübadiləsinin əsasını anabolizm və katabolizm prosesləri təşkil edir. 
Anabolizm (yun. “anabole” – qaldırmaq) və ya assimilyasiya (lat. “assimilatio” – 
birləşmək,  mənimsəmək)  hüceyrənin  və  orqanizmin  toxumalarının  struktur  hissə-
lərinin yeniləşməsi – qurulması prosesləridir. Bununla əlaqədar olaraq, anabolizmi 
həm də plastik mübadilә adlandırırlar (yun. “plastikos” – yapmaq, düzəltmək). Ana-
bolizm prosesində xarici mühitdən daxil olan və ya ilkin sadə molekullardan mürək-
kəb molekulların biosintezi gedir. Nəticədə, orqanizmə lazım olan zülallar, nuklein 
turşuları, karbohidratlar sintez olunur. Orqanizmin böyüməsi dövründə anabolizm 
daha intensiv gedir. Anabolizm zamanı yaranan birləşmələrdə enerji kimyəvi rabitə-
lər  şəklində  toplanır.  Bu  enerji  hüceyrədə  baş  verən  parçalanma,  yəni  katabolizm 
reaksiyaları  nəticəsində ayrılan enerjidən əldə olunur.
  
12 
– Orqanizmin həyat proseslərində enerji nə üçün lazımdır? 
– Canlılar bu enerjini haradan alırlar? 
 
 
LAYİHƏ


 
ı 
49 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
Katabolizm (yun. “katabole” – tullama, dağılma) və ya dissimilyasiya mürəkkəb  
üzvi  molekulların  sadə  birləşmələrə  parçalanması  və  bu  zaman  enerjinin  ayrıl-
masıdır. Bütün biokimyəvi prosesləri enerji ilə 
təmin edən katabolizm  prosesləridir. Ona görə 
də, onu həm də enerji mübadilәsi adlandırırlar. 
Üzvi  molekullarda  olan  kimyəvi  rabitələrin 
qırılması  zamanı  azad  olan  enerjinin  bir  qismi 
adenozintrifosfat turşusu (ATF) adlanan kimyə-
vi maddədə  ehtiyat halında toplanır.  
 
 
– Hüceyrənin hansı hissələrində  bioenergetik proseslər baş verir? 
– Hansı maddə enerji mübadiləsinə daxil olur?
 
 
 
 
Adenozintrifosfat turşusu (ATF). Hüceyrəni enerji ilə təmin edən üzvi mad-
dədir. ATF universal enerji mənbəyi hesab olunur. ATF kimyəvi tərkibinə görə nuk-
leotiddir.  Onun  tərkibini  adenin  azot  əsası,  
riboza  (karbohidrat)  və  3  ortofosfat  turşusu 
qalığı təşkil edir. ATF-də enerji, əsasən,  orto-
fosfat  turşusu  qalıqlarının  arasında  olan    və 
makroerqik rabitә adlanan kimyəvi rabitələrdə 
toplanmışdır. ATF-də bir makroerqik rabitənin 
qırılması  zamanı  bir  ortofosfat  turşusu  qalığı 
qopur və nəticədə 40 kC-a qədər enerji ayrılır.  
ATF-də  bir  ortofosfat  turşusu  qalığının  qop-
ması nəticəsində adenozindifosfat (ADF) yara-
nır. Bu birləşmə yenidən ATF-ə çevrilə bilir. ATF-in ADF-ə və ya əksinə çevrilməsi 
hüceyrədə enerji hasil etmənin əsas mexanizmini təşkil edir.  
Metabolizm 
(maddələr mübadiləsi)
Anabolizm
(assimilyasiya, plastik mübadilə)
sadə molekullardan mürəkkəb molekulların 
yaranması:  A + B 
 AB 
Enerji udulur
Katabolizm
(dissimilyasiya, enerji mübadiləsi)
mürəkkəb  üzvi molekulların sadə birləşmələrə 
parçalanması:  AB 
 A + B 
Enerji ayrılır
Ortofosfat turşusunun qalıqları
 
ATF molekulunun quruluşu
ATF-in quruluşunu DNT 
və RNT nukleotidlərinin 
quruluşu ilə müqayisə 
edin.  
– Onların oxşar və fərqli 
cəhətləri hansılardır? 
Makroerqik rabitələr
 
Fәaliyyәt
Hüceyrədə  başverən  bütün 
biokimyəvi  reaksiyaların  get-
məsi  üçün  ATF  enerjisi  tələb 
olunur.  Məsələn,  əzələlərdə 
ATF ehtiyatı onun  20–30 dəfə 
yığılmasına  kifayət  edir.  Bu 
səbəbdən  hüceyrələrdə  daim 
ATF sintezi gedir.   
!
?
 
• 
anabolizm 
• 
katabolizm 
• 
assimilyasiya 
• 
plastik mübadilə 
• 
energetik mübadilə 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


 
 
50 
 
Lazım gəldikdə ADF-dən də bir ortofosfat turşusu qalığı qopa bilir və bu zaman 
yenə də bir makroerqik rabitənin qırılması nəticəsində 40 kC enerji ayrılır və ADF 
tərkibində  bir  ortofosfat  turşusu  qalığı  olan  adenozinmonofosfata (AMF) çevrilir. 
ATF  molekullarında  olan  enerji  ilə  zəngin  makroerqik  rabitələr hesabına  hüceyrə 
enerji toplaya və lazım gəldikdə onu sərf edə bilir. 
ATF-in  hüceyrәdә  rolu.  Hüceyrədə  biosintez  proseslərində  hərəkət,  istiliyin 
əmələ  gəlməsi,  sinir  impulslarının  yaranması  və  digər  həyati  proseslərdə  ATF 
enerjisindən istifadə edilir. 
 
 
 
 
1.  Uyğunluğu müәyyәn edin:  
 
A.  ASSİMİLYASİYA 
 
B.  DİSSİMİLYASİYA 
 
 
2.  Düzgün ifadәlәri seçin: 
  ADF-də üç makroerqik rabitə olur. 
  ATF enerjisindən bir çox həyati proseslərdə istifadə edilir. 
  Bir fosfat turşusu qalığı ayrıldıqda 17,6 kC enerji ayrılır.   
  ATF molekullarında olan enerji ilə zəngin makroerqik rabitələrin hesabına hüceyrə 
enerji toplayır və ya onu sərf edir. 
  ATF-in tərkibində dezoksiriboza karbohidratı olur. 
 
3.  Sxemdә ATF-in quruluşunu tәşkil edәn 
elementlәr göstәrilmişdir.  
 
 
Bu elementlər nədən ibarətdir? 
A) 
;   
B) 
;  
C) 

 
Sxemi diqqətlə nəzərdən keçirin: AMF, ADF, ATF nukleotidlərini müəyyənləşdirin və 
onların adlarını tam yazın: 
1) 
;  
2) 
;  
3) 

 
D hərfi ilə nə işarə olunmuşdur? 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
... 
... 
... 
... 
... 
... 
... 
1.  Üzvi maddələrin parçalanması  
2.  Üzvi maddələrin sintezi  
3.  Enerjinin ayrılması 
4.  Fotosintez 
5.  Zülalların biosintezi 
6.  Enerjinin udulması 
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə