B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə15/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

 
ı 
45 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 H
ÜCEYRƏ STRUKTURLARI VƏ ONLARIN FUNKSİYALARI 
 
 
 
Hüceyrə  strukturlarının  bir  çoxu  sitoplazmadan  membranla  (lat.membran  – 
“dәri, örtük”) ayrılırlar. Membran iki lipid cərgəsi və zülallardan təşkil olunmuşdur. 
Membrana  malik  hüceyrə  strukturları  membranlı orqanoidlәr  adlanır.  Bəzi  orqa-
noidlər isə sitoplazmadan membranla ayrılmırlar. Bunları membransız orqanoidlәr 
adlandırırlar. 
 
 
 
Əvvəlki biliklərinizə əsaslanaraq, cədvəldə göstərilən orqanoidlərin adlarını 
müəyyənləşdirin. 
Membran quruluşuna malik olmayan orqanoidlər
 

 
o  İki sentrioldan təşkil olunub. 

 
o  Kiçikölçülü orqanoidlərdir. 
o  Böyük və kiçik hissəcikdən ibarətdir. 
o  RNT və zülaldan təşkil olunub. 
Membranlı orqanoidlər 

o  Müxtəlifölçülü kanallar sistemindən təşkil olunub. 
o  İki tipdə olur: dənəvər və hamar. 

 
o  Üst-üstə yığılmış yastı lövhəciklərdən ibarətdir. 
o  Üzərində qovuqcuqlar əmələ gəlir. 

 
o  Tərkibində həzm fermentləri olan membranla əhatə 
olunmuş dəyirmi və ya uzunsov cisimciklərdir. 

o  İkimembranlıdır. 
o  Hüceyrənin enerji mənbəyidir. 

o  Üç növü var (leykoplastlar, xloroplastlar, xromo-
plastlar). 
 
Fәaliyyәt
11 
– Heyvan və bitki hüceyrələri üçün ümumi olan strukturlar 
hansılardır? 
– Bu hüceyrələrdə bir-birindən fərqlənən strukturların olması nə ilə 
əlaqədardır?  
 
 
LAYİHƏ


 
 
46 
 
Membranlı orqanoidlәr. Belə orqanoidlər özləri də birmembranlı və ikimem-
branlı olmaqla iki qrupa ayrılırlar. Birmembranlı orqanoidlərə endoplazmatik şəbə-
kə, Holci kompleksi, lizosom, ikimembranlılara isə mitoxondri və plastidlər aiddir.  
Birmembranlı orqanoidlәrEndoplazmatik şәbәkә  membranla əhatələnmiş ka-
nal və boşluqlar sistemidir. Endoplazmatik şəbəkənin dənəvər və hamar tiplərini ayı-
rırlar. Dənəvər endoplazmatik şəbəkənin membranı üzərində ona “dənəvərlik” verən 
çoxlu ribosom yerləşir. Burada zülal sintez olunur. Hamar endoplazmatik şəbəkədə 
isə karbohidrat və lipidlər əmələ gəlir. Endoplazmatik şəbəkə təkcə maddələri sintez 
edərək kanal və boşluqlarında saxlamır, o həm də bu maddələrin hüceyrə daxilində  
daşınmasını təmin edir. 
Holci kompleksi hüceyrədə müxtəlif lövhəciklər, kanalcıqlar və  qovuqcuqlardan 
təşkil olunmuşdur. Holçi kompleksinin əsas funksiyası hüceyrədə yaranan maddələri 
toplamaq və onların hüceyrədən xaricə daşınmasında iştirak etməkdir. 
Lizosomlar  (yun.  “lysis”  –  həll  edirəm,  “soma”  –  bədən)  içərisində  zülalları, 
karbohidratları və lipidləri həll edən fermentlər olan qovuqcuqlardır. Əsas funksiyası 
hüceyrədaxili həzmdə iştirak etməkdir.  
İkimembranlı orqanoidlәr. Bunlara mitoxondrilər və plastidlər aiddir. Mitoxon-
dri (yun. “mitos” – tel, “chondrion” – dən, dənəvər) oval formalı orqanoiddir. Mito-
xondri öz DNT-sinə malik olduğundan ikiyə bölünmə yolu ilə çoxala bilir. Hüceyrə 
tənəffüsündə iştirak edən mitoxondri yaranan enerjini ATF enerjisi şəklində ehtiyat 
halında saxlaya bilir. Bu enerjidən hüceyrənin digər strukturları istifadə edirlər. 
Plastidlәr  (yun.  plastidis, plastos  –  formalaşmış,  düzəldilmiş),  əsasən,  bitki 
hüceyrələrində rast gəlinən orqanoidlərdir. Mitoxondri kimi öz xüsusi DNT-lərinə 
malik olduqları üçün bölünmə yolu ilə çoxala bilirlər. Plastidlərin 3 növünü ayırırlar: 
xloroplastlar, leykoplastlar, xromoplastlar. Leykoplastlar rəngsizdir və onlar ehtiyat 
qida maddələri toplaya bilirlər. Xromoplastlarda bitkiyə müxtəlif rənglər verən piq-
mentlər olur. Xloroplastlar yaşıl rəngdədir, ona yaşıllıq verən xlorofil piqmentidir. 
Xlorofil  Günəş  enerjisini  udmaq  qabiliyyətinə  malikdir.  İşıqda  xloroplastlarda 
fotosintez gedir. Bu zaman günəş enerjisi ATF şəklində toplanır. 
Membran quruluşu olmayan orqanoidlәr. Bunlara ribosomlar və hüceyrə mər-
kəzi aid edilir.  
Ribosomlar (yun. “soma” – bədən) membran quruluşu olmayan orqanoiddir. Hər 
bir ribosom iki: böyük və kiçik hissədən ibarət olur. Ribosomların funksiyası zülal 
sintez  etməkdir.  Zülal  sintez  etmək  üçün  onlar,  adətən,  polisom  adlanan  qruplar 
şəklində birləşirlər. 
Hüceyrә mәrkәzi bir-birinə perpendikulyar iki 
sentrioldan  ibarətdir.  Sentriollar  mikroborucuq-
lardan təşkil olunub. Hüceyrə mərkəzi hüceyrənin 
bölünməsi  prosesində  iştirak  edir.  Ali  bitkilərin 
hüceyrələrində sentriollar olmur. 
 
 
• 
membran 
• 
membranlı orqanoidlər 
• 
membransız orqanoidlər 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


 
ı 
47 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 
 
1.  Sxemi tamamlayın: 
 
 
2.  Düzgün variantı seçin: 
  Fotosintez xloroplastlarda/leykoplastlarda baş verir.        
  Zülalları, yağları, karbohidratları parçalayan fermentlər 
ribosomlarda/lizosomlarda yerləşir.           
  Yağlar və karbohidratlar ribosomlarda/endoplazmatik şәbәkәdә əmələ gəlir. 
  Zülallar, yağlar və karbohidratlar ehtiyat halında Holci kompleksin-
dә/ribosomlarda toplanır.    
  Nüvәcik/hüceyrә mәrkәzi orqanoid deyil.    
 
3.  İfadәlәrin nömrәsini Venn diaqramının müvafiq hissәlәrindә yerlәşdirin. 
 
1.  DNT-yə malikdir. 
2.  Bəzi növləri ehtiyat qida maddələri toplaya bilirlər.  
3.  Bəzilərinin daxilində rəngli piqmentlər olur. 
4.  Bəzi növlərində fotosintez prosesi gedir. 
5.  İkimembranlı quruluşa malikdir.  
6.  Hüceyrə tənəffüsünü təmin edir.  
7.  Enerjini ATF enerjisi şəklində ehtiyat halında saxlaya bilir. 
8.  İkiyə bölünmə yolu ilə çoxala bilir. 
9.  DNT-yə malikdir. 
 
          Mitoxondri       Plastidlər 
         
 
  
4.  Hansı hüceyrәlәrdә – prokariot, yoxsa eukariotlarda  “vәzifә  bölgüsü” problemi 
daha yüksәk sәviyyәdә hәll olunmuşdur? Cavabınızı izah edin. 
 
 
Hüceyrə orqanoidləri
?
?
?
İkimembranlı
?
Membransız
?
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə