B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə23/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

 
ı 
71 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
I metafazada xromosom cütləri hüceyrənin mərkəzində – ekvatorunda yerləşir. 
Sonra  I anafazada  bölünmə  vətərlərinin  köməyi  ilə  hüceyrənin  homoloji  xro-
mosomları bir-birindən ayrılaraq tam şəkildə hüceyrənin əks qütblərinə çəkilir.
 
 
I telofazada  meyozun ilkin  bölünmə  mərhələsi sona çatır və  nəticədə  haploid 
xromosom yığımlı iki hüceyrə yaranır. Burada hər bir xromosom ikixromatidli olur. 
Xromosom yığımı ikiqat azaldığı üçün bu bölünmə reduksion bölünmә də adlanır. 
I bölünmə mərhələsindən sonra yenə interfaza baş verir. Bu mərhələ çox qısa olur 
və burada xromosomların DNT-si ikiləşmir. 
Meyoz bölünmənin ikinci mərhələsi II profaza ilə başlayır. I telofazada yaranan 
qız hüceyrələr mitozun profazasındakı kimi dəyişilmələrə məruz qalır. Onlarda da 
profazanın sonunda nüvə pərdəsi  ilə  nüvəcik itir və bölünmə  vətərləri  yaranmağa 
başlayır. II metafazada da  xromosomlar  hüceyrənin ekvatoru boyunca düzülür. II 
anafazada mitozdakı kimi hər iki qız hüceyrələrin qütblərinə xromatidlər çəkilir. Bu 
səbəbdən  II  anafazada  xromosom  yığımı  artır.  II  telofazada  qütblərə  çəkilən  xro-
mosomların spiralları açılır və onlar  nüvə pərdəsi ilə əhatə olunur. Nüvəcik əmələ 
gəlir. Sonra hüceyrələrin sitoplazmaları bölünür 
və  nəticədə  xromosom  yığımı  haploid  olan  4 
ədəd qız hüceyrə yaranır ki, bunlardan da  cin-
siyyət hüceyrələri formalaşır. Beləliklə, meyoz 
bölünmə zamanı bir diploid hüceyrədən 4 hap-
loid hüceyrə yaranır. 
 
 
 
Meyozun bioloji  әhәmiyyәti. Meyoz prosesində xromosomların miqdarı ikiqat 
azaldığı üçün qametlərin birləşməsi zamanı bu miqdar sonrakı nəsillərdə sabit qalır. 
Bundan başqa, ata və ana xromosomlarının ziqotda birləşməsi zamanı xromosomla-
rın yeni kombinasiyaları meydana gəlir ki, bu da yeni əlamətlərin meydana gəlməsi 
ilə nəticələnir.  
 
Mitoz və meyoz proseslərini müqayisə edin.  
Göstəricilər 
Mitoz 
Meyoz 
1. Prosesin baş verdiyi yer  
 
 
2. Bölünmələrin sayı 
 
 
3. Hansı hüceyrələr əmələ gəlir  
 
 
4. Əmələ gələn hüceyrələrin sayı 
 
 
5. Krossinqoverin baş verməsi 
 
 
6. Qız hüceyrələrdə xromosomların sayı 
 
 
 
– Haploid cinsiyyət hüceyrələrinin yaranmasının nə əhəmiyyəti var?
 
 
Fәaliyyәt
Laboratoriya işi 
• 
konyuqasiya
• 
krossinqover 
• 
reduksion bölünmə 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


 
 
72 
 
 
 
1.  Şәklә diqqәtlә baxın. Şәkillәrin hansının mitoza vә hansının meyoza aid olduğunu 
müәyyәnlәşdirin. Onları hansı әlamәtlәrinә görә fәrqlәndirdiyinizi izah edin.  
Rәqәmlәri prosesin baş verdiyi ardıcıllıqla cәdvәldә qeyd edin.  
 
 
2. Düzgün cavabları seçin: 
  Meyoz nəticəsində bir diploid hüceyrədən dörd diploid/haploid xromosom yığımlı 
hüceyrə əmələ gəlir.  
  Heyvan hüceyrələrində krossinqover mitoz/meyoz prosesində baş verir.  
  Xromosom çarpazlaşması meyoz/transkripsiya prosesində baş verir.  
  Meyoz nəticəsində nüvədə xromosomların sayı iki dəfə çoxalır/azalır. 
  Meyoz nəticəsində heyvan orqanizmində әzәlә/cinsiyyәt hüceyrələri yaranır. 
  Meyoz bölünmədə krossinqoverin mahiyyəti homoloji sahәlәrlә 
mübadilәdir/xromosomların sәrbәst ayrılmasıdır. 
  Meyoz bölünmənin birinci metafazasında hər xromosomun tərkibinə bir/iki xromatid daxil olur.  
  Hüceyrənin bölünməyə hazırlıq mərhələsi anafaza/interfaza adlanır.  
 
3. Meyoz bölünmә zamanı hәr fazaya uyğun proseslәri müәyyәn edin.
  
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
Mitoz  Meyoz 
 
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
 
MEYOZUN FAZALARI  
 
А) I profaza  
B) I anafaza  
C) I telofaza  
D) II metafaza 
E) II anafaza  
PROSESLӘR 
1) Xromatidlərin ayrılması və qütblərə çəkilməsi.  
2) Homoloji xromosomlar arasında konyuqasiya prosesinin baş 
verməsi.  
3) Homoloji xromosomların əks qütblərə çəkilməsi. 
4) Haploid yığımlı ikiləşmiş xromosomları olan hüceyrələrin 
yaranması.  
5) Hüceyrədə xromosomların ekvatorda yerləşməsi. 
LAYİHƏ


 
ı 
73 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 
 
 
 
 
 
 
1.  İnternet resurslarından istifadə edərək  “Hüceyrənin kəşfi tarixi. Hüceyrə nəzəriyyəsi” 
mövzusunda məlumat toplayın. Məlumatları kartoteka formasında cədvəllər şəklində 
təqdim edin.  
Kəşfin tarixi 
Alim 
Kəşfin mahiyyəti 
 
 
 
2.  İnternet resurslarından istifadə edərək  Publisher, yaxud WORD proqramında (A4 
ölçülü kağızlarda) “QİÇS: yoluxma yolları və profilaktikası” yaxud  “Hepatit virusu: 
yoluxma yolları və profilaktikası” mövzularında yaddaş kitabçası tərtib edin. 
 
3.  Populyar ədəbiyyat, yaxud  internet resurslarından istifadə edərək qədim və müasir 
mikroskoplar  haqqında  məlumat  tapın.  Məlumatı  aşağıdakı  plan  əsasında  elektron 
təqdimat formasında tərtib edin: 
  Mikroskopun şəkli, texniki imkanları 
  Yaranma tarixi 
  Müəllif 
  Mikroskopun köməyi ilə edilən kəşflər 
 
4.  İnternet resurslarından istifadə edərək biotexnologiya haqqında – elmin təsviri, me-
todları, məqsədləri və gələcək planları barədə məlumat toplayın. Əldə etdiyiniz məlu-
matları məruzə şəklində təqdim edin. Məruzədə biotexnologiya metodları ilə istehsal 
olunmuş süni zülalların adı, funksiyalarını və əhəmiyyətini də qeyd edin.  
 
5.  İnternet resurslarından istifadə edərək  “Fotosintezin kəşfi tarixi” mövzusunda məlu-
mat toplayın. Məlumatları kartoteka formasında cədvəllər şəklində təqdim edin.  
Kəşflərin tarixi 
Alim 
Elmə verdiyi töhfə 
 
 
 
 
6.  Dərslikdən  və  http://festival.1september.ru/articles/515676/  ünvanında  yerləşən 
məlumatlardan istifadə edərək “Mitoz” model-aplikasiyasını hazırlayın.  
 
 
L a y i h ә
 
 
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə