B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə22/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

 
 
68 
 
formasını, ölçüsünü müəyyən etmək olur. Xromosomlarda xromatidlər bir-biri ilə 
yalnız sentromer olan hissədən birləşirlər. 
Anafaza. Xromosomları təşkil edən xromatidlər bir-birindən ayrılaraq bölünmə 
vətərləri tərəfindən hüceyrənin qütblərinə çəkilir. Bu dövrdən başlayaraq xromatid-
lər sərbəst xromosomlar hesab olunur. Xromatidlərin ayrılması nəticəsində yaranan 
qız xromosomlar hesabına anafazada xromosomların miqdarı iki dəfə artır. 
 
 
Telofaza. Mitozun son fazasıdır. Qütblərə çəkilən xromosomların spiralları açılır 
və onlar nazik sap şəklini alaraq görünməz olur. Telofazada nüvə pərdəsi və nüvəcik 
yaranır, bölünmə vətərləri itir.  
 
 
 
Nüvə bölünməsindən sonra sitoplazma da bölünür və nəticədə bir ana hüceyrədən 
iki qız hüceyrə yaranır. Mitoz bölünmə  orqanizmdən və hüceyrənin tipindən asılı 
olaraq bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilir. Mitoz bölünmənin 
davametmə müddəti, adətən,  interfazadan bir neçə dəfə az olur. 
 
 
 
Mitozun bioloji әhәmiyyәti. Mitozun əsas bioloji əhəmiyyəti  irsi materialın qız 
hüceyrələr arasında bərabər bölünməsidir. Belə bölünmə nəticəsində diploid xromo-
som yığımına malik bir ana hüceyrədən onun tam oxşarı olan iki diploid qız hücey-
rələr yaranır. 
Mitozun müşahidə edilməsi. 
İşin məqsədi: bölünən bitki hüceyrələrinin hazır mikropreparatlarında mitozun öyrənilməsi. 
Təchizat: mikroskop, soğan və kök hüceyrələrindən hazırlanmış mikropreparatlar. 
İşin gedişi
1. Hazır mikropreparatlara əvvəlcə kiçik, sonra isə böyük böyütmə dərəcəsində baxın. 
2. Mikropreparatda bölünən hüceyrələri tapın. Mikropreparatda hansı bölünmə fazalarının 
göründüyünü müəyyən edin. 
3. Mitozun fazalarını hansı əlamətlərə görə təyin etdiniz?  
4. Dəftərinizdə mitozun fazalarını sxematik olaraq təsvir edin.  
 
Fәaliyyәt
Laboratoriya işi 
LAYİHƏ


 
ı 
69 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 
 
1. “Mitoz bölünmәnin müxtәlif mәrhәlәlәri” şәklini nәzәrdәn keçirin.  
a) Verilən mərhələlərin işarə edilmiş hərflərini mitozun mərhələlərinə uyğun olaraq 
sxemdə yerləşdirin: 
 
 
 
b)  Şəkildə 1–4 rəqəmləri ilə nə işarə olunmuşdur? 
c)  Xromosomların ikixromatidli olması hansı mərhələlərdə müşahidə edilir? 
 
2.  Uyğunluğu müәyyәn edin: 
 
  
3.  Mәsәlәni hәll edin: 
• Hər birinin tərkibində 12 cüt xromosom olan 100 hüceyrə mitoz yolla bölünmüşdür. 
Bölünmədən sonra hansı xromosom yığımına malik və neçə hüceyrə əmələ gələr? 
 
4.  Әtraf mühit şәraiti mitoz prosesinә tәsir edә bilәrmi? Bu, orqanizm üçün nә ilә 
nәticәlәnә bilәr? 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
A
 
B
 
C
D
E
F
C
Ç
 
a) Bölünmə vətərləri itir. 
b) DNT yüksək dərəcədə spirallaşır.  
c) Xromosomlar hüceyrənin  ekvatoruna düzülür.    
d) Xromatidlərin ayrılması nəticəsində xromosomların miqdarı iki 
dəfə artır. 
e) Nüvə pərdəsi və nüvəcik itir. 
f) Bölünmə vətərləri yaranmağa başlayır. 
g) Bölünmə vətərləri xromosomların sentromerinə birləşir. 
h) Bir ana hüceyrədən iki qız hüceyrə yaranır. 
i)
Bölünmə vətərləri tərəfindən xromosomları təşkil edən 
xromatidlər hüceyrənin qütblərinə çəkilir.  
j)
Qütblərə çəkilən xromosomların spiralları açılır.  
k) Hüceyrə mərkəzinin ikiləşmiş  sentriolları qütblərə çəkilir. 
l)
Bu dövrdən başlayaraq xromatidlər sərbəst xromosomlar hesab 
olunur. 
m) Nüvə pərdəsi və nüvəcik yaranır. 
I. Profaza 
II. Metafaza 
III. Anafaza 
IV. Telofaza 
 
LAYİHƏ


 
 
70 
 
 H
ÜCEYRƏNİN  BÖLÜNMƏSİ. MEYOZ  
 
 
Əksər  orqanizmlərin  bədən  hüceyrələri,  adətən,  mitoz  bölünmə  yolu  ilə  meydana 
gəlir. Belə hüceyrələrin nüvələrində ikiqat (diploid 2n) xromosom yığımı olur.  Lakin 
cinsiyyət hüceyrələrinin yaranması çox vaxt meyoz bölünmə yolu ilə gedir. Bu yolla 
yaranan hüceyrələrin nüvələrində xromosom yığımı, adətən, birqat (haploid  n) olur. 
Meyoz bölünmә bir-birini əvəz edən iki mərhələdən ibarətdir. Hər bir mərhələ 
mitozdakı  kimi  4  fazadan  –  profaza, metafaza, anafaza vә telofazadan  ibarətdir. 
Meyoz  bölünmədə  də  hüceyrə  əvvəl  interfaza  mərhələsini  keçirir.  İnterfazada 
hüceyrənin ölçüləri böyüyür, xromosomların DNT-si ikiləşir. 
I profaza. İlkin bölünmə (I meyoz) I profaza ilə başlayır. Bu fazada ikixromatidli 
xromosomlar spirallaşaraq yoğunlaşır və işıq mikroskopunda aydın görünür. Homo-
loji xromosomlar bir-birinə yaxınlaşaraq uzunluqları boyu sıx söykənir. Buna kon-
yuqasiya deyilir. Onlar müəyyən hissələrində bir-birinə birləşən cütlər əmələ gətirir. 
Belə cütlər əmələ gətirən homoloji xromosomların bir-birinə yapışmış müəyyən his-
sələrinin DNT sapları arasında sahə mübadiləsi gedir. Nəticədə, homoloji xromosom 
cütlərinin hər birində yeni gen kombinasiyaları yaranır.  
 
 
Bu proses xromosom çarpazlaşması və ya krossinqover (ing. “crossinq-over” – 
çarpazlaşma) adlanır. Bunun nəticəsində valideyn xromosomlarında olmayan kom-
binativ əlamətlər meydana gəlir. Mitozda olduğu kimi, burada da ikiləşmiş sentriol-
lar qütblərə çəkilir və bölünmə vətərləri əmələ gəlir. Profazanın sonunda nüvə pər-
dəsi və nüvəcik itir və xromosomlar sərbəst halda sitoplazmada yerləşir. 
19 
– Heyvanların cinsiyyət hüceyrələri hansı quruluşa malikdir? 
– Cinsiyyət hüceyrələrinin xromosom yığımı necədir? 
– Niyə uşaqlar valideynlərinə bənzəsələr də, onların dəqiq surəti 
olmurlar?  
 
 
Meyoz bölünmə 
Profaza I
İnterfaza
Metafaza I
Anafaza I 
Telofaza I 
Profaza II
Metafaza II
Anafaza II
Telofaza II
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə