B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə21/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   63

 
ı 
65 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
Xromosomlar. Hüceyrə tsiklində əsas rolu 
xromosomlar  oynayır  (yun.  “xroma”  –  rəng, 
soma”  –  bədən).  Onlar  hüceyrədə  mübadilə 
proseslərini tənzimləməklə yanaşı, həm də irsi 
məlumatların  bir  nəsildən  digərinə  ötürülmə-
sində  iştirak  edir.  DNT-nin  ikiləşməsindən  
sonra hər bir  xromosom  iki  DNT molekulun-
dan ibarət olur.    
Hər iki DNT molekulu ayrı-ayrılıqda xromatidlәr (yun. “xroma” – rəng, “eydos” 
– görünüş, növ) adlanır. Xromatidlər bir-biri ilə sentromer (lat. “sentrum” – mərkəz, 
meros” – hissə) adlanan hissə ilə birləşir. Xromosomların formasını, ölçüsünü və 
hüceyrədə  sayını  yalnız  bölünmə  dövründə  maksimal  spirallaşması  və  sıxlaşması 
dövründə  müəyyən  etmək  mümkündür.  Bu  zaman  o,  işıq  mikroskopunda  aydın 
görünür.  
Hüceyrәnin xromosom yığımı. Hər bir orqanizmin hüceyrəsi müəyyən xromo-
som yığımına malik olur ki, bu da kariotip (yun. “karion” – nüvə, “tipos” – ölçü, 
nümunə) adlanır. Orqanizmlərin öz fərdi xromosom yığımı olur; məsələn, insanın 
kariotipində 46, drozofildə isə 8 xromosom olur. Müxtəlif orqanizmlərin hüceyrələ-
rində xromosom yığımının birqat (haploid) və ya ikiqat (diploid) olduğu müəyyən 
edilmişdir.  Birqat xromosom yığımı latın hərfi olan n-lə, ikiqat yığım isə 2n  işarə 
olunur. 
Homoloji xromosomlar. İkiqat (diploid) xromosom yığımına malik orqanizm-
lərdə ölçüsünə, formasına və irsi məlumatların xarakterinə görə bir-birindən fərqlən-
məyən  cüt  xromosomlar  olur.  Belə  cüt  xromosomları  homoloji  (yun.  “homos”  – 
eyni) xromosomlar  adlandırırlar.  Homoloji  xromosom  cütləri  zahirən  bir-birinə 
oxşardır: onların sentromeri eyni yerdə olur və genlər  eyni ardıcıllıqla düzülür.  
Belə  ki,  insanın  bədən  hüceyrələrində  46  xromosom  23  homoloji  cüt  yaradır.  
Onlardan 22 cütü qadın və kişilərdə eynidir və autosom adlanır. Bir cüt xromosom 
isə fərqlidir.  Qadınlarda bu xromosom cütü latın hərfləri XX, kişilərdə isə XY ilə 
işarə olunur və cinsiyyәt xromosomları adlanır.  
Orqanizmlərin cinsiyyət hüceyrələrində haploid (n) xromosom yığımı olur. Belə 
ki, insanın cinsiyyət hüceyrələrində 23 xromosom var.  
 
 
İnsanın 
xromosom 
yığımı  
Xromosomun  
quruluşu 
Xromatidlər
Sentromer
 
• 
interfaza 
• 
hüceyrə tsikli 
• 
kariotip 
• 
autosom 
• 
homoloji xromosomlar 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


 
 
66 
 
 
 
1.  Düzgün cavabları müәyyәnlәşdirin: 
 İki qız xromosomun bir-biri ilə birləşən hissəsi sentriol / sentromer adlanır. 
 İnterfaza/profaza – hüceyrənin iki bölünməsi arasında olan mərhələdir. 
 Cinsiyyət hüceyrələrinin xromosom yığımı haploid diploid olur 
 Ölçüsünə, formasına və irsi məlumatların xarakterinə görə bir-birindən fərqlən-
məyən cüt xromosomları analoji homoloji xromosomlar adlandırırlar.  
 İnsanın kariotipində 23 cüt / 46 cüt xromosom olur. 
 Kişilərdə cinsiyyət xromosom cütü latın hərfləri XX / XY  ilə işarə olunur. 
 
2. Şәkildә nә tәsvir edilib? 1-3 rәqәmlәri ilә onun hansı hissәlәri işarә olunub? 
 
3. İnterfaza üçün sәciyyәvi olan proseslәri seçin:  
A.  Hüceyrə sürətlə böyüyür.  
B.  Hüceyrə orqanoidlərinin miqdarı 
azalır. 
C.  Hüceyrənin həyat fəaliyyəti ilə 
əlaqədar assimilyasiya və 
dissimilyasiya prosesləri baş verir. 
D.  ATF sintezi artır. 
E.  Hüceyrənin böyüməsi zəifləyir. 
F.  Hüceyrə orqanoidlərinin miqdarı 
artır. 
G.  Hüceyrədə biosintez prosesləri 
dayanır. 
H.  DNT ikiləşir.  
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
LAYİHƏ


 
ı 
67 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 H
ÜCEYRƏNİN  BÖLÜNMƏSİ. MİTOZ  
 
 
 
Hüceyrənin bölünməsi  onun əsas xassələrindən biridir. Hüceyrənin  daha geniş 
rast gəlinən bölünmə üsulu mitozdur (yun. “mitos” – sap, tel). 
Mitoz bölünmә. Mitoz bölünmə zamanı ana hüceyrə oxşar irsi xüsusiyyətlərə 
malik iki qız hüceyrəyə bölünür. Hüceyrələrin mi-
toz yolla bölünməsi nəticəsində orqanizmdə böyü-
mə  prosesləri,  regenerasiya,  köhnə  hüceyrələrin 
yeniləri ilə əvəz olunması baş verir.  
Mitozun mәrhәlәlәri. İnterfaza mərhələsindən 
sonra mitoz bölünmə başlayır. Bu bölünmə 4 ardıcıl 
fazadan  ibarətdir:  profaza, metafaza, anafaza, 
telofaza. 
Profaza. Bu fazada DNT sapları maksimum spirallaşır, yoğunlaşır və işıq mikro-
skopu  ilə  yaxşı  görünən  xromosomlara  çevrilir.  İkiləşmiş  sentriollar  profazada 
qütblərə çəkilir və bölünmə vətərləri yaranmağa başlayır. Profazanın sonunda nüvə 
pərdəsi və nüvəcik itir. Xromosomlar sərbəst halda sitoplazmada olur.  
 
 
 
Metafaza. Bu fazada bölünmə vətərləri tam formalaşır və xromosomların sentro-
merinə birləşir.  
 
 
Xromosomlar hüceyrənin  mərkəzinə (ekvatoruna) düzülərək metafaza lövhәsini 
əmələ  gətirir.  Metafaza  dövründə  xromosomlar  aydın  göründüyü  üçün  onların 
18 
– Hüceyrənin bölünməsinin orqanizmin həyatında nə kimi əhəmiyyəti var?  
– Hüceyrənin hansı bölünmə üsulları mövcuddur? 
 
 
• 
mitoz
• 
profaza 
• 
metafaza 
• 
anafaza 
• 
telofaza 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə