B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə20/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   63

 
 
62 
 
Birinci mәrhәlә  –  hazırlıq mәrhәlәsi  adlanır. 
Bu  mərhələdə  mürəkkəb  üzvi  birləşmələr  sadə 
birləşmələrə qədər parçalanırlar. Əmələ gələn ki-
çik  molekullar  toxuma  hüceyrələrinə  daxil  olur. 
İlkin  mərhələdə  yaranan  enerji  istilik  şəklində 
ətrafa yayılır. 
Enerji mübadilәsinin ikinci mәrhәlәsi  hücey-
rənin sitoplazmasında gedir. Oksigen iştirak etmədiyi üçün bu mərhələni oksigensiz 
mәrhәlә də adlandırılır. Bu mərhələdə qlükoza  parçalandığı üçün buna qlikoliz (yun. 
glykys” – şirin, “lizis” – parçalanma) də deyilir. Proses fermentlərin aktiv iştirakı 
ilə gedir. Qlikoliz prosesində bir molekul qlükozanın parçalanmasından iki molekul 
üçkarbonlu birləşmə – piroüzüm turşusu (C
3
H
4
O
3
) və 2 molekul ATF alınır.  
Enerji mübadilәsinin üçüncü mәrhәlәsi – oksigenli mərhələdir. Oksigenli mər-
hələ mitoxondridə gedir və burada mütləq oksigen iştirak edir. Bu mərhələdə piro-
üzüm turşusu molekulyar oksigenin iştirakı ilə karbon qazı və suya qədər oksidləşir. 
Hər  bir  oksidləşən  qlükoza  molekulundan  oksigenli  mərhələ  zamanı  36  molekul 
ATF yaranır. Bu mərhələ həm də hüceyrә tәnәffüsü adlanır. Hüceyrə tənəffüsü mito-
xondrilərin kristlərində yerləşən üzvi maddələrin oksidləşməsi reaksiyalarını aktiv-
ləşdirən fermentlərin iştirakı ilə həyata keçirilir.  
 
Enerji mübadiləsinin mərhələləri 
 
 
Beləliklə, hüceyrədə bir molekul qlükozanın tam parçalanması zamanı qlikoliz 
mərhələsində 2, oksigenli mərhələdə isə 36 molekul alınmaqla cəmi 38 molekul ATF 
yaranır. Bu enerji sonra yeni maddələrin sintezi zamanı sərf olunur.  
ATF-də olan makroerqik rabitələrdə saxlanılan enerjilər sonra digər enerji növ-
lərinə çevrilə bilir. Məsələn, sinir hüceyrələrində sinir impulslarının ötürülməsində 
• 
qlikoliz 
• 
oksigenli mərhələ 
• 
krist 
• 
matriks 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


 
ı 
63 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
bu  enerji  –  elektrik,  ibtidailərdə,  qamçıların  hərəkətində  və  digər  heyvanların 
əzələlərinin yığılmasında  isə mexaniki və s. enerjiyә çevrilə bilir. 
 
 
 
 
 
1.  Uyğunluğu müәyyәn edin: 
 
 
 
2. Düzgün cavab variantını qeyd edin: 
  Energetik mübadilə sayəsində hüceyrə zülallarla/ karbohidratlarla/ ATF-lә təmin 
olunur. 
  Hüceyrədə üzvi  maddələrin parçalanması  enerjinin ayrılması/Günәş enerjisindәn 
istifadә/ biopolimerlәrin yaranması ilə müşayiət olunur. 
  Biopolimerlərin monomerlərə qədər parçalanması prosesi zamanı yalnız istilik for-
masında az miqdarda  enerjinin ayrılması energetik mübadilәnin hazırlıq mәrhәlәsi/ 
oksigensiz mәrhәlәsi/ oksigenli mәrhәlәsi üçün səciyyəvidir.  
  Qlükozanın  oksidləşməsi  prosesinin  əhəmiyyəti  hüceyrənin  fermentlәrlә/vitamin-
lәrlә/enerji ilə təmin olunmasından  ibarətdir. 
  Hüceyrədə  ən  çox  enerji  zülalların/ polisaxaridlәrin/lipidlәrin  parçalanmasından 
ayrılır.  
 
3.  Plastik vә energetik mübadilәnin qarşılıqlı әlaqәsinә aid misal göstәrin. 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
1. Kimyəvi reaksiyalar oksigenin iştirakı 
olmadan gedir. 
2. Qlikoliz baş verir. 
3. Su əmələ gəlir. 
4. 2 molekul ATF əmələ gəlir. 
5. 36 molekul ATF əmələ gəlir.  
6. Kimyəvi reaksiyalar oksigenin iştirakı ilə 
gedir. 
7. Proseslər mitoxondridə gedir. 
8. Proseslər sitoplazmada gedir. 
9. Qlükoza piroüzüm turşusuna qədər 
parçalanır.
A) Enerji mübadilәsinin 
II mәrhәlәsi 
 
 
 
 
B) Enerji mübadilәsinin 
III mәrhәlәsi 
LAYİHƏ


 
 
64 
 
 H
ÜCEYRƏNİN HƏYAT DÖVRİYYƏSİ. XROMOSOMLAR 
 
 
 Yaranandan  ölənə  qədər  olan  dövr  ərzində  hüceyrədə  böyümə,  inkişaf  və  ço-
xalma kimi həyat prosesləri baş verir. Bu, hüceyrənin hәyat dövriyyәsi və ya hüceyrә 
tsikli adlanır. Hüceyrələrdə həyat tsiklinin müddəti müxtəlif olur. Hətta eyni bir orqa-
nizmin müxtəlif hüceyrələrində belə bir-birindən fərqlənir. Məsələn, insanın epiteli 
toxumasının hüceyrələrində bu tsikl 10–15 saata, qaraciyər hüceyrələrində isə bəzən 
bir ilə qədər davam edir. Hüceyrə tsikli   iki mərhələdən – interfazadan və hüceyrәnin 
bölünmәsindәn ibarətdir. 
 
 
 
İnterfaza. Hüceyrənin iki bölünməsi arasında olan mərhələdir. İnterfazada (lat. 
inter” – arasında, yun. “fazes” – meydana gəlmə) hüceyrə  aktiv fəaliyyət göstərir. 
Bu dövrdə hüceyrənin həyat fəaliyyəti ilə əlaqədar assimilyasiya və dissimilyasiya 
prosesləri baş verir. Hüceyrə sürətlə böyüyür – hüceyrə orqanoidlərinin miqdarı artır. 
İnterfazanın əsas hadisəsi DNT-nin ikiləşməsidir. Bu dövrdə çoxlu miqdarda ATF 
sintezi nəticəsində enerji ehtiyat halında saxlanılır. İnterfazanın davametmə müddəti 
hüceyrənin tipindən asılıdır. İnterfazanın sonunda hüceyrə bölünməyə hazırlaşır.  
 
 
17 
– Xromosom nədir?
– DNT molekulu hansı quruluş xüsusiyyətlərinə malikdir? 

DNT-nin ikiləşməsinin bioloji əhəmiyyəti nədir?
 
 
 
Hüceyrə tsiklinin davametmə müddəti hüceyrənin növündən asılıdır. Bəzi 
hüceyrələrin,  məsələn,  sinir  hüceyrələrinin  həyat  tsikli,  embrional  dövr 
bitdikdən  sonra  orqanizmin  bütün  ömrü  boyu  əvəz  olunmur  və  onunla 
birlikdə də məhv olurlar. Hüceyrələrin həyat tsikli bəzən on illərlə davam 
edə  bilər.  Buna  baxmayaraq,  qan  hüceyrələri  (eritrositlər  və  leykositlər), 
dərinin  və  bağırsağın  epiteli  hüceyrələri  2–3  gündən  2–3  həftəyə  qədər 
yaşayır, sonra isə yeniləri ilə əvəz olunur.  
DNT-nin ikiləşməsinin sxemi 
 Sxemdə (1), (2), (3), (4) 
işarələnən hissələrdə hansı 
nukleotidlər olmalıdır? 
– DNT-nin ikiləşməsinin bioloji əhəmiyyəti nədir? 
– DNT-də nukleotidləri arasında olan hidrogen 
rabitələrinin qırılması nəticəsində açılan zəncirə ətraf 
mühitdə olan sərbəst nukleotidlər birləşir, əvvəlki 
zəncirə müvafiq yeni zəncir yaranır. Bu hansı prinsip 
əsasında baş verir? 
Fәaliyyәt
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə