B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə13/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

 
 
40 
 
öyrənir.  Hazırkı  dövrdə  sitologiya  kompleks  elm  hesab  olunur.  O,  digər  bioloji 
elmlərlə yanaşı, fizika, riyaziyyat, kimya və s. təbiət elmləri ilə də sıx bağlıdır. Bu 
səbəbdən onu hüceyrә biologiyası deyilən daha geniş elm sahəsi kimi ayırırlar.  
Hüceyrәnin öyrәnilmәsi tarixi. Sitologiya elmi mikroskopun kəşfi ilə əlaqədar 
inkişaf etmişdir. İlk mikroskoplar hələ XVI əsrdə Hollandiyada yaradılmışdı. Mik-
roskopdan ilk dəfə tədqiqat işlərində istifadə edən ingilis fiziki və botaniki Robert 
Huk  olmuşdur.  O,1665-ci  ildə  düzəltdiyi  mikroskopda  nazik  mantar  kəsiyinə  ba-
xarkən onun arı şanına bənzəyən ayrı-ayrı göz-
cüklərdən  təşkil  olunduğunu  görmüş  və  bunu 
“sitos” – hüceyrә  adlandırmışdır.  R.Huk  canlı 
hüceyrəni deyil, onun yalnız qılafını  görsə də, 
“hüceyrə”  termini  sonradan  biologiyada  geniş 
işlədilməyə başlandı. 
 
 
 
Canlı təkhüceyrəli orqanizmləri ilk dəfə 1680-ci ildə kəşf edən Anton van Leven-
huk olmuşdur. Onun mikroskopu obyekti 270 dəfəyə qədər böyütmüşdür. Mikros-
kopun getdikcə təkmilləşdirilməsi sayəsində XIX əsrdə bitki və heyvan hüceyrələ-
rinin quruluşu barədə çoxlu məlumatlar əldə etmək mümkün oldu. Bu dövrdə bitki 
hüceyrəsinin quruluşu haqqında əsas materiallar alman alimi Mattias Şleyden top-
lamış və ümumiləşdirmişdir. Hüceyrə haqqında toplanan biliklər hüceyrə nəzəriy-
yəsinin  yaradılmasına  əsas  verdi  və  1839-cu  ildə  Teodor  Şvann  tərəfindən    for-
malaşdırıldı. T.Şvann öz məlumatlarını M.Şleydenin tədqiqatları ilə müqayisə edə-
rək heyvan və bitki hüceyrələrinin quruluşca oxşar olduğunu müəyyənləşdirdi.  
 
 
 
Bununla  o  göstərdi  ki, orqanizmlərin  ümumi  quruluş  vahidi  hüceyrədir.  Lakin 
həm T.Şvann, həm də M.Şleyden səhvən belə hesab edirdilər ki, hüceyrələr orqa-
nizmdə qeyri-hüceyrəvi quruluşa malik maddələrdən yaranır. Bu fikir alman alimi 
R.Virxov tərəfindən təkzib edildi. O, 1858-ci ildə hüceyrə nəzəriyyəsinin əsas müd-
dəası olan” Bütün hüceyrələr bölünmə yolu ilə ana hüceyrədən yaranır” fikrini irəli 
sürdü.  Daha sonra  XX  əsrin  əvvəllərində  K.Ber  məməlilərin  yumurta-hüceyrəsini 
kəşf etdi və bütün çoxhüceyrəli orqanizmlərin mayalanmış bir hüceyrədən – ziqot-
dan başlanğıc götürdüyünü göstərdi.  
– Hüceyrənin quruluşu və fəaliyyətini hansı üsullarla öyrənmək mümkündür? 
 
 
Müzakirә üçün
 İnsan orqanizmində təxminən 10
14 
 hüceyrə olur.  
 Hər saniyə 3 mln eritrosit məhv olur və yenisi ilə əvəz olunur. 
 Adətən, bitki və heyvan hüceyrələrinin ölçüsü 5–20 mkm arasında də-
yişir.  Lakin bəzi nazik bitki liflərinin və sinir hüceyrələrinin uzun çıxın-
tılarının ölçüsü 1 metrə çata bilər.   
 Ən iri hüceyrə – quş yumurtasıdır; məsələn, dəvəquşunun yumurta sa-
rısının kütləsi 0,5 kq-a çata bilər. 
• 
sitologiya 
• 
hüceyrə biologiyası 
• 
hüceyrə nəzəriyyəsi 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


 
ı 
41 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
Bununla  da  o,  sübut  etdi  ki,  hüceyrə  təkcə  canlı  orqanizmlərin  quruluş  vahidi 
deyil, həm də inkişaf vahididir. Əksər orqanizmlərin hüceyrəvi quruluşa malik ol-
maları, quruluşuna və funksiyasına görə oxşarlıqları isə onların mənşəcə vahidliyini 
sübut edir.  
Hüceyrә  nәzәriyyәsi.  T.Şvannın  hüceyrə  nəzəriyyəsinin  sonradan  yeni  müd-
dəalarla  zənginləşdirilməsi  nəticəsində  müasir  hüceyrə  nəzəriyyəsi  yaranmışdır. 
Müasir hüceyrə nəzəriyyəsinin aşağıdakı əsas müddəaları vardır: 
1. Hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir. 
2. Bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliy-
yətinə və maddələr mübadiləsinin gedişinə görə oxşardır. 
3.  Hüceyrələrin  çoxalması  onların  bölünməsi  yolu  ilə  baş  verir.  Hər  bir  yeni 
hüceyrə bölünmə yolu ilə ana hüceyrədən yaranır.  
4. Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri 
funksiyalarına görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirir.  
5. Toxuma və orqanlar bir-biri ilə sinir və humoral sistemlə tənzimlənir. 
Hüceyrənin  öyrənilməsinin  xəstəliklərin  səbəblərini  müəyyənləşdirilməsi  baxı-
mından müstəsna əhəmiyyəti var. Məsələn, şəkərli diabet xəstəliyi mədəaltı vəzi hü-
ceyrələrinin funksiyalarının pozulması nəticəsində yaranır. 
 
 
 
 
1.  Alimlәrin söylәdiklәri fikirlәrә müvafiq olaraq adlarını qeyd edin: 
1. Hüceyrə canlıların quruluş vahididir 
 
2. Hüceyrə canlıların inkişaf vahididir  
 
3. Hüceyrələr bölünmə yolu ilə ana hüceyrədən başlanğıc götürürlər 
 
 
2.  Düzgün cavabı seçin: 
  “Hüceyrə” terminini ilk dəfə R.Huk / A.Levenhuk işlətmişdir. 
  İlk dəfə R.Huk / A.Levenhuk öz düzəltdiyi mikroskopla mantar kəsiyinə baxaraq onun 
xırda gözcüklərdən ibarət olduğunu görmüşdür.  
  Canlı təkhüceyrəli orqanizmləri ilk dəfə kəşf edən R.Huk / A.Levenhuk olmuşdur. 
 
3.  Müasir hüceyrә nәzәriyyәsinin müddәalarını düzgün ardıcıllıqla düzün:  
A.  Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funk-
siyalarına görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirirlər ki, bunlar da bir-
biri ilə sinir sistemi ilə tənzimlənir.  
B.  Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir. 
C.  Hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə baş verir.  
D.  Bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə və 
maddələr mübadiləsinin gedişinə görə oxşardır. 




 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
... 
... 
... 
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə