B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə12/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

 
 
36 
 
 
 
 
 
1. Ekskursiya  müşahidələri,  elmi-populyar  ədəbiyyat,  yaxud  internet  resurslarından 
istifadə  edərək  canlı  təbiətin  müxtəlif  quruluş  səviyyələrində  insan  orqanizmini 
(yaxud digər canlı orqanizmləri) öyrənən metodlar haqqında məlumat toplayın. Aşa-
ğıdakı plan əsasında Power Point proqramında elektron təqdimat hazırlayın: 
 Canlı orqanizm 
 Quruluş səviyyəsi 
 Tədqiq olunan sistem 
 İstifadə olunan metod 
 Tədqiqatın əhəmiyyətı 
 
2. İnsan orqanizmində hər hansı kimyəvi elementlərin çatışmazlığı ilə əlaqədar yaranan 
xəstəliklər barədə internetdən məlumat toplayın. İnsan üçün zəruri olan kimyəvi ele-
mentlərin siyahısı və onların orqanizmə necə daxil edilməsi barədə ailə üzvləriniz və 
tanış həkimlərlə də söhbət edin. Kimyəvi elementlərin çatışmazlığı ilə bağlı xəstə-
liklər, onların profilaktikası və müalicəsi mövzusunda çıxış hazırlayın, məlumatları 
müxtəlif təqdimat formalarında tərtib edin. 
3. Müvafiq  ədəbiyyat  (jurnal,  qəzet  məqaləsi  və  s.),  yaxud  internet  resurslarından 
istifadə edərək “İnsan tərəfindən təbii və süni karbohidratlardan, lipidlərdən, zülal 
mənşəli  təbii  maddələrdən  istifadə  olunması”  mövzusunda  A3  ölçülü  vərəqdə 
fotokollaj tərtib edin.   
4. Əyilən məftildən və plastilindən istifadə edərək zülal molekulunun fəza quruluşunu 
modelləşdirin.  Düzəltdiyiniz  modeldə  denaturasiya  və  renaturasiya  proseslərini 
nümayiş etdirin, zülalın təbii strukturunun pozulması səbəblərini izah edin. 
 
 
 
L a y i h ә
 
 
LAYİHƏ


 
 
37 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
 
 
1.  Düzgün ifadәlәri seçin. 
1)  Kəpənək orqanizm səviyyəsində canlı sistemdir. 
2)  İnfuzor-tərlik və virus eyni səviyyəyə aid olan canlı sistemlərdir. 
3)  Malyariya ağcaqanadı növü populyasiya səviyyəsində sistemdir. 
4)  Müəyyən ərazidə birgə yaşamağa uyğunlaşan müxtəlif canlı qrupları və onların 
yaşayış mühitinin birgə cəmi biosfer  əmələ gətirir.  
5)  Xloroplast hüceyrə səviyyəsində sistemdir. 
6)  Qaraciyər sorucusu parazitlik etdiyi qaraciyər kimi eyni səviyyəyə aid sistemidir. 
7)  Toxuma səviyyəsində canlıları histologiya elmi  öyrənir.   
 
2.  Düzgün variantı müәyyәn edin:  
1) Aminturşular bir-birindən radikala/azotlu әsasa görə fərqlənir. 
2) Hemoqlobin zülalının tərkibinə  Mg/Fe ionları daxildir. 
3) Zülalın ikincili quruluşu zәncir/spiral şəklində olur. 
4) DNT molekulunda adenin urasil/timin ilə komplementardır. 
5) Sellüloza/qlükoza monosaxaridlərə aid edilir. 
6) 10 qram zülalın/yağın parçalanmasından daha çox enerji ayrılır. 
7) Əgər DNT zəncirinin 28%-i adenin nukleotidindən ibarətdirsə, belə halda quanin 
nukleotidinin miqdarı 28%  22 % olar.  
8) Zülalın təbii strukturunun pozulması renaturasiya/denaturasiya adlanır. 
 
3.  DNT vә RNT molekulları üçün hansı әlamәtlәr sәciyyәvidir? Cәdvәli dәftәrinizә 
köçürün vә tamamlayın. 
1)  İrsi məlumatın daşıyıcısıdır; 
2)  Bir polinukleotid zəncirdən ibarətdir
3)  A, U, S, Q nukleotidləri var; 
4)  Spiral şəklində burulmuş iki polinukleotid zəncirdən ibarətdir; 
5)  A, T, S, Q nukleotidləri var; 
6)  İrsi məlumatı nüvədən ribosoma ötürür. 
DNT 
RNT 
 
 
 
4.  İki nukleotid ardıcıllığı verilmişdir: 
1….SAS ASA STQ AQA TQQ…  
   
2.  SQA AQQ USQ AUA AQS… 
Verilmiş  ardıcıllıqların  hansının  DNT  və  hansının  m-RNT  molekullarının  fraqmenti 
olduğunu müəyyən edin

 
 
Ü m u m i l ә ş d i r i c i   t a p ş ı r ı q l a r
 
LAYİHƏ


 
 
38 
 
5.  Ultrabәnövşәyi şüalanmanın kiçik dozasının tәsiri nәticәsindә zülalın denaturasiyası 
baş vermişdir. Şüalanmanın tәsiri kәsildikdәn sonra zülalın funksiyaları bәrpa olu-
nur. Şüalanmanın tәsiri nәticәsindә zülalın hansı  quruluş sәviyyәsi pozula bilәrdi? 
А) yalnız ikincili quruluşu 
В) yalnız birincili quruluşu   
С) yalnız üçüncülü quruluşu   
D) İkincili və üçüncülü quruluşu   
Е) üçüncülü, ikincili və birincili quruluşu 
 
6.  Suallara cavab verin: 
  Maddələr mübadiləsi dedikdə nə başa düşülür? Ona hansı proseslər daxildir? 
  Qıcıqlanma hissinin itirilməsi orqanizm üçün nə ilə qorxuludur? 
  Niyə alınan nəsil bir çox əlamətlərə görə valideyn nəslə bənzəyir?
 
LAYİHƏ


 
ı 
39 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 
 
 
 
 
 
 
 
H
ÜCEYRƏNİN ÖYRƏNİLMƏSİ. HÜCEYRƏ NƏZƏRİYYƏSİ 
 
 
 
 
 
Sitologiya  orqanizmlərin  hüceyrələrinin  quruluşunu,  kimyəvi  tərkibini,  funksi-
yalarını,  onların  çoxalma  və  inkişafını,  ətraf  mühitə  uyğunlaşma  xüsusiyyətlərini 

– Hüceyrə nədir? 
– Yer üzərində yaşayan 
orqanizmlərin hamısı 
hüceyrəli quruluşa 
malikdirmi? 
Hüceyrənin quruluşuna 
görə orqanizmləri hansı 
qruplara bölmək olar? 
Sitologiya 
(yun. “sitos” – hü-
ceyrə, “loqos” – elm) hüceyrə 
haqqında elmdir. Əksər canlılar 
hüceyrələrdən təşkil olunmuşlar. 
Hüceyrə canlı orqanizmlərin qu-
ruluş, inkişaf və funksional va-
hididir. 
 
Fәaliyyәt
Mikroskopla bitki, heyvan və göbələk 
hüceyrəsinə baxılması. 
Məqsəd: müxtəlif hüceyrələrin quruluş 
xüsusiyyətlərinin öyrənilməsi və bir-biri ilə 
müqayisə edilməsi. 
Təchizat: mikroskop, bitki, heyvan və göbələk 
hüceyrələrinin mikropreparatları və müxtəlif hücey-
rələrin şəkli olan tablolar. 
İşin gedişi: 
1. Mikroskopla bitki, heyvan və göbələk 
hüceyrələrini müşahidə edin. 
2. “Birhüceyrəli və çoxhüceyrəli orqanizmlərin 
müxtəlif formalı hüceyrələrinin quruluşu” şəklinə
diqqətlə baxın.  
3. Mikroskopla müşahidə etdiyinizi şəkildəki obyektlərlə müqayisə edin. Mikroskopla 
müşahidə etdiyiniz hüceyrələrin şəklini dəftərinizə çəkin və şəkildə görünən hüceyrə 
hissəciklərinin adlarını qeyd edin. 
4. Hüceyrələri bir-biri ilə müqayisə edin.  
Hüceyrə növü 
Hüceyrənin sxematik şəkli 
Hüceyrənin quruluş xüsusiyyətləri 
 
 
 
– Hüceyrələrin oxşar və fərqli cəhətləri hansılardır?
II fəsil 
HÜCEYRƏ CANLININ 
QURULUŞ VƏ 
İNKİŞAF VAHİDİDİR 
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə