B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə14/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

 
 
42 
 
 H
ÜCEYRƏSİZ ORQANİZMLƏR. VİRUSLAR 
 
 
 
Viruslar (lat. “virus” – zəhər) kiçik ölçülərə malik hüceyrəsiz həyat formalarıdır. 
Onlar irsi məlumatları daşıyan irsi materialdan (DNT vә ya RNT) və qoruyucu zülal 
örtükdәn – kapsiddәn təşkil olunmuşlar. Viruslar üzvi maddə yaradan xüsusi  struk-
tura malik deyil. Bu səbəbdən çoxalmaq üçün sahibin hüceyrə resurslarından istifadə 
edir.  Virusun  əsas  xüsusiyyəti  yalnız  canlı  orqanizmlərin  hüceyrələrində  çoxala 
bilməsidir. Onların  çoxalması hüceyrənin məhvi ilə nəticələnir. Hüceyrəyə düşmüş 
virusun irsi materialı sahib orqanizmin irsi materialına daxil olaraq onu dəyişir. Canlı 
orqanizmlər bir neçə virus növləri ilə yoluxa bilər. 
 
 
 
İnsanın virus xәstәliklәri ilә yoluxma yolları. Viruslar insanda müxtəlif xəstə-
liklər əmələ gətirirlər. Onlar bir neçə yolla sahib orqanizminin bədəninə düşə bilir. 
Bu yollardan biri virusların çirklənmiş qida vasitəsi ilə sahib orqanizminə düşmə-
sidir. Məsələn, hepatit A virusu bu yolla orqanizmə daxil olur. Virusların bir qismi 
qanla, steril olmayan tibbi alətlərlə, anadan plasenta vasitəsilə dölə keçir.  
 
10 
– Hansı virus xəstəliklərini tanıyırsınız? 
– İnsan virus xəstəliklərinə necə yoluxa bilər? 
 
 
Fәaliyyәt
 
– Hansı əlamətlərinə görə viruslar canlı hesab olunur?  
Bakteriya və yosun hüceyrələrinin 
quruluşunu  
tütün mozaikası virusunun 
quruluşu ilə 
müqayisə edin. Onlarda rast gəlinən strukturları  “
+
” işarəsi ilə qeyd edin. 
Strukturlar
Bakteriya 
hüceyrəsi 
Yosun 
hüceyrəsi 
Tütün mozaikası 
virusu 
Hüceyrə qılafı 
 
Sitoplazma 
 
Nüvə 
 
İrsi material  (DNT və ya RNT) 
 
Qamçılar 
 
Xromatofor 
 
Bakteriya hüceyrəsi
Yosun hüceyrəsi
Tütün mozaikası virusu
 
LAYİHƏ


 
ı 
43 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 
 
Hepatit B, quduzluq, immunçatışmazlığı  və  s. 
viruslar qan vasitəsilə bir insandan digərinə keçir.
 
 
Bir  çox  viruslar  insanın  tənəffüs  yollarına 
nəfəs  aldığı  havadan,  bəzən  isə  xəstə  insanın 
tənəffüsü zamanı hava-damcı yolu ilə keçir. Belə 
viruslar uzaq məsafələrə aparılaraq epidemiyalar 
yarada  bildiyi  üçün  təhlükəli  hesab  olunur.  Bu 
yolla qrip, çiçək və s. xəstəliklər keçə bilir. 
Qrip xəstəliyinin törədicisi qrip virusudur. Bu 
virus, əsasən, tənəffüs yollarını zədələyir. Xəstəlik 
xəstə insanın tənəffüsü zamanı hava-damcı yolu ilə 
digər  insanlara  kecir.  İnsan  hava-damcı  yolu  ilə 
həm də çiçәk virusu ilə yoluxur. Çiçəklə yoluxma 
zamanı əvvəl tənəffüs yolları, sonra dəri zədələnir.
  
Qızılca xәstәliyi damcı infeksiyasıdır. Bu xəstəliyi törədən virusla yoluxma za-
manı insanda əvvəl  ağız boşluğundan  bronxlara qədər bütün tənəffüs yolları, daha 
sonra dəri  və bağırsağın zədələnməsi müşahidə edilir.  
Uşaqlarda  poliomielit  (uşaq iflici)  adlanan  virus  xəstəliyinə  daha  tez-tez  rast 
gəlinir.  Poliomielit  zamanı  udlaq  və  bağırsaq,  bəzən  onurğanın  hərəki  neyronları 
zədələnir.  Poliomielit  hava-damcı  yolu  ilə  su  və  ərzaq  məhsullarıyla,  çirklənmiş 
əşyalarla,  xəstə  insanın  nəcisindən  milçəklər  vasitəsilə  digər  insana  keçə  bilir. 
Viruslar  insandan  başqa,  bakteriyalarda,  göbələklərdə,  bitkilərdə,  heyvanlarda  da 
xəstəlik törədirlər. 
 
 
 
 
 
 
 
– İnsan özünü virus xəstəliklərindən necə qoruya  bilər? 
 
 
Müzakirә üçün
Virus xəstəliklərinin profilaktikası

Vaksinləşdirmə. 
Bu  zaman  bir  virusdan  digərlərinə  qarşı
 
mübarizədə 
istifadə edilir. 1885-ci ildə fransız alimi Lui Paster quduzluq virusuna qarşı 
vaksin kəşf etdi. Bu virusu orqanizmə daxil etdikdə xəstəlik törətmir, lakin 
xəstəliktörədən virusa qarşı fəal immunitet yaradır. 

Kimyəvi terapiya. 
Bu üsul kimyəvi preparatların viruslara təsirinə əsas-
lanır. Çətinlik ondadır ki, viruslar hüceyrə daxilində onun strukturlarından 
istifadə  edərək  çoxalır  və  virusa  bu  üsulla  təsir  etdikdə  hüceyrədə  də 
maddələr mübadiləsi pozulur. 

İnterferon. 
Hüceyrə tərəfindən virusun təsirinə qarşı sintez olunan qoru-
yucu  zülaldır.  Bu  zülal  hüceyrəyə  daxil  olan  virusun  çoxalmasının  qar-
şısını  alır.  Müşahidələr  göstərir  ki,  orqanizmdə  interferon  nə  qədər  az 
əmələ gələrsə, virus xəstəliyi də bir o qədər ağır keçər.  
Hepatit 
virusu 
• 
virus 
• 
poliomielit 
• 
hepatit 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


 
 
44 
 
 
 
1.  Uyğunluğu müәyyәn edin: 
Yoluxma yolları
Xәstәlik
A.  Çirklәnmiş qida ilә             
B.  Qan vasitәsi ilә 
C.  Hava-damcı yolu ilә 
1.  hepatit A  
2.  hepatit B  
3.  immunçatışmazlığı 
4.  qrip  
5.  çiçək  
                                       
2. Bakteriya vә virusları müqayisә edin. Hәr bir ifadәnin bakteriyalara, viruslara vә ya 
hәr ikisinә uyğun olmasını müәyyәn edin. Cavabları cәdvәldә yazın. 
1. İnfeksion xəstəliklər və epidemiyalar 
törədirlər.  
2. Hüceyrəsiz həyat formasıdır. 
3. Bəziləri avtotrofdur.  
4. Qamçıların köməyi ilə hərəkət edirlər. 
5. Hüceyrə daxilində çoxalırlar.  
6. Nuklein turşularında genetik  
məlumatları saxlayırlar. 
7. Hüceyrə divarına malikdirlər. 
8. Zülal örtüklə örtülür. 
9. Sahibin irsi materialına qoşula bilir. 
10. Formalaşmış nüvəsi olmur. 
11. Bölünmə yolu ilə çoxalır.  
 
3.  Әlavә mәnbәlәrdәn istifadә edәrәk virus xәstәliklәri barәdә mәlumat hazırlayın. 
Mәlumatları cәdvәldә qeyd edin: 
İnsan xəstəlikləri 
Heyvan xəstəlikləri 
Bitki xəstəlikləri 
 
 
 
  
4.  Suallara cavab verin: 
 Bəzi viruslar insan orqanizminə bədənin selikli qişası ilə daxil olur. Buna əsaslanaraq 
virusların insan orqanizminə gözlərin selikli qişası ilə daxil ola bilməsini demək 
olarmı? 
 Kompüterlərin normal işini pozan zərərli proqramları nəyə görə “virus” adlandırırlar? 
 
 
 
Yalnız 
viruslara 
aiddir  
Yalnız 
bakteriyalara 
aiddir 
Hər iki 
qrupa aiddir  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN 
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə