23
• I fəsil •
Canlı orqanizmlərin kimyəvi tərkibi
•
Duz ionları orqanizmdə bir sıra vacib funksiyaları yerinə yetirir. Məsələn,
kalium və natriumun xlorid duzları insanın sinir və əzələ toxumalarında
elektrik impulslarının yaranması və ötürülməsində iştirak edir. Hüceyrənin
həyat fəaliyyəti prosesində daim müxtəlif maddələr yaransa da, onun daxili
mühiti,
demək olar, sabit qalır.
1. Düzgün cavabı seçin:
1) Hüceyrənin tərkibində
27/80 növ kimyəvi elementə rast gəlinir.
2) Suda yaxşı həll olan maddələr
hidrofil/hidrofob maddələr adlanır.
3) Hidrofob maddələrə
duzları/yağları aid edirlər.
4) Hüceyrədə su
enerji mәnbәyidir/kimyәvi reaksiyalar üçün mühitdir.
5) Su 0°С / 90°С temperaturda maksimal sıxlığa malikdir.
2. Suallara cavab verin:
1) Buxar halında olan suyun molekulyar kütləsi 18 q/mol-a bərabərdir. Maye halında
olan suyun molekulyar kütləsi isə daha yüksəkdir. Bu nəyi göstərir?
2) Bitkilər və heyvanlar suyun çatışmazlığına necə uyğunlaşırlar?
3. Dәrslik vә әlavә mәnbәlәrdәn istifadә edәrәk su vә digәr qeyri-üzvi birlәşmәlәr
haqqında aşağıdakı mәlumatları toplayın:
1) Suyun kimyəvi tərkibi (strukturu, rabitə növü və s.) haqqında.
2) Suyun sıxlığı, istilik tutumu və istilik keçiriciliyi haqqında.
3) “Canlıların həyatında qeyri-üzvi birləşmələrin rolu” mövzusunda təqdimat
hazırlanması üçün.
4. Orqanizmdә mineral maddәlәrin çatışmazlığı ilә әlaqәdar bioloji proseslәrdә
başverәn dәyişilmәlәrә aid tәqdimat hazırlayın.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
LAYİHƏ
24
H
ÜCEYRƏNİN ÜZVİ BİRLƏŞMƏLƏRİ.
KARBOHİDRATLAR, LİPİDLƏR
Canlı orqanizmlərin üzvi birləşmələrinə zülallar, yağlar, karbohidratlar, nuklein
turşuları, ATF və vitaminlər aiddir. Üzvi birləşmələr bəzən kiçik, bəzən isə iri
molekul –
polimer şəklində olur.
Biopolimerlәr. Polimerlər çoxlu miqdarda kiçikmolekullu birləşmələrdən –
mo-
nomerlәrdәn təşkil olunur. Əgər polimeri uzun bir zəncir kimi təsəvvür etsək, onun
hər bir halqası monomer olar. Bəzi polimerlər eyni, digərləri isə müxtəlif monomer-
lərdən təşkil olunur. Canlı orqanizmin tərkibinə daxil olan polimerlər
biopolimerlәr
adlanır. Onlar bütün canlıların hüceyrələrinin əsas hissəsini təşkil edir.
Karbohidratlar. Hüceyrənin əsas üzvi birləşmələrindən biridir. Bu birləşmələrin
tərkibinə karbon, hidrogen və oksigen daxildir. Karbohidratlar sadə (
monosaxaridlәr
və
disaxaridlәr) və mürəkkəb (
polisaxaridlәr) quruluşda olur.
Monosaxaridlәr suda asan həll olur və şirin dada malikdir. Təbiətdə ən çox
yayılan monosaxaridlər
qlükoza,
fruktoza,
qalaktoza, nuklein turşuları və ATF-in
tərkibinə daxil olan
dezoksiriboza və
ribozadır.
5
– Hansı karbohidratları tanıyırsınız?
– Canlı orqanizmlərdə karbohidratlar və yağların əhəmiyyəti nədən ibarətdir?
Yağların və karbohidratların təyin edilməsi.
Tapşırıqlardan birini yerinə yetirin.
Təchizat:
bir parça ağ çörək, günəbaxan toxumları, yodun spirtdə məhlulu, filtr kağızı.
İşin gedişi: 1.
Yod məhlulunu tünd çay rəngi alana qədər suda həll edin və çörəyi
onunla isladın.
2. Günəbaxan toxumlarını kağızın arasına qoyub əzin. 3. Kağızı açın
və işığa tutub baxın.
Təchizat: günəbaxan toxumu, kağız dəsmal, nişasta,
şəkər tozu, 2 stəkan soyuq su,
spirt lampası.
İşin gedişi: 1.
İçərisində soyuq su olan stəkanın birinə 3 çay qaşığı nişasta, digərinə
isə 3 çay qaşığı şəkər tozu tökərək qarışdırın. 2. Onların üzərinə bir damcı yod məh-
lulu əlavə edin. 3. İçərisində məhlul olan hər iki stəkanı qızdırın.
– Nə müşahidə etdiniz? Bu nəyi sübut edir?
Fәaliyyәt
Praktik iş
I
II
– Nə üçün hüceyrənin həyatında karbohidratlar mühüm rol oynayır?
Müzakirә üçün
LAYİHƏ
25
• I fəsil •
Canlı orqanizmlərin kimyəvi tərkibi
•
Monosaxaridlərin ikisi birləşərək
disaxaridlәr
əmələ gətirir. Disaxaridlər də, xassələrinə görə
monosaxaridlərə oxşar olub suda asan həll olur
və şirin dada malikdir. Disaxaridlərə çuğundur
və ya qamış şəkəri (saxaroza) və süd şəkəri
(laktoza) aiddir.
Çoxsaylı monosaxaridlər birləşərək polisaxarid-
lər əmələ gətirir. Polisaxaridlərdə monomer halqaların sayı artdıqca onların suda
həllolma qabiliyyəti azalır və şirin dadı itir. Polisaxaridlərə bitki hüceyrəsində üstün-
lük təşkil edən
nişasta,
sellüloza, heyvan hüceyrəsində olan
qlikogen, həşəratların
xarici skeletini təşkil edən
xitin və s. aiddir.
Karbohidratların bioloji rolu. Karbohidratlar orqanizmdə, əsasən,
enerji mәn-
bәyi rolunu oynayır. Hüceyrənin hərəkət, sekresiya, biosintez, işıqlanma və bu kimi
hər hansı bir fəaliyyəti enerji hesabına baş verir.
Bu enerjini əsasən karbohidratlar verir. Onlar hüceyrədə oksidləşərək karbon qazı
və suya qədər parçalanır. 1 q karbohidrat tam parçalanarkən 17,6 kC enerji ayrılır.
Karbohidratlar həm də
inşaat funksiyasını yerinə yetirir. Bitkilərdə hüceyrə diva-
rını, əsasən, sellüloza təşkil edir. Məsələn, pambıq lifi tamamilə sellülozadan iba-
rətdir. Göbələk və heyvan hüceyrələrində xitinə rast gəlinir.
• Sellüloza
ilə zəngin qidalar
bağırsağın, öd yollarının işinə
müsbət təsir göstərir, mədə-
bağırsaqda
qida durğunluğu-
nun qarşısını alır. Belə qida-
lara kələm, çuğundur, noxud,
kəpəkli un və s. aiddir.
• Pektin maddəsi
də polisa-
xariddir. O,
meyvə lətinin,
yarpaqların, bitkinin yaşıl
hissələrinin tərkibində olur.
Pektin maddəsi bəzi zəhərləri,
o cümlədən ağır metalları
özünə adsorbsiya edə bilir. Bu
maddə ilə zəngin olan bitki
balqabaqdır.
!
– Nə üçün heyvan hüceyrələri ilə müqayisədə bitki hüceyrələrində karbohid-
ratların miqdarı daha çox olur?
Müzakirә üçün
•
biopolimer
•
monosaxarid
•
disaxarid
•
polisaxarid
A ç a r s ö z l ә r
LAYİHƏ