XIV mühazirə
527
keçdi. Xiyabani İranın daxilindən və xaricindən olunan bir sıra
hərbi yardım təkliflərini rədd etdi.
Müəyyən hadisələr buna
səbəb olmuşdu. Gilandakı hərəkatın xoşagəlməz cəhətləri,
Sovet rəhbərlərinin 1920-ci il mayın 18-də yenidən İrana-onun
Xəzərsahili limanı Ənzəliyə hərbi hissələr çıxarması
Xiyabaninin bolşeviklərə olan inamını qırmışdı. O, bolşevizmi
«çarizmin o biri üzü» adlandırdı.
Xiyabani başda olmaqla hərəkatın əsas tələbi İranı de-
mokratik respublikaya çevirməklə onun tərkibində Cənubi
Azərbaycana muxtariyyət verilməsindən ibarət idi. İranın əsas
Qanununa uyğun olaraq Əyalət Ənciməni yaradılması haqqında
müraciəti Tehran qəbul etmədi. Hakimiyyətin yerlərdə
demokratların əlinə keçməsinə istinadən üsyan rəhbərliyi
iyunun 24-də muxtar hüquqlara və silahlı qüvvələrə malik Milli
Hökumət (MH) yaratdı. Xiyabaninin rəis seçildiyi Milli
Hökumət iyunun 24-də «Təcəddüd» qəzeti redaksiyası
binasından mərkəzi dövlət idarələrinin
yerləşdiyi və vəliəhdin
iqamətgahı olan binaya - Ala Qapıya köçürüldü.
Yerli icraiyyə orqanı olan Milli Hökumət demokratik
respublika qaydalarına əsaslanırdı. Milli Hökumətin tərkibinə
ADP-nin üzvlərindən 20 nəfər daxil idi. Onlar əsasən ticarət
burjuaziyasının və ya bir qismi Xiyabani kimi ticarət
burjuaziyası ilə bağlı olan ziyalı təbəqəsinə mənsub idi.
MH kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə,
vəqf, hərbi işlər və s. sahələrdə islahatlar və b. tədbirlər həyata
keçirməyə başladı, bu sahələr üzrə idarə və nazirliklər yaratdı.
Lakin torpaq məsələsi məhdud şəkildə həll edildi.
Layihədə təkcə dövlət torpaqlarının kəndlilər arasında
bölünməsi nəzərdə tutulurdu ki, onlar da əkin üçün yararlı olan
sahənin yalnız 4 faizini təşkil edirdi. Tolrpağın əsas
hissəsi isə
mülkədarların, ruhanilərin və qismən ruhani idarələrinin əlində
toplanmışdı.
Nə üçün Xiyabani Azərbaycanı «Azadistan» adlandırdı?
Cənubi Azərbaycan 1917-ci il
– XXI əsrin əvvəllərində
528
Tarixşünaslıqda bu barədə müxtəlif fikirlər var. Onlardan biri
də sosialist inqilabının cənuba doğru irəliləməsi və Qafqazda
Azərbaycan Sovet respublikasının təşkilinə qarşı müdafiə
mövqeyi tutmaqdır. 1920-ci ildə Təbrizə gəldiyi günün sabahı
sentyabrın 8-də Xiyabani ilə görüşən Cəlil Məmmədquluzadə
isə «Molla Nəsrəddin» jurnalı səhifələrində üsyan dövründəki
Cənubi Azərbaycanı «Azərbaycan cumhuriyyəti» adlandırırdı.
Tehranda Böyük Britaniya nümayəndəliyi isə mərkəzi
hökumətin Azadistana (Azərbaycana) hazırladığı silahlı hücum
planının təşkilatçısı idi. Sentyabrın 11-də Təbriz
üzərinə qəfil
hücum təşkil edildi. Əksinqilabi qüvvələr sentyabrın 12-də Ala
Qapını ələ keçirdilər, sentyabrın 14-də isə «Təcəddüd» qəzeti
binasını dağıtdılar. Əksinqilabi qüvvələrin sayca üsyançılardan
çox olmasına baxmayaraq, üsyançılar sentyabrın 14-dək son
damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Sentyabrın
14-də Xiyabani vətənin azadlığı və istiqlalı uğrunda
mübarizədə şəhid oldu.
Üsyançılara amansızcasına divan tutuldu. İran irticasının
başçısı Müşirüddövlə isə Cənubi Azərbaycanda və İranın
müxtəlif yerlərində xalq hərəkatının yatırılmasındakı
«xidmətlərinə» görə şah tərəfindən birinci dərəcəli «Taci
Kəyan» nişanı ilə təltif edildi.
Beləliklə, Xiyabaninin başçılığı ilə həyata keçirilmiş bu
üsyan İrandakı imperialist ağalığına, şahlıq quruluşuna qarşı və
azərbaycanlıların öz milli istiqlaliyyəti uğrunda mübarizə
tarixində böyük əhəmiyyətə malik oldu. Ş.M.Xiyabaninin
siyasi fəaliyyəti, nəzəri-fəlsəfi baxışları Azərbaycan xalqının
milli-azadlıq və demokratik hərəkatı tarixində dərin iz
buraxmışdır.
2. Cənubi Azərbaycanda milli hərəkatın fəallaşması.
«21 Azər» inqilabı. S.C.Pişəvərinin ictimai-siyasi baxışları
və onun Azərbaycan milli hərəkatında rolu
XIV mühazirə
529
Bütün
İranda mərkəzi dövlət hakimiyyətini
möhkəmləndirmək adı altında əslində hərbi
diktatura quruluşu
yaratmış Rza xan 1925-ci ilin sonlarında (31 oktyabr) Qacar
sülaləsini devirdi. Rza xan dekabrın 12-də özünün Rza şah
Pəhləvi
*
soyadı ilə İranın irsi şahı elan edilməsinə nail oldu.
Rza şahın dövlət səviyyəsinə qaldırdığı paniranizmə
söykənən milli siyasəti Azərbaycan türklərinə qarşı maddi və
mənəvi həyatın bütün sahələrində həyata keçirilirdi.
Azərbaycan türklərini bir millət kimi məhv etmək sahəsində
istifadə edilən ən təsirli vasitə onları öz türk dilindən məhrum
etmə siyasəti idi. Rza şah bütün idarələrə gizli sərəncam da
göndərmişdi. «Soyu türk olan və türkcə danışan şəxsləri dövlət
idarələrində məsul vəzifələrə təyin etməmək, mövcud olanları
da bəhanə tapıb xaric etmək….».
Rza şahın Azərbaycana
göndərdiyi istər fars, istərsə də
qeyri-fars məmurlar «vahid İran milləti» anlayışının əhaliyə
təlqin edilməsində xüsusi canfəşanlıq göstərirdilər. Əski türk
kitabları, daşbasma əsərləri, əlyazmaları yığışdırılıb yandırıldı.
Rza şahın göstərişi ilə 10-cu çağırış İran Milli Məclisi
1937-ci ildə «Parçala, hökmranlıq et!» prinsipi əsasında ölkənin
yeni inzibati-ərazi bölgüsü haqda qanun qəbul etdi. Əyalətlər
tarixi adları ilə yox, nömrələrlə sıralandı, tarixi Azərbaycan
torpaqları Azərbaycanın inzibati ərazi bölgüsündən kənarda
saxlanıldı. Sonrakı illərdə də belə inzibati-ərazi siyasəti davam
etdirildi. Hazırda Azərbaycan adı altında ancaq Şərqi
Azərbaycan (Mərkəzi Təbriz) və Qərbi Azərbaycan (Mərkəzi
Urmiya) ərazi vahidləri qalmışdır. Ərdəbil, Zəncan, Qəzvin,
*
Рза шащ Пящляви. 1920-ъы иллярин яввялляриндя Иран казак бригадасы
забити Рза хан 1921-ъи илдя щярби назир, 1923-ъц илдя баш назир олмушдур.
1922-23-ъц иллярдя онун мяркязляшдирмя сийасятиня гаршы чыхмыш Шащ-
севян, Талыш, Халхал ханларыны табе етди. 1924-ъц илдя Маку ханлыьыны
ляьв етди. 1925-ъц илдян Рза шащ Пящляви сой ады иля Иранын шащы елан
едилди.
Cənubi Azərbaycan 1917-ci il
– XXI əsrin əvvəllərində
530
Həmədan, Astara, Savə və digər şəhər, rayon, yaşayış
məntəqəsi Azərbaycandan təcrid edilmişdir.
Azərbaycanda Rza şahın siyasətindən narazlıq çox idi və
20-ci illərdə bu siyasətə qarşı bir sıra üsyanlar baş vermişdi;
1926-ci ildə kəndli və əsgər üsyanları, 1927-ci ildə Təbrizdə
təhsil sisteminin farslaşdırma siyasətinə qarşı etiraz çıxışları və
s. 30-cu illərdə Rza şahın zorakılığına və milli zülmə qarşı
çıxan vətənpərvərlər zindanlara salındı, ailələri kütləvi şəkildə
sürgünə göndərildi.
Lakin təzyiqlər ölkənin digər xalqlarında olduğu kimi
Azərbaycan türklərində də milli
özünüdərketmə prosesinin
qarşısını ala bilmədi, əksinə, onlarda milli müqavimət
hisslərinin artmasına gətirib çıxardı.
Milli burjuaziyanın orta və aşağı təbəqələrindən tutmuş
geniş kəndli kütləsinədək hamı, mütərəqqi ziyalılar, ruhanilər
rejimin zorakılıq və özbaşınalığından cana gəlmişdilər. Belə bir
şəraitdə Şəhrivar hadisələri baş verdi. Yəni şəhrivar ayında
(1941-ci il avqustun 23-dən sentyabrın23-nə kimi) 1941-ci il
avqust ayının 25-də 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı
maddəsinə əsaslanan sovet ordusu (daha sonra İngiltərə və
1942-ci ildə ABŞ-ın hərbi qüvvələri) İrana daxil oldu. Rza şahın
öz oğlu Məhəmməd Rzanın xeyrinə istefa verməsi (16.09.1941),
şahın İranı tərk etməyə (17.09.1941) məcbur olması nəticəsində
irtica geriyə çəkilməli oldu. Rza şahın hərbi-polis rejimi iflasa
uğradı.
Bütün bunlar Cənubi Azərbaycanda demokratik və milli
qüvvələri yeni mübarizəyə ruhlandırdı. Azərbaycanlı və-
tənpərvərlər müxtəlif partiyalar
və cəmiyyətlərdə, o cümlədən
1941-ci il sentyabrın 29-da Tehranda yaradılmış İran Xalq
Partiyasının (İXP) Azərbaycan təşkilatlarında, İran Həmkarlar
İttifaqında, antifaşist cəmiyyət və birliklərdə, müxtəlif milli-
mədəni cəmiyyətlərdə fəaliyyətə başladılar. İXP-nın əsas
tələbləri bunlar idi: demokratik azadlıqların həyata keçməsi,