Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə50/73
tarix14.07.2018
ölçüsü1,91 Mb.
#55525
1   ...   46   47   48   49   50   51   52   53   ...   73

Azərbaycanda nikahın formalaşma qaydaları 
153 
Azərbaycanda sovet hakimyyəti mövcud olandan sonra nikahın dövlət 
tərəfindən qeyd olunması forması tətbiq edilmişdir. Azərbaycan SSR MİK-in 
1923 cü il sentyabr ayının 8-dən etibarən qəbul etdiyi ilk mülki məcəllə 
Azərbaycanda tətbiq olunmağa başlandı.Bu qanunla şəriət əsasında kəsiləcək 
kəbin etibarsız hesab edilir yalnız Vətəndaşlıq Vəziyyəti Aktları qeydiyyatı 
(VVAQ) orqanlarında qeyd olunmuş nikah qanunu sayılırdı. 
Yalnız təkcə müstəsna bir hal var ki, ancaq o zaman şəriət üzrə olan 
izdivac qanuni hesab olunur ki, mülki məcəllə verilməmişdən qabaq olduğu 
təqdirdə qanuni hesab olunsun. Azərbaycan mərkəzi icraiyyə komitəsinin 3-
cü sessiyası  tərəfindən 1928 ci il may ayının 29-da qəbul edilmişdir. Yeni 
qanun 1928 ci il iyul ayının 15-dən həyata tətbiq olunmağa başladı.(3.) Yeni 
qanunda yazılır ki, köhnədən şəriət üzrə evlənən zaman mollanın hüzurunda 
kəbin kəsilərdi.Bu kəbinə o zaman “mehr” adlı, müəyyən bir məbləğ 
yazılardı. Bu məbləğ arvad boşanan zaman onun təmini üçün müəyyən 
edilən bir şərt idi. Bizim zamanımızda kəbin ola bilməz, çünki bu əvvələn 
din ilə (dini biz qəbul etməyirik) əlaqədardır və ikincisi də bu bir növ satım 
kimi bir şey olduğundan qadını alçaldır. Bunların zamanında isə  ərə gedən 
qız ilə oğlan arasında “şura kəbini” kəsə bilər ki, bu da oğlan tərəfindən qıza 
verilən xüsusi bir qəbzdən ibarətdir. Bu, qəbz üzrə  oğlan qız arasında  ər 
arvadlıq  əlaqəsi kəsildiyi zaman oğlan göstərilən məbləği verməyə 
məcburdur. Yəni, qız özü boşandığı və ya oğlan boşadığı təqdirdə təmin edə 
biləcəkdir. 
Ən acınacaqlısı odur ki, islamda mövcud olan mehr guya alqı –satqı kimi 
bir  şey olduğunu qadını alçaldır deyə iddia edirlər və bununla da mehrin 
adını dəyişdirib “şura kəbini” qoyaraq yazırlar ki, guya bunların zamanının 
da qadınlara haqq tanınmışdır. 
 Yuxarıda qeyd etdik ki, nikah yalnız VVAQ orqanlarında qeyd olunmuş 
nikahlar qanuni sayılır. Lakin bununla belə etnoqrafik tədqiqatlar nəticəsində 
məlum olmuşdur ki, rəsmi kəbinlə yanaşı dini kəbinlərdə  həyata 
keçirilmişdir. 
Formal xarakter daşıyan dini kəbinin heç bir hüquqi qüvvəsi yox idi. 
Bunu  ənənəvi olaraq bir növ “xatircəmlik” üçün edirlər. Yəni valideynlər 
tərəfindən gənclərin kəbini mollada kəsdirilir.Onların dediyinə görə, kəbin 
kəsilməsə xatircəmlik olmur, uşaqlar qanunsuz sayılır. Qeyd edək ki, bu 
ənənə müasir dövrümüzdə də əməl olunur.Belə ki, hər iki tərəfdən oğlan və 


Hacıyev Taleh Elton oğlu 
154 
qızın yaxın qohumları  əmisi ,dayısı  kəbin kəsmək hüququ olan din 
xadiminin yanına gedib onlar üçün kəbin kəsdirirlər. 
 
İstifadə olunmuş ədəbiyyat. 
1.
 
Q.Ə.Qeybullayev. Azərbaycanlılarda “Ailə  və nikah”. Bakı. Elm. 
1994. 
2.
 
 H.A.Quliyev.Azərbaycanda ailə məişətinin bəzi məsələləri (keçmiş 
və müasir dövr) Bakı.Elm.1986. 
3.
 
 Az.SSR.Elmlər Akademiyası.Tarix fəlsəfə hüquq seriyası 1970N;2 
4.
 
 A. И. Асадов.Семейное право.Bakı.1959. 
5.
 
 Y.V.Çəmənzəmənli. “Ağ buxaqda qara xal.”əsərləri 1 cild.1986. 
6.
 
 T.Q.Səlimov. Abşeronlular. Bakı. Elm.1993 
7.
 
 M.Paşayeva.Azərbaycanın ailə 
məişətində etnik 
ənənələr.Bakı.2000. 
8.
 
 N.Quliyeva.Azərbaycanda müasir kənd ailəsi və ailə  məişəti.Bakı 
2005. 
9.
 
 Q.Cavadov. “Udinlər” Bakı.1996. 
10. Azərbaycan etnoqrafik məcmuəsi 3- cü buraxılış Bakı.1977. 
11. Kitabi Dədə Qorqud. dastanı. Bakı.1988. 
12. M.Kalankatuklu. “Albaniya tarixi”. Bakı. Elm. 1993. 
13. Hароды Кавказа Том.2, Москва.1962. 
14. Kəbin və Ailə haqqında yeni qanun.1929.Azərnəşr. 
15. R.Babayeva .Quba şəhərinin toy adətləri.1946. 
16. R.Əfəndiyev.Şəkidə evlənmək adətləri.1946. ədəbiyyat məcmuəsi. 
17. H.Sarabski. Köhnə Bakı.1982. 
18. H.Quliyev.Azərbaycanın xalq adətləri. Bakı.Elm. 1972. 
19. Kaspi qezet 1890 N; 181. 


Azərbaycanda nikahın formalaşma qaydaları 
155 
 
X Ü L A S Ə 
Məqalədə XIX-XX əsrlərdə Azərbaycanda mövcud olan nikah adətləri
nikah qaydaları  və nikaha girmə yolları  tədqiq olunmuşdur. Etnoqrafların 
tədqiqatlarına  əsaslanmış müəllif ailə-məişət və nikah adətlərinin 
zənginliyini daha parlaq şəkildə açıb göstərmişdir. Məqalədə  həmçinin, 
islam dinində  kəbin məsələləri və onların inqilabdanəvvəlki Azərbaycanda 
nikah adətlərində önəmli yeri qeyd olunmuşdur. 
 
 S U M M A R Y 
The conjugal customs, rules and the ways of marriage existed in XIX-
XX centuries in Azerbaijan has been investigated in the given article. Being 
guided the researches of ethnographers, the author brightly shows the 
varieties of family and conjugal customs. In the article the marriage 
problems in Islam and their important places in conjugal customs in 
Azerbaijan before revolution has been noted.  
 


 


Vəhhabilik və Ərəb millətçiliyi 
157 
 
 
VƏHHABİLİK VƏ ƏRƏB MİLLƏTÇİLİYİ 
 
Yadulla PAŞAYEV
1
 
  
 
 XIX  əsrin  əvvəllərində Osmanlı imperiyasında baş verən milli 
hərəkatlardan bəhs edərkən, Qərb tarixçilərinin təsiri ilə sadəcə xristianlar 
arasında cərəyan edən millətçilik axımlarına toxunmaq adət halına gəlmişdir. 
Lakin XVIII əsrin sonlarında və XIX əsrin əvvəllərində ərəblər arasında bir 
sıra hərəkatlar baş verdi. Bu hərəkatlar diqqətlə  tədqiq edildikdə milli bir 
mahiyyət daşıdığı başa düşülür. Bunlardan biri də Vəhhabi hərəkatıdır.  
 Vəhhabi hərakatı Osmanlı dövlətinin  ən zəif dövrlərinə  təsadüf 
etməkdədir. Bu dövrdə böyük dövlətlər Osmanlı torpaqlarından öz paylarını 
əldə etmək üçün hər cür vasitədən istifadə edirdilər 
2

 Vəhhabi hərəkatı başladıqda Nəcd, Məkkə, Mədinə Osmanlı 
imperiyasının sərhədləri daxilində idi. Nəcd  ərazisinin  əhalisi Osmanlı 
hakimiyyəti dövründə əvvəlki bədəvi (köçəri) həyat tərzini davam etdirsə də
dövlətdən aldıqları pul və ərzaq yardımlarının təsiri ilə nisbətən oturaq hala 
gəlmişdilər
3
. Osmanlı hökmdarları  Məkkə  və  Mədinədə olan müqəddəs 
yerləri, xüsusilə  də Peyğəmbərin qəbrini qiymətli daşlar,qızıl, gümüş  və 
sairə ilə  bəzəmişdilər.  Əlbəttə ki, bunu onlar dini vəzifə kimi yerinə 
yetirirdilər. Vəhhabilər isə Osmanlı hökmdarlarının dindarlıq adına yerinə 
yetirdikləri bu əməlləri müşriklik sayırdılar. Bunu da osmanlılarla 
düşmənçilik etmələrinin səbəbi olaraq göstərir və osmanlı hakimiyyətinə son 
vermək üçün yetərli  əsas sayırdılar. Vəhhabilərin Osmanlı hakimiyyətinə 
qarşı gəlmələrinin sözdə və görünüşdə səbəbi dini idi. Onlara görə, bu dövlət 
və onun hakimiyyəti altında olan xalqlar dindən uzaqlaşmışdı
4
. Vəhhabilər 
dövlətə itaət etməyi vacib əməl (fərz) hesab etmələrinə baxmayaraq dinə 
                                                 
1
 AMEA, Əlyazmalar İnstitutunun elmi işçisi, Fəlsəfə elmləri namizədi 
2
 Ecer V.A., Tarihte Vehhabi hareketi ve etkileri, Ankara, Avrasiya stratejik 
araşdırmalar merkezi yayınları, 2000, s.181 
3
 Eyni əsər s. 187 
4
 Eyni əsər s.187 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə