Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə47/73
tarix14.07.2018
ölçüsü1,91 Mb.
#55525
1   ...   43   44   45   46   47   48   49   50   ...   73

İbn-i Rüşd felsefesinde kavramsal olarak nefs ve akıl 
143 
 
BİBLİYOĞRAFYA 
Kur’ân-ı Kerim 
İbn-i Rüşd, Faslu'l-Makâl, (Neşr. Bekir Karlığa), İstanbul-1992 
İbn-i Rüşd, Telhis Mâ Bâ’d et –Tabî’a (Neşr: Osman Emin), 
Kahire,1958  
İbn-i Rüşd, Tehâfüt-et-Tehâfüt, (Neşr: S.Dünya), Kahire-1981 
İbn-i Rüşd, Risâletü'n-Nefs ( fi Resâilü İbn-i Rüşd el- Felsefiyye), 
Beyrut-1994 
İbn-i Rüşd, Telhis-ü Kitabi'n-Nefs(Thk.Fuad el-Ehvâni), Kahire –1950  
İbn-i Rüşd, Tutarsızlığın Tutarsızlığı (Çev. Kemal Işık, Mehmet Işık) 
Samsun-1986,s.117 
Aristoteles, Ruh Üzerine, Çev. Zeki Özcan, İstanbul-1999,  
Altıntaş, Hayrani, İbn-i Sînâ Metafiziği, Ankara-1997,  
Bolay,Süleyman Hayri, DİA, “Akıl”, C.2, İstanbul-1989 
Descartes, Rene, Metod Üzerine Konuşma,(Ç.M.Karasan),İstanbul-1967 
Erdem, Hüsameddin, Bazı Felsefe Meseleleri, Konya-1999 
Erdem, Hüsameddin, İlkçağ Felsefesi Tarihi, Konya,1998 
Erdem, Hüsameddin, Problematik Olarak Din-Felsefe Münasebeti
Konya-1997 
Eren, Hasan, Türkçe Sözlük, C.2, Ankara,1988  
Fârâbî, Risale fi’l-Akl, Beyrut-1938  
Fârâbî, el-Medine el-Fâzıla,Beyrut-1959  
Gazzâlî, Mearic-el Kuds fi Medârici Ma’rifet en Nefs, Mısır-Trs  
Gazzâli, Mişkâtü’l Envâr, Kahire-1964 
Gazzâlî,el- Mustasfa min ilmi’l-Usul, Mısır-1322 
Gazzâlî, er-Risaletü’l-Ledünniye, Mısır –1328 
İbn-i Manzur, Lisân’ul Arab,Beyrut-1990 
İbn-i Sînâ, Kitabü’n-Nefs, (Neşr, Fazlurrahman), Londra-1970 
el-İsfahâni, Râgıp, el-Müfredat fi Garîbi’l-Kur’an, Beyrut-1992 
İsmail Fennî, Lugatçe'i-Felsefe, İstanbu1-1341 
İzmirli, İsmail Hakkı, Yeni İlm-i Kelam, Ankara-1981  
Leibniz, G.W., İmanla Aklın Uygunluğu Üzerine Bir Konuşma (Çev; 
Hüseyin Batu), 
İstanbul-1986  


İbrahim MEMİŞ 
144 
Locke, John, İnsan Anlığı Üzerine Bir Deneme,(Çev; V. 
Hacıkadiroğlu),İstanbul-1992 
Şerif, M.M, İslam Düşüncesi Tarihi, İstanbul-1996 
Ülken,Hilmi,Ziya, “İbn-i Sînâ’nın Din Felsefesi”, AÜİFD, I. II, Ankara-
1955 
Ülken, Hilmi Ziya, İslam Felsefesi, İstanbul-1983 
 


Azərbaycanda nikahın formalaşma qaydaları 
145 
 
 
AZƏRBAYCANDA NИKAHIN 
FORMALAŞMA QAYDALARI 
 
Hacıyev Taleh Elton oğlu
1
 
 
 
Tarix boyu ailənin kökündə kəbin və ya nikah münasibətləri durmuşdu. 
Nikahın formaları ailənin tarixi formalarına uyğun olmuşdur. Azərbaycanda 
XIX əsrin sonu XX əsrin əvvəllərində kəbinin əsas forması monoqam kəbin 
olmuşdur. Yunanca “mono” tək və “qamos” kəbin sözlərindən yaranıb 
təkkəbinlilik deməkdir. 
Ailə-nikah münasibətlərindən bəhs edərkən tətqiqatçı Q.Qeybullayevin 
xüsusi tarixi-etnoqrafiq tədqiqatını qeyd etmək olar. O, kitabında 
azərbaycanlıların nikahından bəhs edərək qeyd edir ki, Azərbaycanda nikah 
formaları  təkkəbinlilik və ikiarvadlılıq, nikah qaydaları - ekzoqam və 
endoqam nikahdır; nikah adətləri- göbəkkəsmə (beşikkərtmə), levirat, 
sorarat, və kuzen nikahlar; nikahagirmə yolları isə qızqaçırma yolu ilə və toy 
etmək yolu ilə nikaha girmədir. (1. 129) 
Azərbaycanlılar arasında ikiarvadlılıq nadir hallarda olsa da mövcud 
olmuşdur. Belə ki, inqilabdan əvvəlki dövrlərdə ailə nikah münasibətləri 
şəriət və adət üzrə nizamlanırdı. Tədqiqatçıların apardığı etnoqrafik 
tədqiqatlar nəticəsində məlum olmuşdur ki, çoxarvadlılıq üçün başlıca səbəb 
birinci arvaddan övladın və ya oğlan uşağının olmaması, ya da evli 
qardaşlardan biri öldükdə və kiçik uşaqları qaldıqda, o biri qardaş mərhum 
qardaşın uşaqlarını saxlamaq üçün dul qalmış arvadı ilə evlənirdi. Lakin 
qeyd etmək lazımdır ki, bu hal yoxsul kəndlilər üçün o qədərdə xarakterik 
hal deyildi. Kəndlilər arasında  əsasən birinci arvaddan övladın olmaması 
səbəbindən ikinci arvadla evlənirdi. Etnoqraflar qeyd edirlər ki, ikiarvadlılıq 
əsasən imkanlı ailələrdə təsadüf olunurdu.(1.122;2.19; 3)  
Ədəbiyyatda inqilaba qədərki Azərbaycanda müvəqqəti kəbin- siğə 
haqqında məlumat verilir. ( 4) Yusif Vəzir Çəmənzəminli “Ağ buxaqda qara 
                                                 
1
 BDU İlahiyat Fakültesinin Aspirantı. 


Hacıyev Taleh Elton oğlu 
146 
xal” əsərində siğə olunmanın səbəbləri haqqında yazır: “ Uzaq səfərə çıxan, 
ya da müqqədəs yerlərə ziyarətə gedən kişilər siğə kəbini kəsdirirdilər, çox 
vaxt dul qalmış qadınlar yetim uşaqlarını sahibsiz qoymamaq üçün siğə 
bağlamasına razılıq verirdilər. (5.119) 
 Müvəqqəti nikah forması olan siğə (müttə) 20-illərə qədər Bakı-Abşeron 
zonasında müəyyən qədər yayılmışdır. Siğə nikahı ancaq islam dininin şiə 
məzhəbinə mənsub olanlar arasında kəsilərdi. Etnoqraf yazır ki, siğə nikahı 
adətən məqsədli nikah sayılırdı, belə ki, bəzən intim yaxınlıq olmadığı 
hallarda siğə nikahına yol verilir. Məsələn, qadın ziyarətə gedərkən (Məkkə, 
Kərbəla, Məşhəd ) tanıdığı kişi ilə həmin müddət üçün siğə oluna bilərdi. Bu 
zaman qadın formal olaraq həmin kişinin arvadı sayılardı.(6;172.) 
P. Məhəbbət qeyd edir ki, Şəki –Zaqatala bölgəsində  tək-tək,  əsasən 
şəhər yerlərində olsa o zaman arvadın qohumları ilə kişi arasında 
düşmənçilik yaranırdı və çox hallarda qan intiqamına səbəb olurdu. ( 7.36.) 
Tədqiqatçı H. Quliyev etnoqrafiq çöl materiallarına əsaslanaraq yazır ki, bu 
növ nikah keçmiş Azərbaycan ailəsi üçün səciyyəvi olmamışdır.( 2. 20) 
Ümumiyyətlə, xalq arasında siğəyə yaxşı münasibət bəslənilmirdi. 
Etnoqrafiya elmində nikahın iki əsas növü qeyd olunur: ekzoqamiya, yəni 
xarici nikah və endoqamiya, daxili nikah. Azərbaycanlılarda endoqam 
nikahlar, yəni qohumla evlənmə nikah qaydası geniş yayılmışdı. Müqayisəli 
araşdirmalar göstərir ki, Azərbaycanda islam dininin qadağan etmədiyi 
qohumlar arasında nikah mövcud olmuşdur. Bu nikahları  aşağıdakı kimi 
qruplaşdırmaq olar: 
1. Əmioğlu ilə əmi qızı arasında nikahlar
2. Dayıoğlu ilə bibiqızı  və ya əksinə,bibioğlu ilə dayıqızı arasındakı 
nikahlar; 
3. Xaloğu ilə xalaqızı arasındakı nikahlar.( 1,2,8. ) 
Etnoqrafik ədəbiyyatda belə nikahlar kuzen nikahlar şəkilində formalaş-
mışdır, yəni krosskuzen, ortakuzen. Endoqam nikahlar Azərbaycanda yaşa-
yan milli azlıqlar - avar, saxur, ləzgi, tatlar arasında mövcud olsa da xristian 
dinli udinlərdə və ingiloylarda belə nikahlar olmamışdır. (7.38.9.132.) 
Azərbaycanda, endoqam nikahları  tədqiq edən Q.Ə.Qeybullayev haqlı 
olaraq qeyd edir ki, Azərbaycanda bu cür nikahlar ibtidai icma dövrünün ata 
nəsli vaxtında yaranmış və əsasən iqtisadi mülahizələrdən əmlakın qəbilədən 
çıxmamasını təmin etmək səyindən irəli gəlmişdir. (10.160.) 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə