БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ
ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН
ELMИ
МЯЪМУЯСИ
№ 10 SENTYABR (EYLÜL) 2008
Mehman İSMAYILOV
230
Dinlərarası Barışın Qurani Təməlləri
Mehman İSMAYILOV
Müxtəlif dinlərin birlikdə yaşamalarını təmin edən əsas amillərin başında
onların qaynaqlarının eyni kökdən olması gəlir. Rocer Qarodi İbn Ərəbinin:
“Hər peyğəmbər bizə Allahın iradəsindən bir şey öyrətdi” sözündən yola çıxaraq
onu, mədəniyyətlər dialogunun atası hesab edir.
1
Ancaq bu Qurani ifadəni İbn
Ərəbiylə məhdudlaşdırmaq doğru deyildir. Çünki Quranın ilk dəvəti, məhz belə
bir dialoq idi. Hətta, mədəniyyətlər arasında qurulacaq möhkəm dialoq üçün ən
əsaslı və ən möhkəm zəminin Quranda olduğunu söyləyə bilərik .
2
İlahi dinlərdə dəyişməyən ortaq prinsiplər; ilk əvvəl tövhid, ondan sonra
isə əxlaqi prinsiplər olub, bunlar beynəlmiləl dəyərlər hesab edilir. Bu prin-
siplər bütün peyğəmbərlər tərəfindən qorunan dəyərlərdir.
Bəqərə surəsinin 213-cü ayəsi dinlərin birliyini göstərən ən önəmli
Quran ayəsidir:
“İnsanlar bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən
peyğəmbərlər göndərdi, onlarla birlikdə haqqı [doğrunu] göstərən kitab en-
dirdi ki, ixtilaf halında olduqları məsələlərdə insanlar arasında hakim olsun
[ixtilafları ayırd etsin]. İxtilafa düşənlər kitab verilənlərdən başqası deyildi; o
açıq-aydın dəlillər gəldiyi halda, bir-birinin haqlarına göz dikirdilər. Sonra
Allah onların ixtilafa düşdükləri həqiqətə onun izni ilə iman gətirənlərə haqqı
[doğrunu] göstərdi. Allah istəyəni doğru yola istiqamətləndirər”
Dinlərin birliyini göstərən digər bir prinsip də İslamın və onun təbliğat-
çısı olan Hz. Peyğəmbərin nizamlayıcı (musahhih) olmasıdır. Quran, bütün
dini mətinləri qəbul edərkən, Hz. Peyğəmbər də bütün nəbilər üçün “qarda-
şım” ifadəsini işlətmişdir.
3
İslam insanların müxtəlif inanclara sahib olmalarını tolerantlıqla qarşıla-
mış, hətta bu ayrılığı fitri bir zərurət olaraq qəbul etmişdir:
1
Roger Garaudy, İnsanlığın Medeniyet Destanı, (tərc: Cemal Aydın), Pınar
Yayınları, İstanbul: 1995, s. 127.
2
Orhan Atalay, Doğu ve Batı Kaynaklarında Birlikde Yaşama, Gazetecəler ve
Yazarlar Vakfı, İstanbul: 1999, s. 195.
3
Yaşar Nuri Öztürk, Din ve Fıtrat., Yeni Boyut Yayınları, İstanbul: 1992, s. 233.
Dinlərarası Barışın Qurani Təməlləri
231
“ Əgər Rəbbin, istəsəydi bütün insanları (eyni dində olan) tək ümmət
edərdi. Onlar hələ də ixtilafdadırlar”.
4
Bu ayə ilə Yunus surəsindəki “ İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət
idilər. Sonra (aralarına ixtilaf düşdüyü üçün) ayrıldılar”
5
ayəsi ilk baxışda
bir-birlərinə zidd görünür. Ancaq burada hər hansı bir ziddiyyət yoxdur.
Belə ki, Yunus surəsində insanların bir fitrət üzrə yaratıldığı bildirilmişdır.
İxtilaf və fərqliliklər bu fitrətdə deyildir. Bu ayədə isə bu fərqlilik və ixtilaf-
ların səbəbindin bəhs olunmuşdur.
Burada Quran bir daha işarə edir ki, insanların bir-birindən fərqli görüş-
lərə sahib olmaları, fərqli düşüncələrin ardından getmələri bir təsadüf deyil,
əksinə Allahın elm və iradəsinin bir nəticəsi olan insan varlığının əsas ünsür-
lərindən birinin təzahürüdür. Əgər Allah bütün insanların eyni inanca bağlı
olmasını iradə etsəydi-ki bu onun üçün heç də çətin olmazdı - o zaman zehni
inkişaf tamamilə dayanar və “insanların hamısı yaradılışları etibarıyla Haqqa
inanıb Allaha itaət edərək mənəvi cəhətdən bəlkə də mələklər kimi olardılar,
lakin, insan kimi sahib olduqları üstün və fərqləndirici xüsusiyyətlərdən
məhrum olub ictimai cəhətdən qarışqalara və yaxud da arılara oxşayardılar.
6
Bu da insanın, onun doğru ilə əyrini seçməsini təmin edən və həyatına, onu
digər bütün canlılardan fərqləndirən əxlaqi bir məna, mənəvi bir şəkil qatma
imkanı verən sərbəst iradə və seçmə hürriyətindən məhrum buraxılması ilə
nəticələnərdi.
7
Qurani-Kərim, bir tərəfdən insanları bir Allaha qulluq ətrafında toplaş-
mağa çağırarkən, digər tərəfdən də, başqa din mənsublarını da birləşməyə
dəvət edir:
“(Ya Rəsulum!) De: “Ey kitab əhli, sizinlə bizim aramızda (mənası) eyni
olan bir kəlməyə tərəf gəlin-“Allahdan başqasına ibadət etməyək. Ona şərik
qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!”
8
4
Hud, 11/118.
5
Yunus, 10/19.
6
Məhəmməd Rəşid Rıza, Təfsirul-Quranil-Həkim, Darul-Marifə, Beyrut: 1935,
XI/328; Muhammed Esed, Kur`an Mesajı, (tərc: Cahit Koytak-Ahmet Ertürk),
İşaret, İstanbul: 1999, I/451.
7
Esed, e.a.ə., I/451.
8
Al-i İmran, 3/64.
Mehman İSMAYILOV
232
Bunun üçün isə hər şeydən əvvəl digər dinlərə qarşı tolerantlı olmaq və
onlara hörmət bəsləmək lazımdır. Buna görə də Quran, digər din mənsub-
larına tolerantlıqla yanaşmamızı öyrədir. Hər şeydən əvvəl bilinməlidir ki,
dində məcburiyyət yoxdur.
9
Burada qəsd olunan məna, “başqasının haqsız-
lıqlarına dözmə” deyil, o və ya bu şəkildə “başqasını qəbul etmədir”. Qəbul
etmədə isə iki fərqli inanc sistemi arasında azda olsa uzlaşma vardır.
10
Dində məcburiyyəti qadağan edən ayə, həm teoloji həm də psixoloji cə-
hətdən insanları məcbur etməyi qadağan edir. Çünkü məcburiyyət sevgi ilə
qəbul etməyi, nəticədə “təslim olmağı” deyil, diksinməni, nifrəti ortaya çıxa-
rır. Bunlarla iman kimi qəlbin sükunətini istəyən anlayış isə əsla bir-birlərinə
uyğun deyildir.
11
Din termini ümumiyyətlə, həm əxlaqi olaraq əmr edici qanunları, həm də
onlara uyğun davranmağı ifadə edir və nəticədə, terminin ən geniş məna
çərçivəsini əks etdirir. Yəni, əhatə etdiyi əqidəvi prinsipləri və bu prinsip-
lərin praktiki təzahürləri ilə yanaşı, insanın ibadət etdiyi obyektə baxışını,
nəticədə “etiqad” qavramını da içərisinə alır. Bunun “din”, “inanc” və yaxud
da “əxlaq sistemi” olaraq tərcümə edilməsi, terminin hansı konteksdə işlədil-
məsi ilə bağlıdır. İnanc və din ilə əlaqəli hər mövzuda məcburiyyətin (ikrah)
qəti olaraq qadağan edilməsinə əsaslanan bütün İslam hüquqçuları (fukaha),
istisnasız olaraq, zorla din dəyişdirmənin istənilən halda yanlış və təməlsiz
olduğu və inanmayan bir şəxsə İslamı zorla qəbul etdirmənin böyük bir
günah olduğu görüşünü qəbul etmişlər. Bu, İslamın, inanmayanların önünə
“ya İslam ya da qılınc” alternativi qoyduğu şəklindəki uydurmanı ortadan
qaldıran bir hökümdür.”
12
Etiqad və iman qəlblə bağlı məsələlərdir. Qəlb isə
məcburəyyəti qəbul etməz. Çünki məcburiyyətin təsiri sadəcə zahiri əməllər,
bədən hərəkətləri üzərində görülə bilər. Qəlbi inanclara gəlincə, burada
etiqad və idrak kimi qəlbi səbəblər rol oynayar. Cəhalətdən elmin doğması
9
Bəqərə, 2\256.
10
Mehmet S. Aydın, “Hoşgörünün Dini Temelleri”, Mehmet S. Aydın İle İçe Kritik
Bakış-Din-Felsefe-Laiklik, (ed. Mehmet Gündem), İstanbul, 1999, s. 172.
11
Mehmet Aydın, e.a..m., s. 174.
12
Esed, a.g.e., I/78.
Dinlərarası Barışın Qurani Təməlləri
233
qeyri-mümkündür. Elmi olmayan teoriyalardan elmi təsdiqə varmaq müm-
kün deyildir.
13
İslam ona müxalif əqidələrə sahib olan insanlara tolerantlıqla baxar. Heç
bir zaman onları, İslamı qəbul etməyə məcbur etməz. Onların dinləri təhqir
oluna bilməz. Canları və malları mühafizə edilər. Dinimiz, əqidəvi məsələ-
lərdə açıq-aşkar ona müxalifətdə olduqlarını təsdiq edənlərə belə bu qədər
tolerantlıq sahibidir.
Qurani-Kərim, qarşı tərəfə suallar verərək onun sahib olduğu görüşlərin
qaynağını və dəlillərini birbaşa “qarşı tərəfin” dilindən təsbit etmək yolu ilə
onu dinlədiyini, ona hörmət etdiyini ortaya qoymuş və bunu qarşı tərəfə hiss
etdirib onun ehtiramını qazanacaq bir üslub mənimsəmişdir. O, qarşı tərəfin
yanlışlarını onun özünün düşünməsini və zehnindəki fikirləri məhz onun
özünün etiraf etməsini istəyir.
14
Fərqli inanclara sahib insanların birlikdə yaşamalarını Quran bu ayə ilə
əsaslandırmışdır: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar
da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncə-
sinə söylərlər.”
15
Bu ayə, din və vicdan hürriyətinin ifadəsidir. Bir cəmiyyət-
də çox fərqli inanclardan insanlar ola bilər. Bu ayədə belə bir toplumda yaşa-
yan insanların, bu şüurla hərəkət edərək öz inandıqları kimi inanmayanlarla
hər hansı bir problem olmadan yaşaya bilmələri nəzərdə tutulmuşdur.
16
Tarixdə bir çox mədəniyyət və din mənsubları fərqli mədəniyyət və dinə
mənsub dövlətlərin hakimiyyəti altında yaşamışlardır. Ümumiyyətlə fərqli
din və mədəniyyətlər üzərində hakimiyyət təsis edən dövlətlərin digər millət-
ləri özlərinin din və mədəniyyətlərinə tabe etməyə çalışdıqları, onların inanc
və dəyərlərini zorla dəyişdirməyə cəhd göstərdikləri danılmaz bir həqiqətdir.
Hətta, bəzən bir dinin digər bir dinə qarşı hər hansı bir tolerantlıq göstər-
mədiyi və ona sadəcə zülm pəncərəsindən baxdığı da tarixin danılmaz həqi-
qətlərindəndir.
13
Məhəmməd Hüseyin Təbətəbai, əl-Mizan fi Təfsiril-Quran, Müessesetü'l-A'lemi
Li'l-Matbu, Beyrut: 1981, II/347.
14
Yusuf Şevki Yavuz, Kur`an-ı Kerim`de Tefekkür ve Tartışma Metodu, İlim
Kültür Yayınları, Bursa: 1983, s. 175.
15
Ənam, 6/108.
16
Süleyman Ateş, Yüce Kuranın Çağdaş Tefsiri, Yenə Ufuklar Neşriyatı, İstanbul:
1997. III/ 218-219.
Mehman İSMAYILOV
234
İslamiyyət, tarix səhnəsində ortaya çıxan bu zülm pərdələrini örtmək
üçün cəhd göstərdi. Əvvəlcə digər din və mədəniyyətlərə sahip insanların ha-
kimiyyət altına aldıqları zaman müsəlmanların necə bir metoddan istifadə
edəcəkləri təməl prinsipləri ilə ortaya qoyuldu. Quranı-Kərim tərəfindən or-
taya qoyulan bu yeni metod, qeyri-müsəlmanların zimmi statusunda İslam
hakimiyyətini mənimsəmələrini və ödəyəcəkləri cüzi bir vergi qarşılığında
onların haqq və hürriyətlərini qorumağı təmin edirdi. Quranı-Kərimin bu-
nunla geyri- müsəlmanları İslam dini içərisində əritməyi və yaxud da onlara
zülm etməyi hədəflədiyini söyləmək mümkün deyildir. Onların varlıqlarını
və inanclarını garantiya altına alan prinsiplər bunu açıqca göstərir.
17
Hz.
Peyğəmbər Mədinəyə hicrət etdikdə oranın əhalisinin yarısını yəhudilər təş-
kil edirdi.
18
Hz. Peyğəmbərin burada etdiyi ilk işlərdən biri, birlikdə yaşama-
nın mümkün layihəsi olan Mədinə konustitusiyasını tərtib edib tətbiq etmək
olmuşdur. Bu konustitusiyanın 2-ci və 25-ci maddələrində yəhudilərlə mü-
səlmanlar, vətəndaşlıq və siyasi birlik baxımdan bir toplum (ümmət) qəbul
edilmiş, hər iki cəmiyyətin dinlərinin təminat altına alındığı bildirilmişdir.
19
Bu müqavilə, qan, din, irq və ya sinif ayrılıqlarına əsaslanmayan, yeni bir
ictimai kimliklə ortaya çıxan bir cəmiyyətin varlığını elan etmişdir.
Bu konustitusiyanın formalaşdırdığı cəmiyyətin xüsusiyyətlərini bu şə-
kildə açıqlaya bilərik: fərqliliklərin qarşılıqlı müqaviləsinə dayanan, ədalət
və haqq ölçülərinə bağlı, hüquqa və bərabərliyə əsaslanan, sosial, plülarist və
tövhidi (unitar) bir siyasi mərkəzdə toplanan, qarşılıqlı mənfəətləri göz
önündə tutan bir cəmiyyət.
20
Bekir Karlığa İslamın digər din və düşüncələrə qarşı baxışını belə açıq-
layır: “İntellektual baxımdan İslam bütün mədəniyyətləri əzəli hikmət çərçi-
vəsi içində ələ alır. Hikmət qavramı İslam düşüncəsində əsas qavramlardan
biridir. Belə ki, Qurani-Kərim və müsəlmanlar, hikməti nübüvvətlə birlikdə
müsəlmanların əsas qaynağı kimi ələ alır və qiymətləndirirlər. Hikmət Rə-
17
Levent Öztürk, İslam Toplumunda Birarada Yaşama Tecrübesi, İnsan Yay.,
İstanbul, 1995, s. 417.
18
Muhammed Hamidullah, İslam Peygamberi, (tərc: Salih Tuğ), İstanbul: 1993,
I/570.
19
Mehmet Okuyan-Mustafa Öztürk, “Kur’an Verilerine Göre “Öteki”nin Konumu”,
İslam ve Öteki, (red: Cafer Sadık Yaran), Kaknüs, İstanbul: 2001, s. 177.
20
Orhan Atalay, Doğu ve Batı Kaynaklarında Birlikte Yaşama, s. 384.
Dinlərarası Barışın Qurani Təməlləri
235
sulullahın ifadəsiylə desək mömünün itən malıdır. Onu harda taparsa gö-
türər. Quranın ifadəsiylə, “Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbə-
di səadət) verilmişdir”.
21
Quran, yeddi ayəsində müsəlmanların hikməti öy-
rənmələrini və onu mənimsəmələrini vurğulayır. Bu hikmət anlayışına bağlı
olaraq müsəlmanlar, özlərindən əvvəlki bütün mədəniyyətlərə sahib çıxmış,
onları mənimsəmiş və hətta onları öz mədəniyyəti kimi qəbul etmişlər.”
22
İslam dini sadəcə əhli-kitabla deyil, dünya həyatında inanlarla inanma-
yanların istər eyni toplumlar olaraq, isətrsə də eyni toplum içərisində birlikdə
yaşamaları üçün də lazımi tədbirlər görmüşdür
.
Dövlətlər hüququnun ən əsas
istinad nöqtəsi olan beynəlmiləl cəmiyyət fikri ilk dəfə Quranda səslənmiş
və Hz. Peyğəmbərin zamanından başlayaraq beynəlxalq münasibətlər hüquqi
prinsiplərə əsaslandırılmışdır.
23
Beynəlxalq münasibətlərin barış içərisində davam etdirilməsi və bunun
möhkəm təməllərə oturması üçün qarşılıqlı zəmanəti təmin etmək və haqq və
hüquqlara ehtiramla yanaşmaq böyük əhəmiyyət kəsb edir. Buna görə də
İslamiyyət, istər özəl, istərsə də beynəlxalq əlaqələrdə müsəlmanlara, verdik-
ləri sözləri tutaraq qarşılıqlı zəmanəti sarsıdacaq davranışlardan uzaq durma-
larını,
24
insanlar arasında heç bir fərq qoymadan ədalətlə davranmalarını, kin
və düşmənçilik səbəbiylə zülm və haqsızlığa yönəlməmələrini əmr edir.
25
Aşağıda məalını verəcəyimiz ayə müsəlmanların geyri-müsəlman dövlət
və toplumlara qarşı təqib edəcəyi siyasəti ortaya qoyur:
“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan
kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan
etməz. Allah ədalətli olanları sevər! Allah sizə ancaq sizinlə din yolunda
vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə
dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!”
26
Rəvayətə görə bu ayə Hz. Əbu Bəkrin qızı Əsmanın müşrik olan anası
onu ziyarət etmək istədikdə nazil olmuşdur. Əsma, gətirilən hədiyyələri qə-
21
Bəqərə, 2/269.
22
Bekir Karlığa, “Hoşgörünün Dini ve Entelektüel Temelleri”, Osmanlı’da Hoş-
görü, Gazeteciler ve Yazarlar Vakfı Yay., İstanbul: 2000, s. 104.
23
Ahmet Özel, “Gayri Müslim”, DİA, XIII/419.
24
Maidə, 5/1; Nəhl, 16/91, 92, 94
25
Nisə, 4/58; Maidə, 5/2,8
26
Mümtəhinə, 60/8-9.
Mehman İSMAYILOV
236
bul etməmiş və eyni zamanda müşrik olan anasını evə buraxmaq istəməmiş-
dir. Məsələ Hz. Peyğəmbərə çatdıqda bu ayə nazil olmuş və sülh içərisində
ikən müşriklərlə normal münasibətlər qurula biləcəyi hökmü gətirilmişdir.
Beləliklə müsəlmanlarla onları öz dinlərindən üz çevirmək və ya yurdların-
dan çıxarmaq üçün savaşmayan, savaş əsnasında düşmənə yardım etməyən
geyri- müsəlmanlarla ədalət və doğruluğa əsaslanan əlaqələr qurula biləcəyi
bildirilmiş və bu prinsip tətbiq edilmişdir.
27
Təbəri ayədəki “ din yolunda sizinlə vuruşmayanlar” ifadəsinin bu
xüsusiyyəti daşıyan bütün toplumlara şamil olduğunu söylər. Ayədə göstəri-
lən mənfi xüsusiyyətləri daşımadıqca hansı dinə mənsub və hansı etnik qrup-
dan olursa olsun bütün toplumlarla doğruluq və ədalətə əsaslanan əlaqələr
qurula bilər.
28
Bundan başqa, müsəlmanlarla müharibə etmədikləri müddətcə
geyri-müsəlmanlara qarşı müharibə elan edilməz.
29
Qurani-Kərimin müşriklərə, kafirlərə və İslam dinindən üz çevirənlərə
belə tolerantlıqla yanaşdığının şahidi oluruq:
“Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndə-
rib mö'minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi)
yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir”
30
ayəsinin
təfsirində Əsəd, mürtəd də olsa, burada inanc kontekstində insanların iradə
hürriyətinə işarə edildiyini söyləyir.
31
Hz. Əbu Bəkrin dindən üz çevirənlərə müharibə etməsi məsələsinə gəlin-
cə, bu onların, “biz, zəkat vermək üçün səninlə (Hz. Əbu Bəkr) deyil, Hz.
Məhəmmədlə müqavilə bağladıq, buna görə də sənə zəkat verməyəcəyik”
demələri səbəbiylə baş vermişdir.
32
Onsuz da Quran qiyamət günündə
Allahın, fərqli din və insanlar arasındakı ayrımı edərək hansının doğru və
hansının səhv yolda olduğu hökmünü verəcəyini bəyan etmişdir: “Həqi-
27
Əbul-Fida İmaduddin İsmayıl b. Ömər İbn Kəsir, Təfsirul-Quranil-Əzim, Dəru
İhyail-Kutubil-Ərəbiyyə, Qahire : t.y., IV/374.
28
Əbu Cəfər İbn Cərir Mühəmməd b. Cərir b. Yəzid Təbəri, Camiu'l-bəyan fî
təfsiri'l-Quran , Dəru'l-Mərifə, Beyrut,1986, XIV/84.
29
Əbu Abdullah Fəxrəddin Mühəmməd b. Ömər Fəxrəddin Razi, Məfatihu’l-Ğayb,
Dəru’l-Kutubu’l-İlmiyye, Beyrut,1411/1980, XXIX/263.
30
Nisa, 4/115.
31
Esed, a.g.e., I/167
32
Muhammed Abid Cabiri, İslam’da Siyasal Akıl, (tərc. Vecdi Akyüz), Kitabevi, İs-
tanbul: 1997. s. 330-340.
Dinlərarası Barışın Qurani Təməlləri
237
qətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəst-
lər), xristianlar, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə
batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahid-
dir! (Onların nə etdiklərini və nəyə layiq olduqlarını çox gözəl bilir!)”
33
Bu
ayə, bütün inanc sistemlərini ələ alaraq bizə Allah-Təalanın, dünyada sadəcə
müsəlman və əhli-kitabı deyil; eyni zamanda digər geyri-səmavi din mən-
sublarını, inanan ya da inanmayan hər kəsi eyni şərtlərlə qiymətləndirdiyini
və onların hamısına eyni imkanı verdiyini bildirir.
34
Başqa bir ayədə də “Onların hamısı eyni deyil. Kitab əhli içərisində düz-
gün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək
Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, (insanlara)
yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli iş-
lər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. Onların yaxşılıq
naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhə-
siz ki, Allah müttəqi olanları tanıyır!
”
35
buyurularaq kitab əhlinin hamısını
eyni kateqoriyada ələ almayacağımız ifadə edilir.
Uca Allahın səmimi şəkildə iman edən əhli-kitaba belə lütüfkar davran-
ması İslamın beynəlmiləl olması baxımdan çox əhəmiyyətlidir. Çünki özlə-
rini Allahın uşaqları və sevimliləri sayan,
36
axirət yurdunu başqaları üçün de-
yil sadəcə özləri üçün hazırlanmış bir yurd kimi görən yəhudilər və ya xristi-
yanlardan başqa heç kimin cənnətə girməyəcəyini iddia edən
37
əhli-kitabın
egoiziminə qarşı Quran, onlardan səmimi iman sahibi olanların işləyəcəyi ən
kiçik bir xeyrin belə qarşılıqsız buraxılmayacağını xəbər verir.
38
33
Həcc, 22/17.
34
Ömer Aslan, Kur`an ve Hoşgörü, Avrasya Yayınları, Ankara: 2005, s. 223.
35
Al-i İmran, 3/113-115.
36
Maidə, 5/18
37
Bəqərə, 2/111
38
Heyət . Kur’an Yolu Türkçe meal ve tefsir : Türkçe meal ve tefsir, Diyanet İşleri
Başkanlığı, Ankara: 2006, I/486.
Mehman İSMAYILOV
238
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Aslan, Ömer, Kur`an ve Hoşgörü, Avrasya Yayınları, Ankara: 2005.
Atalay, Orhan, Doğu ve Batı Kaynaklarında Birlikte Yaşama, Gazeteci-
ler ve Yazarlar Vakfı, İstanbul: 1999.
Ateş, Süleyman, Yüce Kuranın Çağdaş Tefsiri, Yenə Ufuklar Neşriyatı,
İstanbul: 1997.
Aydın, Mehmet, “Hoşgörünün Dini Temelleri”, Mehmet S. Aydın İle İçe
Kritik Bakış-Din-Felsefe-Laiklik, (red. Mehmet Gündem), İyi Adam, İstan-
bul: 1999.
Esed, Muhammed, Kur`an Mesajı, (tərc: Cahit Koytak-Ahmet Ertürk),
İşaret, İstanbul, 1999.
Karlığa, Bekir, “Hoşgörünün Dini ve Entelektüel Temelleri”, Osmanlı’-
da Hoşgörü, Gazeteciler ve Yazarlar Vakfı, İstanbul: 2000.
İbn Kəsir, Əbul-Fida İmaduddin İsmayıl b. Ömər, Təfsirul-Quranil-
Əzim, Dəru İhyail-Kutubil-Ərəbiyyə, Qahire : t.y.
Heyət. Kur’an Yolu: Türkçe meal ve tefsir, Diyanet İşleri Başkanlığı,
Ankara: 2006.
Garaudy, Roger, İnsanlığın Medeniyet Destanı, tərc. Cemal Aydın, Pı-
nar, İstanbul: 1995
Yavuz, Yusuf Şevki, Kur`an-ı Kerim`de Tefekkür ve Tartışma Metodu,
Öztürk, Levent, İslam Toplumunda Birarada Yaşama Tecrübesi, İnsan
Yay., İstanbul, 1995.
Okuyan, Mehmet – Öztürk, Mustafa, “Kur’an Verilerine Göre “Öteki”-
nin Konumu”, İslam ve Öteki, (ed: Cafer Sadık Yaran), Kaknüs, İstan-
bul:2001.
Zengin, Ali İslam Bilim ve Felsefe, Akabe Yayınları., İstanbul, 1990.
Cabiri, Muhammed Abid, İslam’da Siyasal Akıl, tərc. Vecdi Akyüz, Ki-
tabevi, İstanbul: 1997.
Razi, Əbu Abdullah Fəxrəddin Mühəmməd b. Ömər Fəxrəddin, Məfati-
hu’l-Ğayb, Dəru’l-Kutubu’l-İlmiyye, Beyrut,1411/1980.
Rıza, Məhəmməd Rəşid, Təfsirul-Quranil-Həkim, Darul-Marifə, Beyrut:
1935.
Təbəri, Əbu Cəfər İbn Cərir Mühəmməd b. Cərir b. Yəzid, Camiu'l-bə-
yan fî təfsiri'l-Quran , Dəru'l-Mərifə, Beyrut,1986.
Dinlərarası Barışın Qurani Təməlləri
239
Təbətəbai, Məhəmməd Hüseyin, əl-Mizan fi Təfsiril-Quran, Müəssəsə-
tu'l-Aləmi Li'l-Mətbu, Beyrut, 1981.
Özel, Ahmet “Gayri Müslim”, DİA, XIII
Zəməxşəri, Əbu’l Qasım Cərullah Mahmud b. Ömər , əl-Kəşşaf an
haqaiqi qavamizit-tənzil və uyunil-əqavil fî vücuhit-təvil, Dəru’l-Marifə,
Beyrut, ty.
Mehman İSMAYILOV
240
RESUME
It wouldn’t be mistake to claim that interreligious dialogue is the impor-
tant factor in supplying peace of the world. Thus, it is impossible that the re-
ligion which its main aim to show the right way to inspire wrong things
which hinde
r peace of humanity. In spite of there are many important differencies be-
tween religions at the same time there are important common points between
them. In the Koran which main sourse of Islam, there are many important
principles provide this peace and our article aims to point these principles.
РЕЗЮМЕ
Для обеспечение мирового сосушествования самым главным факто-
ром является сосушествование религий. Невозможно представить ре-
лигию главным критерием, которого является показание правильного
пути, мешаюшим мировому сосушествованию в мире. Несмотря на то,
что между религиями сушествует множество различий, в то же время
они имеют много общих точек зрения. В Коране, котороя является
главным источникам Ислама, есть много важных принципов, которые
обеспечивают это мирное сосушествования, которая найдёт отражение
и в нашей статье.
Dostları ilə paylaş: |