BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Fizika-riyaziyyat elml
əri seriyası
2014
95 İLLİK ŞƏRƏFLİ YOL
A.M.MƏHƏRRƏMOV
Bakı Dövlət Universiteti
Əziz həmkarlarım!
Ümummilli lider Heydər Əliyevin «Azərbaycan xalqının milli sərvəti»
adlandırdığı, mənəvi böyüklüyümüzün simvolu, elm, təhsil və mədəniyyəti-
mizin əzəmətli məbədi, şərqin ilk dünyəvi ali məktəblərindən biri, Azərbaycan
Xalq Cümhuriyyətinin yadigarı, XX əsrdə çətin və əzablı, eyni zamanda böyük
inkişaf yolu keçmiş Bakı Dövlət Universitetinin 95 yaşı tamam olur. 95 illik
fəaliyyəti dövründə ilk ali təhsil ocağı kimi Bakı Dövlət Universiteti ölkə
həyatının bütün sahələrinə nüfuz edərək elm və təhsilin inkişafı sahəsində
mədəni keçmişimizin öyrənilməsində, habelə milli özünüdərkin formalaşma-
sında əvəzsiz xidmətlər göstərmişdir. Bakı Dövlət Universitetinin xalq qarşı-
sındakı böyük xidmətlərini səciyyələndirən bir amili də qeyd etmək olar ki, bu
illər ərzində onun 6 yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Fərəh-
ləndirici haldır ki, 10 illik yubiley istisna olmaqla, bu altı yubileydən dördü –
50, 60, 75 və 80 illik yubileylər ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəh-
bərliyi ilə keçirilmişdir. Bu, ümummilli liderimizin böyüklüyü, fenomenliyi,
təhsilə və elmə olan münasibəti, məzunu olduğu Bakı Dövlət Universitetinə
qəlbən bağlılığı idi. Bakı Dövlət Universitetinə dövlət qayğısını fasiləsiz olaraq
həyata keçirən ümummilli liderin layiqli davamçısı, möhtərəm prezidentimiz
cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçiril-
məsi haqqında imzaladığı 24 aprel 2009-cu il tarixli sərəncam, 2008-ci ilin 15
sentyabrında Bakı Dövlət Universitetinin yeni korpusunun açılış mərasimində
və 2 noyabr 2009-cu ildə Universitetin 90 illik yubiley tədbirində söylədiyi xoş
sözlər, heç şübhəsiz, bizi elmdə və təhsildə daha yüksək uğurlar qazanmağa,
yaradıcılıq axtarışlarını inamla davam etdirməyə istiqamətləndirir.
Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində yüz əlli minə
yaxın mütəxəssis, o cümlədən, dünyanın bir çox dövlətləri – Orta Asiya və
Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika
ölk
ələri üçün yüzlərlə yüksəkixtisaslı kadr hazırlamışdır.
H
ər bir ölkənin iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri
hesab edil
ən milli universitet missiyasını Respublikamızda şərəflə həyata ke-
çir
ən Bakı Dövlət Universitetində 17 fakültə, 125 kafedra, 2 elmi-tədqiqat ins-
titutu, 4 elmi-t
ədqiqat mərkəzi, 24 elmi-tədqiqat laboratoriyası, 3 milyona ya-
xın fonda malik fundamental kitabxana fəaliyyət göstərir.
D
əyərli həmkarlarım!
Ulu önd
ərimiz Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu
say
əsində elmdə, təhsildə qazandığımız uğurlar göz qabağındadır. Bu uğurlar
bütövlükd
ə nəinki müstəqil Azərbaycanda, habelə ondan xeyli uzaqlarda da
görünür. Region ölk
ələri və ümumiyyətlə, MDB məkanında lider dövlətlərdən
birin
ə çevrilən Azərbaycanın ilk ali məktəbi Bakı Dövlət Universiteti də eynilə
öz kadrları ilə MDB məkanında və ondan kənarlarda aparıcı ali məktəblərdən
birin
ə çevrilmişdir. Bu, dövlətin böyük qayğısı və bizim hamımızın gərgin
əməyinin nəticəsidir.
On beş il bundan öncə Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə
ümummilli liderimiz Heyd
ər Əliyevin «…Bakı Dövlət Universiteti indiyə
q
ədər olduğu kimi, Azərbaycan ali təhsilinin önündə gedir. O, Azərbay-
canda olan bütün universitetl
ərin, institutların və digər ali təhsil ocaqla-
rının hamısına örnəkdir, gözəl təcrübə əldə edibdir» sözləri bizim qarşı-
mızda böyük öhdəliklər qoymuşdur. Bu illər ərzində biz Universitetdə elm və
t
əhsilin daha da yüksək zirvələrə çatması üçün əlimizdən gələni əsirgəməmişik;
bu ill
ər elmin, tədrisin, sosial rifahın tərəqqisi illəri olmuşdur, BDU-da elmi-
t
ədqiqat institutları və laboratoriyalarının elmi istiqamətlərinin aktuallığı müəy-
y
ənləşdirilmiş, maddi-texniki baza xeyli gücləndirilmiş, aparılan tədqiqatların
n
əticələrinin tətbiqi həyata keçirilmiş, elmin ən aktual problemləri üzrə yeni
kafedralar, elmi-t
ədqiqat institutu, mərkəz və laboratoriyalar açılmış, istedadlı
g
ənc kadrlar elmi işlərə cəlb edilmişdir. Bakı Dövlət Universitetinin 15 sent-
yabr 2008-ci ild
ə yeni korpusunun açılış mərasimində Azərbaycan Prezidenti
İlham Əliyev demişdir: «Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təh-
6
sil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün
dövrl
ərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işin-
d
ə çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mər-
h
ələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-
texniki bazası möhkəmlənir. Bir sözlə, bizim – Azərbaycanın yerləşdiyi bu
bölg
ədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır». 2 noyabr 2009-cu
ild
ə Universitetin 90 illik yubiley tədbirində Azərbaycan Prezidenti İlham
Əliyev demişdir: “Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbay-
canda t
əhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm
rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki,
Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahə-
sind
ə öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha
da gücl
ənir. Bu bir daha onu göstərir ki, universitetin çox zəngin
ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tə-
l
əbələrin oxuması və təhsilə verdikləri önəm vardır. Bakı Dövlət Univer-
sitetinin m
əzunları öz fəaliyyətləri ilə ölkəmizin çiçəklənməsinə dəyərli
töhf
ələrini vermişlər.” Bir sözlə, universitetdə tədris, elm və sosial sahədə
böyük islahatlar h
əyata keçirilmişdir.
Əziz həmkarlarım!
Öt
ən illər ərzində Bakı Dövlət Universitetində dünya elminə nüfuz edən,
özl
ərinin elmi məktəblərini yaratmış onlarla dəyərli alim çalışmışdır. Böyük
şərəf hissi duyuruq ki, elmin yüksək zirvələrini fəth etmiş kimyaçı Yusif
M
əmmədəliyev, Murtuza Nağıyev, Əli Quliyev, Soltan Mehdiyev, riyaziyyatçı
Zahid X
əlilov, Azad Mirzəcanzadə, Məcid Rəsulov, Əşrəf Hüseynov, İbrahim
İbrahimov, Fərəməz Maqsudov, fizik Həsən Abdullayev, bioloq Abdulla Qa-
rayev, S
əttar Əsədov, Hüseyn Həsənov, Yusif Əbdürrəhmanov, Dəmir Ha-
cıyev, geoloq Mirəli Qaşqay, Musa Əliyev, Şəfayət Mehdiyev, Ədhəm Şıxəli-
b
əyli, Faiq Bağırzadə, Xudu Məmmədov, coğrafiyaçı Həsən Əliyev, Qasım
Gül, Hadı Əliyev, Ənvər Şıxlinski, filoloq Məmməd Arif Dadaşzadə, Məmməd
Ağa Şirəliyev, Həmid Araslı, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Cəfər
C
əfərov, Məmməd Cəfər Cəfərov, Cəfər Xəndan Hacıyev, Feyzulla Qasım-
zad
ə, Məmməd Hüseyn Təhmasib, Kamal Talıbzadə, jurnalist Nəsir İmanqu-
liyev, İsrafil Nəzərov, Rəşid Mahmudov, tarixçi İsmayıl Hüseynov, Əlisöhbət
Sumbatzad
ə, Ziya Bünyadov, Püstə xanım Əzizbəyova, İqrar Əliyev, Tofiq
Köç
ərli, Zülfəli İbrahimov, Əlövsət Quliyev, Mahmud İsmayılov, Qaraş Mə-
d
ətov, hüquqşünas Vahid Qəhrəmanov, Məmməd Xələfov, şərqşünas Bəkir
Çobanzad
ə, Ələsgər Məmmədov, Rəhim Sultanov, Məmməd Mübariz Əlizadə,
Aida İmanquliyeva, Rüstəm Əliyev, filosof Heydər Hüseynov, Mehbalı
Qasımov, Firudin Köçərli, iqtisadçı Həsən Dadaşov və adı çəkilməyən bir sıra
görk
əmli şəxsiyyətlər təkcə universitetin deyil, bütün xalqımızın fəxridirlər.
Respublikamız üçün milli, həmçinin dünyanın digər dövlətləri üçün
kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan, böyük müəllim və alimlər -
ömürl
ərinin əsas hissəsini Universitet divarları arasında keçirmiş kimyaçı
7
Murtuza Əhmədli, Cəbrayıl Hüseynov, Cümşüd Zülfüqarlı, İsrafil Səttarzadə,
Əlihüseyn Quliyev, Şamil Əhmədov, riyaziyyatçı Məmmədbəy Əfəndiyev,
Maqsud Cavadov, Qoşqar Əhmədov, Yusif Əmənzadə, Arif Babayev, Yəhya
M
əmmədov, fizik Bəhram Mirzəyev, Lətif İmanov, Kəriş Köçərli, Qüdrət
Axundov, Yuh
ənnas Seyidov, Abdulla Muxtarov, Bəhram Əsgərov, bioloq
Mir
əli Axundov, Abdulla Ələkbərov, Abdulla Tağızadə, Vahid Hacıyev, Tofiq
M
əmmədov, geoloq Səttar Süleymanov, Əziz Əskərov, Qədir Sultanov, Sübhi
B
əktaşi, Vasif Əliyev, Ələşrəf Məmmədov, coğrafiyaçı Əbdürrəhim Hacızadə,
Əsgər Əyyubov, Muxtar Abduyev, Rizvan Piriyev, Şahvələd Xəlilov, Müseyib
Müseyibov, filoloq Muxtar Hüseynzad
ə, Əli Sultanlı, Mikayıl Rəfili, Abbas
Zamanov, Hadı Mirzəzadə, Əlövsət Abdullayev, Fərhad Zeynalov, Firudin
Hüseynov, tarixçi Ədhəm Şahmalıyev, Mehdi İrəvanski, Ruhulla Orucov,
M
əlik Orucov, Səfiyar Musayev, Əliyar Süleymanlı, Tofiq Vəliyev, hüquq-
şünas Qasım Cəfərov, İsa Məmmədov, Tofiq Qafarov, Мялик Оруъов, Cəfər
Mövsümov, şərqşünas Cahangir Qəhrəmanov, Həsən Mahmudov, Zakir Məm-
m
ədov, Böyükağa Hüseynov, Malik Mahmudov, jurnalist Həsən Şahgəldiyev,
Rza Quliyev, Nur
əddin Babayev, Famil Mehdi, Tofiq Rüstəmov, filosof Aslan
Aslanov, H
əsən Şirəliyev, Məmmədəli Zeynalov, iqtisadçı Teymur Vəliyev və
onlarla başqaları bu əziz yubiley günlərində böyük ehtiramla bir daha xatır-
lanır.
Bu gün d
ə elmimizin sükanı etibarlı əllərdədir. Universitet tələbələrinin
t
əlim-tərbiyəsi ilə 1500-ə yaxın professor-müəllim məşğul olur ki, onlardan
t
əxminən 200 nəfəri dövlətin ali orden və medalları ilə təltif edilmiş, 21-i
AMEA-
nın həqiqi və ya müxbir üzvü, 41-i Əməkdar elm xadimi, 5-i Dövlət
mükafatı laureatı, 12-i Milli Məclisin deputatıdır; 300-ə yaxını elmlər doktoru,
professor, 900-d
ən artıq elmlər namizədi, dosentdir ki, öz vəzifələrini şərəf və
l
əyaqətlə yerinə yetirirlər.
Şanlı ənənələri davam etdirmək, Azərbaycan elminin dünya elminə
inteqrasiyasını sürətləndirmək üçün hər cür maddi və intellektual imkanlarımız
vardır. «Bakı Universitetinin Xəbərləri» jurnalının dörd seriyasında (fizika-
riyaziyyat, t
əbiət, humanitar, sosial-siyasi) işıq üzü görən və elmin ən müxtəlif
sah
ələrini əhatə edən aktual məqalələr dediklərimin əyani sübutudur.
Əziz həmkarlarım!
Bu il biz doğma Universitetimizin 95 illik yubileyini qeyd etməklə həm də
100 illik yubiley
ə start veririk. Bu gün 20 minədək tələbəsi olan Bakı Dövlət
Universitetind
ə bakalavriat səviyyəsində 60 ixtisas üzrə 18.000, magistratura
s
əviyyəsində 200 ixtisaslaşma üzrə 1500, doktorantura səviyyəsində 70 ixtisas
üzr
ə 700 nəfərdən çox kadr hazırlanır. Burada 1500 nəfərə yaxın professor-
mü
əllim heyəti çalışır ki, onların arasında dünya birliyinin yaxşı tanıdığı gör-
k
əmli alimlər vardır. Məhz bu elmi potensialın sayəsində BDU alimləri tərə-
find
ən dünyanın reytinqli jurnallarında sanballı məqalələr çap olunur, beynəl-
xalq simpoziumlarda m
əruzələr edilir. Bakı Dövlət Universiteti dünyanın 60
ölk
əsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imza-
8
lamışdır. Beynəlxalq və regional səviyyədə əməkdaşlıq universitetin inkişa-
fına, beynəlxalq reytinqinə çox böyük təsir göstərir. Artıq dörcüncü ildir ki,
BDU “QS World University Rankings” reytinqin
ə görə dünyanın 150 min uni-
versiteti arasında 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Pers-
pektivl
ər İnstitutu (URAP) tərəfindən dünyanın 2000 ən yaxşı universitetinin
siyahısına daxil edilib. Təsadüfi deyil ki, Bakı Dövlət Universiteti kimya
(nanomateriallar v
ə nanotexnologiyalar) sahəsindəki nailiyyətlərinə görə “Elm
v
ə Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı”na layiq görülüb. Bu
mükafat h
ər 2 ildən bir biologiya, kimya, geologiya, riyaziyyat və fizika
sah
əsində 56 iştirakçı ölkələrdən olan yalnız bir alimə verilir.
Bakı Dövlət Universitetinin əməkdaşları, gənc tədqiqatçıları, doktorant və
dissertantları hər il dəyəri 5 milyon ABŞ dolları həcmində olan 90-a qədər
Beyn
əlxalq və regional səviyyəli qrant layihələrinin yerinə yetirilməsində iş-
tirak edirl
ər. Son illər universitet əməkdaşları tərəfindən, xüsusilə regional uni-
versitet v
ə elmi təşkilatların iştirakı ilə müştərək layihələrin həyata keçiril-
m
əsinə xüsusi diqqət yetirilir.
Bakı Dövlət Universiteti 1991-ci ildən Avroasiya, 1996-cı ildən Xəzər-
yanı Ölkələr, 1997-ci ildən Qara Dəniz Ölkələri, 2003-cü ildən Avropa, 2010-
cu ild
ən Qafqaz Universitetləri Assosiasiyalarının üzvüdür.
Ölk
ədə məqsədyönlü siyasətin aparılması, gənclərin elmə marağının il-
d
ən-ilə artması, beynəlxalq birlikdə elm və təhsil uğurları ilə daha əhəmiyyətli
nüfuz sahibi olmağın həqiqətə çevrilməsi nəticəsində Bakı Dövlət Univer-
sitetinin daha böyük nailiyy
ətlərə imza atacağına inanıram.
Sizin h
ər birinizə uğurlar arzulayıram, 95 illik yubileyiniz mübarək!
9
Dostları ilə paylaş: |