BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Sosial-siyasi elml
ər seriyası
2015
UOT 342
KORRUPS
İYA -HAKİMİYYƏT MÜNASİBƏTLƏRİNDƏ İCTİMAİ
MARAQLARIN FƏRDİ SUİ-İSTİFADƏYƏ MƏRUZ QOYULMASI
FENOMEN
İ KİMİ
S.S.SULTANOV
Bakı Dövlət Universiteti
samed-inter@hotmail.com
M
əqalə siyasi sistemin ən ciddi problemlərindən olan korrupsiya cinayətinin anlayışını
formalaşdıran əlamətlərin təsnifatının hüquqi qiymətləndirilməsinə həsr edilib. Korrupsiyanın
tarixi inkişaf istiqamətləri, ayrı-ayrı dövlətlərdə onunla mübarizə məsələləri tədqiq edilir.
Müasir dövrd
ə inkişaf etmiş dövlətlərin qanunvericiliyi müqayisəli formada təhlil edilir. Bu
cinay
ətin qiymətləndirilməsində beynəlxalq müqavilə normaları daxili qanunvericiliyə müna-
sib
ətdə tədqiq edilir. Azərbaycan Respublikasının qanunvericiliyindəki boşluqlar ifadə edilir və
onların aradan qaldırılması məqsədilə təkliflər irəli sürülür.
Açar sözl
ər: korrupsiya, hakimiyyətdən sui-istifadə, rüşvət, ictimai və şəxsi maraqlar,
korrupsiya
əleyhinə qanun, korrupsiya ilə mübarizə, qeyri-qanuni üstünlük
Korrupsiyanın yaranması dövlətin meydana gəlmə tarixinə təsadüf edir
[10, 8]. Korrupsiya dövl
ətin xüsusi səlahiyyətli şəxslərinin hakimiyyətdən
sui-istifad
ə etmək meylləri ilə bağlı olmuşdur. Korrupsiya haqqında qədim çin,
roma, orta
əsr ərəb, avropa [20, 7] və d. mənbələrdə məlumat verilir. Nə qədər
çox ist
ənməsə də korrupsiya bu gün də həyatın reallığı kimi cəmiyyətə ziyan
vurm
aqdadır [4, 7] və onunla mübarizə öz aktuallığını saxlamaqdadır. Korrup-
siya haqqında ilk məlumatlarda, xüsusən də Qədim Babilistan mənbələrində,
Romada XII C
ədvəl Qanununda və d. mənbələrdə bu əməl rüşvətxorluq, ha-
kimiyy
ətdən sui-istifadə etməklə aldatmaq cinayəti kimi qiymətləndirilirdi.
Q
ədim hind abidəsi “Artxşastrada” qeyd edilir ki, hökmdarın ən mühüm və-
zif
ələrindən biri dövlət pulunu oğurlayanlarla mübarizə etmək təşkil edir,
hökmdar bel
ə şəxsləri müəyyən edib cəzalandırmalıdır [11, 49].
Korrupsiya il
ə mübarizədə əsaslı dönüş XX əsrdə baş vermişdir. XX
əsrin ortalarından başlayan iqtisadi inteqrasiya prosesləri korrupsiyanın da bey-
n
əlmiləlləşməsinə gətirib çıxarmışdır ki, bu da korrupsiya ilə mübarizənin bey-
n
əlxalq hüquqi əməkdaşlıq müstəvisinə keçirilməsini şərtləndirmişdir. Korrup-
siya el
ə bir inkişafa malikdir ki, onunla mübarizə yalnız dövlətlərin qarşılıqlı
57
əməkdaşlığı əsasında effektli ola bilər.
Müasir korrupsiya «corrumpere» terminin
ə qədim Roma hüququnun
m
ənbəsi olan XII Lövhə Qanununda, qədim Yunanıstan mənbələrində rast gə-
linir [8]. Korrupsiya v
ə ya latın dilində «corrumpere» «cor» vasitəsilə və
«rumpere»
əldən qapmaq, korlamaq, dağıtmaq və ya oxşar mənalarda qanunu
üst
ələmək və ya pozmaq kimi məna kəsb edir. Korrupsiya tamah məqsədi ilə
tör
ədilən cinayət əməlidir. Korrupsiyaya dəqiq anlayış vermək üçün onun
f
əlsəfi- hüquqi mənaları müəyyən edilməlidir.
2001-ci ild
ə nəşr edilmiş rus hüquq ensiklopediyasında korrupsiya kom-
pleks hadis
ə kimi göstərilir. Korrupsiya dövlət və digər qulluqçuların pulla
alınması, hakimiyyət və ya qulluq mövqeyindən sui-istifadə, rüşvət vermə və
alma, c
əmiyyətin və dövlətin qanuni maraqlarına xələl gətirməklə hakimiyyət
nümay
əndəsinin və ya qulluqçunun özü, yaxud üçüncü şəxslər üçün fayda sax-
lama, dig
ər əmlak hüquqları şəklində fayda əldə etmək məqsədilə qulluq möv-
qeyind
ən qanunsuz istifadə etməsi və ya başqa fiziki şəxslər tərəfindən həmin
şəxsə belə faydanın qanunsuz şəkildə verilməsi, habelə həmin əməllərin hüquqi
şəxsin adından, yaxud mənafeləri naminə törədilməsi kimi qəbul edilir [17,
443].
Doktrinal anlamda da bu
əlamətlər ifadə edilir. Korrupsiya dövlət, bələ-
diyy
ə, qanunvericilik, icra və məhkəmə hakimiyyət qurumlarının məmurları,
işçiləri və nümayəndələrinin və ya kommersiya təşkilatlarının işçiləri və üzv-
l
ərinin öz statuslarından istifadə edərək hər hansı üstünlüklərə nail olmasıdır [5,
43-47; 7, 56-57; 12, 179-183; 1, 4; 2, 9-10; 27, 14-17; 21, 3-13; 22, 3-9].
Korrupsiya müxt
əlif formada təzahür edə bilər. Korrupsiya geniş anlayış
olmaqla özünd
ə müxtəlif sui-istifadə hallarını ehtiva edir. Korrupsiya rüşvətlə
m
əhdudlaşmır. Məsələn, pul və ya hədiyyə şəklində rüşvət vermək korrupsi-
yanın yalnız bir formasıdır. Korrupsiya insanlar arasındakı münasibətlərin de-
m
ək olar ki, bütün sahələrində özünü büruzə verə bilir. Korrupsiyanın çiçəklən-
diyi dövl
ətlərdə mülkiyyətin özəlləşdirilməsində üstünlüyün saxlanması; büd-
c
ənin icrası və büdcə vəsaitlərinin bölüşdürülməsində yandaşlara müxtəlif imti-
yazların verilməsi; ticarətdə və vergidə qeyri-qanuni inhisarçılıq məqsədilə ha-
kimiyy
ət, o cümlədən qanunvericilik orqanlarında qeyri-qanuni lobbizm fəaliy-
y
əti və s. sahələrdə baş verir. Ayrı-ayrı dövlətlərin təcrübəsini tədqiq etməklə
«Beyn
əlxalq şəffaflıq» (Transparency İnternational) təşkilatı dövlət, bələdiyyə
v
ə qeyri-hökumət strukturlarındakı korrupsiya formalarından: qohumlara və
dostlara, tanışlara üstünlüyün saxlanması; dövlət sifarişləri üzrə kontraktların
əldə edilməsinə görə rüşvət; məmurların müəyyən dövlət kontraktları üzərində
patronajı; vəzifəyə dair xidmətlərin satışı; iş adamlarının məmurlara göstərdiyi
xüsusi qonaqp
ərvərlik; iş adamlarının məmurların ailə üzvlərinə göstərdiyi
xüsusi qayğı; məmurların və ailə üzvlərinin xaricə ezamiyyətə getmələri; müx-
t
əlif siyasi partiyalara, onların nümayəndələrinə hakimiyyətdən istifadə imkan-
ları və siyasi kampaniyalara qeyri-qanuni maddi yardım; vergi və gömrük orqan-
ları məmurlarının vergi və gömrük tariflərinin qaldırılması hədələri ilə iş adam-
58
larından rüşvət tələb etməsi; eyni ilə iş adamlarına güzəştli şərait yaratdıqlarına
gör
ə məmurlara rüşvət verməyi; vəzifə borclarını təcili icra etdiklərinə görə
m
əmurlara rüşvət verməyi; və s. təsbit edib.
Korru
psiyanın anlayışı və əlamətlər ilə, onun məzmunu ilə bağlı vahid
yanaşma tərzi olmasa da korrupsiyaya verilmiş anlayışlarda ümumi meyarlar
mövcuddur. Korrupsiya v
əzifəli şəxsin qanunla ona verilmiş hakimiyyət səla-
hiyy
ətlərindən və ya qulluq mövqeyi ilə bağlı imkanlardan gəlir əldə etmək
m
əqsədilə istifadə etməsi və vəzifəli şəxsə hər hansı hərəkətin edilməsi və ya
edilm
əsindən imtina edilməsi əvəzində müəyyən maddi və qeyri- maddi nemət-
l
ərin və ya imtiyazların saxlanması ilə baş verir. Korrupsiya ilə mübarizənin sə-
m
ərəliliyini təmin etmək üçün onun xüsusiyyətləri nəzərə alınmalıdır. Kor-
rupsiya üçün xüsusi
əlamətlərdən:
-hakimiyy
ət funksiyasından şəxsi qazanc məqsədilə istifadə edilməsi; və
-bu istifad
ənin qeyri-qanuni olması;
-
şəxsi maraqların ictimai maraqlardan üstün tutulması;
-c
əmiyyətə ciddi zərər vurulması;
-korrupsiya xarakterli t
ədbirin qeyri-humanist olması və s. qeyd edilmə-
lidir.
Müasir qanunvericiliyin inkişafında 20-ci əsrdə baş vermiş hakimiyyət
funksiyasından şəxsi qazanc məqsədilə istifadə edilməsi ilə bağlı bir sıra qal-
maqallı hadisələr mühüm rol oynamışdır. Bunlardan Böyük Britaniya və
ABŞ-dakı siyasi proseslər qeyd edilə bilər.
M
əsələn, Böyük Britaniyada 2005-ci
il seçki kampaniyası ərzində varlı adamlar tərəfindən Leyboristlər Partiyasına
ümumilikd
ə 14 milyon funt sterlinq verilmiş və bu adamların dördünün sonralar
ömürlük per rütb
ələri üçün namizədliyi irəli sürülmüşdür [23].
ABŞ-ın korrupsiya haqqında qanunun qəbul olunmasına təkan verən
mühüm s
əbəblərdən biri 1972-ci ildə Riçard Niksonun ABŞ Prezidenti vəzifə-
sin
ə namizədliyi ilə bağlı keçirilən seçki kompaniyası zamanı baş vermiş
Uoter
geyt qalmaqalının böyük təsiri olmuşdur. Rəqiblərin seçki qərargahlarına
quraşdırılmış dinləmə qurğuları ilə bağlı qalmaqal ortaya çıxarkən, istintaq
Prezident Nikson adminis
trasiyasının əməkdaşları və onların himayəsində olan
şirkətlər tərəfindən buğda satışı, süd məhsullarının qiymətinin saxlanılması,
IT&T şirkətinin işinin məhkəmədən kənar nizamlanması, mənfəətli əqdlər əldə
etm
ək məqsədi ilə xarici məmurlara milyonlarla rüşvət verilməsi faktlarını da
aşkar etmişdi. Məsələn, Lockheed korporasiyasının nümayəndəsi 1976-cı ilin
fevralında ABŞ Konqresində keçirilən dinləmələrdə etiraf etmişdir ki, korpo-
rasiya g
əlirli biznes-preferensiya əldə etmək məqsədilə 15 dövlətdə yüksək
rütb
əli məmurlara 24 milyon ABŞ dolları həcmində rüşvət ödəmişdir [3, 347].
Dünyanın müxtəlif ölkələrində siyasi şəraitdən asılı olaraq korrupsiyaya
münasib
ət birmənalı olmamışdır. Bir çox ölkələrin qanunvericiliyində korrup-
siyanın ifadə etdiyimiz əlamətləri təsbit edilsə də, digərlərində bu məsələ kon-
kretl
əşdirilməmişdir. Məsələn, dövlət qurumlarında yüksək səviyyədə şəffaflığı
t
əmin edən Kanadada korrupsiya ilə mübarizə məsələlərinin hüquqi tənzim-
59
l
ənməsi konkret qanunvericiliklə deyil, ümumi formada təmin edilir. Kanada
qanunvericiliyi bir sıra hüquq pozuntularını korrupsiya əməli kimi müəyyən
ed
ərək belə əməllərə qarşı qüvvədə olan Cinayət Məcəlləsində konkret cəza
t
ədbirləri nəzərdə tutsa da Kanadanın Cinayət Məcəlləsi də daxil olmaqla bu
gün
ə kimi ölkənin qüvvədə olan qanunvericiliyində korrupsiyanın dəqiq hüquqi
anlayışı yoxdur [9, 23-25].
Antikorrupsiya üzr
ə xüsusi qanunvericiliyə malik Böyük Britaniya və
Birl
əşmiş İrlandiya Krallığında qeyd olunan ictimai təhlükəli əmələ qarşı mü-
bariz
ə tədbirləri nəzərdə tutulmuş və cəzalar müəyyən olunmuşdur. Öncə ifadə
etdiyimiz korrupsiya
əlamətləri Böyük Britaniya qanunvericilində ifadə edilib.
Bu dövl
ətdə korrupsiya ilə mübarizə üzrə qanunvericilik (Dövlət orqanlarının
1889-
cu il Rüşvət Aktı (Qanunu); Korrupsiyanın qarşısının alınması üzrə
1906-
cı il Aktı (Qanunu); Korrupsiyanın qarşısının alınması üzrə 1916-cı il
Aktı; eksterritorial hüquqi fəaliyyətə və daha geniş sferalara tətbiq olunan
2010-cu ild
ə qəbul edilmiş və 2011-ci il iyul ayının 1-də qüvvəyə minmiş
Rüşvətxorluq haqqında Böyük Britaniya Aktı) yeni təcrübə formalaşdırmaqla
yanaşı, eyni zamanda, hüquqi mühafizə sferasına korrupsiyanın yeni təzahür
növl
ərini gətirmiş, habelə müvafiq inzibati mexanizmlərin də yaradılmasını
şərtləndirmişdir [13, 27].
Korrup
siyanın qarşısının alınması üzrə bütün dövlətlərin qanunvericilik
praktikasına əsaslı təsir göstərmiş dövlətlərdən biri şübhəsiz ki, ABŞ-dır.
1977-ci ild
ə qəbul edilmiş Korrupsiyalaşmış xarici praktika haqqında ABŞ Qa-
nununda biznes f
əaliyyətini həyata keçirmək imkanı əldə etmək və ya onu qo-
ruyub saxlamaq v
ə ya başqa qeyri-qanuni üstünlük əldə etmək məqsədi ilə hər
hansı xarici vəzifəli şəxsə pul və ya qiymətli dəyərə malik olan hər hansı va-
sit
ələri ödəmək, vermək və ya vəd vermək ( hətta rüşvət verilməsi faktiki həyata
keçirilm
əsə belə-kurs müəll.) ciddi qanun pozuntusu hesab edilir. Bir halı da
n
əzərə almaq lazımdır ki, heç də bütün ödəmələr Qanunun müddəalarının pozul-
ması kimi qiymətləndirilə bilməz. Əməlin korrupsiya hüquq pozuntusu kimi
qiym
ətləndirilməsi üçün «real məqsəd» olmalıdır. Bu məqsəd biznes fəaliy-
y
ətini həyata keçirmək imkanı əldə etmək və ya onu qoruyub saxlamaq və ya
başqa qeyri-qanuni üstünlük əldə etmək məqsədi ilə pulun və ya başqa qiymətli
h
ədiyyələrin rəsmi səlahiyyətə malik olan vəzifəli şəxsə verilməsində təzahür
etm
əlidir. 1977-ci il Qanununun müddəalarını təhlil edərkən, nəzərə almaq la-
zımdır ki, onun fəaliyyəti əsasən xarici vəzifəli şəxsə münasibətdə korrupsiya
h
ərəkətlərinə şamil edilir [26, 299-307; 6, 21-23].
Korrupsiya il
ə mübarizə üzrə nümunəvi qanunvericiliyə malik Almaniya
Federativ Respublikasının qanunvericiliyinə (məsələn,1997-ci il Korrupsiya ilə
mübariz
ə haqqında Qanuna) əsasən korrupsiyanın anlayışına dövlət vəzifələ-
rind
ən, siyasi nüfuzundan və ya ticarət və sənaye (kurs-müəll.) sahəsində möv-
qeyind
ən sui-istifadə edilməsi, üçüncü şəxslərə üstünlüklərin verilməsi, vəzifəli
şəxslərin və ya üçüncü şəxslərin xeyrinə hər hansı faydanın əldə olunması ilə
c
əmiyyətə və ya şirkətlərə zərərin vurulması daxildir. Almaniya Federativ Res-
60
publikasının Cinayət Məcəlləsinin (1998) 298-335-ci maddələrinə uyğun olaraq,
korrupsiya cinay
ətlərinin siyahısı genişlənmiş, buraya müsabiqələr zamanı saziş
üzr
ə rəqabəti məhdudlaşdırma, xidməti öhdəliklərin pozulması ilə rüşvət alma
v
ə ya mənfəət götürmə, rüşvəti və mənfəəti təklif və vəd etmə, xidməti öh-
d
əliklərin pozulması ilə rüşvət vermə, mülki dövriyyədə rüşvət alma və vermə,
müsabiq
ə şərtlərinin pozulması ilə rəqabət imkanlarının məhdudlaşdırılması
kimi
əməllər aid edilmişdir.
Fransanın qanunvericiliyində korrupsiya cinayətinə münasibət hələ bi-
rinci imperiya dövründ
ə qüvvədə olmuş 1810-cu il Cinayət Məcəlləsində bildi-
rilmişdir. Həmin Qanunda korrupsiya və rüşvətxorluq cinayətləri arasında fərq
d
ə nəzərdə tutulmuşdu. Sonralar bu cinayətlərin dairəsi tarixi inkişaf nəticəsində
genişlənmiş və hal-hazırda Fransanın qüvvədə olan yeni Cinayət Məcəlləsində
(1992) korrupsiya sah
əsində cinayətlərin 16 növü nəzərdə tutulur və bu əməlləri
aşağıdakı kimi qruplaşdırmaq olar: favoritizm (üstünlük vermə); şəxsi marağa
malik olan işin həllinə müdaxilə etmə; xeyir əldə etmək və ya kiməsə xeyir
verm
ək məqsədi ilə qərarların qəbul olunmasına öz təsirindən istifadə etmə (təsir
alveri);
rüşvətxorluq; korrupsiya (aktiv və passiv) [15, 67-78]. Fransa Cinayət
M
əcəlləsinin 432-II maddəsində [18, 432] korrupsiya, xüsusən passiv korrup-
siya v
ə ya rüşvətxorluğun əsas əlamətləri müəyyən edilmiş: hədə-qorxu ilə tələb
etm
ə və ya qəbul etmə; hər hansı hərəkəti törətmək və ya törətməkdən çəkinmə;
publik v
əzifəli şəxsin səlahiyyəti və ya öhdəlikləri dairəsinə daxil olma) və s.
aiddir.
Korrupsiya il
ə mübarizənin səmərəliliyində dünyada ilk yerlərdə daya-
nan Norveç Cinay
ət Məcəlləsinə 2003-cü il dəyişikliyi ilə ticarətdə korrupsiya
(276c), passiv v
ə aktiv korrupsiya (276b) və digər bölmələri daxil etmişdir [19,
213]. Korrupsiyanın anlayışını formalaşdıran əlamətlərin siyahısı geniş formada
qanunvericilikd
ə təsbit edilib.
Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının
2004-
cü il Qanununda (m.1) korrupsiyanın əlamətləri, Azərbaycan Respubli-
kasının Cinayət Məcəlləsində (m.308-314) məsuliyyət məsələləri ifadə edilib.
Az
ərbaycan Respublikasının qanunvericiliyində təsbit edilən korrupsiyanın əla-
m
ətləri bir sıra hallarda sadaladığımız dövlətlərin qanunvericilik praktikasına
uyğundur. Məsələn, Korrupsiyalaşmış xarici praktika haqqında ABŞ Qanu-
nunda, Almaniya Federativ Respublikasının Cinayət Məcəlləsində (1998)... vəd
verm
ənin ( hətta rüşvət verilməsi faktiki həyata keçirilməsə belə) ciddi qanun
pozuntusu sayılması Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan
Respublikasının 2004-cü il Qanunun 1-ci maddəsində də ifadə edilib.
Qanunun
1-ci madd
əsində deyilir ki, korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil
etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və sə-
lahiyy
ətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi
v
ə sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi
şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya gü-
z
əştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması (kurs –
61
mü
əll.) və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
Az
ərbaycan Respublikasının Cinayət Məcəlləsinin otuz ucüncü fəslində
v
əzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifəli
şəxsin səlahiyyətlərini mənimsəmə, rüşvət alma (passiv rüşvətxorluq), rüşvət
verm
ə (aktiv rüşvətxorluq), vəzifə saxtakarlığı, səhlənkarlıq kimi tərkiblər təsbit
edilib. Qeyd etm
ək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəllə-
sinin müvafiq f
əslində korrupsiya cinayətindən deyil passiv və aktiv rüşvət-
xorluqdan, v
əzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə səlahiyyətlərini
aşma və s. tərkiblərdən bəhs edilir. Azərbaycan Respublikasının Cinayət Mə-
c
əlləsində ifadə edilən əlamət və tərkibləri sadaladığımız dövlətlərin qanun-
vericilik v
ə Azərbaycan Respublikasının da iştirakçısı olduğu beynəlxalq mü-
qavil
ə praktikasına uyğun hesab etmək olmaz. Məsələ ondadır ki, ABŞ-ın,
Almaniya Federativ Respublikasının, Norveçin qanunvericiliyində korrupsiya
cinay
əti biznes, ticarət, sərmayə fəaliyyətilə əlaqələndirilmişdir. İfadə etdiyimiz
Fransa qanunvericiliyind
ə də rüşvətxorluq korrupsiya cinayətindən fərqləndiri-
lir. Korrupsiya cinay
əti ictimai əhəmiyyətli biznes layihələrilə əlaqəli olmalıdır.
Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının 2004-cü il
Qanunun 8.2 madd
əsində korrupsiya üçün nəzərdə tutulan (əlli manat) məbləğ
d
ə korrupsiya cinayətinin əlaməti baxımından başa düşülən deyil.
Hesab edirik ki, korrupsiyanın anlayışı ilə bağlı Azərbaycan Respub-
likasının qanunvericiliyi ABŞ-ın, Almaniya Federativ Respublikasının, Norve-
çin qanunvericiliyind
əki anlayışa uyğunlaşdırılmalıdır. Azərbaycan Respubli-
kasının qanunvericiliyində Almaniya Federativ Respublikasının qanunvericili-
yind
ə ifadə edilən...siyasi nüfuzundan və ya ticarət və sənaye sahəsində möv-
qeyind
ən sui-istifadə edilməsi..., ABŞ qanunvericiliyində ...biznes fəaliyyətini
h
əyata keçirmək imkanı əldə etmək...və ya əməlin korrupsiya hüquq pozuntusu
kimi qiym
ətləndirilməsi üçün «real məqsədin» biznes fəaliyyətini həyata keçir-
m
ək imkanı əldə etmək və ya onu qoruyub saxlamaq...istiqaməti ifadə edil-
m
əlidir.
Az
ərbaycan Respublikasının qanunvericiliyində korrupsiya cinayəti
üçün d
əqiq anlayışın olmamasını müəyyən mənada beynəlxalq müqavilə prak-
tikası ilə də əlaqələndirmək olar. Beynəlxalq müqavilələr, bu sahədə qəbul edi-
l
ən digər aktlar da bu cinayəti tam ehtiva edəcək anlayışı formalaşdıra bilmə-
mışlər. Məsələn, BMT-nin 2003-cü il Korrupsiyaya qarşı mübarizə haqqında
Konvensiyası bu problemin həllindən yan keçmişdir. Avropa Şurasının həm
cinay
ət, həm də mülki-hüquqi məsuliyyət
haqqında Konvensiyalarında bu
cinay
ət üçün anlayışı tam saymaq olmaz. Korrupsiyaya görə mülki-hüquqi
m
əsuliyyət haqqında 1999-cu il Konvensiyasının 2-ci maddəsi ümumi formada
bu cinay
ətə anlayış verirsə, Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında
Konvensiyada (m.2) bu m
əsələnin həlli daxili qanunvericiliyin öhdəsinə
buraxılır.
Əslində beynəlxalq aktlara görə korrupsiya ümumiləşdirici anlayış ola-
raq diqq
ətə gəlir. Məsələn, BMT-nin Beynəlxalq kommersiya əməliyyatlarında
62
korrupsiya v
ə rüşvətxorluqla mübarizə haqqında 1996-cı il Bəyannaməsinin 1-ci
madd
əsində deyilir ki, ...beynəlxalq kommersiya əməliyyatlarında rüşvətxor-
luqla v
ə onunla bağlı korrupsiyanın bütün formaları (kurs
– mü
əll.) ilə mübarizə
üzr
ə səmərəli və konkret tədbirlər qəbul etmək ifadə edilir. Eynilə Avropa
Şurasının Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında 1999-cu il Konven-
siyasının bir çox müddəaları korrupsiyanın növlərini ehtiva edir. Bunlardan
cinay
ət yolu ilə əldə edilən gəlirlərin yuyulması ilə bağlı korrupsiya adlanan
13-cü madd
ə qiymətləndirmə üçün bilavasitə Cinayətkar fəaliyyətdən əldə
edil
ən gəlirlərin yuyulması, müəyyən edilməsi, götürülməsi və müsadirə edil-
m
əsi haqqında Avropa Şurasının Konvensiyasına istinad etməklə bu cinayətin
xarakterini göst
ərir. Yenə də, 7 və 8-ci maddələrdə “xüsusi sektorda aktiv və
passiv
ələ alma”, 14-cü maddədə “hesablarla əməliyyatlar” və s. bu cinayətin
iqtisadi sfera üçün xarakterik olduğunu göstərirsə, digər maddələr isə bu sfera ilə
bağlı olan və korrupsiya ehtimalına daha tez məruz qalacaq, statusu bu sfera
üçün xüsusi
əhəmiyyət kəsb edən vəzifəli şəxslərin ələ alınmasını ehtiva edir
(m.4, 5, 6, 9, 11 v
ə s.). Bu hal 2003-cü il MDB-nin Antikorrupsiya siyasəti
haqqında qanunvericiliyin əsasları üzrə Model Qanunu üçün də xarakterikdir.
Beyn
əlxalq müqavilələrdən BMT-nin 2003-cü il Korrupsiyaya qarşı
mübariz
ə haqqında Konvensiyasına görə, korrupsiya əsasən iqtisadi xarakterli
əməlləri ehtiva edir. Belə əməllərdən: xarici dövlətin vəzifəli şəxslərinin və
dövl
ətlərarası təşkilatların qulluqçularının rüşvətlə ələ alınması (m.16); dövlətin
v
əzifəli şəxsləri tərəfindən əmlakın talanması, mənimsənilməsi və ya başqa cür
m
əqsəddənkənar istifadəsi (m.17); nüfuz alveri (m.18); qanunsuz varlanma
(m.20); öz
əl sektorda rüşvətlə ələ alma (m.21); özəl sektorda əmlakın talanması
(m.22); cinay
ət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması (m.23); gizlətmə
(m.24);
ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma (m.25); hüquqi
şəxslərin məsuliyyəti (m.26) [16, s.59-61] və s.
Korrupsiya üçün xüsusi
əlamətlərdən biri də onun cəmiyyətə ciddi zərər
vurmasıdır. Dr. H. Fuller korrupsiyanın dəhşətli qlobal nəticələrə malik olması
il
ə bağlı BMT-nin Baş katibi Pan Ki Munun 9 dekabr Beynəlxalq Antikorrup-
siya günü il
ə bağlı tədbirlərin birində söylədiyi «korrupsiyanın məhz cinayət
oldu
ğu üçün rədd edilməli olması, onun biznes dairələrinə neqativ təsiri, kon-
trabanda il
ə məşğul olan şəxslərin əlində silah kimi istifadə edilməsi, idarəet-
m
əyə və hüquq normalarına dağıdıcı təsiri» barədə xəbərdarlığını xatırladır [24].
Boston Şimal-Şərq Universitetinin professoru Nikos Passas qeyd edir ki,
korrupsiya ...siyasi sabitliyi pozan, inkişafa təxribat yaradan, azad rəqabəti
sarsıdan, qanunun aliliyini təhdid edən, etimadsızlıq yaradan, bərabərsizliyə və
yoxsulluğa xidmət edən, şərin və ədalətsizliyin başqa mənbələrinə şərait yaradan
bir b
əladır [29, 9]. Son dövrlərin elmi araşdırmalarında korrupsiya və onun
müxt
əlif təzahür formaları XXI əsrdə dövlətlərin və xalqların demokratik,
etik-m
ənəvi dəyərlərinə, onların sosial-iqtisadi inkişaflarına ciddi zərbə və
qorxu tör
ədən qlobal bir problem hesab edilir [28, 7-8].
Korrupsiya fenomenini t
ədqiq edən bir sıra mütəxəssislərin fikrincə,
63
h
ətta bəzi hallarda korrupsiyaya bəraət qazandırmaq olar [14, 122]. Məsələn,
faşist Almaniyasında yəhudilərin canlarını, ailələrini qurtarmaq məqsədilə
rüşvət verib ölkəni tərk etmələri qeyd edilir. Lakin bu tədbir humanist xarakteri
daşıdığından onu korrupsiya kimi qiymətləndirmək olmaz. Təsadüfi deyil ki,
Korrupsiyalaşmış xarici praktika haqqında ABŞ Qanununda heç də bütün
öd
əmələr Qanunun müddəalarının pozulması kimi qiymətləndirilmir. Əməlin
korrupsiya hüquq pozuntusu kimi qiym
ətləndirilməsi üçün niyyətin qeyri-qa-
nuni üstünlük
əldə etmək istiqaməti təzahür etməlidir. Faşist Almaniyasında
y
əhudilərin canlarını, ailələrini qurtarmaq məqsədilə rüşvət verib ölkəni tərk
etm
ələri humanist xarakterli akt olmaqla pozitiv üstünlüyə deyil, neqativ
diskriminasiyanın aradan qaldırılmasına xidmət edib.
Bel
əliklə, korrupsiya cəmiyyət tərəfindən ayrı-ayrı sosial institutlara və
ya şəxslərə hakimiyyət imkanlarının verilməsini və ya axırıncıların belə im-
kanları qəsb etməsini şərtləndirən və idarəçiliyin əksər modellərinə xas olan
neqativ hal olmaqla hakimiyy
ət funksiyasından qeyri-qanuni istifadəyə yol
aç
an, şəxsi qazanc məqsədini ictimai maraqlardan üstün tutan, cəmiyyət üçün
ciddi siyasi, iqtisadi, hüquqi v
ə s. təhdid yaradan qeyri-humanist xarakterli
sosial hadis
ədir.
ƏDƏBİYYAT
1.
M
əsimli Ə., Məsimli İ. Korrupsiya və şəffaflıq. Bakı, 2005, s. 4; Məmmədov R.F., Qəm-
b
ərov H.D., Məmmədov X.R. Korrupsiya ilə mübarizə: beynəlxalq hüquq və Azərbaycan
Respublikasının milli qanunvericilik təcrübəsi. Bakı: Azərnəşr, 2013, s.9-10
2.
Parenti Maykl. Seçilmişlər üçün demokratiya. Bakı: 2008, 512 s.
3.
Tarhan Bülent R. Yolsuzluklarla mücadele: Kanunlar, Yönetmelikler, Ulus
lararası söz-
leşmeler, eylem planları. Ankara: 2006, s. 7
4.
Артемьева М.В. Коррупция и коррупционные преступления //Юридическая наука, М.:
2011, № 1, с.43-47
5.
Бакатин Д.В. Закон США о коррупционной деятельности за рубежом. Некоторые
вопросы применения и толкования: Монография / Д.В. Бакатин, Т.К. Ковалева. М.:
МГУ, 2001, 78 с.
6.
Давитадзе М.Д. Коррупция: вид, причины и последствия //Актуальные проблемы
борьбы с коррупцией и организованной преступностью: сб. науч. ст. /под ред
Н.Г.Кадникова и М.М.Малниковцева. М.: 2009,с. 56-57
7.
Законы XII Таблиц //История Древного Рима. http://www.ancientrome.ru/gosudar-
/12.html
8.
Зотова Г. Противодействие коррупции за рубежом //Преступление и наказание, 2011,
№ 4, с.23-25
9.
К обществу без кооррупции. Информационно-аналитический журнал, 2001, № 3, s.8
10.
Коррупция-глобальная проблема современности. Библиографический указатель /сост.
Н.Е.Козельцева; отв. 3-и вып. Л.Н.Патрина; ТОГБУК «Тамб. Обл. универс. Науч.
библиотека им А.С.Пушкина».Отдел правовой информации. Тамбов: 2012, с.49
11.
Климова М.В. Состояние, динамика и структура коррупционной преступности в РФ //
Обеспечение процесса реформирования исполнения наказания в Российской Феде-
рации: сб. материалов междунар. науч.-практ. конф. Рязань: 2010, с. 179-183
12.
Кремянская Е. Организация борьбы с коррупцией в зарубежных странах: опыт США и
Великобритании //Право и управления XXI век. №3 (28), 2013, с.
24-31
64
13.
Мари Мендрас. Обогащение и клиентско-патронажные отношения в России //
Конституционное право: Восточно-европейский обзор, № 1(22), 1998, с. 122
14.
Марку Ж. Борьба против коррупции во Франции // Журнал российского права, 2012,
№ 7, с.67-78
15.
Международно-правовые основы борьбы с коррупцией и отмыванием преступных
доходов. Сборник документов /Сост. В.С.Овчинский.-М.: ИНФРА-М, 2004, с. 59-61
16.
Тихомирова Л.В., Тихомиров М.Ю. Юридическая энциклопедия /под ред. Л.В.Тихо-
мирова. Изд.5-е, доп. и перераб. М.: 2001, 443 с.
17.
Уголовный Кодекс Франции. Перевод с французского Н.Е.Крыловой, Санкт-Петер-
бург: 2003, 650с.
18.
Уголовный Кодекс Норвегии. Перевод с норвежского А.В.Жмения. Санкт-Петербург:
2003, 375 с.
19.
Хабриева Т.Я. Научно-правовые проблемы противодействия коррупции //Журнал
россииского права,-2012, № 7, с, 7
20.
Building integrity and reducing corrupttion in defence / A Compendium of best practices.
Geneva centre for the democratic control f armed forces. Geneva, 2010, p. 3-13
21.
Buscagila Eduardo and Dijk van Jan. Controlling organized crime and corruption in the
public sector //
Forum on crime and society. Vol. 3, № 1 and 2, December, 2003. p. 3-9
22.
Cash for Peerages, http://everything2.com/title/Cash+for+Peerages
23.
Heike Fuller. Corruption prevention at the Federal Foreign Office, http: // www.
auswaertiges-amt.de
24.
Hofman S. Lessons and questions to combat bribery and corruption under international law.
Washington, 2001, p. 7-8
25.
Klitgaard R. Introduction: subverting corruption //Global Crime.
2006. № 7, pp. 299- 307
26.
Organized crime, corruption and the vulnerability of defence and security forces //
Transparency international UK, 2011, p. 14-17
27.
Susan Rose-Acherman, Tina Soreide. International Handboook on the economics of
corruption, Volume two. 2011, 624p.
28.
The United Nations Convention against Corruption as a way of life. Edited by Nikos Passas
and Dimitri Vlassis. Milan. ISPAC, 2007. 268 p.
КОРРУПЦИЯ КАК ФЕНОМЕН ПОДВЕРГАНИЯ ОБЩЕСТВЕННЫХ
ИНТЕРЕСОВ ЛИЧНОМУ ЗЛОУПОТРЕБЛЕНИЮ
ВО ВЛАСТНЫХ ОТНОШЕНИЯХ
С.С.СУЛТАНОВ
РЕЗЮМЕ
Статья посвящена правовой оценке классификации признаков, образующих
понятие коррупции как преступления, являющегося одной из серьезных проблем
политической системы. В статье исследуются направления исторического развития
коррупции, вопросы борьбы с коррупцией в отдельных государствах. В сравнительной
форме анализируется законодательство развитых государств в современный период. В
оценке этого преступления исследуются международные договорные нормы в отношении
внутреннего законодательства. Отмечаются пробелы в законодательстве Азербай-
джанской Республики и делаются предложения в целях их устранения.
Ключевые слова: коррупция, злоупотребление властью, взятка, общественные и
личные интересы, антикоррупционное законодательство, борьба с коррупцией, незакон-
ное превосходство
65
CORRUPTION AS A PHENOMENON OF EXPOSURE OF THE PUBLIC INTERESTS
TO THE PERSONAL ABUSE IN POWER RELATIONS
S.S.SULTANOV
SUMMARY
The article is devoted to the legal assessment of the classification of signs, forming the
concept of corruption as a crime, which is one of the major problems of the political system. The
article investigates the historical development trends of corruption, the fight against corruption
in various countries. The article includes the comparative analysis of the legislations of modern
developed countries. International treaty provisions are researched in relation to domestic
legislation during the legal assessment of this crime. Gaps in the legislation of the Republic of
Azerbaijan are noted and proposals were made to eliminate them.
Key words: corruption, abuse of authority, bribe, public and private interests,
anti-corruption legislation, combating corruption, illegal superiority
66
Dostları ilə paylaş: |