59
(nəzmə çəkən, şair) və ya «müsənnif» (müəllif) adlandırmışlar.
Məsələn, XV əsr Azərbaycan tərcümə əsəri «Əsrarnamə»nin
mütərcimi Əhmədi Təbrizi kitabın bir yerində onu farsdilli
sufi şairi Fəridəddin Əttarın (514/1120-628/1230) ədəbi
irsindən seçmə yolu ilə tərcümə etdiyini açıq-aşkar şəkildə
bildirir, digər bir yerdə isə özünü «nazim» adlandırır (bax: 58,
34-38). Eləcə də XVI əsr Azərbaycan tərcümə abidəsi
«Şühədanamə»nin mütərcimi Nişati kitabın əvvəlində onu
fars dilindən tərcümə etdiyini bildirməsinə baxmayaraq, sonda
özünü «müsənnif» kimi təqdim edir (bax: 75, 338a). Bunun
başlıca səbəbi isə orta əsrlərdə tərcümə ədəbiyyatının,
xüsusilə də poetik tərcümələrin çağdaş tərcümə sənətindən
kəskin şəkildə fərqlənməsidir. Bu səciyyəvi xüsusiyyətlərinə
görə orta yüzilliklərə aid bir sıra tərcümə əsərlərinin
mütərcimləri daha çox həmin əsərlərin müəllifləri hesab
edilmişlər. Təsadüfi deyil ki, klassik tərcümə ədəbiyyatı
nümunələrinin bir çoxu elə mütərcimlərin adları ilə tanınır.
Məsələn: Əhmədinin «Əsrarnamə»si, Nişatinin «Şühəda-
namə»si və s. Bu ənənə nadir hallarda çağdaş dövrümüzdə də
yaşanır. Məsələn, fılologiya elmləri doktoru Ataəmi
Mirzəyevin qeyd etdiyi kimi, Xəlil Rza Ulutürkün adı ilə çap
olunan «Turan çələngi» kitabında şairin fars dilindən etdiyi
tərcümələr toplanmışdır (bax: 47, 13).
Məlum olduğu kimi, klassik ədəbiyyatın bir çox
ənənələri XIX əsr Azərbaycan ədəbiyyatında da davam
etdirilmişdir. Həmin dövr ədəbiyyatında Füzuli ənənələrinin
geniş yayılması buna əyani sübutdur. Klassik tərcümə
ənənələri də bu baxımdan istisna deyil. Belə ki, orta
əsrlərdə geniş yayılan sərbəst tərcümə nümunələrinə XIX
yüzillikdə də təsadüf edirik. Məsələn, görkəmli Azərbaycan
şairi Seyid Əzim Şirvani farsdilli şair Übeyd Zakaninin (öl.
881/1370-71) «Qorbe və muş» («Pişik və siçan») adlı
təmsilini farscadan tam sərbəst şəkildə ana dilinə
çevirmişdir. Belə ki, S.Ə.Şirvəni 159 beytlik bu şeirdən
60
yalnız 65 beyti sərbəst tərcümə edərək təmsili öz əlavələri
ilə daha da genişləndirmiş və ondakı beytlərin sayını
300-ə çatdırmışdır (17, 72). «Riyazül-qüds» üzərindəki
müşahidələrə əsasən deyə bilərik ki, A.Bakıxanov da
burada sərbəst tərcümələrə xas olan başlıca xüsusiy-
yətlərin (bax: 55, 30-41) təsiri altında olmuş, yəni «Cəlaül-
üyun»un istənilən yerini buraxmış və istədiyi yerdə türkcə
mətnə öz əlavələrini artırmaqdan çəkinməmişdir. Deməli,
A.Bakıxanov da sələfləri Əhmədi və Nişati kimi tərcümə
sənətini bədii yaradıcılığın xüsusi bir növü hesab edərək,
«Riyazül-qüds»ə müstəqil bir əsər kimi yanaşmış, məhz
buna görə yuxarıdakı misralarında bu əsərin ərsəyə
gətirilməsində özünün müəyyən əməyi və payı olduğunu
diqqətə çatdırmaq istəmişdir.
A.Bakıxanov «Riyazül-qüds»ün daha bir yerində yenə də
şeir parçasında dolayısı ilə bu fıkri vurğulayır. İmam
Hüseyn
(ə.)
haqqındakı babda imamın bu dünyadakı həyatının
son anlarını təsvir edərkən A.Bakıxanov əsərin baş qəhrəmanı
haqqındakı şeirində yazır:
Novbəhari-«Riyazül-qüds»,
Və pərtovi-«Cəlaül-üyun». (62a)
Fikrimizcə, A.Bakıxanov burada imam Hüseyni (ə.)
«Riyazül-qüds»ün təzə baharı, «Cəlaül-üyun»un işığı
adlandırarkən bu iki əsərin
adlarını
ayrı-ayrı çəkməklə onların
hər birinə ayrıca bir əsər kimi yanaşdığını vurğulamaq istəmişdir.
Əsərin başqa bir yerində isə, o, imam Hüseyn (ə.) haqqındakı
kitabları sadalayarkən bu siyahıda müstəqil əsərlərin, o cümlədən
«Cəlaül-üyun»un adını çəkir, «Riyazül-qüds»ün adını isə dilə
gətirmir:
Və ətri-dilavəzi-güli-reyhan,
61
Və mənbəi-«Eynül-büka»
F
*
F
.
Və «Cəlaül-üyun»i-əhli-cəhan,
Və pirayeyi-novbəhari-«Rövzətül-vaizin»
F
**
F
. (24a)
A.Bakıxanovun «Riyazül-qüds»ü öz müstəqil əsəri hesab
etməsi ilə bağlı daha bir məqam - maraqlı faktı qeyd etmək yerinə
düşər. «Riyazül-qüds»ün sözügedən əlyazmasında əsərin mətni
91a vərəqində tamamlanır, lakin nüsxədə bundan sonra daha
üç vərəq vardır. Həmin vərəqlərdə (91b-94b) katibin öz xətti
ilə müxtəlif şairlərin (Molla Mehdi Nəraqi, Heyran Rumi,
Molla Bağır Xoyi, Fərrux bin Məsih Qarabaği-Təbrizi və
b.) türkcə və farsca növhələri yazılmışdır. Əsasən, imam
Hüseynin (ə.) böyük oğlu Əli Əkbər haqqında olan bu
növhələrdən biri də A.Bakıxanovun qələminin məhsuludur.
Əlyazmanın 91a vərəqindəki: «Rəhm eylə göz
yaşimə
, getmə
bu meydanə, Əli» misrası ilə başlayan on beş beytlik həmin
növhənin əvvəlində katibin farsca belə bir qeyd vardır: «Əz-
Əbbasquli ağa-ye Qobbei-mosənnəf-e «Riyazol-qods»
(«Riyazül-qüds»ün müəllifi Abbasqulu ağa Qubalınındır»). Bu
fakt açıq-aşkar göstərir ki, «Riyazül-qüds»ün əlyazması
köçürülən vaxt, yəni 1842-ci ildə A.Bakıxanov «Riyazül-
qüds»ün müəllifı kimi tanınırmış. Həmin növhənin indiyə qədər
nəşr edilmədiyini nəzərə alaraq onu ilk dəfə tam şəkildə diqqətə
çatdırırıq.
Növhə
Rəhm eylə göz yaşimə, getmə bu meydanə, Əli,
Heyfdir kakili-mişkin batə al qanə, Əli.
Qoyma hicrində bəni əşk tökəm həsrət ilə,
*
Yuxarıda qeyd etdiyimiz kimi, Məhəmməd Tağı Bürucərdi Kaşaninin
əsəridir.
**
Əbu Əli Məhəmməd Fəttal Nəysəburi əl-Farisinin (XI əsr) əsəridir.
62
Şəmtək suzi-dilimdən yanə pərvanə, Əli.
Bilürəm axir əlimdən üzülür vəsl ətəgin,
Qoy çəkim həsrət ilə zülfünə bir şanə, Əli.
Məni-sövdazədəni qoyma dutum daməni-dəşt,
Salma Məcnun kimi Leylayi biyabanə, Əli
Demə çək daməni-vəslimdən əlin, Nuhsifət
Verürəm aləmi bir ah ilə tufanə, Əli.
Ol siyəh türrələrin boynuma zəncir salub,
Çəkmə, çəkdün bəni Yusif kimi zindanə, Əli.
Bir tərəf dərdi-qəmin, ol tərəfə hicri-rüxün,
Bu qədər yaxşı degil zülm bir insanə, Əli.
Tökmə zülfün yüzünə etmə nihan xallarını,
Bədnəzər dəfinə lazımdı siyəhdanə, Əli.
Didə-nəm, qamət-xəm, bəxt-siyəh, tale-kəm,
Görsə kafər məni, billah, gəlür imanə, Əli.
Həzər et əhli-cəfadən, verilür tiri-cəfa,
Bərgi-gül tab gətürməz dəmi-peykanə, Əli.
Sən gedərsən dağlur, ceyş olur bərhəm əsas,
Ceyş lazımdı bu gün bir belə sultanə, Əli.
Mürği-vəhşi kimi, billah, oluram guşənişin,
Dutaram bayqu kimi mənzili-viranə, Əli.
Şanədən nalə yetər guşimə, bu rəmz nədir,
Hər zaman kim çəkərəm zülfi-pərişanə, Əli.
Olmaya çərxi-fələk cövr ilə məni-dilzədəni,
Yandura qürbət ara atəşi-hicranə, Əli.
Qorxaram ah çəkəm, Qüdsi kimi ahimdən,
Yana bülbül, düşə od səhni-gülüstanə, Əli.
Yuxarıdakı fikri,
yəni A.Bakıxanovun “Riyazül-qüds”ü
özünün müstəqil əsəri saymasını
sübut edən ikinci və daha tutarlı
bir fakt isə yenə də
müəllifin
dilindədir. Maarifçi sənətkar ən
məşhur elmi əsəri olan «Gülüstani-İrəm»in sonunda verdiyi
tərcümeyi-halında bir neçə əsərinin adını çəkir ki, onlar sırasında
«Riyazül-qüds» birinci yerdədir: A.Bakıxanov burada «Riyazül-
Dostları ilə paylaş: |