63
qüds»ü özünün müstəqil əsəri kimi təqdim edir (76,206).
Beləliklə, «Riyazül-qüds»ün tərcümə və ya orijinal bir əsər
olması ilə bağlı suala birmənalı şəkildə belə cavab vermək daha
məqsədəuyğundur: Əsər «Cəlaül-üyun»un sərbəst və müxtəsər
tərcüməsidir. Qeyd etdiyimiz kimi, bunu ilk növbədə
A.Bakıxanovun sözügedən məsələ ilə bağlı «Riyazül-qüds»də
yer alan öz açıqlamaları təsdiqləyir. Bununla belə
«Riyazül-qüds»də A.Bakıxanovun müəyyən əməyinin, yara-
dıcılıq işinin olmasını da danmaq olmaz. Başqa sözlə desək,
«Riyazül-qüds» adi bir tərcümə əsəri deyil, klassik sərbəst-
yaradıcı tərcümə nümunəsidir. Məhz buna görə
A.Bakıxanov
da
orta yüzilliklərin bir sıra mütərcimləri kimi
«Riyazül-qüds»ü
öz doğma əsəri hesab etmişdir. Bu məsələdə
o, sözsüz ki, müəyyən mənada haqlıdır, çünki «Riyazül-
qüds» çağdaş tərcümələrdən bir sıra xususiyyətlərinə görə
kəskin şəkildə seçilən klassik sərbəst tərcümə nümunəsidir.
Burada daha bir incə məsələyə toxunmağı zəruri
sayırıq. A.Bakıxanov «Riyazül-qüds» üçün başlıca qaynaq
kimi nəyə görə ana dilində olan «Hədiqətüs-süəda»nı deyil,
məhz «Cəlaül-üyun»u seçmişdir? Kərbəla vaqiəsi mövzusunda
qələmə alınmış məşhur əsərlər üzərindəki müşahidələr
göstərir ki, XVI yüzillikdən başlayaraq, fars və ərəb dillərində
qələmə alınmış ən geniş yayılmış məqtəl kitablarını, əsasən,
böyük nüfuz sahibi olan ilahiyyatçı alimlər yazmışlar.
Məsələn, farsca ən məşhur məqtəl kitabı sayılan «Rövzətüş-
şühəda»nın müəllifi Hüseyn Vaiz Kaşifi dövrünün ən görkəmli
ilahiyyatçı alimi, vaizi olmuş, Qur'ani-Kərimə təfsir yazmışdır.
Eləcə də «Cəlaül-üyun»un müəllifi Məclisi, yuxarıda qeyd
etdiyimiz kimi, şeyxülislam olmuşdur. Kərbəla vaqiəsi
mövzusu isə bilavasitə dinlə, ilahiyyatla, müəyyən mənada
islam tarixi ilə bağlıdır. Deməli, bu mövzuda əsər yazmaq üçün
nüfuzlu ilahiyyatçı şəxs olmağın özü də o dövrdə başlıca
amillərdən, şərtlərdən biri sayılmışdır.
Mütəfəkkir şair Məhəmməd Füzulinin Kərbəla vaqiəsi
64
mövzusunda «Hədiqətüs-süəda» əsərini qələmə almasına
gəldikdə isə, qeyd edildiyi kimi, o da bu kitabı üçün ilahiyyatçı
alim Kaşifınin «Rövzətüş-şühəda»sını əsas götürmüşdür. Deməli,
elə o dövrdə də A.Bakıxanovun sələfi Füzuli, təbii ki, mütəfəkkir
bir şair sayılır, Məclisi isə nüfuzlu ilahiyyatçı alim kimi
tanınırmış. Görünür, A.Bakıxanov da bu başlıca amili nəzərə
alaraq, öz kitabını tərtib edərkən Füzulinin «Hədiqətüs-süəda»sına
deyil, Məclisinin «Cəlaül-üyun» əsərinə üstünlük vermiş və onu
ixtisar şəklində ana dilinə çevirmişdir. Qeyd edək ki, «Cəlaül-
üyun»un sözügedən məsələdə daha mötəbər sayılmasında
Məclisinin tez-tez müxtəlif mənbələrə, o sıradan ilkin ərəb
qaynaqlarına müraciət etməsi də, təbii ki, az əhəmiyyətli
olmamışdır. Məlum olduğu kimi, müsəlman Şərqində tarixə aid
qaynaqların çoxu ilk öncə ərəb dilində yazılmış və daha mötəbər
mənbə sayılmışdır. Beləliklə, bütün bu amilləri nəzərə aldıqda
A.Bakıxanovun sözügedən məsələdə «Cəlaül-üyun»a üstünlük
verməsi təbii qəbul edilməlidir. Onu da qeyd edək ki, «Cəlaül-
üyun» ortaya çıxdıqdan sonra bir sıra şiə ilahiyyatçı alimləri
«Rövzətüş-şühəda» ilə müqayisədə Məclisinin əsərini bu
məsələdə daha mötəbər mənbə və nüfuzlu qaynaq
saymışlar, çünki burada şiəliyin təbliği daha açıq və
qabarıq şəkildə öz əksini tapmışdır. Təkcə belə bir faktı
qeyd etmək kifayətdir ki, Kaşifinin «Rövzətüş-şühəda»
əsərində imam Hüseyndən (ə.) sonra yaşamış imamların həyatına
ayrıca bölmə həsr edilmədiyi halda, Məclisi «Cəlaül-üyun»da
hər bir imamın həyatını ayrıca babda təfsilatı ilə qələmə
almışdır. Məlum olduğu kimi, şiəlikdə isə on iki imama etiqad ən
başlıca və vacib şərtlərdən biri sayılır. Onu da əlavə edək ki,
keçən yüzillikdə İranın ayrı-ayrı nüfuzlu din xadimləri, ilahiyyatçı
alimləri Kaşifinin əsərində verilən bəzi rəvayətlərin həqiqətə
uyğun gəlmədiyini göstərmiş və məhz bu səbəbdən də onu tənqid
etmişlər (bax: 28, 607-608).
A.Bakıxanov «Riyazül-qüds»ü qələmə aldığı dövrdə də
onun özünün də qeyd etdiyi kimi, «Cəlaül-üyun» Kərbəla
65
müsibəti mövzusunda daha mötəbər qaynaq sayılırmış.
Burada bir məsələni də qeyd etməyi lazım bilirik.
«Riyazül-qüds»də A.Bakıxanovun öz qələminin məhsulu
olan «dibaçə» hissəsi üzərindəki müşahidələr göstərir ki, o,
«Riyazül-qüds» üzərində işləyərkən gənc olmasına bax-
mayaraq, islama, onun müqəddəs kitabı olan Qur'ana və
qələmə aldığı mövzuya,
müxtəlif qaynaqlara
yetərincə bələd
olmuşdur. Gənc A.Bakıxanovun kitabın bu hissəsində tez-tez
Qur'ana müraciət etməsi, bu səmavi Kitabdakı ayrı-ayrı ayələrə
yerli-yerində və çox uğurla, məqsədəuyğun şəkildə üz
tutması, onları tutalqa, dəlil olaraq göstərməsi bunu əyani
şəkildə sübut edir.
Bu məsələyə diqqət yetirən Ə.Əhmədovun
ehtimalına görə A.Bakıxanov həyatının Quba dövründə
(“Riyazül-qüds”də bu dövrə aiddir) dini titul almağa
hazırlaşırmış. Bu fikirlə müəyyən mənada razılaşmaq olar, lakin
məlum olduğu kimi, A.Bakıxanov elə “Riyazül-qüds”ü qələmə
aldığı il Tiflisə köçür və tamamilə fərqli yeni bir mühitdə
əvvəllər belə bir niyyətdə olsa belə, ondan vaz keçməli olur.
2.3. «Cəlaül-üyun» və «Riyazül-qüds»: oxşar cəhətlər.
«Riyazül-qüds»ün tərcümə xüsusiyyətləri
«Riyazül-qüds»ün əsasən tərcümə səciyyəli bir əsər
olmasının sübutu olaraq A.Bakıxanovun
əsərin əlyazmasında
verilən
yuxarıda göstərdiyimiz qeydləri əslində yetərlidir və ən
başlıca arqument, əsas dəlil sayılmalıdır. Bununla belə, bu fıkrin
əyani şəkildə sübutu olaraq və tam yəqinlik əldə etmək üçün biz
hər iki əsərin
–
«Riyazül-qüds»
və
«
Cəlaül-üyun
»
un
mətnləri
üzərində də müqayisə aparmağı məqsədəuyğun saydıq. Bəri
başdan qeyd edək ki, bu iki əsər arasında həm oxşar cəhətlər, həm
də fərqli xüsusiyyətlər özünü göstərir. İlk öncə hər iki əsər
arasındakı oxşar cəhətlər üzərində dayanaq. Müqayisə göstərir
Dostları ilə paylaş: |