Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə23/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

72 
 
Həqq-təala ona vəhy etdi kim, ya İbrahim, cümleyi-
maxələqəllahidən kimi ziyadə sevərsən? Ərz eylədi: Əşrəfi-
məxluqat Məhəmmədül-Mustafanı... Buyurdu: Ya İbrahim, bir 
güruh kim də'viyi-iman və lafi-mütabiəti-peyğəmbəri-axir-
üzzəman edücəkdirlər, onun cigərguşəsi imam Hüseyni zülm və 
üdvan
 ilə biyabani-Kərbəlada ləbi-təşnə və tənha gül kibi 
ə'zayi-lətifin xar və navəki-tir və nuki-şəmşir ilə parə-parə 
qılub naz ilə bəsləyən bədənin xakü xun içində qəltan edüb
səri-mübarəkin xəncəri-bidad ilə kəsəcəkdürlər. Bu əmri-
şəni'ə irtikab etməklən müstövcibi-qəzəb və nüzüli-səxət ilə 
müəzzəb olacaqdurlar. Bu əxbari-pürməhin istima'indən və bu 
göftüguyi-dilşikən ittilaindən həzrəti-Xəlilullah qayətdə 
mütəəllim olub giryə qılduqda xitab yetişdi: Ya İbrahim, 
etdigün cəzə'i fərzəndin İsmayıla fəda qıldum...» (31b) 
Qeyd edək ki, ixtisarla verdiyimiz bu epizodun ilk 
hissəsi - İbrahim peyğəmbərin oğlu İsmayılı qurban 
kəsmək istərkən Allah-taalanın ona qurbanlıq (qoyun) 
göndərməsi ilə bağlı hadisə məşhurdur və Qur'ani-Kərimdən 
götürülmüşdür (Saffat, 99-107). Epizodun davamı olaraq 
verilən hissələr - Allah-taalanın İbrahimə sual şəklində 
göndərdiyi vəhylər və İbrahimin cavabları isə mətndən də 
göründüyü kimi, imam Rzanın (ə.) rəvayətinə əsasən veril-
mişdir. Farsca mətnin məzmununun «Riyazül-qüds»də, 
demək olar ki, eynilə öz əksini tapdığını nəzərə alaraq, onun 
çağdaş dilimizə tam tərcüməsini verməyə ehtiyac duymur 
və birbaşa müqayisəli təhlili üzərində dayanmağı 
məqsədəuyğun sayırıq. İlk öncə bu mətnin farscası ilə onun 
türkcə qarşılığında üst-üstə düşən, uyğun gələn məqamları 
nəzərdən keçirək. Hər iki mətndəki ilk cümlənin məzmunları 
bir-birlərinə tam uyğun gəlir. Bunu elə farsca cümlədəki bəzi 
sözlərin türkcə cümlədə də ya eynilə işlənməsi və ya 
qismən tərcümə edilməsi açıq-aşkar şəkildə sübut edir: 
«əmr kərd» - «əmr etdi», «fərzənd-e xod» - «kəndü 
fərzəndi», «ğorban konəd» - «qurban etsün». Göründüyü kimi, 


73 
 
A.Bakıxanov farsca mətndəki «əmr kərd» və  «ğorban 
konəd» fellərinin birinci hissəsini saxlamış, ikinci hissəsini isə 
onun türkcə qarşılığı ilə vermişdir. O, «fərzənd-e xod» (“öz 
oğlu”) izafət tərkibində isə «fərzənd»  ismini saxlayaraq
«xod»  əvəzliyini onun qarşılığı ilə - «kəndü»  əvəzliyi ilə 
vermişdir. Tərcümədə həcmcə kiçik olan ikinci cümlədə də 
Bakıxanov orijinaldakı «qusfənd»  (qoyun) sözünü saxlamış, 
buradakı  «əmr kərd» felinin əvəzində isə onun qarşılığını - 
«hökm etdi» felini işlətmişdir. A.Bakıxanov həcmcə nisbətən 
böyük olan üçüncü cümləsində isə farsca mətndəki «ərfə'-e 
dərəcat-e əhl-e məsaeb» (müsibət əhlinin ən yüksək 
dərəcəsi) izafət tərkibini eynilə saxlamış «əziztərin 
fərzəndan-e mən» (ən əziz oğlan övladı) tərkibini isə «əəzzi-
övladımın»  (birinci söz «əziz»in üstünlük dərəcəsidir: «ən əziz») 
şəklində vermişdir. 
A.Bakıxanov sonrakı cümlələrdə də farsca mətndə 
olan  «zolm-o odvən» (zülm və ədavət), «mostouceb-e ğəzəb» 
(qəzəbə düçar olmaq), «cəzə'»  (qəm, kədər), «də'vi»  (iddia) 
kimi söz və söz birləşmələrini də olduğu kimi saxlamışdır. 
Ümumiyyətlə, istər bu iki parça bütövlükdə, istərsə də onun 
tərkibində olan cümlələr ayrı-ayrılıqda məzmunca bir-birinə 
tam uyğun gəlir. Hər iki nümunədə eyni hadisədən, eyni 
mövzudan bəhs edilir - bir sözlə, onlar məzmun baxımından 
bir-biri ilə üst-üstə düşür. Başqa sözlə desək, «Riyazül-
qüds»dəki bu epizod eynilə «Cəlaül-üyun»dan tərcümə 
olunmuşdur. 
Bu parçalar arasında müəyyən fərqli cəhətlər də müşahidə 
olunur ki, bu da, əsasən, iki şəkildə özünü göstərir. Birincisi 
fikrin ifadə tərzində, bədiilikdə; ikincisi isə cümlə quruluşlarında. 
Ümumiyyətlə, hər iki əsərin mətnləri üzərindəki müşahidələr 
göstərir ki, A.Bakıxanov Məclisindən fərqli olaraq, cümlələrini 
bədii şəkildə qurmağa, fikri daha emosional və canlı şəkildə 
ifadə etməyə, dəbdəbəli və təmtəraqlı ifadələri, təntənəli 
ibarələri və uzun silsiləli tərkibləri işlətməyə meyilli olmuşdur 


74 
 
ki, bu da ilk növbədə «Riyazül-qüds»ün adi nəsrlə deyil, qafiyəli 
nəsrlə qələmə alınması ilə bağlıdır. Bu xüsusiyyət 
yuxarıdakı parçalarda da açıq-aşkar şəkildə özünü göstərir. 
Hər iki parçanın müqayisəsində türkcə mətndəki bir çox 
söz və ifadələrin qarşılığının onun farscasında olmadığını, 
yəni A.Bakıxanov tərəfindən tərcüməyə artırıldığını 
müşahidə etmək olar. Məsələn, türkcə mətnin ilk 
cümləsində qafiyə xatirinə işlənmiş «hakimi-ələlitlaq» 
(mütləq hakim - Allah) və «mə'budi-bilistihqaq»  (şərafət   
sahibi - Allah) birləşmələrinin farsca mətndəki qarşılığı 
yalnız  «Həğğ-təala»  (uca Allah) birləşməsidir. Başqa bir 
nümunə: farsca mətnin sonunda olan və imam 
Hüseynin (ə.) adı çəkilən cümlədə Allah-taalanın 
İbrahimə vəhyindən danışılır. Həmin cümlənin çağdaş 
dilimizə tərcüməsi belədir: «Ey İbrahim, bir qrup iddia 
edəcək ki, Məhəmmədin ümmətindənəm və onun övladı 
Hüseyni zülm və əzabla öldürəcək, necə ki qoyunu öldürürlər
bu səbəbə görə də mənim qəzəbimə düçar olacaqdır». 
Məclisi bu cümlədə ibarəli ifadələr işlətməmiş və fikri sadə 
şəkildə ifadə etmişdir. Türkcə mətndə bu cümlə: «Ya 
İbrahim, bir güruh kim...» sözləri ilə başlanır və «xəncəri-
bidad ilə kəsəcəklər»  sözləri   ilə bitir. Bu iki cümlənin 
müqayisəsindən aydın görmək olar ki, A.Bakıxanovun 
burada işlətdiyi «lafi-mütabiəti-peyğəmbəri-axirüzzəman»  
(sonuncu peyğəmbərə tabe olmaq kimi boş sözlər) izafət 
tərkibi farsca mətndəki bircə sözün - Məhəmməd xüsusi 
isminin qarşılığıdır. A.Bakıxanov yuxarıdakı birləşməni bu 
cümlədə ondan əvvəl işlətdiyi «də'viyi-iman»  (iman iddiası) 
birləşməsi ilə qafiyə təşkil etmək xatirinə mətnə əlavə 
etmişdir. A.Bakıxanov burada həmçinin farsca cüm-
lədəki  «fərzənd»  (oğul, övlad) sözünü «cigərguşə» 
(ciyərpara) kimi verməklə yanaşı, bədiilik xatirinə bir sıra 
söz və  ifadələri  tərcümənin mətninə artırmışdır: 
«biyabani-Kərbəla», «ləbi-təşnə» (susuz dodaq), «ə'zayi-


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə