9
Bu hadisə ərəb qəbilələri arasında indiyədək mövcud olan, lakin
açıq və qabarıq şəkildə özünü büruzə verməyən ziddiyyətləri
daha da kəskinləşdirdi və nəticədə üçüncü xəlifə Osman bin
Əffan (ə.) 35/656-cı ildə qətlə yetirildi. Bu hadisə müsəlman
icması arasındakı çəkişmə
və ixtilafları, ikitirəliyi
daha da
dərinləşdirdi
.
Həmin il, yəni 35/656-cı ildə Əli bin Əbu Talib (ə.)
dördüncü xəlifə seçildi. Suriya vəlisi Müaviyə bin Əbu Süfyan öz
qayınatası Osmanın qətlində imam Əlinin (ə.) əli olduğunu iddia
edərək onu xəlifə kimi tanımadı. İmam Əli (ə.) Müaviyəni
özünə tabe etdirmək üçün böyük bir qoşunla Suriyaya doğru
hərəkət etdi. 37/657-ci ildə imam Əlinin (ə.) qoşunu ilə Müaviyə
tərəfdarları arasında məşhur Siffin döyüşü baş verdi. 100 gün
davam edən bu döyüşdə Müaviyə tərəfdarları məğlub
olacaqlarını görüb hiyləyə əl atdılar: nizələrinin uclarına
Qur'an ayələrini taxaraq döyüşü dayandırmağa və barışıq
qazanmağa nail oldular.
Siffin döyüşü
zamanı
imam Əlinin (ə.) barışıq üçün öz
razılığını bildirməsi onun tərəfdarları olan bəzi adamlar arasında
narazılığa gətirib çıxardı. Sonralar «xaricilər» adlanan bir dəstə
sözügedən hadisəyə görə xəlifənin qoşununu tərk etdi və
nəticədə imam Əlinin (ə.) öz tərəfdarları arasında ikitirəlik
yarandı. Bu hadisənin bilavasitə nəticəsi olaraq 40/661-ci ildə
imam Əli (ə.) «xaricilər»dən birinin əli ilə qətlə yetirildi. İmam
Əlinin (ə.) şəhadətindən sonra onun böyük oğlu imam Həsən (ə.)
bir müddət İraqda vali oldu, lakin çox keçmədi ki, vəzifəsindən
kənarlaşdırıldı və 49/669-cu ildə Mədinədə zəhərləndirilərək
öldürüldü.
İmam Əlinin (ə.) vəfatından sonra hakimiyyəti ələ
keçirən Müaviyə bin Əbu Süfyanın (40/661-60/680) xəlifəliyi
dövründə müsəlman icması arasındakı bir qədər əvvəl də
mövcud olan çəkişmə və ixtilaflar daha da güclənməyə,
dərinləşməyə başladı. Müaviyənin hələ sağlığında öz yerinə
oğlu Yezidi vəliəhd təyin etməsi isə müsəlmanların böyük bir
10
hissəsinin açıq-aşkar hiddət və qəzəbinə, güclü narazılığına
səbəb oldu. Müaviyə 60/680-ci ildə vəfat etdikdən sonra oğlu
Yezid xəlifə kürsüsünü tutdu. İmam Əlinin (ə.) kiçik oğlu imam
Hüseyn (ə.) isə onun xəlifəliyini qəbul etmədi. Bu xəbəri
eşidən Kufə şəhərinin əhalisinin çoxu imam Hüseynə (ə.)
məktub yazaraq bildirdi ki, onlar Yezidi deyil, imamı xəlifə kimi
tanıyırlar. İmam Hüseyn (ə.) bu məsələyə tam aydınlıq
gətirmək, onu dəqiqliklə öyrənmək məqsədilə əmisi oğlu
Muslim bin Əqili Kufəyə göndərdi. Bu işdən xəbər tutan
Yezid Bəsrə valisi Übeydullah bin Ziyadı Kufəyə vali təyin etdi
və ona yerli camaatı öz tərəfinə çəkmək əmrini verdi. İbn Ziyad
Kufə camaatını ələ almağa nail oldu və Muslim bin Əqili
60/680-ci ildə qətlə yetirtdi.
Bu hadisə baş verən zaman imam Hüseyn (ə.) kiçik
dəstəsi ilə Kufəyə doğru hərəkətdə idi. Bu zaman o, Kufə
yolunda ikən Muslim bin Əqilin şəhid olması xəbərini eşitdi.
İmama (ə.) Kufəyə getməmək təklif olunsa da, o, qərarından
dönmədi və 72 (bəzi qaynaqlarda 73) nəfərlik ən yaxın
adamlarından ibarət olan kiçik bir dəstə ilə Kufəyə doğru
hərəkətini
davam
etdirdi. Bu xəbəri eşidən Kufə valisi İbn
Ziyad imamın (ə.) kiçik dəstəsinin qarşısını almaq üçün Ömər
bin Sə'din başçılığı ilə 4000 nəfərlik bir qoşun yola saldı. Ömər
bin Sə'd Kufə yaxınlığındakı Kərbəla düzündə imam Hüseynlə
(ə.) görüşdü və ona İbn Ziyadı vali kimi tanımasını təklif etdi.
İmam Hüseyn (ə.) onun bu təklifıni qəbul etməyərək Şama və
ya Məkkəyə getmək qərarında olduğunu bildirdi. Ömər bin
Sə'd bu xəbəri İbn Ziyada çatdırdı və ondan imam Hüseynin
(ə.) qətlə yetirilməsi əmrini aldı.
Beləliklə, hicri tarixi ilə 61-ci ilin məhərrəm ayının 10-da
(miladi tarixi ilə 680-ci ilin sentyabr ayının 10-da) imam Hüseyn
(ə.) və silahdaşları Kərbəla düzündə şəhid oldular. Peyğəmbərin
(s.) nəvəsinin (ə.) və yaxın silahdaşlarının qeyri-bərabər döyüşdə
amansızcasına qətlə yetirilməsi ilə yadda qalan bu hadisə
islam tarixinə «Kərbəla vaqiəsi», «Kərbəla faciəsi» və ya
11
«Kərbəla müsibəti» kimi düşdü və böyük əks-səda doğurdu.
İslam aləmində görünməmiş bir müsibət, qanlı faciə kimi
dəyərləndirilən Kərbəla vaqiəsi Yaxın və Orta Şərq xalqları
ədəbiyyatında
yeni bir ağrılı və
qəmli, dərdli-kədərli mövzunun
yaranmasına gətirib çıxardı və çox keçmədi ki, ərəb, fars və türk
dillərində Kərbəla vaqiəsinə həsr olunmuş bir sıra əsərlər ortaya
çıxdı.
Həm nəzmlə, həm də nəsrlə yazılan, bəzən isə nəsrlə
nəzmin növbələşməsi şəklində qələmə alınan bu cür əsərlər,
əsasən, «Məqtəl» və ya «Məqtəli-Hüseyn» adı ilə tanınır.
Məsələn, dahi Azərbaycan şairi Məhəmməd Füzuli
«Hədiqətüs-süəda» əsərinin dibaçəsində kitabını «məqtəli-
türki» adlandırır (29, 25).
«Məqtəl» ərəb mənşəli sözdür: «qətl» sözü ilə
eyniköklüdür və lüğəvi mənasına görə «qətl yeri» deməkdir.
Ədəbiyyatşünaslıqda isə «məqtəl» termin səciyyəsi daşıyır və
islamın ən böyük şəhidləri, xüsusilə də imam Hüseyn (ə.)
haqqında yazılan əsərlər anlamında işlənir. Yeri gəlmişkən qeyd
edək ki, Azərbaycan ədəbiyyatşünaslığında yalnız son zamanlar
az-çox işlənməyə başlayan «məqtəl» termini bəzən yanlış olaraq
janr növü kimi təqdim edilir (bax: 13; 47, 22-28). Məsələnin
mahiyyətinə vardıqda isə açıq-aşkar şəkildə aydın olur ki,
«məqtəl» sözü bir termin olaraq janr yox, mövzu, məzmun
anlamını daşıyır, çünki bütün məqtəl kitabları, əsasən, Kərbəla
faciəsi mövzusundadır, janr baxımdan isə onlar fərqlənirlər.
Məsələn, Füzulinin «Hədiqətüs-süəda»sı ilə Qumrinin «Kənzül-
məsaib» kitabı məqtəl nümunəsi olsalar da, janr baxımından
fərqlənirlər: birincisi povest və ya roman janrına aid edilir (bax: 54,
65-67), digəri isə müxtəlif janrlarda yazılmış lirik şeirlərdən
ibarətdir (bax: 36, II, 311-326).
Məqtəl kitabları, bir qayda olaraq, təhkiyə üslubunda
yazılır və epik səciyyə daşıyır. Belə əsərlərdə qəhrəmanın
həyatının başlıca
dönəmləri
təsvir olunmaqla yanaşı, əsas
hadisənin - faciənin tarixi kökləri və onun başlıca ideya-fəlsəfı
Dostları ilə paylaş: |