12
və ictimai-siyasi mahiyyəti də açıqlanır.
Məqtəl yazmaq ənənəsinin kökləri ərəb ədəbiyyatına gedib
çıxır. İlk məqtəl kitablarından birini həzrət Əlinin (ə.)
silahdaşlarından olmuş Əşbə bin Nəbatə hicri tarixi ilə birinci
(miladi yeddinci) yüzillikdə hazırlamışdır (103, 1263). Əbu
Mixnəf Lut bin Yəhyanın (öl. 157/774) yazdığı «Kitabi-
məqtəlül-Hüseyn» əsəri də ilk məqtəl kitabı nümunələrindən
sayılır. Bir neçə fərqli əlyazma variantı olan bu əsərin əsl
orijinal nüsxəsi əldə yoxdur (93, XXIII). Tanınmış ərəb şairi,
əhli-beyt aşiqi Debel Xüzai (148/765-246/860) də Kərbəla
vaqiəsinə çoxlu şeir həsr etmişdir (106).
Qeyd edək ki, A.Bakıxanov «Riyazül-qüds»dəki bir
epizodda Debel Xüzaidən bəhs etməklə yanaşı, bir neçə yerdə
onun şeirlərindən nümunələr də vermişdir (14
F
*
F
, 3b, 30a, 68a).
M.Füzuli də «Hədiqətüs-süəda» əsərində bu şairin bir beytini
vermişdir (29,308).
Əbülfərəc İsfahaninin (284/897-356/967) «Məqatilüt-
talibin» və Əbu İshaq İsfərainin (öl. 418/1027) «Nurül-əyn fi
məşhədül-Hüseyn» əsərləri də ərəb dilində yazılmış ən qədim
məqtəl kitablarından sayılır (94, XXIV). Ərəb dilində yazılmış
ən məşhur məqtəl kitablarından biri Hilləli Seyyid
Rəziyəddinin (589/1193-644/1266) qələmindən çıxmışdır.
«Məsrəi-Tavusi» adlanan bu əsəri Füzuli də «Hədiqətüs-
süəda»nın müqəddiməsində mötəbər bir qaynaq kimi qeyd edir
(29,26). «Ləhuf» adı ilə tanınan bu kitab bir neçə dəfə nəşr
olunmuşdur (28, 607).
Fars dilində yazılan ən geniş yayılmış məqtəl kitabı
isə Herat vaizi Hüseyn Vaiz Kaşifinin (öl. 910/1504-05)
«Rövzətüş-şühəda» əsəridir. Füzuli «Hədiqətüs-süəda» əsərini
Kaşifinin bu məşhur kitabından sərbəst - yaradıcı şəkildə
tərcümə yolu ilə qələmə almışdır (bax: 47; 54). 902/1502-ci
*
«Riyazül-qüds»dən verilən bütün nümunələr bu mənbədən götürülmüşdür.
Bundan sonra yalnız nümunə verilən vərəq göstəriləcək.
13
ildə tamamlanmış «Rövzətüş-şühəda» yarandığı dövrdən
başlayaraq görünməmiş
sürətlə
və geniş şəkildə yayılaraq
təkcə XVI yüzillikdə iki dəfə osmanlıcaya (Gəlibolulu
Caminin «Səadətnamə» tərcüməsi və Aşiq ibn Nəttainin
«Rövzətüş-şühəda» tərcüməsi) və 945/1539-cu ildə
Azərbaycan türkcəsinə (Məhəmməd Hüseyn bin Katib
Nişatinin «Şühədanamə» tərcüməsi - bax: 56) tərcümə edilir.
Maraqlıdır ki, «Rövzətüş-şühəda» yazılandan sonra kitabın
adında olan «rövzə» sözü (lüğəvi mənası «bağça» deməkdir) fars
dilində «yas», «matəm», «təziyə saxlamaq» mənalarıda
işlənməyə başlanır və bu dildə «rövzəxan» (mərsiyə
oxuyan) sözü də ortaya çıxır. Onu da qeyd edək ki,
«Rövzətüş-şühəda»nı Hüseyn Nidai Yəzdi Nişapuri
928/1521-22-ci ildə nəzmə çəkərək əsərini «Seyfün-
nübüvvə» («Peyğəmbərlik qılıncı») adlandırmışdır. Bu əsər
«Məşhədüş-şühəda» adı ilə də tanınır (88,1, 625-626).
Kərbəla faciəsi mövzusunda fars dilində çoxlu
mərsiyə, növhə və sinəzənlər də yazılmışdır. Bu qəbildən
olan ən məşhur əsər Möhtəşəm Kaşaninin (öl.996/1587)
«Dəvazdəh bənd» («On iki bənd») adı ilə tanınan
mərsiyələridir.
Fars dilində yazılan məşhur məqtəl kitablarından biri
də Məhəmməd Bağır Məclisinin «Cəlaül-üyun» əsəridir ki,
aşağıda onun haqqında daha geniş məlumat verəcəyik.
Kərbəla vaqiəsi mövzusunda türkcə yazılan ən qədim
kitab isə Kastamonulu Şazinin 763/1361-ci ildə qələmə aldığı
«Dastani-məqtəli-Hüseyn» məsnəvisi sayılır (80, XXVII).
Qeyd edək ki, orta yüzilliklərdə, xüsusilə də XV-XVI
əsrlərdə bu mövzuda türkcə yazılan əsərlərin çoxu Osmanlı
müəlliflərinin qələmindən çıxmışdır. Görkəmli türk
tədqiqatçısı, tanınmış füzulişünas alim Əbdülqadir Qaraxan
Kərbəla vaqiəsi mövzusunda türk dilində qələmə alınan
əsərlərə ayrıca bir tədqiqat həsr edərək onları geniş şəkildə
araşdırmışdır (95). Füzulinin «Hədiqətüs-süəda» əsərinin
14
tənqidi mətnini hazırlamış türk alimi d-r Şəyma Güngör də
türkcə yazılmış məqtəllər haqqında qısa məlumat vermişdir
(94, XXVI-XXIX). Bu da maraqlıdır ki, türkcə yazılan məqtəl
kitablarının çoxu nəzmlədir. Məsələn, Yəhya bin
Bəxşinin 905/1499-cu ildə tamamladığı «Məqtəli-
Hüseyn», Lameinin 940/1533-34-cü ildə qələmə aldığı
eyni
adlı
əsərləri məsnəvi şəklindədir. Osmanlı müəlliflərinin
Kərbəla vaqiəsi mövzusunda əsərləri göstərir ki, bu qanlı
faciəni məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar
böyük ağrı və acı ilə anmış, ona sonsuz sayğı və ehtiramlarını
bildirmişlər.
Azərbaycan türkcəsində qələmə alınan və bizə məlum
olan ən qədim məqtəl kitabları isə yalnız tərcümə
ədəbiyyatı nümunələridir və XVI yüzilliyə aiddir. Bu
tərcümələr yuxarıda adını çəkdiyimiz Nişatinin «Şühəda-
namə» tərcüməsi və Füzulinin «Hədiqətüs-süəda» əsəridir.
Kərbəla vaqiəsi mövzusu Azərbaycan ədəbiyyatında XIX
yüzillikdə daha geniş yayılmağa başlayır ki, bunu da ölkənin iki
yerə bölünməsi, xüsusilə də Şimali Azərbaycanın çar Rusiyası
tərəfindən işğalından sonra yerli əhali arasında yaranan
ümumi məyusluq və ümidsizliklə, küskünlük və bədbin əhvali-
ruhiyyə ilə izah etmək olar.
Bu dövrdə Kərbəla müsibəti mövzusunda ən məşhur
və təsirli əsər yazan şairlər Molla Hüseyn Dəxil Marağayi,
Mirzə Məhəmməd Tağı Qumri və Əbülhəsən Raci sayılır.
Məşhur ədəbiyyatşünas Firidun bəy Köçərlinin yazdığına görə,
Dəxilin yazdığı əsərlərin çoxu Kərbəla faciəsinə həsr
olunmuşdur. Həmin əsərlərin həm nəsrlə, həm də nəzmlə
olduğunu qeyd edən F.Köçərli yazır: «Dəxilin Füzuli kimi nəsr
ilə yazmaqda dəxi ziyadə qabiliyyəti və məharəti kəlamından
məlum oldu» (36, II, 382). Bir sıra qaynaqlarda həmin əsərlərin
altı və yeddi cildlik kitab şəklində olması qeyd olunsa da,
onların dəqiq adı göstərilmir.
Qumrinin Kərbəla vaqiəsinə həsr etdiyi əsəri isə
Dostları ilə paylaş: |