10
Giriш
Sirr deyil ki, müasir ölkələrin iqtisadi inkişafının
əsas dəstəkçisi korporativ sektordur. Azərbaycan
şirkətlərinin müasir dövrün tələblərinə layiqincə cavab
verə bilmələri üçün inkişaf etmiş və effektiv korpora-
tiv idarəetmə və korporativ qanunvericilik sistemi-
nin mövcud olması zəruridir. Bu kontekstdə ölkədə
korporativ idarəetmənin beynəlxalq səviyyədə qəbul
edilmiş prinsiplərinin tətbiq edilməsi çox vacibdir.
Tətbiq edilməsi vacib hesab olunan prinsiplərdən
biri müqavilə azadlığı prinsipinin korporativ
münasibətlərin tənzimlənməsində daha böyük rol
oynamasına yol açmaqdır. Təsis sənədləri vasitəsi ilə
iştirakçıların münasibətlərini tam tənzimləmək müm-
kün olmadığından, səhmdarların öz münasibətlərini
(hüquq və öhdəliklərini) daha dəqiq şərtləndirməsində
müqavilədən istifadə zərurəti yaranır. Nizamnamə
ilk növbədə cəmiyyət üçün vahid qaydaları müəyyən
edir və bu qaydalar öncəliklə cəmiyyətin idarəetmə
üsulunu əks etdirir, iştirakçılar və cəmiyyət arasında
münasibətləri tənzimləyir, səhmdarlar müqaviləsi
isə istənilən müqavilə kimi, tərəflərin iradəsi və
maraqlarının nəticəsi kimi çıxış edir. Bu müqavilənin
korporativ münasibətlərdə istifadəsi tərəflərin iqtisadi
maraqlarının hüquqi tənzimlənməsinə imkan verir.
Aydındır ki, hətta mükəmməl korporativ qanunverici-
lik belə, məqsədləri və münasibətləri fərqli olan tərəflər
üçün müqavilə ilə tənzimlənən münasibətləri əvəz edə
bilməz. Məhz bu keyfiyyətlərdən istifadə imkanları
səhmdarlar müqaviləsinin geniş inkişafına səbəb olub
1
.
Problemin aktuallыьы
Azərbaycanda iştirakçıların münasibətlərinin əlavə
tənzimlənməsinə zərurət yerli korporativ qanun-
vericiliyin zəifliyindən irəli gəlir, bu, öz növbəsində
iştirakçıların imkanlarını məhdudlaşdırır. Bu günə
kimi korporativ münasibətlərin müqavilə vasitəsi ilə
tənzimlənməsi üçün hüquqi baza mövcud deyil. Bu
səbəbdən bir çox xarici şirkətlərin iştirakı ilə olan kor-
porativ münasibətlərdə istifadə olunan səhmdarlar
müqaviləsi xarici qanunvericiliyə əsaslanmalı olur.
2
Təcrübədə səhmdarlar müqavilələrin yerli qanun-
vericiliyin tətbiqi ilə bağlanmasına rast gəlmək olar,
lakin tərəflər bu razılaşmanın şərtlərinin müəyyən
edilməsində və mübahisə yarandıqda məcburi tətbiq
məhdud imkanına malikdirlər.
Yerli korporativ qanunvericiliyə müvafiq dəyişik-
liklər və əlavələr etməklə səhmdarlar müqaviləsi
ins titutunun daha geniş istifadəsinə və bununla da
iştirakçıların biznes münasibətlərində yerli qanunveri-
ciliyin tətbiqinə nail olmaq mümkündür.
İlk növbədə qanunvericilikdə əks olunmalıdır ki,
səhmdarlar razılaşması səhmdarlar arasında bağlanmış
və müəyyən edilmiş hüquqları tənzimləyən müqavilə
növüdür. Beləliklə, bu müqavilənin tərəfləri yalnız
səhmdarlar ola bilər və bu növ müqavilənin səhmdar
cəmiyyət və səhmdar arasında bağlanması mümkün
deyil.
Səhmdarlar müqaviləsinin tərəflərin səhmdar sta-
tusunu əldə etməsindən əvvəl bağlanması məqsədə
uyğun hesab edilir. Nəzərə almaq lazımdır ki, bir çox
investorlar razılaşdırılmış şərtləri cəmiyyət təsis olun-
duqdan sonra reallaşdırmaq üçün zəmanətlərə ehti-
yac duyurlar. Mülki Məcəllənin 45.2. maddəsinə
əsasən hazırkı təsis müqaviləsi qeyd edilən məsələləri
tənzimləyə bilmir.
Emin Kяrimov
PAШA Holding MMC, Azerbaijan
LLM. Univesity of Minnesota Law School
Sяhmdarlar mцqavilяsi
Azяrbaycan hцququnda
Beynəlxalq iqtisadi inteqrasiya prosesində yerli və xarici partnyorların iştirakı ilə yaranan
birgə müəssisələrin tənzimlənməsində xarici hüquq sistemlərində geniş tətbiq olunan alətlərin
Azərbaycanda istifadəsi artır. Belə tanınmış alətlərdən biri “səhmdarlar müqaviləsi”dir
(shareholder’s agreement). Biznesdə geniş istifadə olunan alətlərdən biri olan səhmdarlar
müqaviləsi cəmiyyətin səhmdarları arasında münasibətlərin daha uğurlu tənzimlənməsinə
imkan yaradır. Bu məqalədə müəllif səhmdarlar müqaviləsi institutunun Azərbaycanda
tətbiq edilməsi ilə əlaqədar problemlər və zəruri islahatlar barədə fikirlərini bölüşür.
Bakы
HUQUQ
Jurnalы
1
А. Куделин. Акционерное соглашение по российскому праву. Журнал «Корпоративный Юрист» N10, 2009
2
И. Федотов. Соглашение акционеров в отечественной юридической практике. Журнал «Корпоративный Юрист» N5, 2007
11
Sяhmdarlar mцqavilяsinin predmeti
Səhmdar müqaviləsinin predmeti onun tərəflərinin
müqavilə ilə müəyyən edilmiş qaydada hüquqları
icra etmək və ya etməmək öhdəliyidir. Bu müqavilə
çərçivəsində tərəflər aşağıdakı öhdəlikləri təsbit edə
bilərlər:
- müəyyən edilmiş qaydada səs vermək (ümumi
yığıncaqda);
- digər səhmdarlarla birgə səsverməni razılaşdırmaq;
- əvvəl müəyyən edilmiş qiymətlə səhmlərin
alınması və özgəninkiləşdirilməsi;
- müəyyən edilmiş hallarda (hallar baş verdikdə)
səhmlərin alqı-satqı şərtləri;
- müəyyən halların baş verməsindən əvvəl səhmlərin
özgəninkiləşdirilməsindən çəkinmək;
- cəmiyyətin idarəetməsi, fəaliyyəti və yenidən
təşkili ilə bağlı digər hərəkətləri etmək.
Cəmiyyətin idarəetmə orqanının göstərişi ilə
səsvermədə iştirak etmək səhmdar razılaşmanın pred-
meti ola bilməz. Belə ki, müqavilənin məqsədi tərəflərin
öz maraqlarını razılaşdırmasından ibarətdir, bu
maraqları idarəetmənin maraqlarına uyğunlaşdırmaq
deyil
3
.
Səhmdarın müqaviləsi yalnız onun tərəfləri üçün
öhdəlik yaradır. Lakin tərəflərdən birinin müqavilənin
şərtlərini pozması cəmiyyətə müəyyən formada təsir
edə bilər. Məsələn, müqavilə ilə müəyyən edilmiş
səsvermə şərtlərinin pozulması ilə qəbul edilmiş ümu-
mi yığıncağın qərarı etibarsız hesab edilə bilər.
Səhmdarlar müqavilə üzrə öhdəliklərinin icrası
üçün təminatlar müəyyən edilir, həmçinin, müqavilədə
öhdəliklərin icra edilmədiyi halda mülki-hüquqi
məsuliyyət əks oluna bilər. Tərəflərin öz hüquqlarının
müdafiəsi üçün aşağıdakı vasitələri qeyd etmək olar
4
:
- müqavilənin pozulması ilə yaranmış zərərin
ödənilməsi;
- cərimə (dəbbə pulu) tutulması;
- müqavilədən qeyd olunan qaydada hesablanmış
kompensasiyanın ödənilməsi və digər.
Sяhmdar mцqavilяsi kimя lazыmdыr?
Bu razılaşma vasitəsi ilə səhmdarlar öz maraqlarının
razılaşdırılması üçün effektiv mexanizm yaradaraq
cəmiyyətin optimal idarəetməsini təmin edə bilərlər.
Səhmdar razılaşmaya aşağıdakı şərtləri daxil etmək
mümkündür
5
:
- Direktorlar Şurasında yerlərin bölünməsi və təsir
güclərinin (imkanlarının) balanslaşdırılması (Direk-
torlar Şurasının üzvlərinin sayı, namizədliyin irəli
sürülməsi və seçilmə qaydaları, müəyyən səhmdarların
maraqlarını təmsil edən direktorların seçilmə şərtləri,
müstəqil üzvlərin seçilməsi və s.)
- Cəmiyyətin səhmlərinin alqı-satqısı üçün müxtəlif
məhdudiyyətlər (müəyyən müddətədək satmamaq
şərti, digər səhmdarların razılığı ilə satmaq). Müəyyən
səhmdarın səhmlərin alınmasında üstünlük hüququ.
Səhmdara məxsus olan səhmlərin faiz nisbətini artırmaq
məqsədilə digər iştirakçıların səhmləri almasına qadağa
qoyulması.
- Ümumi Yığıncaq və Direktorlar Şurası tərəfindən
qəbul olunan qərarların qəbul edilməsi üçün xüsusi
tələblərin müəyyən edilməsi (qərarların qəbul edilməsi
üçün yüksək kvorumların müəyyən edilməsi).
- İdarəetmə orqanlarının üzvləri arasında yaranmış
mübahisələrin və səsvermə proseslərində “deadlock”
hallarının həlli qaydaları.
- Səhmdarların səsvermə hüquqlarının məhdud-
laşdırılması (müqavilədə müəyyən edilmiş qaydada
səsvermədə iştirak öhdəliyi və ya səsvermə şərtlərinin
qabaqcadan razılaşdırılması öhdəliyi).
- Səhmdarlar müqaviləsi, həmçinin minoritar
səhmdarlar üçün maraq kəsb edir. Bu razılaşmalar
ilk növbədə cəmiyyətin idarəetməsinə minoritar
səhmdarların təsirinin artırılması üçün istifadə olunur.
Həmçinin bu növ razılaşma bağlayaraq minoritarlar
özlərini cəmiyyətin idarəetmə orqanları və majoritar
səhmdarlar tərəfindən sui-istifadə hallarından qoruya
bilərlər. Birləşərək minoritar səhmdarlar razılaşmada
bir sıra şərtlər müəyyən edə bilərlər və bununla öz
hüquqlarının icrası ilə bağlı razılaşmaların həyata
keçirilməsinə əmin ola bilərlər. Məsələn;
• Ümumi Yığıncaqda müəyyən və ya bütün
məsələlərdə razılaşma ilə müəyyən edilmiş qaydada
səs vermək.
• Səhmdar razılaşmanın digər iştirakçıları ilə öz
səsvermə variantını razılaşdırmaq.
• Digər səhmdar hüquqlarının icrasını tərəflərlə
razılaşdırmaq.
• İdarəetmə orqanlarına irəli sürülən namizədləri
razılaşdırmaq və s.
Səhmdarlar öz aralarında səhm razılaşması bağla-
dıqda bu məlumatın bütün maraqlı şəxslərə açılması
lazımdır. Bu səbəbdən korporativ qanunvericiliyə
müvafiq
əlavələr
edilməsi
məqsədəuyğundur.
Səhmdar müqaviləsində, ümumi yığıncaqda səsvermə
şərtlərini müəyyən etmək hüququna malik olan şəxs
bu hüquq barədə cəmiyyəti məlumatlandırmalıdır,
lakin səhmdarlar müqaviləsində, ümumi yığıncaqda
səsvermə qaydaları şərtləndirilmədiyi halda cəmiyyət
müqaviləsinin bağlanma faktı barədə məlumat verilməsi
vacib hesab edilmir. Bununla səhmdar müqaviləsinin
iştirakçılarının konfidensiallıq istəyi və səhmdarlar
üçün əhəmiyyətli olan məlumatın açıqlanması prinsipi
arasında kompromisə nail olmaq mümkündür.
№1 | ИЙУН
2012
3
Shareholders’ agreements – a practical analysis. Emmet scully, LK shields, solicitors. 30.01.2003
4
Вестник Корпоративного Управления. Казахстан. Выпуск 7
5
Вестник Корпоративного Управления. Азербайджан. Выпуск 11