Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə17/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   13   14   15   16   17   18   19   20   ...   112

 
61
 
 
 
ALİ QONAĞIN ŞƏRƏFİNƏ RƏSMİ QƏBUL  
  
«Gülüstan» sarayı  
 
16 avqust 2010-cu il 
 
Avqustun 16-da «Gülüstan» sarayında Azərbaycan Res-
publikasının Prezidenti İlham  Əliyevin adından Türkiyə Res-
publikasının Prezidenti Abdullah Gülün  şərəfinə  rəsmi qəbul 
təşkil edilmişdir.  
Dövlət başçıları qəbulda nitq söyləmişlər. 
 
Azərbaycan prezidenti İlham Əliyevin nitqi 
 
Hörmətli cənab Prezident, əziz qardaşım!  
Hörmətli qonaqlar, xanımlar və cənablar!  
Mən Sizi, əziz cənab Prezident, Azərbaycanda bir daha 
ürəkdən salamlayıram. Sizə bir daha «Xoş  gəlmisiniz!» – 
deyirəm. Biz Sizin səfərinizə  çox böyük  əhəmiyyət veririk. 
Bu, dostun, qardaşın səfəridir.  Şübhə yoxdur ki, bu səfər 
Türkiyə ilə Azərbaycan arasındakı  münasibətlərə  çox müs-
bət təsir göstərəcəkdir. Gələcək əməkdaşlığımızın genişləndi-
rilməsi üçün bu səfərin çox böyük əhəmiyyəti vardır.  
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr xüsusi xarak-
ter daşıyır. Bu, iki dost, qardaş xalq arasında olan münasi-
bətlərdir.  Əsrlər boyu xalqlarımız bir yerdə yaşamışlar, ya-
ratmışlar, həmişə bir-birinə  dəstək, dayaq olmuşlar. Azər-
baycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi 
müstəqil ölkə kimi ilk tanıyan Türkiyə olmuşdur. O gündən 
bu günə  qədər Türkiyə ilə Azərbaycan arasındakı  əlaqələr 
çox sürətlə inkişaf etmiş, demək olar ki, bütün sahələri əhatə 
etmiş və bu gün strateji müttəfiqlik səviyyəsinə qalxmışdır.  


 
62
Bu illərdə həm siyasi, həm iqtisadi, щям mədəni sahədə – 
bütün sahələrdə  çox gözəl nəticələr vardır. Biz beynəlxalq 
təşkilatlarda daim bir-birimizə  dəstək oluruq. Bütün bey-
nəlxalq təşkilatlarda daim bir mövqedən  çıxış edirik. İstər 
BMT, istər İslam Konfransı Təşkilatı, digər təşkilatlarda hə-
mişə, bütün zamanlarda Türkiyə və Azərbaycan vahid möv-
qedən  çıxış etmişlər. Bölgədə gedən proseslərə  də baxışla-
rımız eynidir, heç bir fikir ayrılığı yoxdur. Daim məsləhət-
ləşmələr aparırıq və regional əməkdaşlığın dərinləşməsi üçün 
Türkiyə ilə Azərbaycan arasındakı  əlaqələr həlledici rol 
oynayır. Məhz bizim irəli sürdüyümüz təşəbbüslər nəticəsin-
də bu gün bölgədə tam yeni və müsbət vəziyyət yaranmışdır.  
Regional  əməkdaşlıq prosesləri müsbət istiqamətdə da-
vam edir. Bizim tərəfimizdən irəli sürülmüş konkret layihələr 
öz bəhrəsini verir, bölgəyə rifah və  təhlükəsizlik gətirir. 
Bunların içərisində Bakı–Tbilisi–Ceyhan neft kəmərinin 
xüsusi yeri vardır. Bu kəmər vasitəsilə bu gün bütün bölgədə 
əməkdaşlıq dərinləşir. Regional çərçivədə bu kəmərin tikin-
tisində iştirak etmiş bütün ölkələr öz xeyrini götürür.  
Bu kəmərin tikintisi nəticəsində  bölgədə geosiyasi və 
geoiqtisadi vəziyyət müsbət istiqamətə doğru dəyişmişdir. 
Bunun ardınca Bakı–Tbilisi–Ərzurum qaz kəməri və digər 
layihələr dostluğumuzu, qardaşlığımızı daha da möhkəmlən-
dirdi. Bu gün bu, artıq mövcud reallıqdır. Bu reallıq bütün 
bölgədə gedən proseslərə  müsbət təsir göstərir. Bizim – 
Türkiyə  və Azərbaycanın təsir imkanları genişlənir. Mən 
əminəm ki, gələcək illərdə bizim mövqeyimiz daha da möh-
kəmlənəcəkdir. Bu, artıq bir yoldur, bir dəhlizdir. Bu dəhliz 
bizə yeni layihələri həyata keçirməyə imkan verir. Bu gün biz 
Sizinlə bu barədə geniş fikir mübadiləsi apardıq. Gələcək 
illərdə birgə  fəaliyyətlə bağlı  bütün planlar nəzərdə tutulub 
və qarşılıqlı addımlar atılacaqdır.  
Mən  çox  şadam ki, strateji müttəfiqliyimiz, münasibət-
lərimiz, bax, belə uğurla davam edir. Bu gün isə bu əlaqələ-
rin gələcək inkişafı üçün çox mühüm və tarixi sənəd imzalan-


 
63
mışdır. Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq 
və qarşılıqlı yardım haqqında müqavilə imzalanmışdır. Bu 
müqavilənin həyata keçirilməsi nəticəsində, şübhə yoxdur ki, 
Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqə-
ləri daha da möhkəmlənəcəkdir. Bu müqavilənin çox böyük 
əhəmiyyəti vardır və əminəm ki, hamımız bu gözəl nəticələri 
görəcəyik.  
Bu gün biz eyni zamanda, türkdilli ölkələrin birgə fəaliy-
yəti haqqında geniş fikir mübadiləsi apardıq. Bu məsələ ilə 
də bağlı  mövqeyimiz  üst-üstə  düşür. Biz bütün məsələlərdə 
işlərimizi qarşılıqlı anlaşma əsasında qururuq.  
Sizi,  əziz qardaşım, Bakıda görmək bizim hamımız  üçün 
böyük  şərəfdir, böyük xoşbəxtlikdir. Sizi Azərbaycanın böyük 
dostu kimi tanıyırıq.  Əvvəlki vəzifədə  çalışdığınız dövrdə Siz 
Azərbaycanda dəfələrlə olmusunuz. Prezident kimi bir neçə 
dəfə  səfərə  gəlmisiniz. Mənim Türkiyəyə  səfərlərim də  mütə-
madi xarakter daşıyır. Belə də olmalıdır. Biz bir ailənin üzvlə-
riyik. Bizim tariximiz münasibətlərimizin bugünkü  və  gələcək 
inkişafı  üçün  əsas  şərtdir. Bu, böyük, möhkəm təməldir. Bizi 
birləşdirən tarix, mədəniyyət, din, dil, siyasi maraqlar – bütün 
bu amillər nadir vəziyyət yaradır. Türkiyə ilə Azərbaycan 
arasındakı  münasibətlər dünyada analoqu olmayan münasi-
bətlərdir. Bu münasibətlər nəinki ölkələrimizi gücləndirir, böl-
gədə və dünyada gedən proseslərə də müsbət təsir göstərir.  
Bir daha Sizi və Sizinlə bərabər, Azərbaycana gəlmiş bütün 
bacı-qardaşlarımızı  ürəkdən salamlayıram. Sizə  və  bütün 
türk xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ 
olun. 
 
Türkiyə prezidenti Abdullah Gülün nitqi  
 
Hörmətli Prezident, dəyərli qardaşım İlham Əliyev!  
Dəyərli qonaqlar!  
Bu gün Azərbaycanda olmaqdan və bu rəsmi səfərдян 
böyük məmnunluq duyuram. Gəldiyimiz andan bəri mənə 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə