Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə13/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   9   10   11   12   13   14   15   16   ...   112

 
46
 
 
 
ÖZBƏKİSTAN RESPUBLİKASININ 
PREZİDENTİ ZATİ-ALİLƏRİ 
CƏNAB İSLAM KƏRİMOVA  
  
Hörmətli İslam Abduqəniyeviç! 
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibə-
tilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adım-
dan və Azərbaycan xalqı adından  ən səmimi təbriklərimizi 
yetirirəm.  
Azərbaycan–Özbəkistan münasibətləri  əsrlər boyu bir-
birinə  qırılmaz tellərlə bağlı olmuş xalqlarımızın istək və 
iradəsindən qaynaqlanır.  Əminəm ki, qarşılıqlı etibar və 
dəstəyə  əsaslanan dövlətlərarası  münasibətlərimizin,  çoxşa-
xəli dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, 
əməkdaşlığımızın  əhatə dairəsinin genişləndirilməsi istiqa-
mətində birgə  səylərimizi bundan sonra da ardıcıl  şəkildə 
davam etdirəcəyik.  
Bu əlamətdar gündə Sizə, hörmətli İslam Abduqəniyeviç, 
ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə 
uğurlar, dost Özbəkistan xalqına sülh və rifah diləyirəm.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 16 avqust 2010-cu il 
 
 


 
47
 
 
 
LİVİYA İNQİLABININ LİDERİ, BÖYÜK LİVİYA 
ƏRƏB SOSİALİST XALQ CƏMAHİRİYYƏSİNİN 
BAŞÇISI ZATİ-ALİLƏRİ 
CƏNAB MÜƏMMƏR ƏL-QƏДДAFİYƏ  
  
Zati-aliləri!  
Milli bayramınız – Böyük inqilab günü münasibətilə Si-
zə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi 
yetirirəm.  
Əminəm ki, Azərbaycan ilə Liviya arasındakı dostluq və 
əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalq-
larımızın mənafelərinə xidmət edəcəkdir.  
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möh-
kəm cansağlığı, işlərinizdə  uğurlar, dost Liviya xalqına 
əmin-amanlıq və firavanlıq diləyirəm.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 16 avqust 2010-cu il 
 
 
 
 
 
 
 
 
 
 
 


 
48
 
 
 
TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ 
ABDULLAH GÜLÜN AZƏRBAYCANA RƏSMİ 
SƏFƏRİ  
 
16 avqust 2010-cu il 
 
Avqustun 16-da Azərbaycan Respublikasında rəsmi sə-
fərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün 
rəsmi qarşılanma mərasimi olmuşdur.  
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı mey-
danda ali qonağın şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.  
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham  Əliyevə ra-
port verdi.  
Azərbaycan Respublikasının Prezidenti  İlham  Əliyev 
Türkiyə Respublikasının Prezidenti Abdullah Gülü qarşıladı.  
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport 
verdi.  
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.  
Dövlət başçıları  Fəxri qarovul dəstəsinin qarşısından keç-
dilər.  
Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamladı.  
Azərbaycanın dövlət və  hökumət nümayəndələri prezident 
Abdullah Gülə, Türkiyə nümayəndə heyətinin üzvləri prezident 
İlham Əliyevə təqdim olundu.  
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət 
başçılarının qarşısından keçdi.  
 


 
49
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 
VƏ TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN 
TƏKBƏTƏK GÖRÜŞÜ  
  
Prezident sarayı  
 
 
16 avqust 2010-cu il 
 
Avqustun 16-da rəsmi qarşılanma mərasimindən sonra 
Azərbaycan prezidenti İlham  Əliyevin və  Türkiyə prezidenti 
Abdullah Gülün təkbətək görüşü olmuşdur.  
Görüşdə Azərbaycan ilə  Türkiyə arasında dostluq və qar-
daşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məm-
nunluq bildirildi. Bu münasibətlərin bundan sonra da geniş-
lənəcəyinə əminlik ifadə olundu.  
Yüksək səviyyədə qarşılıqlı  səfərlərin  əhəmiyyətinə toxu-
nan dövlət başçıları Türkiyə prezidentinin Azərbaycana rəsmi 
səfərinin  ölkələrimiz arasında  əlaqələrin genişlənməsinə  töhfə 
verəcəyini vurğuladılar.  
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq mə-
sələlər ətrafında fikir mübadiləsi aparıldı. 
 
 
 
 
 
 
 


 
50
 
 
 
AZƏRBAYCAN VƏ TÜRKİYƏ 
ПREZİDENТLƏRİNİN GENİŞ  
TƏRKİBDƏ GÖRÜŞÜ 
  
Prezident sarayı  
 
16 avqust 2010-cu il 
 
Avqustun 16-da təkbətək görüş başa  çatdıqdan sonra 
Azərbaycan prezidenti İlham  Əliyevin və  Türkiyə prezidenti 
Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş 
tərkibdə görüşü keçirilmişdir.   
İ l h a m   Ə l i y e v:  Hörmətli cənab Prezident!  
Hörmətli qonaqlar! Mən sizi Azərbaycanda  ürəkdən 
salamlayıram, xoş gəlmisiniz!  
Sizin səfərinizin çox böyük əhəmiyyəti vardır. Biz bu gün 
artıq Sizinlə təkbətək görüşdə ikitərəfli münasibətlərin böyük 
hissəsini müzakirə etdik. Bir daha görürük ki, Türkiyə ilə 
Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri uğur-
la inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın 
çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm 
regional müstəvidə  Türkiyə–Azərbaycan qardaşlığı  və birgə 
fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.  
Mən  əminəm ki, səfər zamanı  çox səmərəli müzakirələr 
keçiriləcəkdir. Həm nümayəndə heyətlərinin  üzvləri bir-biri 
ilə  əlaqədə olacaqlar və  həm də biz gələcək birgə  fəaliyyət 
haqqında planlarımızı müəyyən edəcəyik.  
Bu  əlaqələr müxtəlif sahələri  əhatə edir. Əminəm ki, hər 
bir istiqamətdə  gözəl nəticələr olacaqdır. Bir daha xoş  gəl-
misiniz! 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə