Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə11/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   7   8   9   10   11   12   13   14   ...   112

 
38
İ l h a m  Ə l i y e v: Mən beşinci dəfədir ki, Qusara gəli-
rəm. Sonuncu dəfə  gələndə  söz vermişdim ki, sizin prob-
lemlərinizi həll edəcəyəm. Məni növbəti görüş  gözləyir, 
turizm mərkəzində olacağam. Orada da böyük tikinti işləri 
gedir. Qusarı turizm mərkəzinə  çevirmək  üçün bütün işlər 
görülür. Bir-iki ilə Qusarda dünya səviyyəli bir turizm 
mərkəzi olacaqdır.  
S a k i n l ə r: Çox sağ olun, cənab Prezident. Allah kömə-
yiniz olsun! 
 
«Samur» gömrük buraxılış məntəqəsinin 
açılışı мярасими 
 
Avqustun 12-də prezident İlham  Əliyev «Samur» göm-
rük buraxılış məntəqəsinin açılışında iştirak etmişdir.  
Dövlət Gömrük Komitəsinin sədri Aydın  Əliyev dövləti-
mizin başçısına məruzə etdi.  
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir 
standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış 
məntəqəsi ilə yaxından tanış oldu.  
Dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2008-ci 
ildə başlanылmış  məntəqənin  ümumi sahəsi 5 hektardır ki, 
bunun da 11 min 500 kvadratmetrində binalar və qurğular 
yerləşir. Gömrük məntəqəsinin  ərazisində  müvəqqəti saxlanc 
yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət 
üçün otaq inşa edilmişdir.  
Dövlət Gömrük Komitəsinin sədri Aydın  Əliyev prezident 
İlham Əliyevə məlumat verdi ki, bu ilin 7 ayı ərzində «Samur» 
buraxılış məntəqəsindən 73 min 500 avtomobil keçmiş və 430 
min ton yük daşınmışdır. Orta hesabla gün ərzində 4 minədək 
insan bu buraxılış məntəqəsindən istifadə edir.  
Sonra prezident İlham  Əliyev inzibati binanın 1-ci mər-
təbəsində yerləşən VİP salonu ilə tanış oldu. Qeyd edildi ki, 
burada quraşdırılan xüsusi monitor vasitəsilə ölkəyə daxil olan 
avtomobilləri izləmək mümkündür.  


 
39
Sərnişin-keçid zalına gələn dövlətimizin başçısına bildirildi 
ki, burada quraşdırılmış xüsusi cihazlar vasitəsilə sərnişinlərin 
yüklərini müşahidə etmək mümkündür.  
Prezident İlham Əliyev binanın 2-ci mərtəbəsindəki xidməti 
otaqlara da baxdı. Dövlət Sərhəd Xidmətinin sərhəd-keçid 
məntəqələrindən keçən şəxslər barədə məlumatların toplandığı 
bazanı  əks etdirən monitor barədə  dövlətimizin başçısına 
ətraflı  məlumat verildi. Binanın 2-ci mərtəbəsinin foyesində 
ulu  öndər Heydər  Əliyev və prezident İlham  Əliyevin dövlət-
çilik fəaliyyətini əks etdirən fotolardan ibarət stend vardır.  
Dövlətimizin başçısı inzibati binanın 3-cü  mərtəbəsində 
Heydər Əliyev Muzeyi ilə tanış oldu. Muzeydə ümummilli li-
der Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə 
aid çoxsaylı fotoşəkillər, kitablar və sənədlər nümayiş etdirilir.  
Sonra dövlətimizin başçısı buraxılış  məntəqəsinin Rusiya 
Federasiyası ilə  sərhəd hissəsindən keçən körpüdə aparılan 
yenidənqurma işləri ilə tanış oldu.  
Gömrük buraxılış  məntəqəsi ilə yaxından tanış olan pre-
zident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. 
 
Şahdağ qış-yay turizm kompleksində tikinti  
işlərinin gedişi ilə tanışlıq 
 
Azərbaycan prezidenti İlham  Əliyev avqustun 12-də 
Qusar rayonuna səfəri  çərçivəsində  Şahdağ  qış-yay turizm 
kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur   
Dövlətimizin başçısına məlumat verildi ki, Şahdağ qış-yay 
turizm kompleksinin tikintisi dağ xizək idmanı, digər qış 
idman növləri ilə  məşğul olmaq üçün geniş imkanlar yarada-
caqdır.  Ümumi sahəsi 2 min hektardan çox olan kompleksin 
tikintisi 4 mərhələdə  həyata keçiriləcəkdir. Birinci mərhələdə 
vacib kommunikasiya xətləri  çəkiləcək, 11 qaldırıcı, xizək 
yolları, süni göl və qar avadanlığı quraşdırılacaqdır. 312 yerlik 
beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu otel-


 
40
lərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaş-
dırılır.  
İkinci mərhələdə qaldırıcılar  şəbəkəsinin və idman qurğu-
larının, kotteclərin tikintisi və bağların salınması  nəzərdə 
tutulur. Üçüncü mərhələ isə əlavə xizək yollarının salınmasını 
və yaşayış zonasının genişləndirilməsini  əhatə edir. Dəniz sə-
viyyəsindən 2000 metr yüksəklikdə tikiləcək Mərkəzdə 5 min 
işçi çalışacaqdır.  
Kompleksin  ərazisində tennis, futbol və basketbol mey-
dançaları,  örtülü idman qurğuları, akvapark və hovuzlar ola-
caqdır. İstirahətə gələnlərə piyada, at ilə gəzinti və digər xid-
mətlər təklif ediləcəkdir. Kompleksdə  müxtəlif uzunluqda 21 
buraz yolu çəkiləcəkdir. Burada xizəkçilərin tam təchizatla xi-
zək yolunun zirvəsinə  çatdırılması  üçün kürsü tipli qaldırıcı 
qurğulardan istifadə olunacaqdır.  İsveçrənin «Swiss Town 
Consult»  şirkəti tərəfindən kompleksin inkişafının Turizm və 
Texniki Konsepsiyası hazırlanmış, geoloji işlər aparılmışdır.  
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev prezident 
İlham Əliyevə kompleksə daxil olan mehmanxanaların dizayn 
və interyer elementləri, tikinti zamanı istifadə ediləcək mate-
riallar barədə ətraflı məlumat verdi.   
Prezident İlham Əliyev aşağı baza, yuxarı baza və işçilərin 
yaşayacağı binanın tikintisi ilə  də tanış oldu. Aşağı bazada 
qısamüddətli, yuxarı bazada uzunmüddətli qonaqların qala-
cağı bildirildi.   
Dövlətimizin başçısı kompleksə  gələn yolun salınması  və 
kommunikasiya xətlərinin  çəkilməsi, tikintinin müasir stan-
dartlar səviyyəsində aparılması ilə bağlı tapşırıq və  tövsiyə-
lərini verdi. 
 
 
 
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə