Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз


«Qusar-1» kiçik su elektrik stansiyasının



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə12/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   8   9   10   11   12   13   14   15   ...   112

 
41
«Qusar-1» kiçik su elektrik stansiyasının  
təməlqoyma mərasimi 
 
Prezident İlham Əliyev avqustun 12-də «Qusar-1» kiçik 
su elektrik stansiyasının təməlqoyma mərasimində  iştirak 
etmişdir.  
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.  
«Azərenerji» ASC-nin sədri Etibar Pirverdiyev prezident 
İlham Əliyevə məlumat verərək bildirdi ki, dövlətimizin başçısı 
respublikada 2010-cu ili alternativ enerji mənbələrinin istifa-
dəsi və ekologiyanın yaxşılaşdırılmasında kəskin dönüş ili elan 
etmişdir. Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli 
Sərəncamı ilə kiçik su elektrik stansiyalarının respublikada 
geniş tətbiq edilməsi məqsədi ilə xüsusi proqramların hazırlan-
ması «Azərenerji» ASC-yə tapşırılmışdır.  
Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən
elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, 
digər tərəfdən isə  ətraf mühitin sağlamlaşdırılmasına imkan 
verir.  
Tikintinin 2011-ci ilin ikinci yarısında başa  çatdırılması 
nəzərdə tutulur.  
Layihənin icrası  nəticəsində Qusar rayonunun Urva kəndi 
yaxınlığında inşa edilən su elektrik stansiyasında ildə 7 milyon 
kilovat/saat elektrik enerjisi istehsal olunacaqdır.  
Prezident  İlham  Əliyev «Qusar-1» kiçik su elektrik stan-
siyasının təməlini qoydu.  
Dövlətimizin başçısına inşası nəzərdə tutulan bənd tipli iki 
su elektrik stansiyası barədə də məlumat verildi.  
Prezident  İlham  Əliyev inşaatçıları  və energetikləri təbrik 
etdi, onlara tapşırıq və tövsiyələrini verdi. 
 
 


 
42
 
 
 
BRAZİLİYA FEDERATİV RESPUBLİKASININ 
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB LUİS İNASİU LULA DA SİLVAYA  
  
Hörmətli cənab Prezident! 
Braziliyanın milli bayramı – Müstəqillik günü münasi-
bətilə Sizə  və  bütün xalqınıza  şəxsən  öz adımdan və Azər-
baycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.  
Bu gün Azərbaycan–Braziliya münasibətləri yüksələn xətt 
üzrə inkişaf etməkdədir.  Əminəm ki, dost ölkələrimiz ara-
sında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar 
çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səy-
lərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.  
Bu  əlamətdar gündə Sizə  möhkəm cansağlığı, işlərinizdə 
uğurlar, dost Braziliya xalqına sülh və tərəqqi arzulayıram.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 16 avqust 2010-cu il 
 
 
 
 


 
43
 
 
 
KOREYA XALQ DEMOKRATİK RESPUBLİKASI 
DÖVLƏT MÜDAFİƏ KOMİTƏSİNİN SƏDRİ 
ZATİ-ALİLƏRİ CƏNAB KİM ÇEN İRƏ  
  
Hörmətli cənab Sədr!  
Milli bayramınız – Koreya Xalq Demokratik Respub-
likasının yaranması  günü  münasibətilə Sizi öz adımdan və 
Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.  
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalq-
larımızın mənafelərinə uyğun olaraq bundan sonra da dost-
luq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.  
Bu  əlamətdar gündə Sizə  möhkəm cansağlığı, işlərinizdə 
uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.  
 
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 16 avqust 2010-cu il 
 
 
 


 
44
 
 
 
TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB EMOMƏLİ RƏHMONA  
 
Hörmətli Emoməli Şərifoviç! 
Ölkənizin milli bayramı – Müstəqillik günü  münasi-
bətilə Sizə  və Sizin simanızda bütün xalqınıza  ən səmimi 
təbriklərimizi yetirirəm.  
Xalqlarımızı birləşdirən  ənənəvi dostluq münasibətləri 
ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün daim 
geniş imkanlar açır.  Əminəm ki, bu imkanlardan səmərəli 
istifadə olunması  məqsədilə bundan sonra da birgə  səylər 
göstərəcəyik.  
Bu xoş gündə Sizə, hörmətli Emoməli Şərifoviç, möhkəm 
cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına əmin-
amanlıq və firavanlıq arzulayıram.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 16 avqust 2010-cu il 
 
 
 
 
 


 
45
 
 
 
VYETNAM SOSİALİST RESPUBLİKASININ 
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB NQUYEN MİNH ÇİETƏ  
  
Hörmətli cənab Prezident! 
Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizi 
və Sizin simanızda bütün xalqınızı  öz adımdan və Azər-
baycan xalqı adından ürəkdən təbrik edirəm.  
Əminəm ki, Azərbaycan–Vyetnam münasibətlərinin inki-
şafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi daim 
xalqlarımızın rifahına töhfələr verəcəkdir.  
Bu xoş  gündə Sizə  möhkəm cansağlığı, işlərinizdə  uğur-
lar, dost Vyetnam xalqına sülh və rifah arzulayıram.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 16 avqust 2010-cu il 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə