Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə16/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   12   13   14   15   16   17   18   19   ...   112

 
58
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablan-
dırdılar. 
 
U ğ u r  A l ı c ı (TRT): Birinci sualım hər iki прezidentədir. 
İki  ölkə arasında münasibətlər tarixi əlaqələrə bağlıdır. Bu 
çərçivədə viza rejiminin aradan qaldırılması  məsələsi səfər 
zamanı müzakirə olundumu? Digər sualım isə Ermənistan ilə 
Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminin həllin-
dəki son vəziyyətlə  əlaqədardır. Ermənistanın nizamlanma 
prosesi ilə bağlı  göstərdiyi diplomatik yol çözümsüzlüyə 
istiqamətlənibmi? Təşəkkür edirəm.  
İ l h a m  Ə l i y e v: Bu gün görüş zamanı gündəlikdə olan 
bütün məsələlər müzakirə olundu və  çox ciddi fikir müba-
diləsi aparıldı. Qeyd etdiyim kimi, bütün məsələlər çox səmi-
mi və qardaşlıq  şəraitində  müzakirə olundu. Türkiyə ilə 
Azərbaycan arasında çoxsaylı müqavilələrin olması aramız-
dakı  əlaqələrin inkişafı  üçün hüquqi zəmin yaradır. Deyə 
bilərəm ki, bütün sahələrdə aramızdakı  əlaqələri hüquqi 
sənədlər tənzimləyir. Viza məsələsi də bu gün müzakirə olun-
du. Bu məsələnin həlli  üçün Azərbaycanda daxili prose-
durlar keçирилməlidir. Bildiyiniz kimi, Türkiyə bütün türkdilli 
ölkələrlə vizaların birtərəfli qaydada qaldırılması  üçün 
praktiki addımlar atmışdır. Biz bu addıma görə  çox min-
nətdarıq. Ümid edirəm ki, bütün daxili prosedurlar başa ça-
tandan sonra Azərbaycan tərəfindən də buna bənzər addım 
atılacaqdır.  
O ki qaldı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ mü-
naqişəsinin həlli məsələsinə, mən deyə bilərəm ki, biz artıq 
həlledici mərhələdəyik.  Çünki son 5-6 il ərzində aparılan 
danışıqlar müəyyən təkliflərin hazırlanmasına gətirib  çıxar-
mışdır. Bu təkliflər Minsk qrupu tərəfindən rəsmi şəkildə Er-
mənistana və Azərbaycana təqdim edilmişdir. Təkliflər ba-
lanslaşdırılmış mahiyyət daşıyır. Təkliflərin qəbul olunacağı 
təqdirdə  məsələnin dinc yollarla və Azərbaycanın  ərazi bü-
tövlüyü çərçivəsində həlli mümkün olacaqdır. Təkliflərin ma-


 
59
hiyyəti ondan ibarətdir ki, Azərbaycanın işğala məruz 
qalmış bölgələrindən Ermənistanın işğalçı qüvvələri çıxarılır 
və Azərbaycan vətəndaşları  öz doğma dədə-baba torpaq-
larına qayıdırlar. Bununla bərabər, təhlükəsizliyin təmin 
olunması  üçün bölgədə  sülhməramlı  qüvvələr yerləşdirilir. 
Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin fəaliyyət 
göstərməsi və digər məsələlər nəzərdə tutulur. Məsələnin 
mahiyyəti ondan ibarətdir ki, Azərbaycan torpaqları  işğal 
altından çıxır və beləliklə, Azərbaycanın ərazi bütövlüyünün 
bərpası təmin olunur.   
O ki qaldı Dağlıq Qarabağın son statusuna, bu, gələcəyin 
işidir. Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdir ki, Dağlıq 
Qarabağın Azərbaycandan kənarda heç bir statusuna heç 
vaxt öz razılığını verməyəcək və beynəlxalq hüquq normaları 
bu mövqeнi müdafiə edir. Əgər Ermənistan tərəfi konstruk-
tivlik nümayiş etdirərsə  və beynəlxalq normalara hörmətlə 
yanaşarsa, beynəlxalq təşkilatların qətnamələrinə riayət 
edərsə və başqa ölkənin torpaqlarından öz işğalçı qüvvələrini 
çıxararsa, o zaman məsələ  öz həllini tapacaqdır.  O zaman 
Ermənistanla Azərbaycan arasında sülh yaranacaq, bütün 
kommunikasiyalar açılacaq və bölgəyə geniş mənada əmək-
daşlıq gələcəkdir. Biz bunu arzulayırıq və Ermənistan tərə-
findən konstruktiv addımları gözləyirik.  
A b d u l l a h  G ü l: Bəli, hörmətli Prezident izah etdi, 
onun dediklərinə  mən də eynilə qatılıram. Viza ilə bağlı 
məsələni, təbii ki, müzakirə etdik. Hazırkı durumda Azər-
baycanın bəzi mülahizələri vardır ki, bu məsələləri aidiyyatи 
qurumlarımız müzakirə edəcəklər və  ümid edirəm ki, bu iş 
yaxın zamanlarda başa çatacaqdır.  
Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı  şübhəsiz 
ki,  çox geniş  müzakirələr apardıq, son vəziyyəti cənab Pre-
zident ətraflı şəkildə izah etdi. Əminik ki, biz Qafqazı sabit 
əməkdaşlıq bölgəsinə  çevirəcəyik. Bunun üçün də problem 
həll edilməlidir. Bu münaqişə 18 ildir bu qaydada davam 
etmişdir, bundan sonra belə davam etməməlidir. Mütləq gö-


 
60
rüşmək, müzakirə aparmaq, bəzən açıq, bəzən gizli diplo-
matik fəaliyyət göstərmək lazımdır.  Şübhəsiz ki, münaqişə 
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. 
Bunu hər kəs bilməlidir. Çünki BMT-nin tanıdığı sərhədlərin 
hər hansı  şəkildə başqa bir ölkə  tərəfindən işğalı  nə bey-
nəlxalq hüquq tərəfindən qəbul edilə, nə də hər hansı şəkildə 
müsbət qarşılana bilər.   
S e v i n c  İ s g ə n d ə r o v a (Space TV): Mənim sualım 
Türkiyə prezidenti cənab Abdullah Gülədir. Hörmətli cənab 
Prezident, bundan əvvəl mediada 2010-cu il sentyabrın 11–17-də 
NATO çərçivəsində Ermənistanda keçiriləcək təlimlərlə bağlı 
Türkiyə–Ermənistan sərhədinin açılması ehtimalı barədə  mə-
lumatlar getmişdi. Bu məsələyə münasibətinizi bildirməyi xa-
hiş edirik. Təşəkkür edirəm.    
A b d u l l a h  G ü l: Bu mövzunu bir az əvvəl də müzakirə 
etdik. Qafqazın sabitlik və  əməkdaşlıq bölgəsinə  çevrilməsi 
üçün bütün problemləri müzakirə etməyimiz, bunları  sülh 
şəraitində  həll etməyimiz vacibdir. Bütün bunlar bölgədə 
daha geniş əməkdaşlığa, bölgədə sərhədlərin açılmasına, ye-
ni yolların çəkilməsinə, daha böyük iqtisadi fəaliyyətə imkan 
verəcəkdir. Bunun üçün hamımız birlikdə bu fəaliyyəti həya-
ta keçiririk. Bəzən siz görürsünüz, açıq müzakirə edirik. Bə-
zən də sizin görmədiyiniz, səssiz, amma qətiyyətli fəaliyyətlə 
həll olunur.  
Ümid edirəm ki, bölgədəki bütün problemlər həll edilən-
dən sonra daha geniş əməkdaşlıq məkanı ortaya çıxacaqdır. 
O zaman mövcud yollardan əlavə, yeni yollar, yeni dəmir 
yolları çəkiləcəkdir. Bu bölgə inanılmaz şəkildə çox cəlbedici 
əraziyə çevriləcəkdir və bölgədəki bütün xalqlar daha firavan 
yaşayacaq, daha xoşbəxt olacaqлар.   
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə