Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
2
Məsləhətçilər:
Bağır Əli oğlu Bağırov
Az
ərbaycan Respublikasının əməkdar
elm xadimi, AMEA-
nın
müxbir üzvü,
geologiya-
mineralogiya elmləri
doktoru, professor
Rəşid Lətif oğlu Zeynalov
geologiya-
mineralogiya elmləri namizədi
Elmi redaktor:
Vaqif
Qədir oğlu Qədirov
Yer
elmləri doktoru
B. Hüseynov,
Ə. Salmanov, B. Məhərrəmov
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaş-
dırma (monoqrafiya),
Bakı,“Mars Print”nəşriyyatı 2019,309 s.
Monoqrafiyada
paleotektonik, struktur-tektonik
t
ədqiqatlar əsasında Azərbaycanın
quru ərazisinin müasir
regional tektonik quruluşu dəqiqləşdirilmiş və neft-qaz-geoloji
rayonlaşdırılma üçün təklif edilən böyükdən kiçiyə doğru
ierarxiya
prinsipin
ə əsaslanan yeni neft-qaz-geoloji
rayonlaşdırılma aparılmışdır.
Monoqrafiya neft-
qaz yataqlarının axtarışı, kəşfiyyatı və
işlənməsi sahələrində fəaliyyət göstərən elmi-tədqiqat
institutlarında, ali təhsil müəssisələrində çalışan mütəxəssislər,
tələbə və aspirantların istifadəsi üçün nəzərdə tutulub.
ISBN-978-9952-8272-8-6
©B
.Hüseynov, Ə.Salmanov,
B.M
əhərrəmov, 2019
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
3
Redaktordan
B.B. Hüseynov,
Ə.M. Salmanov və B.İ. Məhərrəmov
t
ərəfindən hazırlanmış “Azərbaycanın quru ərazisində neft-
qaz-
geoloji rayonlaşdırma” monoqrafiyası Azərbaycanın
neft-
geoloji rayonlaşdırmanın
iyerarxiya prinsipləri
əsasında tədqiqi, ərazinin müasir struktur-tektonik
xüsusiyy
ətlərinin, burada yayılmış və quyularla açılmış
Mezozoy, Paleogen-Miosen v
ə Pliosen çöküntü
kompleksl
ərinin litofasial özəlliklərinin araşdırılması, əsas
neftli-
qazlı və perspektivli obyektlərin ayrılması, onlarda
karbohidrogenl
ərin toplanması və qorununb saxlanmasının
öyr
ənilməsi baxımından olduqca əhəmiyyətli və dəyərlidir.
Müxt
əlif morfoloji və genetik
xüsusiyyətli mürəkkəb
qırışıqlıq sistemini özündə əks etdirən Azərbaycanın quru
əraziləri özünəməxsus tektonikası, çöküntülərin böyük
qalınlığı və stratiqrafik diapazonu ilə səciyyələnir. Bu
baxımdan monoqrafiyada neftli-qazlı və mümkün neftli-
qazlı rayonlar müxtəlif istiqamətli qırılmalar sistemi üzrə
s
əciyyələnən kristallik bünövrənin üzərində inkişaf etmiş
Mezo-Kaynozoy çöküntü kompleksl
ərinin litofasial
xüsusiyy
ətləri, onların toplandığı
paleotektonik şəraitlər
n
əzərə alınmaqla ayrılmış, NQR-lərin sərhədləri isə
d
ərinlik qırılmalarına uyğun müəyyənləşdirilmişdir.
Mü
əlliflər bütövlükdə Qafqaz regionunu neftli-qazlı
əyalətlərə, subəyalətlərə ayırmış, onların daxilində intişar
tapmış neftli-qazlı vilayətləri və rayonları qeyd etmişlər.
Ayrı-ayrı hövzələr üzrə orta-üst Yura, alt-üst Tabaşir,
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
4
Paleogen-Miosen v
ə Pliosen struktur mərtəbələrini dəqiq
ayırmağa imkan verən paleostruktur-fasial analizlər
aparmış, bu komplekslərin hansı neftli-qazlı
rayonda və
hansı tip tələlərdə perspektivli olmasını göstərmişlər.
Monoqrafiyada ayrı-ayrı struktur mərtəbələr üzrə neft-
qazlılığın formalaşdığı zonaları əks etdirən xəritələr
verilmiş, həmin çöküntülər üzrə perspektivli rayon və
çöküntül
ərin seçilməsi üçün KH resurslarının vahid sahəyə
düşən həcmləri hesablanmış,
əlverişli antiklinal və
litostratiqrafik tip t
ələlərdə axtarış-kəşfiyyat işlərinin
aparılması tövsiyə edilmişdir.
Monoqrafiya çoxlu sayda geoloji, seysmogeoloji
profill
ə, müxtəlif təyinatlı
xəritə və cədvəllərlə
z
ənginləşdirilmişdir. Buradan müxtəlif NQR-lərdəki
çöküntü kompleksl
ərinin qalınlığı, litoloji tərkibi, kollektor
xüsusiyy
ətləri, neft-qazlılığı haqqında önəmli
məlumatlar
əldə etmək mümkündür. Monoqrafiya neft-qaz yataqlarının
axtarışı, kəşfiyyatı və işlənməsi sahəsində fəaliyyət
göst
ərən geniş auditoriyalı geoloq və geofiziklər, tələbə və
doktorantlar üçün
əhəmiyyətli mənbə ola bilər.