Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə102/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   98   99   100   101   102   103   104   105   ...   132

 

394


İthaflar

məmnun qalmışdı. Kiçik fasilədə Bəhruz qarşısına qoyulan çay stəkanını qabağına çəkdi. Çayxana 

başdan-başa papaqlı kişilərdən ibarət idi, hamısı dərvişi təriləyirdi. Dərviş başı aşağı, heç kəsə ikir 

vermədən yeni çıxışı haqqında ikirləşirdi. 

Bəhruz qonşusundan onun kim olduğunu soruşanda, “İrəvanlı dərviş – Hacı Ağa Bala” deyə 

cavab versə də, ona əyri-əyri baxdı, sonra da kinayə ilə əlavə etdi: “Bütün Naxçıvan onu tanıyır!” 

Bu dərviş haqqında Bəhruz da eşitmişdi, görmək və dinləmək istəmişdi. Çünki Hacı Ağa Balanın 

Naxçıvana tez-tez gəldiyini bilirdi. Fasilədən sonra dərvişin çıxışı daha gözəl, daha təsirli oldu. 

Ömər  Xəyyamdan  və  türk  şairlərindən  oxuyurdu.  Bəhruz  onu  dinləyə  -dinləyə  o  biri  dərvişi  – 

Həsən Bəktaşini xatırladı. Çayxanadan çıxıb gedəndə yüngülləşdiyini duydu, uzun müddət dərvişin 

oxuduğu şeirlərin təsiri altında yaşadı.

                                                              



4

Yay keçib getdi. Bəhruz yenə xəstələndi, sağaldıqdan sonra lotoreyada iştirak edib ordan gələn 

gəlirin əlli faizinin uşaq evinə verilməsi üçün ərizə yazdı və buna nail oldu. Uşaq evi isə hələlik 

Əkbər bəyin evində idi. Zöhə xanım tərbiyəçi təyin edilmişdi. Bəhruz inqilab şurası tərəindən tez-

tez çağırılır, sifarişlər alır, dərhal yerinə yetirirdi. Marksın, Leninin portretlərini çəkib aparmışdı. 

1921-ci ilin ilk günləri idi. Bəhruz özündə yeni həvəs, güc duyurdu.Məcidin portretini bitirmək 

istəyirdi. Məcid indi inqilab şurasında işləyirdi. Görkəmi də, geyimi də dəyişmişdi. Bəhruz yenə 

ona baxıb çəksə də, uşaqlıq illərində gördüyü çapar xəyalından getmirdi. Nəhayət, bir aydan sonra 

onu bitirdi. Hələ ömründə bu qədər sevinməmişdi. Bu sevincini dağlarla bölmək istədi. Baş götürüb 

getdi. Şıxmahmud kövşənindən ötüb qarşısında açılan geniş düzlə, silsilə dağlara doğru yavaş-

yavaş irəlilədi. Qış özünü sərt göstərsə də, belə hava xoşuna gəlirdi. Onun Naxçıvan çaparı indi 

ayağını basdığı bu doğma torpaqda həmişə yol gedirdi. Uzaqdakı dağların başında yenə buludlar 

ağarırdı, bir neçə topası qabağa çıxmışdı, sanki dağlar onu Bəhruzu qarşılamaq üçün göndərmişdi. 

O, dayanmadan hələ kim bilir, nə qədər gedəcəkdi, əgər kol-kosun böyründə büzüşüb əyləşmiş 

bir  qız  qarşısına  çıxmasaydı.  Bəhruz  qızı  görüb  diksindi,  yun  şala  bürünən,  gözüyumulu  qız 

hərəkətsiz idi, sanki donmuşdu. Bəhruz qorxdu, əvvəl dayanıb ətrafa baxdı, heç kəs gözə dəymirdi, 

sonra irəli getdi. Ancaq qız gözlərini açmadı,yatırdımı, yoxsa huşunu itirmişdimi, yoxsa ölmüşdü?! 

Son ikirdən qorxan Bəhruz həyəcanlandı, daha tərəddüd etmədən yaxınlaşdı, əlini qızın çiyninə 

vurdu. Qız gözlərini yavaş-yavaş açdı. Demək sağ idi. Amma başqaları kimi nə diksindi, nə də 

qorxdu. Bəlkə hələ yuxudan tam ayılmamışdı. Yox, ayağa qalxıb çəkinmədən, qorxmadan hirsli-

hirsli soruşdu:

– Nə istəyirsən?

– Heç nə... Qorxma!

– Qorxmuram! – Qız inamla, cürətlə dindi.

– Yəqin acsan

– Yox! – O dağın döşündə bir kənd var– Əlini uzadıb, Haça dağın sağındakı bir dağı göstərdi 

– Orda yemək veriblər. 

– Fikrin nədir? 

– Şəhərə gedirəm.



395

   


        

İthaflar


– Bəlkə bir-iki gün bizdə qalasan?!

– Qalaram!

Bəhruz qızın bu cəsarətli, qətiyyətli, inamlı hərəkətlərinə heyran qalıb onu evə gətirdi. Bərk 

yuxusuz olduğu üçün təndirəsərin yanındakı balaca otaqda yatdı. Bəhruz otağında divara söykədiyi 

“Naxçıvan çaparına” baxdı. Əvvəlki xoş əhval-ruhiyyə onu tərk etməmişdi. Birdən Afərin “bunu 

neyləyəcəksən, qardaş” deyən səsini eşitdi. İndi öz əsərinə baxıb, sevinc duyduğu bir anda Əlixan 

məscidinin yanında dərvişi dinləyərkən ilk dəfə at üstündə gördüyü çapar yenə xəyalında canlandı. 

Sonra ilk qaralamalarını, eskizlərini çapar Məcidlə Naxçıvandakı görüşlərini, həmişə dönə-dönə 

bu əsərə qayıtdığını xatırladı. Heç xəyalına gəlmədi ki, sakitcə baxdığı bu çapar daha uzaqlara 

yol gedəcək, Moskvanın tarix muzeyində əbədi qalacaq, hamının – neçə nəslin gözü qarşısında 

yenidən canlanacaqdır. İndisə onu müəlliindən başqa heç kəs görmürdü, heç kəs!

                                                       



Səhər  qaçqın  qızı  otağına  aparanda  Hürnisənin  təndirəsərin 

yanından baxan gözlərindən qorxdu. Bu gözlərdə elə bil alov dilləri 

qızarırdı. Həm yazıqlıq, həm qəzəb, həm kin vardı.  Bunların bir-birini 

əvəz etməsi, yaxud birləşməsi dəhşətli bir ifadə yaradırdı. Bəhruz ona 

təskinlik  vermək  məqsədi  ilə  yaxınlaşanda  Hürnisə  üzünü  çevirib  

uzaqlaşdı.  Təndirəsərdən,  isti  ocaqdan  çırtıltı  səsi,  yanıq  kösöv  iyi 

gəlirdi, bu Bəhruza elə xoş oldu ki, bir anlıq ayaq saxladı, Hürnisə 

hardasa yoxa çıxdığı üçün qaçqın qızın portretini çəkməyə başladı.

Başı elə qarışdı ki, hər şeyi unutdu. 

– Adın nədir?– qızdan soruşdu.

– Cümsün.

– Kimin var? 

– Nənəm. Bu payız ölüb.

Bəs atan, anan?! 

– Atam yadıma gəlmir, çoxdan evdən gedib, haradadır, bilmirəm. Anam ərdədir, başqa, uzaq 

kənddə. Üç-dörd yaşım olanda aparıblar. Heç bir dəfə də yanıma gəlməyib. Təkcə nənəm öləndə... 

onda da mən qaçıb gizləndim.

Cümsünün iri gözləri, qalın, qara qaşları vardı, dəyirmi sifətinin gözəlliyinə kölgə salan burnu 

da iri idi, kişi kimi kobud, əzələli, möhkəm bədəni də, qolları da, əlləri də! Zirək, diribaş, dilli-

dilavər, qorxmaz, üsyankar təbiətli bir qıza bənzəyirdi. Afşar kəndindən gəlmiş, bu kənddə baş 

verən hadisələri, bəyin zalımlığını, arvadının isə ondan da on  qat pis olduğunu, nənəsinə hər cürə 

əzablar verdiklərini, yəqin ki,  bunun nəticəsində qocanın öldüyünü danışırdı. 

– And  içmişəm,  o  arvadı  tapıb  boğacağam,  gözümlə  görmüşəm  nənəmə  necə  əzab  verib, 

təhqir edib, acıqlanıb, heç kəs buna dözməz!

– Bacarmazsan – Bəhruz güldü – Elə bilirsən adam boğmaq asan işdir?! 

– Boğaram!

Hürnisə  bir  dəfə  də  olsun  içəri  girmədi,  yemək  də  gətirmədi.  Bəhruzun  başı  bərk  qarışsa 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə