Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə110/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   106   107   108   109   110   111   112   113   ...   132

415

   


        

İthaflar


Bəhruz. İki adam? 

Vaso. Vallah, belə vaxtlarda heç bilmirəm neyləyim? Yaxşı ki, qurbanı olduğum bu şərab var. 

Gəlsənə səni bax, bu yaxında, Sakonun dükanında, səhər-səhər bir buynuz Kaxet şərabına qonaq 

eyləyim?

Bəhruz. Özün bilirsən ki... 

Vaso. Bilirəm, necə deyərlər, istinin müsulmanın.

Bəhruz. Yox, əzizim, şərab məni tez tutur, sonra işləyə bilmirəm.

Vaso. Başa düşürəm, genasvale, söz vermisən. Gözəllik ilahəsinə söz vermisən. 

Oğulbəy.'>Bəhruz. Elədir, söz vermişəm. Qət etmişəm ki, çəkəm. Yuxusuz gecələrim hesabına, narahat 

gündüzlərim hesabına çəkəm. 



Vaso. Avans almısan? 

Bəhruz (heyrətlə). Avans? 

Vaso. Dəli olma! Qız gələn kimi yaxalayıb, avansını al, bacarsan lap pulun hamısını al! Niyə 

gözlərini döyürsən? Bu knyaz tayfasına o qədər də bel bağlamaq olmaz, xüsusən belə vaxtda.



Bəhruz. Belə vaxtda?

Vaso. Görmürsən dava-mərəkəni? Belə getsə dünya od içində yanacaq.

Bəhruz. Elədir, zəmanə çox qarışıqdır. 

Vaso.  Birdən  gördün  sənin  knyazın  da  şələ-küləsini  götürüb,  qaçdı  dağların,  dənizlərin  o 

tayına. Sonra hara şikayət eləyəcəksən?



Bəhruz. Yox, Vasocan yox. Mən Eteriyə heç bir şey deyə bilmərəm.

Vaso. Başa düşürəm, onu görəndə dilin-ağzın bağlanır. Amma pul çox gərəkli şeydir, dostum!

Bəhruz. Bu işi mənə müəllimimiz Georgi Çaparidze tapşırıb. Qızı da mənim yanıma o gətirib.

Vaso. Canın üçün işin düzəlib. Bəy, bəy balası, gəlin də knyaz qızı. Ondan sonra bir toy-

mərəkə qurulsun ki, Ortaçaladan Vakeyə qədər bütün şəhər tamaşasına dursun. Faytonlar qoşa-qoşa, 

zurna-balaban yan-yana. Kaxet şərabı da ki, su yerinə axacaq. Deməli toy tədarükünə başlayırıq.

Bəhruz. Sənin çox zəngin fantaziyan var, dostum!

Vaso (nisgil qarışıq bir kədərlə). Amma istedadım... Sən dahisən, Bəhruz! Dünən bilirsən nə 

oldu?


Bəhruz. Yox. 

Vaso.  Knyaz  öz  bağçasında  əla  bir  ziyafət  düzəltmişdi.  Orada  ilk  qədəhi  sənin  sağlığına 

qaldırdılar.



Bəhruz (heyrətlə). Mənim?

Vaso. Bəli, sənin. Bəhruz Kəngərlinin! Özü də adi qədəhlə yox, gümüşə tutulmuş buynuzla.

Bəhruz. Zarafatı boşla, canım! Kimdir məni orda tanıyan?

Vaso. Kim? Eteri, gözəllik ilahəsi.

Bəhruz (Eterinin adı çəkilcək, nə isə yadına düşür). Sənin söhbətlərin çox şirindir, əzizim! 

Amma, mən gərək işləyəm. 



Vaso. Vallah, xoşbəxtsən. Sevgi böyük nemətdir. Onda dilənçini şahzadəyə çevirmək, daxmanı 

saraya döndərmək qüdrəti var.



Bəhruz. Mən Eterinin yalnız portretini çəkirəm. 


 

416


İthaflar

Vaso. Knyaz Salamon isə həsrətini. Qoy çəksin. Eteri hər yetənin tayı deyil. Çək gözəllik 

ilahəsinin  portretini!  Günəşin  ziyası,  ayın  nuru  ilə  çək!  Mən  də  gələcəkdə  bu  portreti  şəkil 

qalereyamın  baş  tərəindən  asacağam.  Hamıya  da  deyəcəyəm  ki,  bunu  yaradan  rəssam  mənim 

dostumdur. (Bu vaxt arxadan Oğulbəyin zümzüməsi eşidilir). Bu kimin səsidir?



Bəhruz. Oğulbəydir. Tanımırsan? 

Vaso. Əcəb səsi var. 

Bəhruz. Əhli-kef oğlandır.

Vaso. Əhli-kef? Onda mənim curumdur ki...

Oğulbəy  gəlir,  əlində  “Molla  Nəsrəddin”  jurnalının  təzə  nömrəsindən  bir  neçəsi  vardır. 

Jurnalın birini Bəhruza, o birini Vasoya verir. Sonra oynaya-oynaya oxuyur. 

Oğulbəy.  Bəhruzum,  bəxtəvərim,  var  sənə  bir  şad  xəbərim,  çıxdı  jurnal,  üzü  al,  sözləri 

xəncərdən  iti.  Stolıpin-Nikolay  padşahın  tüklü  iti  –  görəcək  Mollamızın  qüdrətini,  biləcək 

yurdumuzun  şöhrətini.  Bu  gün  bayramdır,  elə  bayram  ki,  gülür  gözlərimin  hər  giləsi,  ucalır 

Mollamızın odlu səsi; yayılır zülmətə nur, durma, dostum, mənə əl çal; yaşasın qoy belə jurnal, 

belə amal, eləsin padşahın taxtını pamal. 

Vaso. Nə dedin, dost? Stolıpini tənqid ediblər?

Oğulbəy. Tənqid nədir, canım, atasını yandırıblar. 

Bəhruz. Stolıpinin?

Oğulbəy. 

Bəli, bəli lap onun

Sanki əclaf oğlunun

Başına qapaz vurublar.

Heyf ki, az vurublar!

Bəhruz. Sənə nə olub, Oğulbəy. Gah bəhri-təvil deyirsən, gah şeir qoşursan?

Oğulbəy.

Mollamız vuranda şahı, sultanı

Coşur qəlbimdəki nəşə tufanı.

Ruhum pərvazlanır, ərşi-əlaya

Qalxıram az qala ulduza, aya

Bəhruz. Düş yerə göydən. Bəs Ülfət hanı?

Oğulbəy. İki gündür görməmişəm. Yəqin təzə rol hazırlayır.

Bəhruz. Təzə rol. Yox, yox. (Öz-özünə danışırmış kimi). Demək bu nömrə də çıxdı. 

Oğulbəy. Çıxmayıb nə olacaqdı? Nə qədər ki, bəy var, xan var, sultan var, gözünə döndüyüm 

“Molla Nəsrəddin” də var! Vallah, qınayan olmasa, mən özüm də düşərəm bu nadürüstlərin üstünə. 



Bəhruz. Sən? 

Oğulbəy. Bəli, mən... Lələşin Oğulbəy.

Bəhruz. Sən ki, vəkillik oxuyursan.

Oğulbəy. Nə olsun, bəy vəkilliyi oxumuram, xana vəkil olmaq niyyətim də yoxdur. Naçalnikə 

dilmanc olmaq arzusu çəkənin də əbayi-əcdadına lənət. Qaldı ki, yazı-pozuya, papaq altında çox 

oğlanlar var, əzizim! Amma bu sözü nə mən dedim, nə sən eşitdin.



417

   


        

İthaflar


Bu vaxt arxadan güllə səsi eşidilir. Bəhruz qapıya tərəf getmək istəyir.

Vaso. Dayan. 

Bəhruz. Görəsən nə olub?

Oğulbəy. Bu saat öyrənərəm. (Çıxır.)

Vaso (pəncərədən baxır). Adamlar bir-birinə qarışıb.

Bəhruz. Görəsən kimə atırlar?

Bayıra baxır. Oğulbəy gəlir.

Oğulbəy. Bir cavan ömrünü sizə bağışladı.

Vaso. Bir cavan? (Tələsik səhnədən çıxır. Bəhruz onun dalınca getmək istərkən.)

Oğulbəy. Nə işin var orada sənin? Otur, şəklini çək.

Bəhruz. Yox, atılan o güllələr, ölən o cavan... (Vaso qayıdır.) Kimdir vurulan?

Vaso. Bir tələbə.

Bəhruz. Tələbə? Nəyə görə?

Vaso. Kim bilir,  çox üsyankar idi. 

Bəhruz. Üsyankar? 

Vaso. Üsyan edirdi, mühitə, zamana, dövlətə. 

Bəhruz. Mühitə, zamana, dövlətə qarşı üsyan? (Fikirli halda gəzinərkən Ülfət tələsik daxil 

olur.) Ülfət!

Ülfət. Buradasan? Sənə verdiyim bağlama haradadır?!

Bəhruz. Orada, şəkillərin arxasında.

Ülfət. Ver onu mənə, tez ver! (Bəhruz şəkillərin arxasındakı bağlamanı gətirir.)

Vaso. Olmuya qızıl-gümüşdür, dost?

Ülfət. Yox, onlardan da qiymətli şeydir, intibahnamədir. “Qeyrət” mətbəəsində çap olunmuş 

intibahnamə. 



Bəhruz. İntibahnamə? (Heyrət və həyəcanla oxuyur.)

Yetər, qaranlıqda süründük, yetər,

Qalmasın ürəkdə arzu-kamımız.

Gedib padşaha çatsın bu xəbər

Qorxunc olacaqdır intiqamımız.

Qıraq qolumuzun buxovlarını

Ədalət yolunda odlardan keçək.

Böyük azadlığın ilk baharını 

Kimsə bizə bizsiz bəxş etməyəcək.

Sən o cavanı tanıyırdın? 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə